“İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)
29 iyun
20.30
Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalın TƏNTƏNƏLİ AÇILIŞI
ÜZEYIR HACIBƏYLI
“LEYLİ vә MӘCNUN
muğam operası
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşası
Quruluşçu-rejissor
Əməkdar incəsənət xadimi – Hafiz QULİYEV
Dirijor və xormeyster
Əməkdar incəsənət xadimi – Sevil HACIYEVA İştirak edirlər:
Rəvanə ƏMİRASLANLI (Leyli), Əməkdar artist – Elnur ZEYNALOV (Məcnun),
Nurlan Namazov (İbn Səlam), Əməkdar artist – Cahangir QURBANOV (Nofəl),
Taleh YAHYAYEV (Leylinin atası),
Aytən Məhərrəmova (Leylinin anası), Bəylər Nəzərov (Zeyd),
Mütəllim Dəmirov (Məcnunun atası), Afaq Ağayeva (Məcnunun anası)
Hafiz Quliyev 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsini bitir- mişdir. Dövlət Akademik Opera və Balet Teatrınında re- jissor assistenti kimi başlamış, 1996-cı ildən baş rejissor vəzifəsində çalışır. Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Əsli və Kərəm”, Z.Hacıbəyovun “Aşıq Qərib”, F.Əmirovun “Sevil”, Ş.Axundovanın “Gəlin qayası”, S.Ələsgərovun “Solğun çiçəklər”, R.Mustafayevin “Vagif”, F.Əlizadənin “İntizar”,
C.Cahangirovun “Xanəndənin taleyi”operalarının və operettalarının quruluşçu-rejissorudur. Tamaşalar bir çox ölkələrdə, o cümlədən Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Ankarada, Samsun, Moskva, Minsk, habelə “Leyli və Məcnun” Pekin teatrlarında rejissor tərəfindən səhnələşdirilib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.
Sevil Hacıyeva 1999-cu Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xor dirijorluğu fakültəsini bitirmişdir. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş xormeyster, 2006-cı ildən isə həmçinin ilk qadın opera dirijoru kimi çalışır. Azərbaycanın bir sıra klassik opera tamaşalarına respublikada və xarici ölkələrdə uğurla dirijorluq edib.
Dirijorluq sənəti ilə yanaşı Bakı Musiqi Akademiyasında xor dirijorluğu kafedrasında pedaqoji fəaliyyətlə çalışır. 2005-ci ildə S.Hacıyeva “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüşdür.
Rəvanə Əmiraslanlı 2017-ci ildə Heydər Əliyev Fondunun layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VI Tele- viziya Muğam müsabiqəsinin qalibi olmuşdur. Həmin ildən Azərbaycan Televiziyasının solistidir. 2018-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli, “Əsli və Kərəm” operasında Əsli rolunda çıxış etmişdir.
Elnur Zeynalov 2003-2007-ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində, 2007-2011-ci illərdə isə Milli Konservatoriya- sında “xanəndəlik” ixtisası üzrə təhsil almışdır. Gənc muğam ifaçılarının Ü.Hacıbəylinin120 illiyinə həsr edilmiş Respub- lika müsabiqəsinin
diplomantıdır.
2008-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrıı muğam bölməsinin solis- tidir. Milli musiqi sənətimizi Türkiyə, İran,
Rusiya, Qazaxıstan, Tacikistan, Ukrayna, Almaniya, Fransa, Böyük Bri- taniya, İsceçrə, Meksikada müvəffəqiyyətlə təmsil etmişdir. E.Zeynalov Şuşa Human- itar Kollecinin müəllimi kimi istedadlı gənclərə muğamın sirlərini
Aytən Məhərrəmova muğam sənəti üzrə ilk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonra A.Zeynallı adına Musiqi kollecində almışdır. Azərbaycan Milli Konservatoriyasını bakalavr və magistr pilləsi üzrə təhsilini bitirdikdən sonra, hal-hazırda Doktorantura pilləsində davam etdirir.2005-ci ildə Ü.Hacıbəylinin 120 illik yubileyinə həsr olunmuş 1-ci Televiziya Muğam müsabiqədisinin laureatı, 2011-ci ilde keçirilən 2-ci Respublika Muğam müsabiqəsinin və 2015-ci ildə IV Beynəlxalq Muğam müsabi- qəsində 1-ci yerin qalibi olmuşdur.Respublika İncəsənət Gimnaziyasında və am ifaçılığı ixtisası üzrə pedaqoji fəaliyyət
göstərir. Bir çox xarici ölkələrdə – Amerika, Almaniya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Polşa, Tacikistan, İran İslam Respublikası, Rusiya Federasiyasıyasında muğam sənətini tərənnüm etmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi Azərbaycan bəstəkarlarının klassik operalarında “Şahsənəm”, “Ərəbzəngi”, Leylinin anası” obrazlarını ifa edib.
