"İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)

1 iyul çərşənbə

16.30  ŞƏKİ XAN SARAYI
KAMIQATA SUMIYOŞI KAI ansamblının konserti
(Yaponiya)

21.30  YAY TEATRI
Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı
Çukurova Dövlət Simfonik Orkestrinin konserti (Adana, Turkiyə). Dirijor – Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov. Solist – Toğrul Qəniyev (violin)

2 iyul cümə axşamı

11.00 ŞƏKİ MUSİQİ KOLLECİ
Toğrul Qəniyevin ustad dərsi Musiqi kollecinin tələbələrinin çıxışı

20.00  KİŞ ALBAN MƏBƏDİ
AcCello Duo instrumental duetin konserti (Polşa)

3 iyul cümə

16.30  YUXARI KARVANSARAY
Azərbaycanda yaşayan azsaylı xalqlardan ibarət xor, mahnı və rəqs kollektivlərinin konserti (ləzgi, tatar, tat, kürd, ahısqa türk, rus icmalarının folklor qruplarının çıxışı)

21.30  YAY TEATRI
Şəki şəhəri “Zirvə” ansamblının konserti

 

4 iyul şənbə

16.30  YUXARI KARVANSARAY
Azərbaycanda yaşayan azsaylı xalqlardan ibarət xor, mahnı və rəqs kollektivlərinin konserti (talış, avar, udin, ingiloy, saxur icmalarının folklor qruplarının çıxışı)

21.00  YAY TEATRI
Festivalın bədii rəhbəri, Xalq artisti Firəngiz Əlizadə ilə görüş və sənədli filmin nümayişi

5 iyul bazar

16.30  ŞƏKİ XAN SARAYI
Muğam konserti
İştirak edirlər: Arzu Əliyeva (xanəndə) və Azərbaycanın Əməkdar artisti Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl

21.30  YAY TEATRI
Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanışı. Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestrinin konserti Dirijor – Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadə