"İpək Yolu" III Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)

“İpək Yolu” III Beynəlxalq Musiqi Festivalının iştirakçıları

Fərid Əliyev (1975)
Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin rəssam-dizayner fakultəsində (1998) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal fakultəsində (2002) təhsil almış, 2004-cü ildə BMA-nın magistr pilləsini opera simfi üzrə bitimişdir. 2000-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının və Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərir. Bir sıra Respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin laureatıdır. 2010-cu ildə V.A.Kuroçkin adına Beynəlxalq operetta müsabiqəsində birinci mükafata layiq görülmüşdür.

Gülüstan Əliyeva (1967)
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını muğam sənəti ixtisası üzrə bitirmişdir. 1982-ci ildə “Gənc istedadların Respublika müsabiqəsi”nin qalibi olmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Opera və Balet teatrının solisti olaraq bir çox milli opera və operettalarda yadda qalan obrazlar yaratmışdır. Bunlardan – “Leyli və Məcnun”da – Leyli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da – Ərəb Zəngi, “Gəlin Qayasın”da – Sənəm, “O olmasın, bu olsun”da – Sənəm, “Arşın mal alan”da – Cahan, “Natavan”da – Xanəndə qız. Azərbaycan muğamlarını, xalq mahnılarını və operalarını ölkəmizdən kənarda – Türkiyə, İran, Moldova, Ukrayina, Rusiya (Moskva), Almaniya, Avstriya, Belçikada təmsil etmişdir. 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüşdür.

“Buyoqun Cunqnam” ansamblı
Ansamblın əsasını milli Koreya musiqi alətləri təşkil edir. Cunqnam əhalisinin geniş rəğbətini qazanmış bu ansambl 1994-cü ildə yaradılmışdır. Ansamblın iştirakı ilə hər il 100-dən çox yüksək səviyyəli konsertlər təşkil edilir. Bu konsertlərdə Koreya milli musiqisinin nümunələri təqdim olunur. Cunqnam şəhəri əvvəllər Peqçe dövrünə aid olduğu üçün burada milli musiqi ənənələri bu gün də qorunub saxlanılır. Ona görə də bu kollektiv milliliyi özündə əks etdirərək bütün dünyada tamaşaçıları heyran edəcək fərqli musiqi təqdim edir. Milli musiqi ansamblının ifaçılarının qəlbi və ruhu yeni musiqinin yaradılmasına və bu musiqini müasir tərzdə ifadə edərək, onu dünya səviyyəsinə yüksəltməyə yönəlmişdir. Şəkidə III “İpək yolu” Beynəlxalq Musiqi Festivalında iştirak edirlər:

Lee Gug Do (1963)
– piri – nəfəs aləti
Ko Ae-Lim (1983)
– kayaqım musiqi aləti və vokal
Oh Young Jin (1975)
– zərb alətləri
Kim Bo Young (1975)
– rəqqasə.

C.Qaryağdı adına Muğam Üçlüyü
1984 ildən I muğam müsabiqəsinin qalibi olan zamanından bu günə kimi uğurlu fəaliyyətini davam etdirir. Üçlüyün yaradıçıları Xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kəmança) tərkiblərində bir çox tanınmış ustad və gənc xanəndələrlə uzun illər çalışmış, Respublikamızda və bir çox xariçi ölkələrdə konsert proqramları ilə çıxış etmişlər. Müxtəlif illərdə Muğam Üclüyünün tərkibində xanəndələrdən Zahid Quliyev, Zabit Nəbizadə, Elçin Cəlilov, İrşad İbişov, Mənsum İbrahimov, Babək Niftəliyev, qadın xanəndələrdən Qəndab Quliyeva, Səkinə İsmayılova, Mələkxanım Əyyubova çalışmışlar. Muğam Üçlüyünün ifasında Azərbaycan muğamları və muğam dəstgahları, el havaları və rəqsləri 1990-cı ildən başlayaraq bir çox Avropa ölkələrində – Fransa, Hollandiya, Almaniya – disklərə yazılıb. Son illərin ən böyük uğuru ABŞ-nın Hyuston şəhərində Grand opera səhnəsində Muğam Üçlüyünün Firəngiz Əlizadənin “Sənin adın Dənizdir” operasının premyerasında iştirakı olub. Burada M.Müslümov və F.Dadaşovla birgə Respublikanın xalq artisti M.Əyyubova və gənc xanəndə B.Niftəliyev operanın əsas rollarında cıxış ediblər.

