|
27 İYUN 19.00 |
ŞƏKİ XAN SARAYI Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Konserti |
28 İYUN 14.00 |
KİŞ KƏNDİ. ALBAN MƏBƏDİ Azərbaycan Bəstəkarlar İttifaqının “Oazis” Simli Kvartetinin təqdimatı və Konserti |
19.00 |
YUXARI KARVANSARAY Koreya folklor ansamblı |
29 İYUN 12.00 |
ŞƏKİ MUSİQİ KOLLECİ Musiqi kollecinin tələbələri ilə ustad dərsi. Aparır: Musiqi ifaçılığı üzrə doktor, fəlsəfə doktoru, professor Nikita Yujanin (Finlandiya) |
16.00 |
KİŞ KƏNDİ. ALBAN MƏBƏDİ “Sarı gəlin” Norvec-Azərbaycan ansamblı |
19.00 |
ŞƏKİ XAN SARAYI Təntənəli açılış. Çıxışlar: Şəki şəhər İcra Hakimiyyətinin başçısı, cənab Murad Cabbarlı; Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Respublikanın xalq artisti, professor Firəngiz Əlizadə; Kanada “Şərq-Qərb” Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin Prezidenti, Respublikanın əməkdar incəsənət xadimi İsmayıl Hacıyev. Qala-konsert. Şəki və Bakı musiqi kollektivlərinin çıxışı |
30 İYUN 12.00 |
ŞƏKİ MUSİQİ KOLLECİ Azərbaycan Bəstəkarlar İttifaqı nümayəndə heyətinin Şəki ziyalıları ilə görüşü və Konfrans¬ |
19.00 |
YUXARI KARVANSARAY Azərbaycan Dövlət Opera və Balet Teatrının tamaşaları: Ü.Hacıbəyli – “Leyli və Məcnun” M.Maqomayev – “Şah İsmayıl” |
1 İYUl 16.00 |
S.RƏHMAN ADINA ŞƏKİ DÖVLƏT DRAM TEATRI AzTV xor kollektivinin Konserti |
19.00 |
ŞƏKİ XAN SARAYI Festivalın təntənəli bağlanışı. AzTV Simfonik orkestri, Xor və solistlərin iştirakı ilə konsert proqramı |
|
27 iyun saat 19.00 |
ŞƏKİ XAN SARAYI |
|
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti Bədii rəhbər və baş dirijor – Respublikanın xalq artisti Teymur Göyçayev PROQRAMDA |
Üzeyir Hacıbəyli |
– |
Arazbarı |
W.A.Mozart |
– |
Divertisment. Final |
Qara Qarayev |
– |
“İldırımlı yollarla” baletindən “Ehtiraslı rəqs” “Yeddi gözəl” baletindən “Ayişənin rəqsi” |
Pyotr Çaykovski |
– |
Simli Serenadadan vals |
Aqşin Əlizadə |
– |
“Cəngi” |
Fritz Kreisler |
– |
“Kiçik Vyana marşı” |
Zakir Bağırov |
– |
“Rapsodiya” |
Süleyman Ələsgərov |
– |
“Şalaxo” |
Alexander Anderson |
– |
“Pline, Plane, plunc” |
Musa Mirzəyev |
– |
Romantik vals-poema |
Astor Piazzolla |
– |
“Tanqo” |
Fikrət Əmirov |
– |
“1001 gecə” baletindən Şəhrizadın şənliyi |
|
Solist – Çinarə Mütəllimova (qanun) |
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri. 1964-cü ildə Azərbaycan musiqisinin klassiklərı – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. Kollektiv 40 ildən artıq davam edən fəaliyyəti zamanı dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak edib. 1998-ci ildən orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir. Kollektiv müxtəlif illərdə Böyük Britaniya, Almaniya, İsveçrə, Fransa, Türkiyə, Rusiya və başqa ölkələrdə Azərbaycan musiqi sənətini ləyaqətlə təmsil edib. Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.Teymur Göyçayev (1958) Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin violino sinfində (müəllim E.S.Barştak) ilk musiqi təhsili almış, 1981-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (professor T.T.Atakişiyevin sinfi) fərqlənmə diplomu ilə, 1986-cı ildə isə aspiranturanı bitirmişdir. 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı olmuşdur. Böyük pedaqoji təcrübəyə malikdir, bir neçə kamera orkestrləri yaratmışdır. Onlardan daha çox tanınmışı “TUTTİ” – M.Rostropoviç tərəfindən yüksək qiymətləndirilmişdir. 1998-ci ildən Q.Qarayev adına Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olur. 2000-ci ildə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi”, 2005-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adlarına layiq görülmüşdür. 2006-cı ildən həmçinin, Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Dəfələrlə xarici ölkələrdə – RF-da, Belarusiyada, İngiltərədə, Fransada, Belçikada, İsveçrədə, Almaniyada, Avstriyada və s. qastrol səfərlərində olmuşdur. |
