"İpək Yolu" II Beynəlxalq Musiqi Festivalı (Bakı şəhəri) proqram

Şahlar Quliyev (1946)
Müğənni, Azərbaycan Respublikasının xalq artisti. 1969-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu, 1973-cü ildə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini bitirmişdir. 1975-ci ildən M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Dünya və Azərbaycan opera repertuarından 32 tamaşada müxtəlif partiyalarda çıxış etmişdir.

Cavad Tağızadə (1987)
2009-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orkestr alətləri fakultəsini (violin sinfi üzrə) bakalavr pilləsində bitirmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının nəzdindəki “Oazis” simli kvartetinin və “Ad Libitum” ansamblının solisti və bədii rəhbəridir. Bir sıra xarici ölkələrdə – ABŞ, İngiltərə, Rusiya, Fransa, İtaliya, Almaniya, Marokko, Finlandiya, Türkiyə və s. – solist kimi qastrol səfərlərində olmuşdur. Müxtəlif Respublika və Beynəlxalq müsabiqələrin laureatıdır.

Üzeyir Mahmudbəyli (1992)
Ü.Hacıbəyli adına Baki Musiqi Akademiyasının (viola sinfi üzrə) 2-ci kurs tələbəsidir. 2007-ci ildə Azərbaycan Dövlət Gənclər Simfonik orkestrinin, habelə Fransada, Belçikada, İsveçdə, Hollandiyada və Almaniyada Gənclər simfonik orkestrinin üzvü, həmçinin solist kimi konsert proqramları ilə çıxış etmişdir. 2010-cu ildə “Türksoy” Beynəlxalq Təşkilatının Gənc Kamera Orkestri ilə Ankarada, İstanbulda (I Beynəlxalq Gənc Orkestrlər Festivalı), habelə Bayreyt şəhərində 60-cı R.Wagner festivalında kvartet üzvü kimi və P.Langenin dirijorluğu ilə simfonik orkestrin tərkibində iştirak etmişdir.

Emil Əfrasiyab (1982)
istedadlı pianoçu, Azərbaycanın müasir caz ifaçılığında ən parlaq musiqiçilərdən biridir. 2000-2004-cü illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakultəsində (prof. F.Bədəlbəylinin sinfi) təhsil almışdır. E.Əfrasiyab ənənə və müasirlik arasında körpü yaratmağa çalışaraq, müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar ifa edir. Dünyanın müxtəlif ölkələrində (Almaniya, İngiltərə, Fransa, Bolqarıstan, Macarıstan, Kuba, Meksika, Çin və s.) Azərbaycan musiqisini layiqincə təmsil edib. Dünya klassik musiqi nümunələri, məşhur caz kompozisiyaları və öz əsərləri ilə çıxış edir. Bir çox beynəlxalq festivalların, o cümlədən Azərbaycanda, Gürcüstanda, Amerikada və s. ölkələrdə keçirilən caz festivalların iştirakçısıdır

Hafiz Quliyev (1960)
Rejissor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsini bitirmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissorudur. H.Quliyev Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Leyli və Məcnun”, “Arşın mal alan”, “Koroğlu”, F.Əmirovun “Sevil”, Z.Hacıbəyovun “Aşıq Qərib”, M.Maqomayevin “Şah İsmayıl”, Ş.Axundovanın “Gəlin qayası”, S.Ələsgərovun “Solğun çiçəklər”, R.Mustafayevin “Vaqif” opera və operettalarının quruluşçu rejissorudur. Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Ankara, Samsun (Türkiyə), Moskva (Rusiya), Minsk (Belarus), Pekin (Çin) teatrlarında rejissor tərəfindən səhnələşdirilmişdir. H.Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Milli Konservatoriyasının dosentidir.

Vüsalə Musayeva
Xanəndə. 2004-2008-ci illərdə Asəf Zeynallı adına Musiqi Kollecində oxumuş, daha sonra təhsilini Milli Konservatoriyada davam etdirmişdir. Bir çox festival-ların, o cümlədən, 2005-ci ildə keçirilən Televiziya İlkin Əhmədov – xanəndə. Respublika İncəsənət Gimnaziyasını bitirmiş, 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında təhsil almışdır. 2005-ci ildə ke-çirilən Televiziya Muğam müsabiqəsinin laureatıdır. Muğam müsabiqəsinin laureatı olmuşdur. Azərbaycan Dövlət Opera və Balet teatrının solistidir. O, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli rolunda çıxış etmişdir. Bir sıra xarici ölkələrdə qastrol səfərlərində olmuşdur.

