"İpək Yolu" VII Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri) İştirakçılar
27 iyun
20.00
YAY TEATRI
Şəki “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalının
TƏNTƏNƏLİ AÇILIŞI
Türk Dünyasının incəsənət xadimlərinin Konserti
TÜRKSOY‐un Beynəlxalq Xalq Çalğı Alətləri Orkestri və
Türkdilli ölkələrin solistlərinin iştirakı ilə
Bədii rəhbər və dirijor – Marat Jalbirov (Qazaxıstan)
TÜRKSOY‐un Baş Katibliyinin təşəbbüsü ilə yaranan və üzv ölkələrin musiqiçiləri ilə təmsil olunan Beynəlxalq Xalq Çalğı Alətləri Orkestri Türk Dünyası etnik xalq çalğı alətlərindən ibarətdir. Türk xalqlarına məxsus ənənəvi musiqini dombra, bağlama, kobız, tar, kuray, ney, qaval, ağız qopuzu, yetigen və qanun kimi alətlərdə ifa edən orkestr, ilk olaraq, 2016‐cı il mart ayında “Beynəlxalq Novruz Bayramı” tədbirləri çərçivəsində Ankara və İstanbul, Nyu‐York və Vaşinqtonda konsertlər vermişdir.
TÜRKSOY Beynəlxalq Xalq Çalğı Alətləri Orkestrinin konsertlərində quruluşu, tərtibatı və məzmunu etibarilə Türk Dünyası xalqlarına aid olan müxtəlif musiqi əsərləri bütün Türk dillərində səsləndirilir.
Orkestrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Qaqauz (Moldova), Başqır‐ dıstan (RF), Tatarıstan (RF) və Monqolustan kimi ölkələrdən peşəkar musiqiçilər, müğənnilər və rəqqaslar yer alır.
Türkiyədə və başqa ölkələrdə tamaşaçıların böyük rəğbətini qazanan
Orkestrin bu ilin avqust ayında İtaliyada keçirilən “Qaloti Romangna” Festivalı çərçivəsində, eləcə də Türkiyənin Ankara, İstanbul şəhərlərində konsertləri nəzərdə tutulub.
28 iyun
12.00
XAN SARAYI
“Şimdi” ansamblının konserti (Türkiyə)
Bədii rəhbər – Şirin Pancaroğlu
“Dünən – dünən ilə getdi, əzizim. İndi bizə yeni bir söz demək lazım…”
Həzrət‐i‐Mevlana Cəlal əd‐Dinə məxsus olan bu kəlama ansamblının (“Şimdi” türkcə “İndi” deməkdir) yaranması Türk Anadoluda sufi ənənəsinin mövcudluğu və inkişafı baxımından yeni bir layihədir. Ansambl müasir zamanda sufi ənənəsinin ən parlaq simalarından biri olan müğənni və bəstəkar Bora Uymaz tərəfindən təsis edilib. Ansamblın tərkibinə Əli Polattemir (ney), Mehmet Yalqın (kamança), Volkan Ergen (zərb), Həsən Kiriş (tənbur) və Şirin Pancaroğlu (ling arfa, həmtəsisçi) daxildir.
“Şimdi” ansamblının yaradıcı meya‐ rı – keçmişin və gələcəyin arasında olan bu günün çarpazlaşan məqamlarını izləmək, keçmişimizdə yerimizi taparaq gələcəyə hazırlıqlı olmaqdan ibarətdir. Bu, ansambl ifaçılığından yaranan fəlsəfi görüşlərdir. Musiqiçilərin ifa etdikləri himnlər, mahnı‐ lar, qəsidələr, təqsimlər, qəzəllər və instrumental əsərlər məqamlara əsaslanır və qədim köklərə malikdir.
“Beynəlxalq miqyasda böyük bir istedad” kimi səciy‐ yələndirilən arfa sənətçisi Şirin Pancaroğlu (*1968, Ankara) həm klassik musiqi, həm ənənəvi Türk musiqisi, həm də populyar janrları əhatə edən və müasir üslubda bəstələnən əsərlərin ifaçısıdır. Şirin Pancaroğlu təhsilini Cenevrə Konservatoriyasında başlamış, ABŞ‐dakı İndiana Universiteti Musiqi fakültəsində magistr dərəcəsində tamamlamışdır. Türkiyədə və xarici ölkələrdə keçirilən bir çox nüfuzlu musiqi festivallarının iştirakçısıdır.
Arfa alətinin ifaçısı və parlaq təbliğatçısı kimi Şirin Pancaroğlu bir çox nüfuzlu mükafatların laureatıdır.
2007‐ci ildən başlayaraq itməkdə olan Osmanlı – Türk arfası – “çəng”i yenidən musiqi həyatına qaytaran sənətçi bu sahədə bir sıra layihələrin müəllifidir. Müğənni və bəstəkar Bora Uymazla əməkdaşlıq nəticəsində “Cafe Tango”, “Çəngnəğmə” albomları ərsəyə gəlmiş və “Şimdi Ensemble” qrupu yaranmışdır.
28 iyun
20.00
YAY TEATRI
İstanbul Şəhər Bələdiyyəsinin Anadolu Türk Xalq Mahnı
və
Rəqs ansamblının Konserti
Builki festivalda İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Orkestrinin Xalq Musiqisi sənətkarlarının və Xalq Rəqsləri kollektivinin birgə çıxışları Türk Ocaqları İstanbul Şöbəsi tərəfindən təşkil edilmişdir. Türk Ocaqları 1912‐ci ildə Osmanlı dövlətinin və o zamankı böyük dövlətlərlə iqtisadi, mədəni əlaqələrin nəticəsində, eləcə də Türk millətinin yüksəlməsi, türkdilli millətlərin
yaxınlaşması səyləri nəticəsində yaranıb. Təsisçilər arasında Azərbaycandan Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu və Tatarıstandan Yusuf Akçuranın adları da bu təşkilatın yaranma tarixinə düşüb. Türk Ocaqları bir təşkilat kimi artıq 104 ildir ki fəaliyyətini davam etdirir və Türk dövlətlərinin qurulması ilə Türk Dünyasına yönələn mədəni əlaqələrin inkişafına üstünlük verir.
Bu dərnəyin nəzdində 1989‐cu ildə Türk Xalq Musiqisi İcması və sonradan Böyükşəhər Bələdiyyəsinin Şəhər Orkestri və Anadolu Yuva İcması yaradılıb. Hər iki təşkilat Türkiyənin mədəni həyatında, türkdilli xalqların mədəni əlaqələrinin qurulmasında mühüm bir yet tutur, etnik musiqi festivallarının, maarifləndirici konsertlərin, habelə sərgilərin və müxtəlif təqdimat mərasimlərində, ənənəvi folklor bayramlarında fəal iştirak edir.
29 iyun
12.00
XAN SARAYI
“Vas‐Liga” folklor musiqi ansamblının Konserti (Yaponiya)
Hanavaçie. İbaraki prefekturasının Hitaçi şəhərində anadan olub. 9 yaşından tsuqaru şamisen dərslərini almağa başlayıb. Tokio İncəsənət Universitetinin Musiqi fakültəsinin Yapon musiqisi şöbəsində tədris aldığı 2004‐cü ildə “Tsuki no usagi” (“Ay dovşanı”) adlı albom ilə debüt edib. Paralel olaraq violin ifaçısı Okizo Natsumi ilə birlikdə şərq və qərb musiqisinin birləşməsi, koto, şakuhaçi və tsuqaru şamisen yapon milli musiqi alətlərindən ibarət “Hanamas” adlı qrup formalaşdırıb. İmperator iqamətgahında yerləşən “Touka‐ gakudou” konsert zalında imperator qarşısında və habelə bir çox Avropa, Amerika, Asiya ölkələrində çıxış edib. 17 yaşında qadın ifaçıları arasında ən gənc çempion titulunu qazanıb.
Son illər “Xperia” şirkətinin televiziya reklam çarxlarında tez‐tez adı hallanır və geniş şəkildə musiqi fəaliyyəti ilə məşğul olaraq qadınlar arasında tsuqaru şamisen ifaçısı kimi ən çox diqqəti cəlb edir.
Omodaka Akiko. İlk dəfə 2 yaşında səhnədə çıxış edib. Mahnı və tsuqaru şamisen, habelə taiko və şamisen dərslərini alıb. 1989‐cu ildə (3 yaş) Yaponiyanın Yerli Folklor Assosiyasiyasının yeniyetmələr arasında keçirtdiyi yarışda xüsusi mükafata layiq görülüb. Gənc yaşlarından müxtəlif şəhərlərdə yeniyetmələr arasında keçirilən yarışlarda birinci yerlərə layiq görülüb. 2003‐cü ildə “Vakaiminyo” (“Gənc folklor musiqisi”) adlı musiqi albomu ilə debüt edib. 2011‐ci ilin mart ayında Yaponiya Fondunun təşkilatçılığı ilə Rusiyada keçirilən konsertlərdə dəfələrlə çıxış edib. Hal‐hazırda folklor mahnıları ilə yanaşı, şamisen (Futozao, Hososao), sanşin (Okinava şamiseni) ifaçısı kimi də fəaliyyət göstərir.
Yamada Miçiko. Çiba prefekturasının Naraşino şəhərində anadan olub. No teatrının ifaçısı İsso Yukihironun (İsso üs‐ lubunda fleyta ifa məktəbi) tələbəsi olub. Yaponiyanın yoko‐ bue, şinobue, nokan (yapon fleyta növləri) ənənəvi musiqi alətlərindən istifadə edib, klassik musiqidə öz bacarığını təkmilləşdirərək hər zaman orijinallıq axtarışındadır. Bəstəkarlıqla məşğul olur və şinobue dərsləri verərək, müxtəlif şəhərlərdə ifaçılıq sənətini tamaşaçılara nümayiş edir.
Kasai Hiroyuki. 2005‐ci ildə Tokio Universitetinə daxil olub və eyni zamanda vadaiko (yapon barabanı) qrupunu formalaşdırıb. Sonralar qrupun başçısı kimi fəaliyyət göstərib. Nəfəs və zərb alətlərinin ifasında əldə etdiyi təcrübədən yararlanaraq çıxışlarında tez‐tez vadaiko dəstindən istifadə edir və hər zaman özünə əmin şəkildə səhnədə çıxış edərək tamaşanın əsasını qoyur.
29 iyun
20.00
YAY TEATRI
Şəki “Zirvə” ansamblının konserti
Respublikamızın tanınmış musiqi kollektivlərindən biri olan Şəkinin “Zirvə” xalq instrumental ansamblı 1972‐ci ildə M.F.Axundov adına Mərkəzi Mədəniyyət Evi nəzdində yaradılmışdır. Müxtəlif illərin kəsiyində hələ 70‐ci illərdən başlayaraq kollektiv bir çox ümumrespublika və həmçinin keçmiş sovet ölkələrinin
şəhərlərində konsertlərlə çıxış etmiş, nüfuzlu festivalların iştirakçısı olmuşdur. Televiziya və xalq yaradıcılığına həsr olunmuş müsabiqələrin laureatı “Zirvə” ansamblı 1996‐cı ildə Türkiyənin Eşmə şəhərində keçirilən “Sənət və kilim” festivalında respublikamızı ləyaqətlə təmsil etmişdir.
Kollektiv ədəbiyyat və incəsənət xadimləri, tanınmış musiqiçi və müğənnilərin iştirakı ilə müxtəlif yaradıcı tədbirlərdə çıxış etmişdir.
