İpək Yolu - Beynəlxalq Musiqi Festivalı Silk Road - International Music Festival
İpək Yolu - Beynəlxalq Musiqi Festivalı Silk Road - International Music Festival

Professor Firəngiz Əlizadə
“İpək yolu” Festivalının bədii rəhbəri,
YUNESKO-nun “Sülh artisti”
Aga Khan Music Award -2019” mükafatı laureatı
Azərbaycan Bəstəkarlar İttifaqının sədri.

Artıq gözəl bir ənənəyə çevrilən “İpəkYolu” Beynəlxalq Musiqi Festivalı indiyə qədər yalnız Bakı və Şəki şəhərlərində keçirilirdi. Bu il isə festivalımız ilk dəfə olaraq öz coğrafiyasını genişləndirir və qapılarını qədim mədəniyyət beşiyimiz olan Gəncə şəhərində açır. İnanıram ki, 1, 2 və 3 iyul tarixlərində baş tutacaq builki festival Gəncənin bənzərsiz mühitində özünə məxsus iz qoyacaqdır.

Bu ilin festival proqramı Azərbaycan Bəstəkarlar İttifaqı, Gəncə Şəhər İcra Hakimiyyəti və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdir. Filarmoniyanın direktoru, Xalq artisti Aygün Səmədzadənin rəhbərliyi ilə göstərilən yüksək təşkilati dəstək və ev sahibliyi festivalın uğurla reallaşmasında mühüm rol oynayır.

Gəlin, qəlbləri dostluq və mədəniyyətlə birləşdirən bu möhtəşəm musiqi bayramının sədaları altında eyni həyəcanı, eyni sevinci birlikdə paylaşaq! 

“İpək Yolu” XV Beynəlxalq Musiqi Festivalı