İlkin Əhmədov
Xanəndə. Respublika İncəsənət Gimnaziyasını bitirmiş, 2002-2006-cı illərdə Azərbaycan Milli Konservatoriyasında təhsil almışdır. 2005-ci ildə ke-çirilən Televiziya Muğam msabiqəsinin laureatıdır. 2008-ci ildə Respublika Prezidentinin gənc istedadlar üçün təsis etdiyi Fəxri təqaüdə layiq görülmüş və adı gənc istedadların qızıl kitabına daxil edilmişdir. 2009-cu ildə keçirilən I Respublika Muğam müsabiqəsinin diplomantı olmuşdur. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

Stanislav Deya (Polşa)
Tanınmış pianoçu, F.Şopen və V.A.Motsartın əsərlərinin ən görkəmli təfsirçilərindən biridir. Qeyri-adi istedadı sayəsində artıq məktəbdə oxuyarkən “Şopen” təqaüdünə, sonra isə N.Rimski-Korsakov adına Sankt-Peterburq Konservato-riyasında təhsil almağa imkan verən təqaüdə layiq görülmüşdür. Qərbi Berlində Qerhard Pucheltanın rəhbərliyi altında, sonra isə Münhendə Lüdviq Hofmannın rəhbərliyi altında ustad dərsləri almışdır. İtaliyada və İspaniyada keçirilən beynəlxalq müsabiqələrin laureatıdır. S.Deya bütün dünyada konsertlərlə çıxış edir: 2007-ci ildə tanınmış bəstəkar və dirijor Kşıştof Penderetski ilə birlikdə Almaniyada bir neçə konsert vermiş, Penderetskinin “Dirçəliş” fortepiano konsertini təqdim etmişdir. Həmçinin, tanınmış polyak “Skaldowie”qrupunun lideri ilə duet ifa etmiş, Polşa Radiosu üçün disk yazdırmışdır. Simli kvartetin tərkibi: Beynəlxalq müsabiqələr laureatları: Mixail Bilıç (I violin), Andrey Pavlov (II violin), Andrey Makiy (viola), İqor Patsovskiy (violonçel).

Nərgiz Əliyarova (1968)
Pianoçu, Azərbaycan Respublikasının Əməkdar artisti. 1991-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirmişdir. 1991-1993-cü illərdə assistent-stajor kimi təhsilini davam etdirmişdir. 1992-ci ildən Bakı Musiqi Akademiyasında dosent və 2010-cu ildən professor vəzifəsində çalışır. 2001-ci ildə “Azərbaycan bəstəkarlarının skripka və fortepiano üçün sonataları (Üslub və interpretasiya məsələləri) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2002-ci ildən Azərbaycan Dövlət Filarmoniyası nəzdində yaradılan Azərbaycan Dövlət Fortepiano Triosunun artistidir. 2009-cu və 2010-cu illərdə iki compakt disk nəşr etdirmişdir. 2008-ci ildə İtaliyada keçirilən Pyetro Arcento adına 11-ci Beynəlxalq Müsabiqənin laureatıdır.

Amaan Əli Xan
1977-ci ildə Hindistanda anadan olmuşdur. Məşhur musiqiçilər nəslinin nümayəndəsidir. Sarod – qədim hind musiqi alətində ifa edən Amaan Əli Xan beynəlxalq səviyyədə 1986-cı ildə Moskvada, 1990-cıildə Britaniyada, 1991-ci ildə Nyu-Yorkda keçirilən festivallarda çıxış etmişdir. Bu gün Amaan Əli Xan Hindistanda ən yaxşı “Sarod” ifaçılarından biri hesab olunur. 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkda təşkil etdiyi Sülh Konsertində çıxış etmişdir.