Cahangir Qurbanov 1998-ci ildə Naxçıvan Dövlət Universitetini, 2012-ci ildə Bakı Musiqi Akademiyasını bitirmişdir. 2013-cü ildən Opera və Balet tetrının solistidir. Eyni zamanda Daxili İşlər Nazirliyi Hərbi Orkestrinin rəisi, polis mayorudur.
Teatrın səhnəsində Azərbaycan və xarici bəstəkarlarının klassik opera tamaşalarında iştirak etmiş yadda qalan obrazlar yaratmışdır.
Daxili İşlər Nazirliyi xətti ilə ölkəmizdə və onun
xaricində keçirilən mədəni tədbirlərdə çıxış edir, cəbhə bölgələrində olur. Əməkdar artist fəxri adına layiq görülmüş, Prezident mükafatçısıdır.
Taleh Yahyayev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vokal təhsilini almış, SSRİ və Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımovalar, Y.Silvasti, V.Luçia, T.Kraus, L.Stuçevskaya- nın ustad dərslərinin iştirakçısı olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının, Dövlət filarmoniyasının və Azərbayan Televiziyasının solistidir. Bir çox Avropa və Azərbaycanın klassik bəstəkarların opera tamaşa- larında (Ü.Hacıbəyli, M.Maqomayev, C.Verdi, C.Puççini, mişdir. Bir sıra Beynəlxalq müsabiqələrin laureatı vəbeynəlxalq festivalların daimi iştirakçısıdır. Almaniya, İtaliya, Çexiya, Yunanıstan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və s. ölkələrdə konsert proqramları ilə tanınmış dirijorlarla çıxış etmişdir. 2016-cı ildə ən gənc opera ifaçısı kimi Heydər Əliyev fondunun xüsusi mükafatına layiq görülmüşdür.
Mütəllim Dəmirov 1996-2000-ci illərdə Azərbaycan Dövlət Musiqi Kollecində, 2002- 2006-cı illərdə Azərbaycan Milli Konservato- riyasında solo oxuma (xanəndə sinfi) üzrə təhsil alıb. Görkəmli muğam ustadları – N.Əliyev və A.Qasımovdan muğam sirrlərini öyrənib. 1996-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. 1995-ci ildə Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar keçirilmiş “Xanəndələrin Respublika
Müsabiqəsi”ndə ikinci dərəcəli diploma layiq görülmüşdür. 2009-cu ildə Bakı şəhəri UMM və İncəsənət məktəbləri şagirdlərinin muğam festivalına yüksək səviyyədə şagird hazırladığına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, M.Maqomayevin “Şah İsmayıl”, Ş.Axundovanın “Gəlin qayası” opera tamaşalarında iştirak edib. Türkiyənin və İran İslam Respublikasının bir çox şəhərlərində uğurlu konsert proqramları ilə çıxış edib.
Şəki Folklor Ansamblı 2017-ci ildə Şəki Şəhər Uşaq İncəsənət
Məktəbinin direktoru Eldar Rəcəbovun təşəbbüsü ilə yaranıb. Ansamblın
içtirakçıları müxtəlif qədim milli xalq çalğı alətlərində – tar, ud, çəqanə,
kamança, topuz, bas tar, qanun, nağara, balaban və s. ifa edirlər. Ansambl
ilk dəfə 2018-ci ildə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi”nə həsr
olunmuş tədbirdə təqdim olunub. Daha sonra ansamblın tərkibi daha da
genişlənərək Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 80 illiyinə həsr
olunmuş tədbirdə, həmçinin bir çox dövlət əhəmiyyətli tədbirlərdə böyük
uğurla çıxış etmişdir.
