"İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)
İyulun 1-dən 5-dək Şəkidə “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda Şərq və Qərb ölkələrindən gəlmiş bir sıra tanınmış musiqiçilər çıxış edəcək, müxtəlif xalqların və millətlərin musiqi əsərləri səslənəcək, simfonik orkestrlər və virtuoz-solistlər öz yüksək peşəkarlıqlarını nümayiş etdirəcəklər. Festivalın yeniliyi isə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq.
AZƏRTAC xəbər verir ki, bunu “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalına həsr edilən mətbuat konfransında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib.
Bildirib ki, azsaylı xalqların festivalda təmsil olunması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək. Burada onlar milli geyimləri, milli musiqi alətləri ilə çıxış edəcəklər. Budəfəki festivalın daha bir yeniliyi isə konsert proqramları ilə yanaşı, toy, xınayaxdı və bu kimi mərasimlərin də təşkil edilməsidir.
Festivalın ilk konserti iyulun 1-də Şəki Xan sarayında Yaponiyanın “Kamıqata sumıyoşı kaı” ansamblının konserti olacaq. Həmin gün axşam isə Yay teatrında Türkiyənin “Çukurova” Dövlət Simfonik Orkestrinin konserti ilə festivalın təntənəli açılış mərasimi baş tutacaq. Orkestrin dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyevdir.
İyulun 2-də isə Şəki musiqi kollecində Toğrul Qəniyevin ustad dərsi və kollecin tələbələrinin çıxışı olacaq. Axşam isə Kiş kəndindəki Alban məbədində Polşanın “AcCello Duo” instrumental dueti konsert proqramı ilə çıxış edəcək.
İyulun 3-4-də isə Yuxarı Karvansaray və Yay Teatrında azsaylı xalqların – ləzgi, tatar, tat, kürd, ahısqa türklər, talış, avar, udin, ingiloy, saxur və rus icmalarının folklor qruplarının çıxışı olacaq. Ayın 4-də, həmçinin Şəkinin “Zirvə” ansamblı da konsert proqramı ilə çıxış edəcək.
Muğamsevərlər üçün festival çərçivəsində iyulun 5-də Şəki Xan sarayında gənc xanəndə Arzu Əliyevanın solo konserti təşkil olunacaq. Həmin gün axşam isə Yay teatrında festivalın təntənəli bağlanış mərasimi keçiriləcək. Konsertdə Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin rəhbərliyi ilə “Baku Sinfonietta” orkestri çıxış edəcək.
Mətbuat konfransında iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəşad İlyasov qurum haqqında məlumat verib. Bildirib ki, festivalda azsaylı xalqların folklor nümunələrinin təqdim olunmasını təmin edəcəyik.
Türkiyə və Polşanın ölkəmizdəki səfirliklərinin nümayəndələri festivalda bu ölkələri təmsil edəcək musiqi kollektivləri barədə məlumat verərək festivalın işinə uğurlar arzulayıblar.
Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyulun 1-də Şəki şəhərindəki Yay teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib. Mərasimi Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq zəngin tarixə və yüksək mədəniyyətə malik olan Şəkinin yenidən qapılarını möhtəşəm musiqi bayramına “İpək Yolu” VI Beynəlxalq musiqi festivalına açdığını bildirib.
Elxan Usubov bildirib ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün əlverişli məkandır, artıq Şəki festivallar şəhəri kimi də tanınır: «Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramlarının yer aldığı, gözəl ifaçıların qatıldığı Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı isə bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Festivalın yüksək səviyyədə təşkili xalqımızın zəngin mədəniyyətinin, Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir».
Açılış mərasimində festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, artıq altıncı dəfə Şəkidə keçirilən bu festivalın öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb: «Bu illər ərzində biz Şəkinin nə qədər gözəlləşdiyinin, qədim tarixi abidələrin bərpa edildiyinin, yeni konsert məkanlarının tikildiyinin, musiqiçi nəsillərinin yetişdiyinin şahidi oluruq. Hər dəfə Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə festivalın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq».
Festivalın açılış mərasimində Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib. Orkestrin drijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyevdir.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, 5 gün davam edəcək Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalında rayon sakinləri və qonaqlar Yaponiyanın “Kamiqata Sumiyoşi Kai” musiqi ansamblının, Türküyənin Çukurova Dövlət Simfonik Orkestrinin, Polşanın “Ac-cello Duo” musiqi ansamblının konsert proqramlarının dinləməklə yanaşı həm də Azərbaycanda yaşayan azsaylı xalqların xor, mahnı və rəqs kollektivlərinin konsert proqramlarını dinləyə biləcəklər. Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı iyulun 5-də sona çatacaq.
İyulun 1-də Şəki şəhərindəki Yay teatrında Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilib.
Mərasimi şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq zəngin tarixə və yüksək mədəniyyətə malik olan Şəkinin yenidən qapılarını möhtəşəm musiqi bayramına – “İpək Yolu” VI Beynəlxalq musiqi festivalına açdığını bildirib.
Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün əlverişli məkandır. Artıq Şəki festivallar şəhəri kimi də tanınır. Ötən il şəhərdə 4 beynəlxalq festival keçirilib. Bu festivallara 20-ə yaxın xarici ölkədən 200-dən çox iştirakçı qatılıb. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramlarının yer aldığı, gözəl ifaçıların qatıldığı Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı isə bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Festivalın yüksək səviyyədə təşkili xalqımızın zəngin mədəniyyətinin, Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir.
Elxan Usubov əminliklə vurğulayıb ki, bu musiqi festivalının konsertləri yenə də böyük maraq doğuracaq, şəhər sakinlərinə, çoxsaylı qonaqlara unudulmaz anlar bəxş edəcək.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə deyib: “Bu günlərdə biz hamımız çox əlamətdar bir hadisəni – “Bakı-2015” birinci Avropa Oyunlarının parlaq təəssüratlarını yaşayırıq. Sülhün, dostluğun və həmrəyliyin tərənnümü olan idman bayramı indi də musiqi bayramı ilə – Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı ilə davam edir”.