“Əl-Kindi” – ənənəvi vokal-instrumental musiqi ansamblı
1983-cü ildə ərəb sitr (qanun) alətində çalan virtuoz fransız ifaçısı Jülyen Bernard Cəlaləddin Vayss tərəfindən yaradıl-mışdır. Ansambl orta əsr ərəb filosofu-riyaziyyatçı, astronom, ərəb Şərqinin ensiklopedik biliyə malik alimi, həmçinin ərəb-müsəlman musiqi nəzəriyyəsi elminin banisi Əbu Yusif əl-Kindinin şərəfinə belə adlandırılmışdır. Ansamblın tərkibi ənənəvi şərq Taxt Şarki quruluşuna malik olub, qanun, ud, ney, riqqa (tamburin) musiqi alətlərindən ibarətdir. Ansamblın çıxışlarında zikr mühüm ifa elementi olub, ifaçının yüksək mənəvi kamillik səviyyəsinə çatmasını ifadə edir. Sufi rəqqasların (dərvişlərin) ritualı ilə əlaqədar olan bu element Şərqin mistik musiqi ənənələri ilə bilavasitə sıx bağlılığını nümayiş etdirir. Jülyen Vayss öz ətrafına bir sıra görkəmli türk musiqiçilərini toplamışdır.

Jülyen Bernard Cəlaləddin Vayss
1953-cü ildə Parisdə anadan olub. O, klassik gitara ifaçısı olmuş, lakin ərəb musiqisini və qanun alətini öyrənmək üçün 1978-ci ildən Qahirə, Tunis, İstanbul, Bağdad, Beyrut, Hələb və Tehranda təhsil almışdır. 1983-cü ildə “Əl-Kindi” ansamblını yaratmışdır. J.C.Vayss 1988-ci ildə Bolonya və 1991-ci ildə Palermoda keçirilən Avro-Ərəb universiteti musiqi festivalının bədii rəhbəri olmuş, 2001-ci ildə Fransa Mədəniyyət Naziri tərəfindən incəsənət və ədəbiyyat sahəsi üzrə müşavir təyin edilmişdir. 20 il əvvəl o, Parisdən Suriyanın Hələb şəhərinə köçərək, Məmlüklərə aid olan qədim bir sarayda konsert salonu, səsyazma və sənədli televiziya studiyası təşkil etmişdir. J.C.Vayss makamların ritmik üsul və mikro-tonal intonasiyası (modulyasiya) üzərində tədqiqatlar aparmış, Ərəb, Türk və Fars musiqisinin fəlsəfi nəzəriyyəsi və təcrübəsini müqayisəli şəkildə öyrənmişdir. “İntonasiya” nəzəriyyəsinə əsaslanaraq, intervalların özünəxas bölgü sistemi əsasında qanun alətini təkmilləşdirmişdir. 1990-cı ildən J.C.Vayssın rəhbərliyi altında “Əl-Kindi” ansamblı müxtəlif ölkələrdən olan bir çox tanınmış müğənnilərlə birlikdə dini və dünyəvi mövzularda bir sıra musiqi layihələri – ərəb, türk dillərində, vokal-instrumental musiqili kompozisiyalar hazırlayır. Bunlardan: «Ottoman Perfumes» (türk saray musiqisi əsasında – ərəb, türk və azərbaycanlı musiqiçilərinin, müğənnilər O.Sarmini və Doğan Dikmenin iştirakı ilə), «Stabat Mater Dolorosa» (xristian və müsəlman duaları əsasında – Vizantiya xoru, Tropos sufi xoru və dərvişlərin, Şeyx H.Shakkurun iştirakı ilə), «Sufi path of love» (sufi mətnləri əsasında – türk və ərəb dərvişlərinin və musiqiçilərinin, müğənni D.Dikmen, müəzzin Bekir Büyükbaşın iştirakı ilə), həmçinin, J.C.Vayssın özünün bəstələdiyi qərb musiqi alətləri üçün «Spiritual Journey Sinfonia Sacra» konsertinin ifası böyük layihələrdəndir. J.C.Vayss öz konsert layihələrində Mohamed Saada (ney, Tunis), Abdessalam Safar (ney, Dəməşq), Adel Shamseldin (riqq, Alexandria), Mohamed Kadri Dalal (ud, Hələb), Zyad Qadi Amin (ney, Dəməşq), Ozer Ozel (tanbur), Refik Kaya (rübab), Ahmet Kaya (ney), Aslihan Ozel (kamanca), Osman Okzopoglu (kudum), Gurkan Ozkan (tabla, İstanbul), Malik Mansurov (tar, Bakı), Mohamed Gommar (djoza, Bağdad), Ziya Tabassian (tömbək, Tehran/Montreal) kimi məşhur musuquçilərlə rlə əməkdaşlıq edir. “Əl-Kindi” ansamblı məşhur “Harmonia Mundi” şirkəti ilə 20-dən çox CD albom yazmış, Nyu-Yorkda Carnegia Hall və Londonda Kraliça Elizabet Hall kimi dünyanın ən nüfuzlu salonlarında çıxış etmişdir.

Ahmet Kaya (ney)
1963-cü ildə İstanbulda anadan olub. 7 yaşından mandolina alətində çalmağa başlamış, orta məktəbdə oxuyarkən ney alətinə maraq göstərmişdir. Atasının və ustad Teoman Kayanın məsləhəti ilə o, neyzen Erdoğan Köroğlunun şagirdi olur. 1981-ci ildə Konyaya Mehlevi Anım Mərasiminə gedir və neyzenbaşı Doğan Erginin dəvəti ilə musiqiçilər qrupuna qoşulur. 1982-ci ildə İstanbul Texniki Universitetini, daha sonra Türkiyə Musiqisi Dövlət Konservatoriyasını bitirmişdir. Eyni zamanda o, ney ustadı Niyazidən, həmçinin Cahit Gözkân, Süheyla Altmışdört, Laika Karabey və Nezih Uzel kimi müəllimlərdən ney çalmaq dərsləri almışdır. 1991-ci ildən o, Türkiyə Mədəniyyət Nazirliyinin nəzdində İstanbul Tarixi Türk Musiqisi ansamblının üzvüdür və hazırda da bu ansamblın tərkibində ney və trompet alətlərində çalır. Həmin ansamblla və eləcə də müxtəlif musiqi qrupları ilə birlikdə Türkiyədə və bir çox xarici ölkələrdə 1000-dən çox konsertlərlə çıxış etmişdir. O, müəllimliklə və elmi fəaliyyətlə də məşğul olur, bir sıra kitabların müəllifidir.

