"İpək Yolu" IV Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri) - Məqalələr

Bakı, 28 iyun (AzərTAc). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 28-dən iyulun 4-dək Şəkidə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı keçiriləcəkdir. AzərTAc xəbər verir ki, bu barədə iyunun 28-də Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən mətbuat konfransında məlumat verilmişdir. Festivalın bədii rəhbəri, ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə 2010-cu ildən keçirilən festivalın artıq ənənə halını aldığını söyləmişdir. O, festival çərçivəsində tədbirlərin Şəkinin tarixi məkanları ilə yanaşı, onun müasir simasını əks etdirən mədəniyyət obyektlərində də təşkil ediləcəyini bildirmişdir. Konfransda festivalın janr çərçivəsinin ildən-ilə genişləndiyi vurğulanmışdır.

Qeyd olunmuşdur ki, festivalın rəsmi açılış mərasimində Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivinin ifasında dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaqdır. Festival çərçivəsində Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımovanın, Əməkdar Artist Tünzalə Ağayevanın, Şəki Musiqi Kollecinin tələbələrinin konserti olacaqdır. Həmçinin Amerikadan gəlmiş “Filliqar” rok qrupunun, Türkiyənin üç musiqi kollektivinin, Rusiya, Moldova, Ukrayna, Tacikistan, Qazaxıstandan olan rəqs ansambllarının, Koreya Respublikası musiqiçilərinin konsert verəcəkləri vurğulanmışdır. Festival çərçivəsində ənənəvi olaraq Şəki Musiqi Kollecinin tələbələri üçün ustad dərsləri keçiriləcəkdir. Ustad dərsləri xalq artistləri Yeganə Axundova və Zəhra Quliyeva tərəfindən piano və skripka üzrə aparılacaqdır. Nəzərə çatdırılmışdır ki, “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının “Aşağı Karvansara” Kompleksində təşkil ediləcək yekun konserti ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaqdır. Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə keçiriləcək konsertdə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri, Fikrət Əmirov adına Dövlət mahnı və rəqs ansamblı və Şəki Musiqi Kollecinin xor kollektivi çıxış edəcəklər. Konsertdə görkəmli bəstəkarlarımızın əsərləri, muğam və xalq mahnıları səsləndiriləcəkdir. Bildirilmişdir ki, festival həm Şəkinin turizm bölgəsi kimi tanıdılmasında, həm də gənc nəslin musiqi zövqünün formalaşdırılmasında mühüm rol oynayacaqdır.

Bakı, 28 iyun (AzərTAc). Şəkidə keçiriləcək “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı ərəfəsində – iyunun 28-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda “İpək Yolunun sədaları və rəngləri: dodekafon sistemi Qərbdə və Şərqdə” adlı konsert olmuşdur. AzərTAc xəbər verir ki, festivalın bədii rəhbəri, ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bu musiqi bayramının hər il ənənəvi olaraq keçirildiyini və burada müxtəlif ölkələrdən kollektivlərin iştirak etdiklərini söyləmişdir. Festivalın bədii rəhbəri dodekafon sistemi barədə məlumat verərək belə musiqiləri ifa etməyin asan olmadığını bildirmişdir.

Konsert proqramında “Oazis” simli kvarteti tərəfindən dodekafon janrında yazılmış Arnold Şönberqin “2 saylı kvartet”i və Firəngiz Əlizadənin “Dilogiya” əsəri səsləndirilmişdir. Solist kimi Əməkdar Artist Fəridə Məmmədova (soprano) çıxış etmişdir. Həmçinin gənc rəssam Lalə Qasımın performansı təqdim olunmuşdur.

Şəki, 29 iyun (AzərTAc). Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 28-də Şəki şəhərində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı başlamışdır. İyulun 4-dək davam edəcək musiqi bayramında bir sıra xarici ölkələrin, eləcə də Azərbaycanın milli musiqi, rəqs, folklor və teatr kollektivləri çıxış edəcəklər.