Qeyd olunub ki, artıq altıncı dəfə Vətənimizin qədim və gözəl diyarı olan Şəkidə keçirilən bu festivalın öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb. Bu illər ərzində biz Şəkinin nə qədər gözəlləşdiyinin, qədim tarixi abidələrin bərpa edildiyinin, yeni konsert məkanlarının tikildiyinin, musiqiçi nəsillərinin yetişdiyinin şahidi oluruq.
Firəngiz Əlizadə bildirib ki, hər dəfə Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə festivalın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq.
Festivalın açılış mərasimində Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.
Orkestrin drijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyevdir.
Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1988-ci ildə yaradılan bu kollektiv ölkənin sayca dördüncü dövlət simfonik orkestridir. Orkestrin xarici qastrol səfərlərinin coğrafiyası çox genişdir. Kollektiv Kipr, Suriya, Almaniya, Yaponiyada maraqlı konsert proqramları ilə çıxış edib. Orkestr bir çox klassik və müasir bəstəkarların əsərlərinin mahir ifaçısıdır.
Orkestrin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
İyulun 1-də Azərbaycanın ən qədim və gözəl tarixi şəhərlərindən biri olan Şəki yenidən öz qapılarını Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalı iştirakçılarının üzünə açıb. SİA-nın xəbərinə görə, həmin gün festival çərçivəsində Azərbaycan memarlığının nadir incisi, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayının həyətində Yaponiyanın “Kamiqata Sumiyoşi Kai” musiqi ansamblının konserti olub.
Beş gün davam edəcək Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi isə axşam saatlarında “Yay teatrı”nda keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək Şəki “İpək yolu” VI Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlamış və festivalın işinə uğurlar arzulayıblar.
Vurğulanıb ki, Şəki “ İpək Yolu “ VI Beynəlxalq Musiqi Festivalının keçirilməsi olduqca əlamətdar bir dövrə təsadüf edir. İyunun 12-dən 28 dək Bakıda keçirilən I Avropa Oyunları uğurla başa çatıb. Oyunlar zamanı bütün dünya bir daha xalqımıza xas olan yüksək təşkilatçılıq səmimi qonaqpərvərlik və mədəni dəyərlərin şahidi olub.
Qeyd olunub ki, qədim sənət və mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların keçirilməsi üçün gözəl bir məkandır, artıq ənənə halını almış “İpək Yolu” Beynəlxalq musiqi festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb.
Bildirilib ki, bu dəfə festivalda Şərq və Qərb ölkələrindən gəlmiş bir sıra tanınmış musiqiçilər çıxış edəcək, müxtəlif xalqların və millətlərin musiqisi səslənəcək, simfonik orkestrlər və virtuoz-solistlər öz yüksək peşəkarlıqlarını nümayiş etdirəcəklər.
Qeyd olunmuşdur ki. Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıq bildirilib.
Rəsmi hissədən sonra tamaşaçılar Türkiyənin Adana şəhərinin Çukurova Dövlət Simfonik Orkestrinin konsertini izləyiblər.
Orkestrin drijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyevdir.
Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1988-ci ildə yaradılan bu kollektiv ölkənin sayca dördüncü dövlət simfonik orkestridir. Orkestrin xarici qastrol səfərlərinin coğrafiyası çox genişdir. Kollektiv Kipr, Suriya, Almaniya, Yaponiyada maraqlı konsert proqramları ilə çıxış edib. Orkestr bir çox klassik və müasir bəstəkarların əsərlərinin mahir ifaçısıdır.
Orkestrin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda şəhər icra hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
İyulun 1-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramına – Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalına start verilib.
Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festivalda bir sıra xarici ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, ölkəmizdə yaşayan azsaylı xalqların folklor, mahnı və rəqs ansamblları iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, iyulun 1-də festivalın ilk konserti reallaşıb. Belə ki, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki xanları sarayının həyətində Yaponiyanın “Kamiqata sumiyoşi kai” ansamblının çıxışı olub.
Məlumat verilib ki, konsertdə “Kamiqata rakuqo” sənət növü nümayiş etdirilib. “Rakuqo” sənəti Edo dövründə yaranıb və Yaponiyanın ənənəvi incəsənət növüdür. İfaçıların təqdim etdiyi “Daikaqura” rəqsi əvvəllər Tanrıya ithaf olunurdu. Yaponlar əkinçiliklə məşğul olan bir xalq kimi, bu rəqs vasitəsilə bol məhsula görə Tanrıya şükr edib, arzu-diləklərini bildirirdilər.
Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, sənət adamları, musiqisevərlər, şəhər ictimaiyyətinin nümayəndələri konsertə tamaşa ediblər.
Ansamblın üzvlərinin təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi təqdim olunub.
İyulun 2-də Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində Polşanın “AcCello Duo” instrumental duetinin konserti olub.
AZƏRTAC xəbər verir ki, Şəki şəhərindəki XVIII əsrin sonu – XIX əsrin əvvəllərində inşa edilmiş tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil olunan konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, festivala dəvət olunmuş qonaqlar, musiqisevərlər iştirak ediblər.
Əvvəlcə məlumat verilib ki, “AcCello Duo” instrumental dueti akkordeon ifaçısı Konrad Merta və violonçel ifaçısı Pyotr Qah tərəfindən 2011-ci ildə yaradılıb. Duet bir sıra nüfuzlu beynəlxalq müsabiqə və festivalların iştirakçısı və qalibidir.
Akkordeon ifaçısı, aranjimançı və bəstəkar Konrad Merta Katovitse Musiqi Akademiyasının məzunudur. O, ifaçılıq fəaliyyətini həm solist, həm də müxtəlif ansamblların tərkibində davam etdirir. Polşada və xarici ölkələrdə keçirilən bir çox nüfuzlu müsabiqə və festivalların qalibidir. “Gənc Polşa” proqramı çərçivəsində Milli İrs və Mədəniyyət Nazirliyinin təqaüdünə layiq görülən Konrad Merta dəfələrlə Macarıstan, Litva, Slovakiya, Almaniya, İsveçrə, Fransa və Qətərdə konsert proqramları ilə, həmçinin bir sıra tanınmış simfonik orkestr və musiqi kollektivləri ilə çıxış edib.
Duetin digər üzvü Pyotr Qah da solo ifaçısı və instrumental ansamblların üzvü kimi müxtəlif festival və müsabiqələrdə iştirak edib, bir sıra uğur qazanıb. Hazırda Katovitse Musiqi Akademiyasında təhsilini davam etdirir.
İnstrumental duetin təqdim etdiyi klassik və müasir bəstəkarların əsərlərindən, müəllif kompozisiyalardan ibarət konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından duetə xatirə hədiyyəsi təqdim olunub.
İyulun 2-də Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində Polşanın “AcCello Duo” instrumental duetinin konserti olub.
AZƏRTAC xəbər verir ki, Şəki şəhərindəki XVIII əsrin sonu – XIX əsrin əvvəllərində inşa edilmiş tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində təşkil olunan konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, festivala dəvət olunmuş qonaqlar, musiqisevərlər iştirak ediblər.
Əvvəlcə məlumat verilib ki, “AcCello Duo” instrumental dueti akkordeon ifaçısı Konrad Merta və violonçel ifaçısı Pyotr Qah tərəfindən 2011-ci ildə yaradılıb. Duet bir sıra nüfuzlu beynəlxalq müsabiqə və festivalların iştirakçısı və qalibidir.
Akkordeon ifaçısı, aranjimançı və bəstəkar Konrad Merta Katovitse Musiqi Akademiyasının məzunudur. O, ifaçılıq fəaliyyətini həm solist, həm də müxtəlif ansamblların tərkibində davam etdirir. Polşada və xarici ölkələrdə keçirilən bir çox nüfuzlu müsabiqə və festivalların qalibidir. “Gənc Polşa” proqramı çərçivəsində Milli İrs və Mədəniyyət Nazirliyinin təqaüdünə layiq görülən Konrad Merta dəfələrlə Macarıstan, Litva, Slovakiya, Almaniya, İsveçrə, Fransa və Qətərdə konsert proqramları ilə, həmçinin bir sıra tanınmış simfonik orkestr və musiqi kollektivləri ilə çıxış edib.
Duetin digər üzvü Pyotr Qah da solo ifaçısı və instrumental ansamblların üzvü kimi müxtəlif festival və müsabiqələrdə iştirak edib, bir sıra uğur qazanıb. Hazırda Katovitse Musiqi Akademiyasında təhsilini davam etdirir.
İnstrumental duetin təqdim etdiyi klassik və müasir bəstəkarların əsərlərindən, müəllif kompozisiyalardan ibarət konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından duetə xatirə hədiyyəsi təqdim olunub.
Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində Yay teatrında Şəkinin “Zirvə” ansamblının konserti olub.
Konsertdən əvvəl məlumat verilib ki, respublikamızın tanınmış musiqi kollektivlərindən olan “Zirvə” xalq instrumental ansamblı 1972-ci ildə Şəki şəhərindəki Mirzə Fətəli Axundzadə adına mərkəzi mədəniyyət evinin nəzdində yaradılıb. Ötən əsrin 70-ci illərindən başlayaraq kollektiv respublikamızın bir çox şəhər və rayonlarında, həmçinin keçmiş sovet respublikalarının müxtəlif şəhərlərində konsertlər verib, nüfuzlu festivalların iştirakçısı olub. Xalq yaradıcılığına həsr olunan müxtəlif müsabiqələrin laureatı olan “Zirvə” ansamblı 1996-cı ildə Türkiyənin “Eşmə” şəhərində keçirilən “Sənət və kilim” festivalında ölkəmizi layiqincə təmsil edib. Kollektiv ədəbiyyat və incəsənət xadimləri, tanınmış musiqiçi və müğənnilərin iştirakı ilə müxtəlif yaradıcı tədbirlərdə çıxış edib. “Zirvə” ansamblı öz yaradıcılıq dəst-xətti və ifaçılıq mədəniyyəti ilə ümumxalq məhəbbəti qazanıb.
Hazırda ansambla Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbov rəhbərlik edir.
Ansamblın solistlərindən Anar Həsənli, Azər İskəndərov, Elvin Əhmədov, Seymur Qasımzadə, Məlahət Mahmudova və başqalarının ifa etdikləri görkəmli Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalının tarixində ilk dəfə olaraq Azərbaycanda yaşayan müxtəlif xalqların, etnik qrupların folklor kollektivləri iştirak edirlər. Bu kollektivlər festivalda öz folklor nümunələrini, el mərasimlərini, mahnı və rəqslərini nümayiş etdirirlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi azsaylı xalqların kollektivlərinin festivaldakı iştirakının təmin olunmasında və konsertlərinin təşkilində bilavasitə iştirak edir və təşkilati dəstək göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BMMM) analitika şöbəsinin baş məsləhətçisi Rəşad İlyasov jurnalistlərə müsahibəsində deyib.