Mehmet Refik Kaya (rebab)
1957-ci ildə İstanbulda anadan olub. İlk musiqi dərslərini ud ustası və musiqiçi olan atası Teoman Kayadan almışdır. O, simli alətlərin quruluşunu da Üsküdarda atasının emalatxanasında öyrənmiş və bu alətlərin çalınma üslubları və texnikası ilə maraqlanmışdır. Memar Sinan Univer- sitetinin Gözəl Sənətlər Fakultəsinin Heykəltaraşlıq Şöbəsini bitirmiş və “Bahariyyə Mevlevihane və sonuncu Şeyx Mevlevi Hüseyn Fahreddin Dede” adlı dissertasiya işini müdafiə edərək, Klassik Türk Musiqisi ixtisası üzrə doktorluq dərəcəsi almışdır. O, 1972-ci ildən gitara, kamança, rübab və digər alətlərdə müxtəlif musiqi qruplarında çalmaqla professional musiqiçi kimi fəaliyyətə başlamışdı. 1985-ci ildən unudulmaq üzrə olan rübab alətində ifa etməyə başlayır və alətin yenidən məşhurlaşmasına nail olur. Apardığı tədqiqatlar ərzində o, rübabın əsrlərdən bizə gəlib çatan ilkin formasını saxlamış, aləti texniki cəhətdən təkmilləşdirmişdir. 1994-cü ildə o, “Refik-i Rebab” (“Rübabın dostları”) adlandırılan İstanbul Dövlət Tarixi Musiqi ansamblına dəvət olunmuşdur, bu ansamblla birgə Türkiyədə və müxtəlif xarici ölkələrdə konsertlərlə çıxış edir.

Bekir Büyükbaş (1956, Konya)
İmam-Hatip Liseyini bitirdikdən sonra Dəyanət İşləri Başkanlığında müəzzinlik etməyə başlamışdır. İlk musiqi dərslərini Neyzen Sadrettin Özçimi ve Hafız Fevzi Özçimidən almışdır. 1984-cü ildən etibarən İstanbul Laleli Camisində və 1987-ci ildən isə Fatih Camisinde fəaliyyət göstərmiş, həmçinin Dəyanət İşləri Başkanlığı tərəfindən təşkil edilmiş Hizmet İçi Eğitim Kurslarında hocalıq (müəllimlik) etmişdir. İstanbulun bir çox mühüm üstadları – Kani Karaca, Kemal Tezergil, Bekir Sıtkı Sezgindən feyz almışdır. Kur’an tilaveti, Mevlit və Azan oxumalarının icrasında xüsusilə fərqlənən Hafız Bekir Büyükbaş Türkiyədə və bir sıra xarici ölkələrdə keçirilmiş beynəlxalq festival ve konsertlərdə iştirak edərək mükafata layiq görülmüşdür. 2010-cu ildən Fatih Camisindəki vəzifəsindən təqaüdə çıxaraq hocalıq fəaliyyətini davam etdirir.

Cəlal Abbasov (1957)
1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini və 1984-cü ildə bəstəkarlıq kafedrası nəzdində assistent-təcrübəçi kursunu bitirmişdir. 4 simfoniya, 5 kantata, uşaq operası, 2 simli kvartet və digər müxtəlif janrlarda bəstələnmiş bir çox əsərlərin müəllifidir. Musiqisi ABŞ, Almaniya, Avstriya, İndoneziya, Koreya, Özbəkistan, Rusiya, Gürcüstan və başqa ölkələrdə ifa olunub. Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi (2007), BMT (1998) və Azərbaycan Gənclər İttifaqı (1990) mükafatlari laureatıdır. Hoboy, zərb alətləri və qarışıq xor üçün bəstələnmiş “Bahar mərasimi” Kantatasında (1986) xalq poetik mətinlərindən istifadə olunmuşdur. Əsəri təşkil edən səhnəciklərdə Azərbaycan xalqının ən sevimli bayramının elementləri parlaq və orijinal şəkildə canlanır.

Məmməd Cəfərov (1958)
1982-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservato-riyasının Bəstəkarlıq fakultəsini bitirib. Əsərləri arasında xor üçün Kantatalar, vokal silsilələri, fortepiano və kamera orkestri üçün pyeslər, mahnı və romanslar vardır. Bu əsərlər Respublikada müxtəlif konsert və festival proqrammlarında səslənir. 1983-cü ildən bu günə qədər M.Cəfərov Gəncə şəhərinin Pedaqoji və Musiqi Texnikumunda müəllim vəzifəsində çalışır. Hal-hazırda Azərbay- can Bəstəkarlar İttifaqının Gəncə Bölgə Təşkilatının məsul katibidir. M.Cəfərovun xor, solist və orkestr üçün 3 saylı Kantatası Yunis Əmrə (XIII əsr) və Hüseyn Cavidin (XX əsr) şeirləri əsasında yazılmışdır. Şeirlərin əsas qayəsini insanı əhatə edən gözəlliklər, onların qorunması və yüksək mənəvi dəyərlər şəklində gələcək nəsillərə ərmağan kimi çatdırmaq ideyası təşkil edir. Burada geniş məfhumda işlənən “gözəllik” anlayışı bəşəriyyəti tərəqqiyə aparan nur, əbədi işıq mahiyyəti kəsb edir.