“Rikoşet” yeni musiqi ansamblı (Ukrayna)
1999-cu ildə Ukrayna Bəstəkarlar İttifaqının nəzdində təşkil olunmuşdur və o vaxtdan gənc bəstəkar və ifaçıların yaradıcılıq laboratoriyasına çevrilmişdir. Ansamblın tərkibinə fleyta, klarnet, violin, violonçel daxildir. Ansamblın əsas məqsədi XX-XXI əsr musiqisinin görkəmli nümunələrinin təbliğ edilməsi və müasir bəstəkarların yaradıcılıq fəallığının artırılmasından ibarətdir. Ansamblın repertuarına Ukrayna və xarici ölkə bəstəkarları-nın kamera əsərləri daxildir. Ansamblın nəzdində yaradılmış “Rikoşet” yeni musiqi ansamblının simli kvarteti müstəqil kollektiv kimi ilk Mixail Bilıçın rəhbərliyi ilə 2009-cu ildə Əlcəzairdə keçirilmiş I Simfonik Musiqi Festivalında çıxış etmişdir. Kvartet müntəzəm olaraq Ukraynada və xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edir. Kvartetin ifaçıları həmçinin Ukraynanın “Kiyev solistləri” adlı Milli Kamera Ansamblının solistləridir.

Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblı
1996-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. Ansamblın yaradılmasının təşəbbüskarı, yaradıcısı və bədii rəhbəri Məcnun Kərimdir. Ansamblın bənzərsiz cəhəti onun tərkibinə daxil olan musiqi alətlərinin orta əsrlərdə Azərbaycanda istifadə olunmuş və sonralar tamamilə unudulmuş qədim musiqi alətlərindən – çəng, çəqanə, bərbət, səntur, rud, rübab, Şirvan tənburu, çoğur, qanun və s. – ibarət olmasıdır. Bu musiqi alətlərində musiqiçilər XIV əsr musiqisini, Azərbaycan xalq və bəstəkar mahnılarını ifa edirlər. Ansambl 14 nəfərdən ibarətdir və o dövrə aid milli geyimlərdə çıxış edirlər. Ansambl Azərbaycanın musiqi mədəniyyətini ölkə daxilində və beynəlxalq səviyyədə layiqincə təmsil edir.1997-ci ildə Edinburqda (Şotlandiya) beynəlxalq simpoziumda, 1998-ci ildə Melburn şəhərində (Avstraliya) və Parisdə keçirilən konfranslarda, 2002-ci ildə Fransada Voix et Route Romane (orta əsr musiqisinə həsr olunmuş) festivalda, həmin ildə Strasburqda, Parisdə UNESCO-nun iqamətgahında (2006-cı ildə L.Kərimovun 100-illik yubiley tədbirində), 2003-cü ildə Alma-Atada konfransda, 2005-ci ildə İstanbul şəhərində (Türkiyə) “İslam ölkələrinin mədəniyyət həftəsi” çərçivəsində keçirilən tədbirdə, həmin ildə Düşənbədə “Qəlblərin səsi” beynəlxalq festivalda, 2006-ci ildə Küveytdə keçirilən 13-cü Əl-Qureyn mədəniyət festivalında konsert proqramı ilə çıxış etmiş, diplomlara layiq görülmüşdür.

Məcnun Kərim (1945)
Tarzən, Azərbaycanın əməkdar artisti (2005), sənətşünaslıq doktoru (2009). 1972-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının “Xalq çalğı alətləri” fakultəsini (tar sinfi üzrə) bitirmişdir. 1991-ci ildən Bakı Musiqi Akademiyasının “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi laboratoriyasının müdiridir. 1996-cı ildən Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəridir.

Kim Min-Seoq (1977, Cənubi Koreya)
1983-cü ildə Koreyanın paytaxtı Seul şəhərində Deado orta məktəbinə daxil olmuş, 15 yaşında olarkən gitara və zərb aləti üzrə təhsil almışdır. 1996-cı ildə Dankook Universitətində oxumuşdur. Vokal qrupuna daxil olaraq Amerika və İngiltərənin müasir musiqi konsertlərində iştirak etmiş, həmçinin gitara və zərb alətində çalmışdır. Halhazırda Azərbaycan Milli Konservatoriyasında muğam şöbəsində təhsil alır.