Mərkəzin nümayəndəsi bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2014-cü ildə yaradılan və artıq bir ildir fəaliyyət göstərən BMMM Azərbaycanda yaşayan müxtəlif xalqların tarixi, ədəbiyyatı, folklor nümunələrinin tədqiqi və təbliği istiqamətində məqsədyönlü iş aparır. Rəşad İlyasov deyib: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, multikulturalizm Azərbaycanda həyat tərzidir. Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində reallaşan azsaylı xalqların folklor kollektivlərinin konserti də ölkəmizdə tarixən mövcud olan multikulturalizm ənənələrinin əyani sübutudur. Festivalda azsaylı xalqların folklor kollektivlərinin iştirakı bir daha göstərir ki, Azərbaycanda müxtəlif xalqlar, etnik qruplar sülh və barış içərisində yaşayaraq, multikultural mühitin tərkib hissəsi kimi, ölkəmizin və cəmiyyətimizin inkişafı üçün öz töhfələrini verirlər”.
“İpək Yolu” VI Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 5-də XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanları sarayının həyətində xanəndə Arzu Əliyevanın iştirakı ilə muğam konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə xanəndəni əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi muğam instrumental ansamblı müşayiət edib.
Tamaşaçıların diqqətinə çatdırılıb ki, Arzu Əliyeva “Muğam-2005” televiziya müsabiqəsinin və 2009-cu ildə keçirilən birinci Respublika Muğam müsabiqəsinin diplomantıdır. O, 2007-ci ildə Səmərqənd şəhərində Beynəlxalq festivaldakı uğurlu çıxışına görə UNESCO-nun diplomuna layiq görülüb. Xanəndə, həmçinin “Muğam aləmi” I Beynəlxalq Muğam festivalı çərçivəsində keçirilən Beynəlxalq muğam müsabiqəsinin diplomantıdır. Azərbaycan Milli Konservatoriyasında təhsil alan Arzu Əliyeva hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
Tarzən Sahib Paşazadə Heydər Əliyev Fondunun təşkil etdiyi “Muğam-2007, 2011, 2013 və 2015” televiziya müsabiqələrində çıxış edən instrumental qrupun rəhbəri olub. İfaçı ABŞ, Yaponiya, Çin, Kanada, Meksika, Mərakeş, Almaniya, Fransa, Norveç, Macarıstan Rumıniya, Yunanıstan, İngiltərə və İsveçdə solo və simfonik orkestrlərlə, həmçinin müşayiətçi kimi uğurla çıxış edib.
Ansamblın digər üzvləri – Toğrul Əsədullayev (kamança), Mehman Nuriyev (balaban) və Emin Cəbrayılov (nağara) da ölkəmizdə keçirilən beynəlxalq festival və müsabiqələrdə instrumental qrupun tərkibində çıxış ediblər.
Xanəndə Arzu Əliyevanın oxuduğu muğam, xalq mahnıları və təsniflər, eləcə də ansamblın ifa etdiyi el havaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert Şəki torpağının yetirməsi, tanınmış bəstəkar Şəfiqə Axundovanın “Mehriban olaq” mahnısı ilə sona çatıb.
Konsertin sonunda kollektivin üzvlərinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
“İpək Yolu” Beynəlxalq musiqi festivalının ən böyük özəlliyi ondadır ki, bu festival birbaşa Şəki şəhərinə bağlıdır. Bu qədim şəhərdə 84 tarixi memarlıq abidəsi var. Onların bir çoxu bərpa olunub, bəzilərində bərpa işləri davam etdirilir. Konsertlərimiz əsasən bu memarlıq abidələrinin önündə keçirilir. Bu, həm də çox gözəl təbliğatdır. Turistlər gəlirlər, görürlər, konsertlərdə iştirak edirlər. Görürlər ki, bu tarixi məkanlarda konsertlər də vermək olar, opera əsərləri də oynanıla bilər. Bakıda belə tarixi məkanlar İçərişəhərdən başqa heç yerdə yoxdur. Bu mənada, Şəki belə festivalların keçirilməsi üçün çox gözəl məkandır. Festivalımızın əsas özəlliyi də elə bundadır.
Bu fikirləri Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə AZƏRTAC-a müsahibəsində bildirib.
Firəngiz Əlizadə deyib ki, artıq altıncı dəfədir Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi festivalının öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşıb. Festival ilk gündən çox yaxşı start götürüb. Türk simfonik orkestrinin möhtəşəm başlanğıcından sonra bütün tədbirlər yüksək səviyyədə keçir. O deyib: “Festival hər dəfə yeni ideyalarla zənginləşir. Builki festivalın ən böyük hadisəsi tədbirdə Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi oldu. Festivalın proqramına uyğun olaraq, iyulun 3-də və 4-də ölkəmizdə yaşayan 11 xalqın nümayəndələri qədim memarlıq abidəsi olan “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində öz mərasimlərini, mahnı və rəqslərini nümayiş etdirdilər. Hər bir konsert “Azərbaycan” mahnısının sədaları altında başa çatdı. Bütün iştirakçılar sonda səhnədə cəmləşərək birlikdə bu mahnını oxudular. Onlar göstərdilər ki, Azərbaycanda azad şəraitdə yaşayır, öz folklor nümunələrini yaşadır, inkişaf etdirirlər”.
Konsertlərin təşkilinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin də yaxından kömək göstərdiyini vurğulayan Firəngiz Əlizadə deyib: “Prezident İlham Əliyevin Sərəncamı ilə bir il əvvəl yaradılan bu Mərkəz Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin qorunması ilə bağlı çox mühüm işlər görür. Dövlətimiz tərəfindən böyük önəm verilən multikulturalizm və tolerantlıq prinsiplərini “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva çox dəqiq ifadə edib: “Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan bir ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir”. Bu fikir festivalımızın da məramına uyğundur və bizi ilhamlandırır. Fəxrlə deyə bilərəm ki, mən də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüyəm və bu təşkilatla Azərbaycan Bəstəkarlar İttifaqı arasında çox yaxşı əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın uğurlu bəhrələrini biz artıq festivalın gedişində də gördük. Şəkililərə təqdim olunan iki konsert, sözün əsl mənasında, ölkəmizdəki multikulturalizm təntənəsinin nümayişi oldu”.