Azərbaycan Dövlət Televiziya və Radiosunun xoru
1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olub. İlk dövrlərdə kollektivin re-pertuarı xalq mahnılarının xor üçün işləmələrindən ibarət idi. İndi isə xorun repertuarı azərbaycan bəs-təkarlarının və dünya klassiklərinin əsərləri ilə zənginləşib.

Şəhla Ələkbərova
Quba şəhərində anadan olub. 1978-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1978-1982-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsində (professor C.Cahangirovun sinfi) ali musiqi təhsili almışdır. 1983-cü ildən A.Zeynallı adına Bakı Musiqi Texnikumunda əmək fəaliyyətinə başlamış, xor dirijorluğu şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Dəfələrlə Respublika Təhsil Nazirliyi tərəfindən pedaqoji fəaliyyətinə görə fəxri fərmanlarla təltif edilmişdir. 2008-ci ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin C.Cahangirov adına Xorunun bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərir.

Ramil Qasımov (1984)
Opera və kamera ifaçısı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının və Azərbaycan Dövlət Televiziyasının aparıcı solistidir. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini musiqişünas, opera və kamera ifaçısı kimi bitirmişdir. 1999-cu ildən Dövlət Musiqili Teatrında solist kimi çalışaraq Azərbaycan bəstəkarlarının operettalarında yaddaqalan obrazlar yaratmışdır. R.Qa-sımovun repertuarında opera partiyaları da öz əksini tapmışdır. Azərbaycan Dövlət Televiziyasında R.Qasımovun ifasında 120- dən çox ariya, romans, ballada, 5 kantata, 6 oda və s. əsərlər lentə yazılmışdır; 4 diski işaq üzü görmüşdür. Dünyanın müxtəlif ölkə və şəhərlərində – İstanbul, Kars, Bayburt, İqdır, Yekaterinburqda keçirilən Dünya Operetta Ulduzlarının paradında, habelə Moskva, Tacikistan, Belarusiya, Gürcüstan, Mərakeş, Feys, Kasablankada Azərbaycan musiqisini layiqincə təmsil və təbliğ etmişdir. Bir sıra Respublika və Beynəlxalq müsabiqələrin laureatıdır.

“Acəmlər”
“Acəmlər” adlandırılan İran musiqiçiləri XIV-XV əsrlərdə Tehran, Bağdad və digər şəhərlərdən Osmanlı sultanları – I Sultan Səlim (1520) və IV Sultan Murad (1640) tərəfindən İstanbula gətirilmişlər. Acəmlər vasitəsilə ifaçılıq repertuarındakı bəzi əsərlər, hətta Səfəvi dövrünə aid bəstəkarlıq üslubunun bəzi xüsusiyyətləri Osmanlı paytaxtına ötürülmüş və həmin musiqi burada uzun müddət ərzində yaşamışdır. “Acəmlər” ansamblı 2011-ci ildə Araş Mohafez tərəfindən keçmiş acəmlərın fars musiqi estetikasına əsaslanan repertuarını ifa etmək və lentə almaq məqsədilə yaradılmışdır. Bu layihənin əsas məramı yalnız musiqinin vaxtilə ifa olunduğu tərzdə bərpası deyil, həmçinin qədim musiqinin bədii dilini fars klassik musiqi dilinə çevirməkdən ibarətdir. Buna görə də, ansambl həmin musiqinin bu günkü iranlı dinləyicilər tərəfindən dərindən dərk edilməsinə və qədim əsərlərin müasir fars klassik musiqisi repertuarına inteqrasiyasına xidmət edir.