Patrik Züskindin “Kontrabas” mono-pyesinin tamaşası
Alman yazıçısı, dramaturqu və kinossenaristi Patrik Züskindin “Kontrabas” mono-pyesinin qəhrəmanı ensiklopedik biliyə və yüksək intellektə malik peşəkar musiqiçi, əsil sənət fədaisi, eyni zamanda inamsız, daim tərəddüd edən, “əskildilmiş insan”ın sarsıntılarını yaşayan bir obraz kimi gözümüz önündə canlanır… O, iki böyük ülvi məhəbbət hissi arasında çırpınır: bir tərəfdən, onun bütün ömrünü həsr etdiyi sevimli aləti kontrabasa, musiqi sənətinə olan sonsuz məhəbbəti, digər tərəfdən isə onun kontrabasçı kimi çalışdığı opera teatrının müğənnisi mezzo-soprano Saraya qarşı yeni yaranmış çılğın eşqi. Öz kontrabası ilə sanki canlı insan – dostu, övladı, həmdəmi kimi söhbət edən, xəyalən səsini eşitdiyi Sevgilisi ilə danışan, uşaqlıq xatirələri ilə, ambisiyaları və uğursuzluqları ilə, Dahi Müəllimləri və musiqiçilərin kölgələri ilə “dərdləşən” qəhrəman daim özünü faciəvi situasiyalara düçar edir: budur, onu özünü dərk etməyə aparan yol…

Tamaşanın qəhrəmanını canlandıran aktyor Respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov – J.B.Molyerin “Skapenin əməlləri”, M.F.Axundovun “Lənkəran xanının vəziri”, S.Bekketin “Qodonun intizarında”, A.Dümanın “Kin”, A.S.Puşkinin “Motsart və Salyeri”, A.P.Çexovun “Albalı bağı”, V.Şekspirin “Otello”, H.Cavidin “Şeyx Sənan” və s. tamaşalarda əsas rollarda çıxış edərək yaddaqalan obdazlar yaratmışdır. Bir sıra xarici ölkələrdə – Türkiyə, İran, Rusiya, Moldaviya, Ukrayna, Belarusiya, Gürcüstan və s. keçirilmiş Beynəlxalq Teatr Festivallarının iştirakçısı olmuş, Azərbaycan Teatr Cəmiyyətinin “Qızıl dərviş” mükafatına, bir sıra Beynəlxalq Teatr Festivallarında – “Mono”(Bakı-Azərbaycan), “Eksperimental tamaşalar” (Bakı-Azərbaycan), “İran-Zəmin” (Ehvaz-İran), “Komediyalar” (İsfahan-İran) “Ən yaxşı kişi roluna görə” mükafatlara, həmçinin “Молодость века” (Moskva-Rusiya), “One Man Show” (Kişinyov-Moldova), “GIFT” (Tiflis-Gürcüstan), “Karadeniz” (Trabzon-Türkiyə) və s. festivallarda Diplomlara layiq görülmüşdür.

İrina Aleksandrovna Perlova (1939-2010)
“Kontrabas” mono-pyesinin quruluşçu rejissoru, Respublikanın xalq artisti, Rus Dram Teatrının aparıcı aktyoru və Bakı Kamera Teatrının rejissoru kimi fəaliyyət göstərmişdir. Uzun illər bir sıra tamaşalarda (A.Dümanın “Kameliyalı qadın”, B.Brextin “Mamaşa Kuraj”, A.P.Çexovun “İvanov”, F.İ.Dostoyevskinin “Cinayət və cəza” və s.) çıxış edərək klassik rolları canlandırmışdır. Müxtəlif illərdə quruluş verdiyi tamaşalar “Kontrabas”, “Otello”, “Albalı bağı” və s. bu gün də Gənc Tamaşaçılar Teatrının repertuarında möhkəm yer tutur.

Mütəllim Dəmir (1970)
2006-cı ildə Azərbaycan Dövlət Milli Konservatoriyasını solo oxuma (xanəndə sinfi) üzrə bitirmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. 1995-ci ildə Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar keçirilmiş “Xanəndələrin Respublika Müsabiqəsi”ndə ikinci dərəcəli diploma layiq görülmüşdür. Bakı şəhəri musiqi və İncəsənət məktəbləri şagirdlərinin muğam festivalına yüksək səviyyədə şagird hazırladığına görə 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.