AzərTAc xəbər verir ki, festivalın proqramına uyğun olaraq, iyunun 28-də axşam Şəki şəhərindəki yay teatrında MDB ölkələri rəqs qruplarının iştirakı ilə geniş konsert proqramı təqdim olunmuşdur. Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının Azərbaycanın, eləcə də Şəkinin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildirmiş, festivalın işinə uğurlar arzulamışlar. Qazaxıstanın “Altınay” Dövlət Rəqs Ansamblının, Belarusun “Xoroşki” Dövlət Akademik Rəqs Ansamblının, Tacikistanın “Zebo” Dövlət Akademik Rəqs Ansamblının, Ukraynanın “Banduraçılar” duetinin, Qırğızıstanın “Ak maral” Milli Akademik Rəqs Ansamblının, Moldovanın “Flueras” Milli Mahnı və Rəqs Ansamblının, Özbəkistanın “Ofarin” Rəqs Teatrının və Rusiyanın məşhur “Beryozka” Dövlət Akademik Rəqs Ansamblının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Şəki, 29 iyun (AzərTAc). İyunun 29-da Şəki şəhərindəki Azadlıq meydanında “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində ABŞ-ın “Filligar” rok-qrupunun konserti olmuşdur.

AzərTAc xəbər verir ki, festivala dəvət almış qonaqların, rok musiqisi həvəskarlarının, şəhər sakinlərinin iştirak etdikləri konsertdə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Viktoriya Sluon qrupun fəaliyyəti və ölkəmizə səfərinin məqsədi barədə məlumat vermişdir. Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının janr baxımından da çox zəngin olduğunu, bu musiqi bayramının proqramına uzaq Amerikadan gələn rok qrupunun çıxışı və cazibədar etno-caz musiqisindən tutmuş klassik balet tamaşasınadək ən müxtəlif janrların daxil edildiyini diqqətə çatdırmışdır. Məlumat verilmişdir ki, “Filligar” Amerikada son illərin ən yaxşı gənc rok qruplarından sayılır. 2000-ci ildə Çikaqo şəhərində Matias qardaşları tərəfindən yaradılan bu qrup artıq 8 albomunu və 80 orijinal mahnısını rok musiqisini sevənlərə təqdim etmişdir. 2012-ci ildə qrupun sonuncu “The Nerve” albomu Amerikada məşhur Müstəqil Nüfuzlu Musiqi Mükafatları birliyi tərəfindən “İlin ən yaxşı albomu” nominasiyası üzrə mükafata layiq görülmüşdür. Qeyd olunmuşdur ki, “Filligar” qrupunun musiqisi bir çox məşhur rok və pop musiqiçilərin və qrupların yaradıcılığından qaynaqlanmışdır. 2013-cü ildə “Filligar” qrupu dünya ölkələri arasında mədəniyyətin və incəsənətin dialoqunu, qarşılıqlı mədəni əlaqələrin inkişafını, habelə Amerika musiqi mədəniyyətini təbliğ etmək üçün ABŞ Dövlət Departamenti tərəfindən mədəni səfir kimi bir sıra Şərqi Avropa ölkələrinə qastrol səfərləri etmişdir. Rok qrupunun çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Şəki, 30 iyun (AzərTAc). İyunun 29-da Şəkidə XIX əsrə aid tarixi-memarlıq abidəsi olan “Aşağı Karvansaray” kompleksində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Şəkinin yenidən qapılarını növbəti “İpək Yolu” festivalına açdığını bildirmişlər. Qeyd olunmuşdur ki, gözəl bir ənənəyə çevrilən möhtəşəm musiqi bayramı – “İpək Yolu” Beynəlxalq festivalının Şəkidə keçirilməsi heç də təsadüfi deyildir. Əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olmuşdur. Bu gün Şəki orta əsrin şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, qala divarları, körpülər Şəkinin qədim memarlıq üslubundan xəbər verir. Musiqi festivalı zamanı konsertlərin tarixi memarlıq abidələri önündə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır. Bu festivallar həm də xalqımıza xas olan zəngin tarixi mədəni irsi təbliğ etməyə imkan yaradır.

Bildirilmişdir ki, bu gözəl musiqi bayramında Azərbaycan ilə yanaşı Türkiyə, Tacikistan, Rusiya, Koreya Respublikası və ABŞ-ın musiqiləri səsləndiriləcəkdir.

“İpək Yolu” IV Beynəlxalq musiqi festivalı bu dəfə əsl yeniliklə başlanmışdır. İlk dəfə olaraq burada görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunmuşdur.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının ifasında “Yeddi gözəl” baleti festivala dəvət olunmuş xarici ölkələrin nümayəndə heyətlərinin üzvləri, fəxri qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri, teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Xalq Artisti Cavanşir Cəfərovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə nümayiş olunmuş baletin baletmeysteri Vasili Medvedev (Rusiya), quruluşçu rəssam Dmitri Gerbadji (Rusiya), geyim üzrə rəssam Əməkdar Rəssam Tahir Tahirovdur. Səhnə əsərində əsas rolları isə xalq artistləri Kamilla Hüseynova və Gülağası Mirzəyev ifa etmişlər.

Şəki, 30 iyun (AzərTAc). Şəki Musiqi Kollecində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində Bakı Musiqi Akademiyasının professoru, Xalq Artisti, tanınmış pianoçu Yeganə Axundova kollecin tələbələrinə ustad dərsi keçmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) üzvlərinin, kollecin müəllim və tələbələrinin iştirak etdikləri tədbirdə çıxış edən Yeganə Axundova son illər Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyi və ABİ-nin dəstəyi ilə keçirilən beynəlxalq musiqi festivallarının mühüm əhəmiyyətini xüsusi vurğulamışdır. Bildirmişdir ki, bu festivallar Azərbaycanı bütün dünyaya tanıdır, musiqimizi nümayiş etdirir. Gələn qonaqlar ölkəmizi ziyarət etməklə yanaşı, dəyərli musiqi xəzinəmizlə də yaxından tanış olmaq imkanı qazanırlar.

Sonra kollecin IV kurs tələbəsi Türkan Məmmədli pianoda İ. S. Baxın “Prelüdiya”, L. V. Bethovenin “3 nömrəli sonata”, Tofiq Quliyevin “Qaytağı”, II kurs tələbəsi Nigar İsayeva isə F. Listin “Ov” etüdü və L .V. Bethovenin “16 nömrəli sonata” əsərlərini ifa etmişlər.

İfaçıları diqqətlə dinləyən professor Yeganə Axundova tələbələrə irad və tövsiyələrini bildirmişdir.

Şəkidə uğurla davam edən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının üçüncü günündə tamaşaçılara Koreya Respublikasından olan solistlərin ifasında qədim musiqi nümunələri və rəqslərdən ibarət maraqlı konsert proqramı təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, yay teatrında keçirilən konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərinin nümayəndələri, sənət adamları və şəhər sakinləri iştirak etmişlər.

Konserti Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn açaraq “İpək Yolu” festivalının iştirakçılarının xalq musiqisindən zövq almaq, müxtəlif xalqların mədəniyyəti haqqında geniş məlumat əldə etmək imkanlarının olduğunu bildirmişdir. Səfir bu möhtəşəm tədbirə dəvət olunmasından qürur duyduğunu, hər dəfə Şəkiyə səfər edəndə onun gözəl incəsənəti və zəngin mədəni irsinə heyran qaldığını vurğulamışdır. Koreya musiqiçilərinin “İpək Yolu” Beynəlxalq musiqi festivalında hər il iştirak etmələrindən məmnunluq duyduğunu bildirən Çoi Suk-İn, bu gün musiqiçilərdən ibarət böyük bir qrupun bu festivalın tərkib hissəsi olmaq üçün uzun yol qət edərək Şəkiyə gəldiyini diqqətə çatdırmışdır. Səfir bu festivalın Koreya milli musiqisi ilə yaxından tanış olmağa, eyni zamanda, ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir.

Konsertdən əvvəl məlumat verilmişdir ki, Koreya musiqi mədəniyyətində mahnı və rəqslər əsas yer tutur. Musiqi nümunələri zəngin məzmuna və özünəməxsus cəhətlərə malik olmaqla, əsrlər boyu ustad sənətkar nəsillərinin ifaçılıq təfsirində bizə gəlib çatmışdır.

Konsertdə ifa olunan mahnı və rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

Şəki, 30 iyun (AzərTAc). Şəki şəhərində “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində Türkiyənin “Axşam səfası” TRT orkestri və solistlərinin konserti olmuşdur.

AzərTAc xəbər verir ki, tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində keçirilən konsertdə Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) rəhbərləri, Türkiyədən gəlmiş nümayəndə heyətinin üzvləri, festivala dəvət olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri, şəhər sakinləri iştirak etmişlər.

