“İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)

Firəngiz Əlizadə

Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun Sülh artisti

Əziz dostlar!
“Bu il Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı artıq 10 illik yubileyini qeyd edir. Əsrarəngiz sənət aləmi ilə dinləyiciləri daim valeh edən, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək

Ilk festivalda olduğu kimi, ənənəvi olaraq 10-cu yubiley festivalının proqramı da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının “Yuxarı Karvansaray” tarixi memarlıq abidəsinin fonunda tamaşası ilə başlanır. “İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək bu festival yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq

“İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çox əlamətdar bir zamanda keçirilir. Bu il bir sıra yaddaqalan hadisələrlə zəngindir. Ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin və dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyləri möhtəşəm tədbirlərlə qeyd olunur. Bir sözlə, bayram bayrama qarışıb və biz festivala çox gözəl əhvali-ruhiyyə ilə başlayırıq.

Festivalın tarixində ilk dəfə olaraq bu il UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının” (İCTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Elmi Simpoziumu keçiriləcək. Tədbirdə Yaponiyadan Almaniyayadək, 10 müxtəlif ölkədən çox tanınmış, nüfuzlu alimlər, həmçinin Azərbaycanın görkəmli elm xadimləri iştirak edəcəklər. Simpoziumdakı məruzələrdə qədim Şəkinin tarixi, mədəniyyəti, sənətkarlığı ilə yanaşı, bir çox ölkələrin ənənəvi musiqisi, onun tədqiqi və gələcək inkişafı məsələləri müzakirə ediləcək”.

Elxan Usubov

Şəki şəhər,
İcra Hakimiyyətinin başçısı