Nailə Məmmədzadə – Respublikanın əməkdar artisti, baletmeyster 1998-ci ildə Bakı Xoreoqrafiya Məktəbini, 2002-ci ildə isə
Azərbaycan Dövlət İncəsənət Universitetini xoreoqrafiya ixtisası üzrə bitirib. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışır. 2005-ci ildə “Azərbaycan mirvarisi” adlı rəqs kollektivi yaradıb.
Bir çox Azərbaycan və Rusiya gənclik təşkilatlarının müştərək konsertlərində iştirak edib. Bakıda keçirilən mötəbər Beynəlxalq idman yarışlarının,
forumların, ölkəmizin mədəni həyatında baş tutan müxtəlif tədbirlərin təntənəli açılışların xoreoqrafiya
quruluşunu və tərtibatını təşkil edib. Xarici olkələrdə keçirilən idman tədbirlərinin xoreoqrafiya tərtibatını qurub.
Anar Mikayılov Bakı Xoreoqrafiya Məktəbinin və Azərbaycan Dövlət İncəsənət Universitetinin yetirməsi- dir. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Prezident təqaüdçüsüdür.
2015-ci ildə TÜRKSOY-un keçirdiyi festivalda (İs- tanbul, Antaliya), 2016-cı ildə Gürcüstanda Müasir balet teatrının “Xəmsə” tamaşasında iştirak edib. 2016-cı ildə Keyptaunda (CAR) keçirilən Beynəlxalq müsabiqə- də laureat adına layiq görülmüşdür.
Parisdə YUNESKO-nun Baş Qərargahında Nəsiminin ölümünün 600 illiyinə həsr olunan tamaşada şairin obrazını canlandırmaqla böyük rəğbət qazanmışdır.
Teyyub Aslanov (Nəsiminin səsi) – Xalq
artisti, xanəndə, pedaqoq – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1994). 1995-ci ildən muğam üçlüyü ilə dünyanın bir çox ölkələrində konsert və festivallarda iştirak etmişdir. Bayburt şəhərində “Dədə Qorqud” (1996), Vyanada “Qarabağ uşaqlarının göz yaşları” (2000), “Orta əsrlər Romana kilsələri mədəniy- ında, Macarıstanda Türkdilli xalqların iştirakı ilə
“Hun-Türk” festivallarında (2010, 2012), Azərbaycanın müstəqillik gününə həsr olunmuş silsilə konsertlərlə UNESCO-da (2006), ABŞ-ın bir sıra şəhərlərində (2011) iştirak etmişdir.
1999-cu ildən pedaqoji fəaliyyətlə məşğul olur, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir.
2001-ci ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi nəzdində fəaliyyət göstərən “Qədim Musiqi alətləri” Dövlət ansamblının solistidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dirijorluq ixtisası üzrə təhsili alıb.
“Kerekes Band” Macarıstanın özünəməxsus innovativ janr üslubunda çıxışları ilə seçilən musiqi qrupudur. Pop musiqidə müxtəlif cərəyanları – caz, rok, fank, psixodelik və elektron janrları öz ifalarında əks etdirən bu musiqi qrupu onları Macarıstanın xalq musiqisi və qədim ənənələri ilə ustalıqla birləşdirir. Bu ethno funk qrupu müasir elektron musiqi alətləri və vasitələri ilə yanaşı bir çox ənənəvi macar xalq çalğı alətlərindən istifadə edir. Belə ki, əsas
aparıcı musiqi mövzularını udun “kiçik qardaşı” koboz ifa edir.