Araş Mohafez (santur) (1981, Tehran)
Paris Universi-tetində Etno-musiqişünaslıq üzrə magistr dərəcəsini bitirmişdir və hazırda həmin universitetin doktorantura-sında təhsilini davam etdirir. Santur ifaçılığını tədris etməklə yanaşı, Fransanın bir çox şəhərlərində və həmçinin İsveçrə, Tayvan, Taciki-stan, Azərbaycan və digər ölkələrdə konsertlərlə çıxış edir.

Fərid Xəradmənd (bəndir, tömbək) – (1975, Tehran)
Tanınmış musiqiçi Abbas Dabestanidən tömbək zərb alətində çalmağı, təsnif və fars şeiriyyatını öyrənmişdir. 1994-cü ildən fars musiqisinin qədim yazıları əsasında müxtəlif ritmik üsulları tədqiq etmiş və Qacarlar dövründə tömbək alətində ifa üslubuna dair elmi araş-dırmalar aparmışdır. Eyni zamanda, Məcid Kiani, Dariuş Talai və Cəmşid Şemiraninin lent yazılarından qədim üslubların nəzəri konsepsiyalarını öyrənmişdir. 2000-2005-ci illərdə İran Musiqi Araşdırmaları Mərkəzində fəaliyyət göstərmişdir, 2001-ci ildən Musiqi Evi Tədqiqatlar İnstitutunun üzvüdür.

Əmir Şərifi (tar) – (1978, Tehran)
Tehran İncəsənət Universi-tetində İran ənənəvi musiqisi üzrə bakalavr və magistr dərəcələri almışdır. Ustad Moh.-Reza Lotfinin rəhbərliyi ilə Qacarlar dövrünün repertuarının və üslubunun qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə “Şayda” (Shayda) ansamblını, həmçinin “Nəqş” (Naghsh) adlanan öz musiqi qrupunu təşkil etmiş, bu ansamblların albomlarının nəşr olunmasında yaxından iştirak etmişdir. Hazırda Tehran Universitetində və Tehran Musiqi Konservatoriyasında dərs deyir.

Behnaz Behnamnia (ud) – (1982, Tehran)
İncəsənət və Memarlıq Kolleci-nin bakalavr, Tehran İncəsənət Universi-tetinin magistr dərəcəsini bitirmişdir. İran Milli Orkestri (dirijor B.Kiaras), İ.R.İ.B. Ənənəvi Orkestrı, “Şayda” ansamblı (Moh.-Reza Lotfi), Sepehr və Rast (J.During) kimi bir çox məşhur qrupların üzvüdür. Geniş konsert fəaliyyəti ilə məşğul olaraq, İranda, həmçinin İspaniya, İsveçrə, Yaponiya, Küveyt, İngiltərə, Kipr və digər ölkələrdə konsertlərlə çıxış edir.

Fərşad Tavakoli (setar)
Tehran Universitetində musiqi-şünaslıq ixtisası üzrə təhsil almışdır. Elmi işini qədim mənbələri, yazılı tarixi sənədləri araşdıraraq müxtəlif rədifləri, orijinal fars musiqi səssırası və məqamlarının, həmçinin Hormozi, Forootan və Dargahi kimi ustadların üslublarının tədqiqinə həsr etmişdir. On ildən artıqdır ki, ifaçı kimi İranda və xarici ölkələrdə konsertlər verir, həmçinin, müəllimliklə və elmi fəaliyyətlə məşğul olur, bir sıra elmi məqalələrin müəllifidir.