Bildirilmişdir ki, “Axşam səfası” TRT orkestri və xor qrupu uzun müddətdir fəaliyyət göstərir. Kollektivin adı yalnız axşamlar açan çiçəyin adından götürülmüşdür. Xorun kollektivi dünyanın müxtəlif ölkələrində rəngarəng proqramlarla möhtəşəm konsertlər vermişdir. Kollektivinrepertuarındatürk “Sanat” musiqisivəbəstəkarmahnılarıəsasyertutur. Bu ilinmayındakollektivHeydərƏliyevSarayındamöhtəşəmkonsertləriiləbakılılarınqəlbinifəthetmişdir.

Solistlərin 20 nəfərlikorkestrinmüşayiətiiləyüksəkpeşəkarlıqlaifaetdikləritürk pop vəxalqsənətmusiqisi, Azərbaycanınxalqmahnısı “Sarı gəlin”, həmçinin “Əziz dost”, “Səngəlməzoldun” vədigərmahnılarımız festival iştirakçılarınınürəyincəolmuşdur.

CabbarQaryağdıoğluadınaAzərbaycanmuğamüçlüyünün – xalqartistləriMələkxanımƏyyubova, tarzənMöhlətMüslümovvəkamançaustasıFəxrəddinDadaşovunçıxışıisətamaşaçılartərəfindənböyükmaraqlaqarşılanmışdır.

KonsertproqramıTürkiyəninbirneçəteleviziyakanalıiləcanlıyayımlanmışdır.

Şəki, 1 iyul (AzərTAc). Biz “İpək Yolu” festivalına Türkiyənin TRT kanalının məşhur “Axşam səfası” proqramını gətirmişik. Bu proqram TRT-də yayımlanan ən gözəl və ən maraqlı proqramlardan biridir. “Axşam səfası” 13 ildir ki, fasiləsiz davam edir. Bu proqramla iki ay əvvəl Bakıda, Heydər Əliyev Sarayında konsert vermişik. Çox bəyənildiyi üçün kollektivimiz Şəkidə keçirilən musiqi festivalına dəvət olundu və biz bu təklifi məmnuniyyətlə qəbul etdik.

AzərTAc xəbər verir ki, bu sözləri Şəkidə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının iştirakçısı, TRT kanalının prodüseri və konsertin təşkilatçısı Muhsin Yıldırım jurnalistlərə müsahibəsində bildirmişdir.

Şəkidə çox yaxşı qarşılandıqlarını, şəhərin qədim tarixi abidələrini ziyarət etdiklərini, görməli yerlərini gəzdiklərini bildirən Muhsin Yıldırım demişdir: “Kollektivimizin üzvləri Şəkini çox bəyəndilər. İnsanların isti münasibətinə görə özümüzü evdəki kimi hiss edirik. Festivalın təşkilatçılarını təbrik edirik, çox gözəl festival olmuşdur. İnşallah, uğurla da davam edər. Belə festivallar insanlar arasında dostluğu, qardaşlığı və ünsiyyəti daha da genişləndirir.

Şəki, 2 iyul (AzərTAc). Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı artıq beşinci gündür ki, musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir.

AzərTAc xəbər verir ki, iyulun 2-də festival çərçivəsində Şəki Musiqi Kollecinin konsert salonunda kollecin tələbələrinin iştirakı ilə geniş konsert proqramı təqdim olunmuşdur.

Konsertdən əvvəl məlumat verilmişdir ki, 1958-ci ildən fəaliyyət göstərən bu musiqi ocağında indiyədək 5 minə yaxın orta ixtisas təhsilli musiqiçi hazırlanmışdır. Kollecdə 6 şöbə – fortepiano, orkestr alətləri, xalq çalğı alətləri, xanəndəlik, xor dirijorluğu və musiqi nəzəriyyəsi şöbələri fəaliyyət göstərir. Hazırda kollecdə 403 tələbə musiqi təhsili alır. “İpək Yolu” Beynəlxalq musiqi festivalında fəal iştirakına görə kollecin kollektivi 2010-cu ildə təşkilatçılar tərəfindən diplomla mükafatlandırılmışdır.

