"İpək Yolu" II Beynəlxalq Musiqi Festivalı (Bakı şəhəri) proqram
28 iyun
12.00
L.Kərimov ad. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi “Xalçanın musiqi sehri”. Cavad Tağızadənin multimediya layihəsi
17.00
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonu Etno-jazz konserti. Emil Əfrasiyab və instrumental qrup
20.00
İçəri Şəhər. Şirvanşahlar sarayı Üzeyir Hacıbəyli. “Əsli və Kərəm” muğam operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin iştirakı ilə konsert ifası
Üzeyir Hacıbəyli. “Əsli və Kərəm” operası
“Əsli və Kərəm” Üzeyir Hacıbəylinin beşinci muğam operasıdır. Əsərin librettosu bəstəkarın özünə məxsusdur. Qafqazda geniş yayılmış eyniadlı Azərbaycan xalq dastanının motivləri əsasında yazılmışdır. Operada insanın mənəvi gözəlliyi tərənnüm edilir. Əsli və Kərəm obrazlarının təsvirində əsasən muğamlardan və aşıq havalarından istifadə edilmişdir. Ü.Hacıbəyli operaya yeni cizgilər – dastan əlamətləri daxil etmişdir. Operanın ilk tamaşası 1912-ci il mayın 18-də Bakıda Opera və Balet Teatrında nümayiş etdirilmişdir. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Üzeyir Hacıbəyli idi. Əsər ilk tamaşasından böyük müvəffəqiyyət qazanmış, Qafqaz, Orta Asiya və İranın bir çox şəhərlərində göstərilmişdir. 1988-ci ildə opera teatrının səhnəsində yeni quruluşda ifa olunmuşdur. “Əsli və Kərəm” operasının konsert ifasının rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir Baş rollarda Vüsalə Musayeva (Əsli), İlkin Əhmədov (Kərəm) və Şahlar Quliyev (Qara Keşiş) çıxış edirlər.
29 iyun
13.00
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonu Stanislav Deya (Polşa) və Nərgiz Əliyarovanın (Azərbaycan) iştirakı ilə F.Şopen, F.List və Q.Qarayevin fortepiano əsərlərindən ibarət konsert
16.00
Muzey Mərkəzi. Rotonda Amaan Əli Xanın rəhbərliyi ilə “Sarod” ansamblının konserti (Hindistan)
19.00
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi Ukraynanın “Rikoşet” simli kvartetinin konserti. Proqramda: Simli Kvartet №4 (III hissə), “Şuşada dərin dərələri xatırlayarkən…” – simli kvartet üçün Monoloq, Kansona, Melodiya, Muğam sayağı.
30 iyun
11.00
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonu Pianoçu Stanislav Deyanın ustad dərsi
14.00
İçəri Şəhər. Kiçik Karvan-saray Azərbaycan Dövlət Qədim musiqi alətləri ansamblının konserti – Hindistan, Cənubi Koreya və Norveç ifaçılarının iştirakı ilə
19.00
Gənc Tamaşaçılar Teatrının Kiçik səhnəsi “Kontrabas + Muğam” tamaşası (P.Züskindin “Kontrabas” pyesinin əsasında) GTT-nın aktyoru Şövqi Hüseynov və Opera və Balet Teatrının solisti Mütəllim Dəmir
1 iyul
11.00
Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert salonu Azərbaycan bəstəkarlarının kamera-instrumental musiqisindən ibarət konsert. Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Triosu. Solistlər. Proqramda Nəriman Məmmədov, Faiq Nağıyev, Elnarə Dadaşova, İlyas Mirzəyev, Rüfət Ramazanov və Lalə Quliyevanın əsərləri səslənəcək.
14.00
Azərbaycan bəstəkarlarının vokal və xor musiqisi. Azərbaycan Dövlət Xor Kapellası. Solistlər. Nazim Əliverdibəyov, Adilə Hüseynzadə, Ruhəngiz Qasımova, Adilə Yusifova, Vüqar Camalzadə və Günay Mirzəyevanın əsərləri səslənəcək
20.00
“Novruz” muğam Triosunun konserti İlahə İbadova (xanəndə), Əli Əsgər Məmmədov (tar), Elnur Mikayılov (kamança)
21.30
Azərbaycanın Əməkdar rəssamı Səbinə Şıxlinskayanın “Şairin qəlbi” adlı multimediya layihəsinin təqdimatı (E.Qriqin “Norway” musiqisinin və Y.Ağaoğlunun (Türkiyə) şeirlərinin müşayiəti ilə)