Firəngiz Əlizadə “İpək Yolu” Beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsinin təmin olunmasına görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib və bu musiqi bayramının uzun müddət şəkililərin yaddaşında xoş xatirə kimi qalacağını vurğulayıb.
Uğurla davam edən Şəki “İpək yolu” VI Beynəlxalq musiqi festivalının dördüncü günündə “Yuxarı Karvansaray” mehmanxana kompleksində tamaşaçılara Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələri, mahnı və rəqslərindən ibarət daha bir konsert proqramı təqdim olunub.
Konsert Qəbələ rayonunun Nic kəndindəki udilərin “Bulaq” Mədəniyyət Mərkəzinin “Cəngi” musiqi qrupunun çıxışı ilə başlanıb.
Sonra səhnəyə Astara rayonunun Kakalos kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Əvəsor” talış xalq folklor kollektivi çıxıb. Bu kollektiv respublikamızda və xarici ölkələrdə keçirilən tədbirlərdə, festivallarda fəal iştirak edir. Kollektivin repertuarında “Talış toyu” kompozisiyası, “Biçində”, “Qardaş, toyun mübarək”, “Naz etmə”, “Lay-lay”, “Xınayaxdı”, “Dili-dili” və digər folklor nümunələri vardır. Kollektivin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Zaqatala rayonunda yaşayan azsaylı xalqların nümayəndələri bu festivalda 3 folklor kollektivi ilə təmsil olunub. Rayonun Suvagil kənd mədəniyyət evinin “Ceyranım” saxur xalq folklor kollektivinin, Əliabad qəsəbəsində yaşayan ingiloyların “Əliabadım” və Danaçı kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Alazan” avar rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsertin sonunda bütün iştirakçılar unudulmaz müğənni Müslüm Maqomayevin ifasında məşhur “Azərbaycan” mahnısının sədaları altında yenidən səhnəyə çıxıblar.
Sonda Şəki Şəhər İcra Hakimiyyəti adından konsertdə iştirak edən kollektivlərə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, bir gün əvvəl də bu tarixi məkanda ölkəmizdə yaşayan tat, tatar, kürd, rus, ləzgi və ahısqa türklərinin folklor kollektivləri maraqlı və rəngarəng konsert proqramı ilə tamaşaçılara xoş anlar bəxş ediblər.
Iyulun 4-də axşam Şəki şəhərindəki Yay teatrında festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə ilə görüş keçirilib.
Tədbir iştirakçıları əvvəlcə görkəmli bəstəkarın həyat və yaradıcılığından bəhs edən sənədli filmlərdən kadrları seyr ediblər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, Azərbaycan Respublikasının Xalq Artisti, professor Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınan simalarındandır. O, bəstəkar, pianoçu, dirijor, musiqişünas, pedaqoq, ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbacanın hüdudlarından uzaqlarda parlaq şəkildə təmsil edir. Onun böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən əsərləri mötəbər konsert səhnələrində böyük triumfla səslənir, dünyanın adlı-sanlı ifaçılarının repertuarını bəzəyir.
Firəngiz xanımın yaradıcılığı barədə bu və digər məlumatlar görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd olunub ki, bəstəkar bir sıra xarici ölkələrdə “composer in residense” (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülüb. Onun “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş Beşik” və “Stadt Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” və müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərləri, violonçel və orkestr üçün konsertləri, böyük simfonik orkestr üçün “İthaf” və digər əsərləri dünya miqyasında tanınır.
Vurğulanıb ki, Firəngiz Əlizadə Şəki “İpək Yolu” Beynəlxalq musiqi festivalnın bədii rəhbəri olmaqla, dünyanın müxtəlif xalqlarının nümayəndələrini, mədəniyyət və incəsənət xadimlərini qədim Şəki torpağında toplayaraq, buradan Azərbaycanın sorağını bütün dünyaya çatdırmaqda mühüm rol oynayır.
Sonra tamaşaçılar Şəki Musiqi Kollecinin və şəhərdə fəaliyyət göstərən musiqi məktəbləri kollektivlərinin hazırladıqları maraqlı konsert proqramını izləyiblər. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, əməkdar artıstlər Fərid Əliyev, Afaq Abbasova və İlahə Əfəndiyevanın ifasında səslənən dünya və Azərbaycan bəstəkarlarının əsərləri tamaşaçıların ürəyincə olub.
Firəngiz Əlizadə səhnəyə çıxaraq tədbirin yüksək səviyyədə təşkilinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək Firəngiz Əlizadəni Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından biri kimi dəyərləndirib.
Sonda Firəngiz Əlizadə görüş iştirakçılarının suallarını cavablandırıb.
Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 1-də başlayan Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalı uğurla başa çatıb. Bəstəkarlar İttifaqından SİA-ya verilən məlumata görə, Şəki şəhərindəki Yay teatrında festivalın təntənəli bağlanış mərasimi olub.
Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri maraqlı konsert proqramı ilə çıxış edib.
Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə 2004-cü ildə yaradılan bu orkestrin formalaşmasında Xalq Artisti, professor Zəhra Quliyeva və professor Nəzmiyyə Abbaszadənin də xüsusi əməyi olub. Orkestr əsasən beynəlxalq müsabiqələr laureatlarından təşkil edilib. Yaranmasından az müddət keçməsinə baxmayaraq, kollektiv bir neçə uğurlu konsertlər verib, musiqi ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib.
Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin bədii rəhbəri və baş dirijoru olduğu “Baku Sinfonietta” orkestrinin repertuarına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxildir.