“Zirvə” xalq instrumental ansamblı öz yaradıcılıq dəstxəti və ifaçılıq mədəniyyəti ilə ümumxalq məhəbbəti qazanmışdır.
30 iyun
12.00
ŞƏKİ MUSİQİ KOLLECİ
Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və
“Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı
Səadət Təhmirazqızı Şirinova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. Bir musiqişünas kimi milli və professional musiqinin təbliği və tədqiqi ilə məşğul olur. Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Jurnalistlər Bir‐ liyinin üzvüdür. “Qızıl qələm”, “Məhsəti Gəncəvi” və “Gənclər” mükafatları laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dövri mətbuatda məqalələri nəşr olunur. Azərbaycan Radiosunda bir sıra musiqi verilişlərinin müəllifi və aparıcısıdır. Onun ssenarisi əsasında Azərbaycan Tele‐ film yaradıcılıq birliyində musiqi xadimləri haq‐ qında bir sıra sənədli televiziya filmləri çəkilib. O, “Süleyman Ələsgərov xatirələrdə”, “Nəğmədir həyat – Şəfiqə Axundova”, “Sənətin Əlövsət zirvəsi”, “Sənətə bağlı ömür”, “Bizim ustad” kitablarının müəllifidir. S.Təhmirazqızının “Şəkidə ifaçılıq sənəti” və “Şəkinin musiqi folkloru” kitablarında qədim köklərə malik olan Şəkinin tarixi, mədəniyyəti, folkloru və ifaçıları haqqında ətraflı məlumat verilir.
20.00
YUXARI KARVANSARA
“Təbriz” instrumental ansamblının Konserti
Festivalda iştirak edən “Təbriz” in‐ strumental ansamblı artıq 15 ildir ki fəaliyyət göstərir və İran İslam Respublikasının müxtəlif bölgələrində uğurla çıxış edir. Uzun müddət ansambl tanınmış xanəndə Ramin Gəznəvi ilə əməkdaşlıq edir. Solist və instrumental heyətlə birgə bir cox ölkələrdə – İsveç, Almaniya, Danimarka, Türkiyədə konsertlərlə çıxış etmişdir. Ramin Gəznəvi İranda keçirilən bir çox festivalların və müsabiqələrin laureatıdır.
1 iyul
12.00
XAN SARAYI
Azərbaycan Respublikasının Xalq artisti, professor Ağaverdi Paşayevlə görüş
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Xalq Çalğı Alətləri Orkestrinin 80 illiyinə həsr olunur
1 iyul 20.00
YAY TEATRI
Şəki “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalının bağlanışı F.Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Xalq Mahnı və Rəqs ansamblının Konserti
Bədii rəhbər və baş dirijor
Xalq artisti Ağaverdi Paşayev
Solistlər:
Rövşən Əziz, Kamilə Nəbiyeva, İlham Nəzərov, Rəvan İsmayılov
Proqramda Azərbaycan, Avropa bəstəkarlarının əsərləri və
Azərbaycan xalq mahnı və rəqsləri ifa olunacaq
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı 1938‐ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Azərbaycan bəstəkar‐ larından Səid Rüstəmov, Cahangir Cahan‐ girov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib.
Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. 2000‐ci ildən ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Mahnı və Rəqs ansamblının bədii rəhbəri və dirijoru Respublikanın Xalq artisti, professor Ağaverdi Paşayevdir.
Ağaverdi Paşayev (*1950) Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1978‐ci ildən Ü.Hacıbəyli adına ADK‐da pedaqoji fəaliyyət göstərmişdir. 2002‐ci ildən Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu” kafedrasının müdiri və professoru vəzifəsində çalışır.
2002‐ci ildən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri, həmçinin kollektivin nəzdində yaradılmış Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijorudur.
İran İslam Respublikasında Beynəlxalq “Qızıl Cəng” mükafatına, “Humay” milli mükafatına layiq görülmüşdür.