Ehsan Abədi (ney) – (1981)
Tehran Sureh Universitetində bakalavr dərəcəsi almış, “Qədim fars ney alətinin texnikası və üslubunun analitik tipologiyası” mövzusunda dissertasiyasını təqdim etmişdir. “Fars ənənəvi musiqisinin qorunması və ötürülməsi mərkəzinin” daimi üzvü olmuşdur. Bir neçə gənc musiqiçilərlə birlikdə hazırda fəaliyyət göstərən “Sepehr” ansamblını yaratmışdır. Bu ansambl 2011-ci ildə Bakıda keçirilən “Muğam aləmi” II Beynəlxalq Musiqi Festivalında Azərbaycanlı qrupu ilə birlikdə 1-ci yeri qazanmışdır. Ney alətini tədris edir, həmçinin İran, Fransa, İsveçrə, İtaliya, Tacikistan, Azərbaycan və digər ölkələrdə konsertlərlə çıxış edir.

Şiva Abədi (kamança) – (1990, Tehran)
Tehranda Milli Musiqi Konservato-riyasına daxil olmuş, 6 il ərzində Said Farajpuridən ustad dərsləri almış və eyni zamanda konservatoriyanın orkestrinin üzvü olmuşdur. Hazırda Tehran Universitetinin musiqi ixtisasının bakalavr pilləsinin tələbəsidir. Son illər ərzində peşəkar ifaçılıq fəaliyyəti ilə yanaşı, qısametrajlı film və teatr tamaşalarına musiqi yazır. Qotbeddin Sadeqi, Behzad Farahani və Karamat Rudsaz kimi bir çox məşhur rejissorlarla əməkdaşlıq edir. İranda, həmçinin, Almaniya və Hollandiyada konsertlərlə çıxış edir.

“Erisioni” – Gürcüstan Respublikasının akademik mahnı və rəqs ansamblı
Əsası 1885-ci ildə görkəmli gürcü ədibi, maarifçi və mütəfəkkiri, gürcü xalqının mənəvi dühası İlya Çavça-vadzenin təşəbbüsü ilə qoyulmuş «Erisioni» ansamblını «folklor muzeyi» adlandırırlar. Mövcud olduğu müddət ərzində bu ansambl dünyanın bir çox ölkələrində gürcü folklorunu böyük uğurla nümayiş etdirir. 1999-cu ildə prodüsserlər – amerikalı Cim Lou və fransız Paskal Jordan – gürcü ansamblı ilə maraqlanaraq unikal şounun yaradılmasına nail oldular. Ansamblın ifasında «Tamara haqqında əfsanə» adlı şou əvvəlcə ABŞ-da, daha sonra isə «Gürsü əfsanəsi» adı altında – Fransa, Blçika və İsveçrədə, bundan başqa Asiyada “Tufan haqqında Əfsanə”, Moskvada “Günəşli Gürcüstan haqqında Nağıl”, Kiyevdə “Gürcü Xəzinəsi” kimi müxtəlif şoular nümayiş etdirib. Hazırda Ansamblın tərkibində müx-təlif nəsillərdən olan yüzə yaxın artist çalışır. Ansamblın bədii rəhbəri Gür-cüstanın xalq artisti, dövlət mükafatı və Şota Rustaveli adına mükafatın laureatı Camal Çkuaseli, baş xoreoqrafı Gür-cüstanın Xalq artisti, Dövlət mükafatı və Şota Rustaveli adına mükafatın laureatı Revaz Çoxonelidzedir.

Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri
1932-ci ildə Azərbaycan Dövlət Radio Komitəsinin təşəbbüsü ilə yaradılmış kollektivin ərsəyə gəlmə-sində Üzeyir Hacıbəylinin böyük xidmət-ləri olmuşdur. Bu orkestr yarandığı gündən radio vasitəsilə müxtəlif səpkili proqramlarla çıxış edib, Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Kollektivə uzun müddət Əşrəf Həsənov dirijorluq edib. Həmçinin qısa müddət ərzində məşhur dirijor S.Ştrasser bu kollektivlə yaradıcılıq əməkdaşlığı etmişdir. Lakin müxtəlif səbəblərdən kollektiv dağılmış, nəhayət, 1971-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Qara Qarayevin təşəbbüsü ilə yenidən bərpa olunmuşdur. Həmin dövrdən 1991-ci ilə qədər kollektivə Ramiz Məlikaslanov dirijorluq etmişdir. Sonrakı dövrlərdə orkestrlə Yaşar İmanov, İsmayıl Hacıyev işləmişlər. Hal-hazırda kollektiv Respublikanın Əməkdar incəsənət xadimi Azad Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərir.