“Kerekes band” qrupunun yaranması iki qardaş – Jombor Fexer (fleyta, furulya, ének) və Viktor Fexerin (zərb alətləri) adları ilə bağlıdır. 1995-cü ildə folklor nümunələrini toplamaq məqsədilə Macarıstanın bölgələrini gəzən gənc musiqiçilər ölkələrinin qədim və zəngin ənənəvi xalq musiqisinə əsaslanaraq mahnı ansamblını yaratdılar. “Kerekes Band” qrupu yeni musiqi- çiləri cəlb etməklə, konsert repertuarını
zənginləşdirərək təkmilləşmiş, müxtəlif illərdə ölkələrinin bir çox şəhər və bölgələrində uğurlu konsert proqramları ilə çıxış etmişdir.
2003-cü ildə “Birinci qrup” adına layiq görülən, parlaq və dinamik tamaşaları ilə fərqlənən bu instrumental kollektiv bir çox xarici ölkələrdə Macarıstanın musiqi sənətini təcəssüm etdirib. Qrup bir çox nüfuzlu beynəlxalq festival- ların iştirakçısı olub və 8 albomu işıq üzü görüb.
İstanbul Bələdiyyəsinin Klassik Türk Musiqi qrupun çıxışları daima maraqla dinlənilir. Kollektivin repertuarında Osmanlı imperiyasının intibah dövrünə, klassik dövrə aid musiqi parçaları üstünlük təşkil edir. Qrupun musiqiçiləri bu qədim türk musiqi incilərini o dövrdə yayılmış ənənəvi musiqi alətlərində yüksək professionallıqla ifa edirlər. Klassik Türk Musiqi qrupu Türkiyyənin bir çox şəhər və bölgələrində konsert proqramları ilə çıxış etmiş, habelə ölkə hüdudlarından kənarda türk ənənəvi musiqi mədəniyyətini təbliğ və təmsil etmişdir.
“No Indefference” (“qeyri laqeydlik” yaxud “laqeydsizlik” mənasında tərcümə olunur) instrumental kvinteti 2008-ci ildə Tver Akademik Filarmoniyasının nəzdində filarmoniyanın solistləri – Maksim Salnikov (bayan), Yelena Jdanova (violin), Tatyana Nikolayenko (gitara) və Vi- tali Barmenkov (kontrabas) və Aleksandr İppolitov (zərbələr)- tərəfindən yaradılmışdır. Kvintetin yaradılmasının ilkin məqsədi həmyerliləri, Tver şəhərinin sakini, bayan ifaçısı Boris Tixonovun ifaçılıq ənənələrini saxlamaq və yaradıcılığının təbliğ olunması idi.
Hal-hazırda kvintetin repertuarı müxtəlif musiqi janrlarından ibarət rus və avropa bəstəkarlarının klassik əsərləri, caz improvizasiyaları və sovet estrada mahnıları, rəqslər və dünya xalqlarının melodiyaları ilə zəngindir. Musiqi nömrələrinin aranjımanını musiqiçilər özləri tərtib edirlər. Parlaq tembrlər, ifada yüksək professionallıq, geniş repertuar tamaşaçıları daima “No indefference” kvintetinin konsertlərinə cəlb edir. Kollektivin bir çox estrada proqramları Tver filarmoniyasının vokalçıları ilə birgə hazırlanıb. Son zamanlar isə kvintetin yeni layihələrində peşəkar rəqqasların konsert proqramlarına dəvət edilməsi çıxışları daha da rəngarəng edir.
İnsanlara sevinc və gözəl əhval-ruhiyyə bəxş etmək kollektivin yaradıcılıq kredosudur.
Kvintetin bədii rəhbəri – Maksim Salnikovdur.
Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. Kollektiv 50 ildən artıq davam edən fəaliyyəti zamanı dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda, xarici ölkələrdə keçirilən dövlət tədbirlərində iştirak edərək, Azərbaycanın musiqi mədəniyyətini təbliğ və təmsil etmişdir. 2007-ci ildə Azərbaycan klassik musiqisinin dünyada təbliğinə görə “Humay” Milli Mükafatına layiq görülmüşdür.
Fəxrəddin Kərimov 1978-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını “violin” ixtisası, 1988- ci ildə N.A.Rimski-Korsakov adına Lenin- qrad (indiki Sankt-Peterburq) Dövlət Konservatoriyasını “opera və simfonik orkestr dirijoru” ixtisası üzrə bitirmişdir. 1989-1991-ci illərdə Mariinski Akademik Opera və Balet Teatrında dirijor kimi (bədii rəhbər – V.Gergiyev) təcrübə keçmişdir.