Sonra kollecin xor, xalq çalğı alətləri orkestri və kamera ansamblı geniş konsert proqramı ilə çıxış etmişlər. Tamaşaçılar orkestrin ifasında Müslüm Maqomayevin “Radio marşı” əsərini, xor və orkestrin ifasında Qara Qarayevin “Xoşbəxtlik mahnısı” kantatasını, İsmayıl Əliyevin “Bir əlində qanun, birində Quran” odasını, kamera ansamblının ifasında Üzeyir Hacıbəylinin “Aşıqsayağı” və “Arazbarı” əsərlərini dinləmişlər.

Konsertdə, həmçinin ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Gənc ifaçıların II respublika müsabiqəsinin diplomantları, kollecin tələbələri Türkan Məmmədli, Xəyal Bəkirov, Leyla Əliheydərli, Nuranə Bəkirova və Allahverdi Abdurəhimovun ifasında klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənmişdir.

Konsert alqışlarla qarşılanmışdır.

Şəki, 3 iyul (AzərTAc). Şəkidə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı uğurla davam edir.

AzərTAc xəbər verir ki, iyulun 2-də festival çərçivəsində Yay Teatrında Şəki ilə qardaşlaşmış Türkiyənin Giresun və Konya şəhərləri rəqs ansambllarının konserti olmuşdur.

Konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, Türkiyənin Giresun və Konya şəhərlərindən gəlmiş geniş tərkibdə nümayəndə heyəti, musiqisevərlər, şəhər sakinləri iştirak etmişlər.

Türkiyədə keçirilən “Yetenek sizsiniz” yarışmasında finala qədər gəlib çıxmış, yekunda dördüncü yeri tutmuş Konya şəhərinin “Kaşıks” rəqs qrupunun təqdim etdiyi bir-birindən maraqlı, oynaq, şux rəqslər tamaşaçıların böyük marağına səbəb olmuşdur. Giresun şəhər bələdiyyəsi konservatoriyası orkestri solistlərinin ifa etdikləri türk xalq musiqisi nümunələri, habelə Azərbaycan xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Konsertdən sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalda çox fəal iştirak etdiklərinə görə qardaş Türkiyədən olan musiqi kollektivlərinin üzvlərinə təşkilatçılar adından minnətdarlığını bildirmişdir.

Türkiyədən gəlmiş nümayəndə heyətinin rəhbərliyinə festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Şəki, 4 iyul (AzərTAc). İyulun 4-də Şəki şəhərindəki yay teatrında tamaşaçılar “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Respublikasının Əməkdar Artisti Tünzalə Ağayevanın konsertini izləmişlər.

AzərTAc xəbər verir ki, ifasına başlamazdan əvvəl müğənni Şəkidə ənənəvi “İpək Yolu” Beynəlxalq musiqi festivalının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmiş, belə bir musiqi bayramında iştirak etdiyinə görə özünü xoşbəxt saydığını bildirmiş, dəvətə görə festivalın təşkilatçılarına minnətdarlıq etmişdir.

“Hicaz” qrupunun müşayiəti ilə müğənninin ifasında tanınmış Azərbaycan bəstəkarlarının əsərləri, məşhur türk müğənnisi Barış Mançonun, habelə dünyanın məşhur pop musiqisi ifaçılarının repertuarlarından mahnılar tamaşaçıların böyük marağına səbəb olmuşdur.

Tünzalə Ağayevanın özünün müəllifi olduğu “Mən Azərbaycanlıyam” mahnısını Şəki Musiqi Kollecinin tələbələri ilə birlikdə ifa etməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Müğənni konsert proqramına Cəfər Cabbarlının sözlərinə Asəf Zeynallının bəstələdiyi “Ölkəm” romansı ilə yekun vurmuşdur.

Sonda şəhər icra hakimiyyəti adından müğənni Tünzalə Ağayevaya festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Əməkdar Artist Tünzalə Ağayeva müğənni kimi sola karyerasına 2001-ci ildə gənc ifaçıların “Bakı payızı” musiqi müsabiqəsində qalib gəldikdən sonra başlamışdır. Müxtəlif illərdə o, Rusiyada, Ukraynada keçirilən beynəlxalq musiqi müsabiqələrinin qalibi olmuşdur.

Müğənni respublikanın ictimai həyatında, uşaqlarla bağlı xeyriyyə layihələrində, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində, diaspor təşkilatlarının tədbirlərində, habelə bir sıra beynəlxalq layihələrdə fəal iştirakına görə fəxri diplomlara və mükafatlara layiq görülmüşdür.