Azərbaycan Dövlət Simli Kvarteti
1957-ci ildə yaradılıb. Kvartetin repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərləri ilə zəngindir. Simli Kvartet 1998-ci ilin sentyabrında Parisdə UNESCO xətti ilə keçirilən zəmanəmizin dahi bəstəkarı Q. Qarayevə həsr edilən konsertdə, 2000-ci ildə İstanbul şəhərində Cəmil Rəşid Rey konsert salonunda uğurla çıxış edib. Bolqarıstan, Misir, Suriya, Fransa və s. olkələrdə konsertlər verib. Simli Kvartetin iştirakçıları: Azərbaycan Respublikasının Xalq artisti Uran Seyidov (I violin), Soltan Məmmədova (II violin), Vaxtanq İmanov (viola) Aleksey Miltıx (violonçel).

Azərbaycan Dövlət Fortepiano Triosu
2002-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmışdır. Trionun bədii rəhbəri Respublikanın Əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Töhfə Babayevadır. Trionun tərkibi: Fortepiano – Respublikanın Əməkdar artisti, BMA-nın professoru Nərgiz Əliyarova, Violin – Töhfə Babayeva, Violonçel – BMA-nın müəllimi Səbinə İbrahimova. Trionun repertuarına Vyana klassiklərinin, Qərbi Avropa və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. Trio Azərbaycan musiqisini xarici ölkələrdə fəal şəkildə təbliğ edir: Almaniyada (2003), Rusiyada (2005), həmçinin bir çox ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində və s.

Azərbaycan Dövlət Xor Kapellası
1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılmış ilk professional xor kollektividir. 1966-cı ildən Filarmoniyada bu kollektivə Dövlət Xor Kapellası statusu verilmişdir. Uzun müddət Kapellanın bədii rəhbəri və dirijoru E.Novruzov olmuşdur. Azərbaycanda xor musiqisinin təşəkkülü və inkişafı Dövlət Xor Kapellasının adı ilə sıx bağlıdır. Kapellanın geniş, rəngarəng repertuarı dünya xor musiqisinin klassik nümunələrindən tutmuş müasir musiqi də daxil edilməklə 1000-dən çox əsəri əhatə edir. Kapella Azərbaycan musiqisini ölkəmizin hüdudlarından uzaqlarda müxtəlif beynəlxalq festivallarda, mədəniyyət günləri və dekadalarda ləyaqətlə təmsil edir. Kollektiv Gürcüstanın Qori şəhərində (1996), habelə Türkiyənin İstanbul, Ankara, Doğubayazit şəhərlərində keçirilmiş festivalların iştirakçısı olmuşdur. Halhazırda Kapellaya Gülbacı İmanova rəhbərlik edir.

Gülbacı İmanova
Azərbaycan Respublikasının xalq artisti (2005) – 1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsini bitirmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijorudur. Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, həmçinin BMA-nın tələbə xorunun dirijoru və BMA nəzdində Opera Studiyasının baş xormeysteridir.

Fəridə Məmmədova (1976)
Bakı Musiqi Akademiyasının fortepiano və vokal fakultələrini bakalavr (1998) və maqistratura (2000) pillələril üzrə bitirmişdir. Tbilisi, Almaniyanın Drezden, Ştutqart və Veymar şəhərlərində opera və kamera musiqisi üzrə vokal dərsləri almış, öz sənətini təkmilləşdirmişdir. 1997-ci ildə vokalçıların Respublika müsabiqəsinin laureatı olmuş və “İlin ən yaxşı vokalçısı” adına layiq görülmüşdür. F.Məmmədova 2000-ci ildə vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin laureatı adını almış, 2007-ci ildə isə Almaniyada Max Regeradına keçirilən Beynəlxalq müsabiqənin finalçısı olmuşdur. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Dəfələrlə Azərbaycanda və onun hüdudlarından kənarda (Almaniya, Avstriya, Isveçrə, Fransa, Belçika, Hollandiya, Çexiya, Türkiyə, Rusiya, Ukrayna, Monqolustan və s.) qastrol səfərləri və nüfuzlu beynəlxalq festivallarda iştirakı onu yeniliklərə meyl edən yüksək professional səviyyəli musiqiçi kimi təsdiqləmişdir.