1991-2004-cü illərdə Türkiyədə işləmiş, Rusiya, Belarus, Gürcüstan, Polşa, Rumıniya, Türkiyə, Almaniya, Yaponiya, Hollandiya, Fransa, İsveçrədə opera və balet tamaşaları, simfonik konsertləri idarə etmişdir. Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsi Opera və Simfonik orkestrinin, İzmir Dövlət Opera və Balet teatrının, İstanbul MSÜ Dövlət Konservatoriyasının Simfonik orkestrinin baş dirijoru olmuşdur.
2011-сi ildən Sankt-Peterburg “Mixaylovski” Dövlət Opera və Balet teatrında və eyni zamanda Lvov Dövlət Filarmoniyasının Akademik Simfonik orkestrində dəvətli baş dirijor vəzifələrini icra etmişdir.
2004-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur. Bakı Musiqi Akademiyasının nəzdində Ş.Məmmədova adına Opera studiyasının bədii rəhbəri və baş dirijorudur. Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısıdır.
Ceyla Seyidova Azərbaycanın tanınmış musiqiçiləri – violin ifaçısı Respublikanın xalq artisti, Uran Seyidovun və pianoçu, professor Samirə Aşumovanın ailəsində dünyaya gəlmiş, uşaq yaşlarından musiqi ilə məşğul olmuşdur. Violin ixtisası üzrə ilkin təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində almış, daha sonra 2017-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını məşhur pedaqoq E.Qraçın sinfini fərqlənmə diplomu ilə bitirmişdir.
C.Seyidova bir çox nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. Bunlardan Spivakov adına VII Beynəlxalq Musiqi Festivalını (laureat), Belçikanın “Bravo” IV Beynəlxalq Musiqi Müsabiqəsini (1-ci yer), Yunanıstanın Rodos VII Beynəlxalq Musiqi Müsabiqəsini (1-ci yer), Yunanıstanın Afina Beynəlxalq Müsabiqəsini (1- ci yer), Sergey Prokofyev adına 2-ci Beynəlxalq Müsabiqəsini (Qran-Pri) qeyd etmək olar.
Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. Bir çox xarici ölkələrdə keçirilən dövlət əhəmiyyətli konsertlərdə çıxış etmişdir.
2017-ci ildən başlayaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Dövlət Simli Kvartetinin 1-ci violin vəzifəsində çalışır.
Mirxalid Məmmədzadə ilk fleyta dərslərini Q.Qarayev adına 8 nömrəli musiqi məktəbində almışdır. Daha sonra təhsilini Bakı Musiqi Akedemiyasında professor Müzəffər Ağamalızadə- nin sinifində davam etmiş, bakalavr və magistr pilləsində fleyta ixtisası üzrə bitirmişdir.
M.Məmmədzadə Azərbaycan Dövlət Gənclər simfonik orkestrində çalışıb. Hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində çalışır. İtaliya, Almaniya, Fransa, Belçika, İsveç, Rusiyada qastrol səfərlərindəki konsertlərdə iştirak etmişdir.
Fəridə Məlikova S.Hacıbəyov adına Sumqayıt musiqi texnikumunu, daha sonra 1992-ci ildə Ü.Hacıbəyli adina Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirmisdir. Respublika musiqi ifaçıları müsabiqələrinin laureatıdır.
1998-ci ildən “Azərbaycan inciləri” qızlardan ibarət ansambl və trionun rəhbəridir. 2015-də IV Beynəlxalq Muğam Festivalında “Azərbaycan inciləri” qrupu- nun nəzdində yaranan “Mehriban Qızlar” kvinteti ilə böyük konsert proqramı ilə çıxış etmişdir.
İnstrumental ansamblların tərkibin- də və solo ifaçı kimi bir çox xarici
ölkələrdə Azərbaycan musiqisini təbliğ etmişdir.
2011-ci ildə Əməkdar artist adına layiq qörülmüşdür. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət ilə məşğuldur.