Bu kosertin keçirilməsinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk. |
28 iyun saat 14.00 |
KİŞ kəndi. ALBAN MƏBƏDİ |
|
|
Azərbaycan Bəstəkarlar İttifaqının “Oazis” simli Kvartetinin təqdimatı və konserti PROQRAMDA |
W.A.Mozart |
– |
Kiçik gecə serenadası |
Firəngiz Əlizadə |
– |
Oazis |
Qara Qarayev |
– |
Kvartet |
Ejen İzai |
– |
Ballada – solo violino üçün |
Arnold Şönberq |
– |
Andante |
Dmitri Şostakoviç |
– |
Yumoreska |
|
Azərbaycan Bəstəkarlar İttifaqının “Oazis” Simli Kvarteti. “Oazis” Simli Kvarteti 2010-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində yaradılıb. Kvartetin yaradılmasının təşəbbüskarı ABİ-nin sədri professor Firəngiz Əlizadədir. Kvartet ilk dəfə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında çıxış edəcək.“Oazis” Simli Kvartetinin tərkibi: Cavad Tağızadə(I violino) Mustafa Mehmandarov (II violino) Səbuhi Axundov (viola) Jalə Əliyeva (cello) |
Cavad Tağızadə (1987) Bakı şəhərində anadan olub. 1994-2005-ci illərdə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin simli alətlər şöbəsində (violino sinfi) ilk musiqi təhsili almışdır. 2009-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirmişdir. Bir çox Respublika müsabiqələrində uğurla çıxış edib. İtaliya, İngiltərə və ABŞ-da keçirilən Beynəlxalq müsabiqələrin laureatı olmuşdur. Bir sıra xarici ölkələrdə – Türkiyə, Rusiya, Almaniya, Mərakeş, Fransa, İtaliya, İngiltərə, ABŞ-da solo konsertlərlə çıxış etmişdir. Hal-hazırda “Oazis” Simli Kvartetinə rəhbərlik edir.Mustafa Mehmandarov (1992) Bakı şəhərində anadan olub. 1998-2009-cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Orta-ixtisas Musiqi Məktəbinin simli alətlər şöbəsində (violino sinfi) ilk musiqi təhsili alıb. 2009-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasının professoru, xalq artisti Zəhra Quliyevanın violino sinfində təhsil alır. Bir çox Respublika müsabiqələrinin laureatıdır. Bolqarıstanda (15 ölkə arasında) keçirilən Beynəlxalq müsabiqədə II yerə layiq görülüb. Rusiya, Fransa, İsveç, Almaniya, İtaliya və bir sıra başqa ölkələrdə uğurla çıxış etmişdir.Səbuhi Axundov (1991) Bakı şəhərində anadan olub. Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin simli alətlər şöbəsində (violino sinfi) ilk musiqi təhsili aldıqdan sonra 2008-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. Elə həmin ildə Gənclər Simfonik Orkestrində çalışmağa başlamış və həmin orkestr ilə Rusiya Federasiyasında çıxış etmişdir. 2010-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artistidir.Jalə Əliyeva (1989) Rusiya Federasiyasının Qorki şəhərində anadan olub. 1993-cü ildə ailəliklə Bakı şəhərinə köçmüşdür. 1996-2007-ci illərdə Q.Qarayev adına 8 saylı Orta-İxtisas Musiqi Məktəbinin simli alətlər şöbəsində (violonçel sinfi) ilk musiqi təhsili alıb. 2007-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” fakultəsinə, N.Abbaszadənin violonçel sinfinə daxil olub, hazırda III kurs tələbəsidir. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti vəzifəsinə daxil olmuşdur. Bir çox Respublika müsabiqələrinin laureatı olmuş, M.Rostropoviç adına “Xüsusi təqaüd”ə layiq görülmüşdür. Bir sıra Avropa ölkələrində – Almaniya, İtaliya, Fransa, İsveçrə və s. orkestrlə çıxış etmişdir. |