Orkestrin ifa etdiyi musiqi parçaları, solistlər – əməkdar artist Sahib Paşazadənin (tar), Gülşən Eyvazova-Nəsibovanın (qanun), Samir Əsədovun (violin) və İsrafil Rəsulovun (truba) solo ifaları, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – əməkdar artistlər Fərid Əliyev və Afaq Abbasovanın virtuoz ifaları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Festivalın bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək şəhər sakinləri adından Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirib.
Festivalın bədii rəhbəri Firəngiz Əlizadə bu gecə Azərbaycanın qədim diyarı olan Şəkidəki Yay teatrında daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, musiqi bayramının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın iştirakçıları və musiqiçilər adından şəhər rəhbərliyinə təşəkkürünü bildirib.
Bağlanış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov son altı ildə Şəkidə Azərbaycan musiqisinin çox gözəl bir tarixinin yazıldığını bildirib. Vurğulanıb ki, Böyük İpək Yolu üzərində yerləşən, dünya ölkələri arasında ticarət və mədəni əlaqələrin yaranmasında önəmli rol oynayan Şəkidə keçirilən bu festival Azərbaycanın musiqi tarixinin parlaq səhifəsidir.
Mərasimin sonunda Şəki “İpək Yolu” VI Beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESCO-nun Sülh artisti Firəngiz Əlizadəyə festivalın rəmzi simvolu təqdim olunub.
Qeyd edək ki, bağlanış mərasimi möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Dünyanin müxtəlif ölkələrindən gələn, dəvət olunmuş tanınmış, görkəmli bəstəkar, ifaçı və musiqi kollektivlərin görüş məkanına çevrilən qədim şəhərimiz Şəkidə VI Beynəlxalq Musiqi Festivalı möhtəşəm bir bayramı xatırlatdı. Festivalın dinamikası, emosional təsiri onun masştablığı, yüksək professionallığı və dəyərindədir. Xarici ölkələrdən – Türkiyədən, Yaponiyadan, Polşadan və digər ölkələrin musiqi kollektivləri maraqlı konsert proqramları ilə bu möhtəşəm Festivalda zövqlə, həvəslə və inamla çıxış etdilər.
Hər dəfə çap olunan bukletlərdə nəinki proqram, həmçinin rəngarəng illüstrasiyalar, fotoşəkillər, maraqlı məlumatlar dərc olunmuşdur. Həmin bukletdə “İpək Yolu” Festivalının bədii rəhbəri Firəngiz xanımın musiqiçilərə, qonaqlara olduqca səmimi və mənalı müraciəti çap edilib: “Hər dəfə Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə Festivalımızın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə bir il əvvəl 2014-cü ildə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanda yaşayan azsaylı xalqların mədəni irsinin qorunması ilə bağlı mühüm işlər görür. Dövlətimiz tərəfindən böyük önəm verilən multikulturalizm və tolerantlıq prinsiplərini Birinci Avropa Oyunlarının açılış mərasimində Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva çox dəqiq ifadə etmişdir: “Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir”. Bu fikir bizim Festivalımızın da məramına uyğunudur və bizi ilhamlandırır. Fəxrlə deyə bilərəm ki, mən də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüyəm və bu təşkilatın Azərbaycan Bəstəkarlar İttifaqı ilə əməkdaşlığının uğurlu bəhrələrini Siz Festivalın konsertlərində görəcəksiniz”.
Hörmətli Firəngiz xanımın ümidləri gerçəkləndi. Bütün azsaylı xalqların nümayəndələri zövqlə yüksək səviyyədə çıxış etdilər. Xüsusi olaraq qeyd etməliyik ki, Firəngiz xanım hər bir kollektivlə ayrı-ayrıca böyük iş aparır, bir neçə dəfə onlara qulaq asır, öz tövsiyələrini təklif edirdi, faktiki olaraq rejissorluq işini aparırdı. Onların konsertlərinə məqaləmizdə hələ qayıdacağıq.
Festivalın birinci günü Yaponiyadan dəvət olunmuş Kamiqata Sumiyoşi Kai ansamblının konserti diqqəti cəlb etdi. Builki Beynəlxalq Festivalında Yaponiyanın sənətçiləri Kamiqata rakudo sənət növünü ustalıqla, məharətlə ifa etdilər. Bu ansamblın hət bir ifaçısı müxtəlif rəqs növləri, poetik formaları, bir sözlə bütün növlərini nümayiş etdirirlər. Açığını deyək ki, bu maraqlı kompozisiyanı qurmaq heç də asand deyil. İfaçı çevik, dinamik, fəal olmalıdır. Belə ki, qarşımızda kiçik teatr səhnələri canlandı. Onların ifasında Daikaqura rəqsi canlandı. Maraqlıdır ki, daikaqura rəqsi keçmişdə tanrıya ithaf olunurdu. Əkinçilik ilə məşğul olan bir zəhmətkeş xalq kimi yaponlar ifadəli və enerjili rəqs vasitəsilə böyük məhsula görə allaha şükr öz istəklərini bildirirdilər. Ümumiyyətlə, rəqs zamanı yaponlar improvizasiya elementlərinə üstünlük verirlər. Dinlədiyimiz və böyük ehtiramla tamaşa etdiyimiz bu səhnələşdirilmiş rəngarəng epizodlar hamımızı heyran etdi.
Həmin gün Polşadan gələn “AcCELLO Duo” instrumental duetin konsertini dinlədik. “AcCELLO Duo” instrumental dueti akkardeon ifaçısı Pyotr Qah tərəfindən 2011-ci ildı təşkil edilib. Bu gözəl diet bir çox dəyərli Beynəlxalq Festival və müsabiqələrin iştirakçısı olmuş, mükafat və diplomlarla təltif rdilmişdir. Konsertdə həm ciddi klassik və həmçinin populyar əsərlər səsləndi.