Qazaxıstanın qərb bölgəsini təmsil edən Estrada-simfonik orkestri 2010-cu ildən fəaliyyət göstərir. Orkestrdə ölkənin bir çox musiqi təhsil ocaqlarının – Kurmanqazi adına Qazaxıstan Milli Konservatoriyası, T.Jürgenov adına Musiqi Akademiyası, A.Jubanova adına Respublika Musiqi Məktəbi, M.Ütemisov adına Qərbi-Qazaxıstanın Dövlət Univer- siteti, Kurmanqazı adına Ural Musiqi Kollecinin məzunları iştirak edir.
Orkestrin formalaşmasına və inkişafına Qazaxıstanın əməkdar incəsənət xadimi, simfonik orkestrin baş dirijoru A.Şevelev böyük töhfə vermişdir. Hazırda bu kollektivə Ş.Qazqaliyev adına III Respublika Dirijorları müsabiqəsinin laureatı, dirijor, Asxat Xasanov rəhbərlik edir.
Orkestrin repertuarına Qazaxıstan bəstəkarlarının, rus və dünya klas- sik musiqi əsərlərindən ibarət 280-ə yaxın əsər daxildir. Orkestr ölkədaxili və xarici sənətkarlarla sıx əməkdaşlıq edir, birgə konsert proqramlarında böyük uğurla çıxış edir. Hər il mütəxəssislərin ixtisaslarını artırmaq məqsədi ilə tanınmış dirijorların ustad dərsləri keçirilir, sonunda konsert proqramları verilir.
Janılsın Xasanova – Qazaxıstanın Əməkdar incəsənət xadimi M.Ütümisov adına Qərbi-Qazaxıstan Universitetini “musiqi sənəti” ixtisası üzrə bitirmişdir. 2001-ci ildən Q.Kurmanqaliyevin adına Qərbi- Qazaxıstan vilayət filarmoniyasının solistidir. Bir çox ölkədaxili müsabiqələrin qalibidir. Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin Fəxri fərmanı və “Böyük xidmətlərinə görə” Medalı ilə təltif edilmişdir.
Akılbek Bektasov – dombra ifaçısı, 2009-cu ildə M.Ütemisov adına Qərbi-Qazaxısta- nın Dövlət Universitetinin mədəniyyət və incəsənət fakultəsində təhsil alıb. 2006-cı ildən Q.Kurmanqaliyev adına vilayət filarmoniyasının Qazax xalq çalğı alətləri orkestrinin solistidir. Qazaxıstanda keçirilən bir çox müsabiqələrin layreatı olmaqla yanaşı Dövlət nişanları ilə təltif olunmuşdur.
Aksamal Kanatkaliyeva – kobız ifaçısı, 2010-cu ildə M.Ütemisov adına Qərbi- Qazaxıstanın Dövlət Universitetinin mədəniyyət və incəsənət fakultəsində təhsil alıb. Hal-hazırda Q.Kurmanqali- yev adına vilayət filarmoniyasının Qazax Xalq Çalğı Alətləri orkestrində kobız ifaçılar qrupunun konsert- meysteridir. Qazaxıstanda keçirilən bir çox müsabiqələrin qalibidir.
Ernar Ömirəli kobız ifaçısı, 2010-cu ildə M.Ütemisov adına Qərbi-Qazaxıstanın Dövlət Universitetinin mədəniyyət və incəsənət fakultəsində təhsil alıb. Hal-hazırda Q.Kurmanqali- yev adına vilayət filarmoniyasının Qazax Xalq Çalğı Alətləri orkestrində kobız ifaçılar qrupunun konsert- meysteridir. Qazaxıstanda keçirilən bir çox müsabiqələrin qalibidir.
Ərəstun Quliyev 2009-2013-cü illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında SSRİ xalq artisti Fidan Qasımovanın sinfində təhsil alıb. 2018-ci ildə magistr pilləsini bitirib.
2011-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti vəzifəsində çalışır. Türkiyə, Gürcüstan, Yunanıstan, Rusiya, Qazaxıstan, Özbəkistanda Azərbaycan musiqi sənətini təmsil etmişdir.