Fərid Əliyev (1975)
Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin rəssam-dizayner fakultəsində (1998) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademi-yasının vokal fakultəsində (2002) təhsil almış, 2004-cü ildə BMA-nın magistr pilləsini opera sinfi üzrə bitirmişdir. 2000-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının və Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərir. Bir sıra Respub-lika və beynəlxalq əhəmiyyətli müsabiqə-lərin laureatıdır. 2010-cu ildə V.A.Kuroçkin adına Bey-nəlxalq operetta müsabi-qəsində birinci mükafata layiq görülmüşdür.

Ramil Qasimov (1984)
Opera və kamera ifaçısı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının və Azərbaycan Dövlət Televiziyasının aparıcı solistidir. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini musiqişünas, opera və kamera ifaçısı kimi bitirmişdir. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist kimi çalı-şaraq Azərbaycan bəstəkarlarının operetta-larında yaddaqalan obrazlar yaratmışdır. R.Qasımovun repertuarında opera partiyala- rı da öz əksini tapmışdır. Azərbaycan Dövlət Televiziyasının Qızıl fondunda R.Qasımovun ifasında 120-dən çox ariya, romans, ballada, 5 kantata, 6 oda və s. əsərləri saxlanılır, 4 diski işıq üzü görmüşdür. Dünyanın müxtəlif ölkə və şəhərlərində – İstanbul, Kars, Bayburt, İqdır, Yekaterinburqda keçirilən Dünya Operetta Ulduzlarının paradında, habelə Moskva, Tacikistan, Belarusiya, Gürcüstan, Mərakeş, Feys, Kasablankada Azərbaycan musiqisini layiqincə təmsil və təbliğ etmişdir. Bir sıra Respublika və Beynəlxalq müsabiqələrinin laureatıdır.

İlahə İbadova (1985)
Xanəndə, müxtəlif Respublika müsabiqələrinin – o cümlədən “Xalq ulduzu” müsabiqəsinin laureatıdır. Bülbül adına Orta-İxtisas Musiqi Məktəbində (Əlibaba Məmmədovun sinfi) və Azərbaycan Milli Konservatoriyasında (Arif Babayevin sinfi) təhsil almışdır. Həmçinin Mənsum İbrahimov və Zabit Nəbizadədən xanəndəlik dərsləri almışdır. Müxtəlif xarici ölkələrdə (İngiltərə, İsveç, Türkiyə, Rusiya və s.) keçirilmiş konsertlərdə iştirak edərək Azərbaycan musiqisini layiqincə təmsil etmişdir.

Əli Əsgər Məmmədov
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri şöbəsini (tar) bakalavr və magistr dərəcələri üzrə bitirmişdir. 2005-2009-cu illərdə Alim Qasımovla çıxış etmişdir. “Böyük İpək yolu” layihəsinin iştirakçısı və beynəlxalq “İpək yolu” ansamblının iştirakçısı olmuşdur. Azərbaycan Dövlət Opera və Balet Teatrında və Azərbaycan Milli Konservatoriyasında çalışır.

Elnur Mikayılov (1984)
2003-2007-ci illərdə Azərbaycan Milli Konservatoriyasında kamança sinfi üzrə təhsil almışdır. Bir çox muğam üçlüyünün və qruplarının üzvü kimi fəaliyyət göstərir. Bir sıra beynəlxalq müsabiqə və festivalların iştirakçısı və laureatı olmuşdur. Müxtəlif xarici ölkələrdə (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İsveç və s.) konsert proqramları ilə çıxış etmişdir.

Səbinə Şıxlinskaya (1962)
Rəssam, Azərbaycan Rəssamlar İtifaqının üzvü, Respublikanın əməkdar rəssamı, Beynəlxalq Muzeylər və Müasir İncəsənət Kolleksiyaları Komitəsinin üzvüdür. V.Muxin adına Leninqrad Ali Rəssamlıq-sənaye İnstitutunda (monumental rəngkarlıq üzrə) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Onun rəngkarlıq, qrafika, foto və video installyasiya üzrə rəsm əsərləri Rusiya Dövlət Tretyakov Qalereyasının, Azərbaycan Müasir İncəsənət Muzeyinin, Türkiyənin Huma Kabakci kolleksiyasının ekspozisiyasına daxildir. 1993-cü ildən Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 50-dən artıq rəssamlıq sərgilərinin və bir sıra beynəlxalq əhəmiyyətli layihələrin bədii rəhbəridir.