Axşam, yəni iyulun 1-də gözəl və möhtəşəm Yay Teatrında Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı oldu. Təntənəli gecəni Türkiyənin Adana şəhərinin Çukurova Dövlət Simfonik Orkestri açdı. Həmin axşam bizim Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, tanınmış dirijor Fəxrəddin Kərimov idarə edirdi.
Konsert türk bəstəkarı Ülvi Cemal Erkinin “Koçekçe” əsəri ilə başladı. Orkestr ustalıqla bu dinamik və ifadəli əsəri ifa etdi. Keçmiş və müasirlik, arxaika və bu gün – əsərdə sıx vəhdət halında çıxış edir. Digər türk bəstəkarı Eray İnal geniş yayılmiş Azərbaycan xalq incisini – “Sarı gəlin” mahnısını məharətlə işləmiş, rəngarəng boyalarla zənginləşdirmişdi.
F.Kərimov böyük bir proqram hazırlamışdır və burada azərbaycan, türk və qərb bəstəkarların əsərləri öz əksini tapmışdır. Daha çox həmin gecə xalq tərəfindən sevilən populyar kinomusiqisi proqramda əsas yer tuturdu. Həmin gecə tanınmış violin ifaçısı Toğrul Qəniyev Antonio Vivaldinin “İlin fəsilləri” əsərini orkestrin müşayiəti ilə məharətlə dinləyici və tamaşaçılara çatdırdı. Xalq artisti İlahə Əfəndiyeva, əməkdar incəsənət xadimi Afaq Abbasova çıxış etdilər.
Fəxrəddin müəllimdəb xahiş etdik orkestr haqqında öz fikirlərini desin: “Çukurova Dövlət Simfonik Orkestri ilə bizim çoxdan dostluq və yaradıcılıq əlaqələrimiz mövcuddur – səmimi söhbətə qoşulan F.Kərimov xüsusi vurğuladı. Bu orkestr Prezident, İstanbul və İzmir simfonik orkestrləri ilə yanaşı, Türkiyənin sayca dördüncü Dövlət Simfonik Orkestridir.
Bu ilin fevral ayında İstambulda xalq artisti, professor Firəngiz Əlizadənin müəllif konserti keçirildi. Çukurova Dövlət Simfonik Orkestrinin ifasında F.Əlizadənin “İntizar” operasından bir çox gözəl və ifadəli nömrələr səsləndi (ariyalar, II pərdəyə giriş və s.). Orkestri mən idarə edirdim. Bu konsertə orkestr çox ciddi hazırlaşmışdır. Həmin gecə Firəngiz xanımın digər dəyərli əsərləri də “Şüştər” simfonik orkestr üçün (“Metamorfozı”) səsləndi.
Ümumiyyətlə, bu orkestr ilə mən Azərbaycan bəstəkarlarının bir çox əsərlərini yazmışam, o cümlədən, Q.Qaaryevin “Don-Kixot”, F.Əmirovun “Kürd Ovşarı”, A.Rzayevin Skripka və orkestr üçün Konsertini və s.
VI Beynəlxalq Musiqi Festivalına da biz məhsuliyyətlə yanaşdıq. Mən Türkiyədə bir neçə repetisiya keçirtdim və orkestri Şəkidə çıxış etməyə hazırladım. Bu orkestr bir çox xarici ölkələrdə müvəffəqiyyətlə çıxış edib”. Çox sağ olun Fəxrəddin müəllim, Siz həmişə Bəstəkarlar İttifaqına kömək edirsiniz, bütün tədbirlərdə fəal iştirak edirsiniz.
Festivalın səhəri gün Şəki Musiqi Kollecində müəllim və tələbələrin Bakıdan gələn qonaqlarla yüksək səviyyədə görüş keçirildi. Azərbaycan bəstəkar və musiqişünasları haqqında yazılan kitabların təqdimatı oldu. Bu sətirlərin müəllifi bu haqda xüsusi məqalə hazırlayır, çünki indiki məqaləmizin çərçivəsinə sığmır.
Yuxarıda qeyd etdiyimiz kimi, bu Festivalın yeniliyi ilk növbədə Azərbaycanda yaşayan azsaylı xalqların iştirakı olmuşdur, o cümlədən, iyulun 2-si və 3-də ləzgilərin, tatarların, Axısqa türklərinin, tatların, kürdlərin, İvanovka, Nikolayevka və digər rayonlarda yaşayan rusların, daha sonra udinlərin yaratdığı müxtəlif kollektivlərin ifasında onların mahnılarını, rəqslərini eşitdik, gördük. Kiçik teatr səhnəcikləri qarşımızda canlanırdı. Onlar öz doğma folklorunun ən qədim janrlarına müraciət edərək, sözün əsl mənasında kompozisiyalar yaradırdı. Bunların bir çoxu, məhz azərbaycanlıların keçirtdiyi toy mərasimində, daha doğrusu toya təxminən 1 ay qalmış müddətində “Xınayaxdı” mərasimi keçirilir. Eyniadlı kollektivin ifasında qədim xalq mahnılarını eşitdik. Nə yaxşı olardı bu mahnı-rəqslərin musiqisi nota yazılsın və çap edilsin. Folklor təfəkkürünü canlandırmadan, folklor yaddaşını oyatmadan Azərbaycan irsinin təbii – tarixi inkişaf kontekstini bütün genişliyi ilə bərpa etmək mümkün deyil. Musiqi, incəsənət o zaman böyükdür ki, o, güclü etnik – mədəni əsaslar üzərində dayanır, inkişaf edir, zənginləşir.
Fikrimizcə, gələcəkdə bu haqda ümumiləşdirilmiş elmi işlər yazılmalıdır, azsaylı xalqların musiqisi dərindən öyrənilməli və tədqiqat işləri aparılmalıdır. “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalında Şəkinin “Zirvə” ansamblının konserti Yay teatrında keçirildi. Şəkinin xalq instrumental ansamblı yetmişinci illərdə yaranıb və o vaxtdan onun fəaliyyəti getdikcə genişlənir, yeni solistlər, yeni qüvvələr gəlir.