Azad Əliyev (1951)
Bakıda görkəmli musiqiçi-violonçel çalan Sabir Əliyevin ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas üzrə (fortepiano, vokal) bitirmişdir. Müxtəlif illərdə o, A.Zeynallı adına Orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1992-ci ildən Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının direktoru, eyni zamanda BMA-nın «Solo oxuma və opera hazırlığı kafedrasının» dosentidir. Dirijorluq fəaliyyətinə tələbə Kamera orkestri ilə çoxsaylı çıxışlarla başlamışdır. 1992-ci ildən Opera Studiyasında dirijor kimi bir çox opera tamaşalarını – «Aida», «Traviata», «Gizli nigah», «Sevil», «Arşın mal alan» və s. hazırlamışdır. 2002-ci ildən Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış etmişdir. 2006-cı ildən Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır. A.Əliyevin dirijor kimi repertuarı rəngarəngdir. O, Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərini özünəməxsus ustalıqla təfsir edir. Xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Respublikanın əməkdar incəsənət xadimidir.

Gülnaz İsmayılova
Bakı Musiqi Akademiyasının ifaçılıq (fortepiano) və vokal fakültələrinin dosentidir. Musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureati (1985) və vokalçılarn BülBül adına I Beynəlxalq müsabiqəsinin diplomantı (1997) olmuşdur. 2001-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Teatrda çalışdığı müddətdə bir sıra milli və klassik opera tamaşalarında parlaq obrazlar – “Aida”da Kahin qadın (Verdi), “Karmen”də Fraskita (Bize), “Sevil”də Sevil, Dilbər (F.Əmirov), “Arşın mal alan”da Gülçöhrə, (Ü.Həcibəyli), “Traviata”da Violetta (Verdi) “Sevilya bərbərin”də Rozina (Rossini) “Bohema”da Muzetta (Puççini), “İntizar”da Mələk (F.Əlizadə), “Sehirli fleyta”da Hökmdar (Motsart) yaratmağa müvəffəq olmuşdur. Gülnaz İsmayılova F.Əmirovun “Min Bir gecə” baletində vokal partiyasını da cox bacarıqla ifa edir. G.İsmayılova dünyanın bir çox konsert salonlarında çıxış edib: “Megaron” Afina Yunanıstan, “Carnegie Hall” Nyu York ABŞ, “Stadshuset” Stockholm İsveç, “UNESCO” Paris, Fransa və s. Həmçinin coxsaylı opera festivallarının diplomantıdır (Ukrayna, Türkiyə, Kipr, İspaniya, Almaniya). 2006-cı ildə Azerbaycan Respublikasının Əməkdar artisti fəxri adına layıq görülmüşdür. 2007-çi ildən Azərbaycan Respublikasının Prezident mükafatçısıdır.

İlahə Əfəndiyeva (1982)
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal fakultəsində təhsil almışdır. 2004-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. “Koroğlu” operasında Nigar, “Şah İsmayıl”da Gülzar, “Riqoletto” tamaşasında Cilda, “Traviata” operasında Violetta partiyalarını uğurla ifa etmişdir. 2007-ci ildə Moskvada Qalina Vişnev-skayanın Opera İfaçılığı Mərkəzində stajkeçmə kurslarında təhsil almışdır. 2005 və 2007-ci illərdə Vokalçıların Bülbül adına Beynəlxalq müsa-biqələrində iştirak etmişdir.