“Zirvə” xalq instrumental ansamblının bir çox xarici ölkələrdə öz məharətini, professionallığını nümayiş etdirir.
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı hər gün Festivalın işini işıqlandırırdı.
Səadət Təhmiraz qızı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Radio musiqi Verilişləri Redaksiyasının redaktoru: “Artıq 6-cı ildir Şəkidə “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu dünya əhəmiyyətli Festivaldır, çünki hər il Festivalda dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər iştirak etmişlər. Məhz bu cəhəti festivalın adına daha uyğundur, belə ki, Qədim dövrlərdə Şəki “İpək Yolu” ticarət mərkəzi kimi tanınmışdı, bu gün isə “İpək Yolu” sanki musiqi karvanına çevrilib. Mən də xoşbəxtəm ki, Festivalın musiqi karvanına qoşulub artıq 3-cü ildir ki, burada iştirak edirəm. Bir musiqişünas olaraq Festivalın əhəmiyyətini çox böyük dəyərləndirirəm. Çünki burada musiqinin təbliği, maarifləndirici xüsusiyyəti və insanların musiqi zövqünün inkişafı mühüm rol oynayır. Bütün bunlar üçün də Festivalın bədii rəhbəri Firəngiz xanım Əlizadəyə minnətdaram.
İyulun 4-də Yay teatrında Azərbaycan Bəstəjkarlar İttifaqının Sədri, professor, xalq artisti, YUNESKO-nun “Sülh artisti”, xalqımızın sevimli bəstəkarı Firəngiz Əlizadə ilə görüş keçirildi. Açığını deyək ki, belə yüksək səviyyədə görüş biz görməmişik, yadımıza gəlmir. Burada bir çox amillər, bu yüksəkliyin sübutudur. Zalda əyləşən hər bir insanın simasında – ziyalılıq və musiqi sənətinə sevgi var idi. Şəkidə 5 gün olaraq, bir maraqlı hadisəni müşayiət etdim. Məhz Festival günlərində daha çox xaricdən qonaqlar müxtəlif sahələrin mütəxəssisləri Şəkiyə təşrif buyururlar. Onlar Azərbaycan musiqi mədəniyyətini öyrənmək məqsədilə bütün konsertlərə gəlirdilər. Onlar mütləq Firəngiz xanıma yaxınlaşaraq, həmişə onu təbrik edir, yeni əsərlər haqqında məlumat toplayırdılar, müsahibələr götürürdülər və s.
Görüşdən əvvəl, Firəngiz xanım haqqında kinofilm nümayiş olundu. Burada onun əsərləri səsləndikcə zalda alqışlar səslənir və insanların üzündə təbəssüm, sevinc hissləri aydın görünür. Zalda ideal sakitlik və hamı diqqətlə, fəxrlə qulaq asır. Yazılı şəkildə (yəni Firəngiz xanımın elektron ünvanına onlarla suallar gəlir, o, bu suallara operativ şəklində cavab verirdi).
Millət vəkili, akademik Yaqub Mahmudov çox gözəl çıxış etdi. Ümumiyyətlə, bu görkəmli şəxsiyyət musiqidə gedən bütün cərəyanları, tendensiyaları tədqiq edərək, dəyərli ümumiləşdirilmələr verir. Müasir Azərbaycan musiqisinin fəlsəfi dünyasını, konseptuallığını akademik Firəngiz xanımın əsərlərinə əsaslanaraq açdı və hamı üçün aydın oldu ki, dünya şöhrətini, xalqın məhəbbətini məhz böyük nailiyyətlərə görə qazanıb.
Xatırladım ki, filmdə F.Əlizadənin “Habilsayağı” əsəri səslənəndə, sürəkli alqışlar zalı bürüdü. Bu xalqımızın bəstəkara olan səmimi məhəbbəti idi.
Yaxşı olardı bu görüş və çıxışlar Azərbaycan Televiziyasında bütövlükdə göstərilsin. Firəngiz xanım gündə ən azı 11-15 müsahibə verirdi. Şəki televiziyası bütün konsertləri, çıxışları yüksək səviyyədə yazdı və hər gün işəqlandırırdı.
İyulun 5-də “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalın qonaqları bizim hamımızın sevdiyi kollektiv – muğam instrumental ansambl (onun rəhbəri – əməkdar incəsənət xadimi Sahib Paşazadə) Şəki Xan Sarayında yüksək bədii zövqlə həmin çıxış etdilər. Arzu Əliyeva “Muğam” müsabiqəsinin diplomantı, Azərbaycan Dövlət Akademik Opera və Baletr Teatrının solisti, ansamblın tərkibində istedadlı musiqiçilər – Toğrul Əsədullayev (kamança), Mehman Nuriyev (balaban), Emin Cəbrayılov (nağara), Gülşən Eyvazova-Nəsibova (qanun).
“İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının bağlanışı Yay Teatrında təntənəli və yüksək səviyyədə keçirildi. Həmin gün Azərbaycan Bəstəkarlar İttifaqının “Bakı Sinfoniyetta” orkestri uğurla çıxış etdi. Bu orkestr 2014-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, professor, xalq artisti Firəngiz Əlizadə və Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadənin təşəbbüsü ilə yaradılmışdı. Konsertdə rəngarəng və maraqlı əsərlər ifa olundu.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çox gözəl çıxış etdi. Sonra hörmətli Firəngiz xanım olduqca səmimi çıxış edərək Festivalın yüksək səviyyəsində keçməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və şəkililərə təşəkkür etdi. Qeyri-adi, dəyərli çıxış ilə hamını akademik Yaqub Mahmudov valeh etdi.