28 iyun Saat 19.00 |
YUXARI KARVANSARAY |
|
“Samulnori” Cənubi Koreya folklor ansamblının konserti |
“Samulnori” ansamblı hal-hazırda Cənubi Koreyanın ən tanınmış folklor kollektivlərindən biridir. Bu ansamblın iştirakçıları böyük məharətlə şərq alətlərində təbiət çalarlarını səs rəngləri ilə təqlid edirlər. Sa-mool-no-r – Koreya dilində – 4 ənənəvi Koreya alətindən ibarətdir. Kkwaenggwari (kiçik qonq), Jing (böyük qonq), Janggu (qum saatına bənzər zərb aləti), Buk (zərb aləti). Alətlərdən hər biri sanki müxtəlif hava şəraitini təsvir edir: Janggu – yağışı, Kkwaenggwari – ildırımı, Jing alətinin səsi küləyi, Buk aləti isə buludu təsvir edir. Bütün bunlar ənənəvi Koreya musiqi mədəniyyəti əlamətlərinin göstəriciləridir. Musiqiçilərin milli geyimləri və ifa tərzi onların çıxışlarına qeyri-adi kolorit bəxş edir.Bu konsertin gerçəkləşməsində göstərdiyi dəstəyə görə Cənubi Koreya səfirliyinə, şəxsən Fövqəladə və Səlahiyyətli səfir Li Ji-Ha cənablarına dərin minnətdarlığımızı bildiririk. |
29 iyun saat 12.00 |
ŞƏKİLİ ƏLƏSGƏR ADINA ŞƏKİ MUSİQİ KOLLECİ |
|
Musiqi kollecinin tələbələri ilə ustad dərsi. Aparır: musiqi ifaçılığı üzrə doktor, fəlsəfə doktoru, professor Nikita Yujanin (Finlandiya) |
Nikita Yujanin. Nikita Yujanin (Finlandiya) Bakıda anadan olub. Bakı və Leninqrad (Sankt-Peterburq) Konservatoriyalarında fortepiano ixtisası üzrə təhsil alıb. Musiqi ifacılığı üzrə doktor, fəlsəfə doktoru, professor, pianocu N.Yujanin 20 ildən artıq Sankt-Peterburq Konservatoriyasında kafedra müdiri, fortepiano fakültəsinin dekanı olmuşdur. Uzun illər Qnesinlər adına Musiqi Akademiyasında (Moskva), habelə Finlandiyanın, Yaponiyanın (Osaka, Tokio), Almaniyanın konservatoriya və Universitetlərində dərs demişdir. Bir sıra nüfuzlu Beynəlxalq müsbiqələrin münsiflər heyətinin üzvü olmuşdur. Onun tələbələri sırasında 20-dən artıq Beynəlxalq müsabiqə laureatları, ABŞ, Rusiya, Fransa və s. ölkələrin konservatoriya və universitetlərində calışan professor və yüksək fəxri adlara layiq görülən (həmcinin YUNESKO-nun «Sülh naminə inçəsənət xadimi») musiqicilər var.N.Yujanin dünyanın bir sıra ölkələrində, o çümlədən ABŞ, Yaponiya, Rusiya, Almaniya, Finlandiya, İtaliya, Cin, Asiya ölkələri, Şərqi Avropa, Latın Amerikası, Afrikada simfonik orkestrlərlə cıxış edərək solo konsertləri vermiş, ustad dərsləri və simpoziumlar kecirmişdir. O, ABŞ, Yaponiya, Finlandiya, Rusiya, Ekvador, Azərbayçan və b. ölkələrdə Beynəlxalq Festival və müsabiqələr təşkil etmişdir. Həmcinin bir sıra beynəlxalq müsabiqə və festivalların (o çümlədən S.Raçhmaninov International Çompetitions and Festivals USA Los Angeles) Art-direçtor’ udur. |
29 iyun saat 16.00 |
KİŞ kəndi. ALBAN MƏBƏDİ |
|
|
“Sarı gəlin” Norveç-Azərbaycan ansamblının konserti PROQRAMDA |
1. Solrenning Saele 2. Jeg har en venn / Bayati-Shiraz mugham / Bayati-Isfahan part 3. Skal vi ustridig hist 4. Bayatı – Shiraz mugham 5. Hos Gud er idel glede / Excerpt from Shushtar mugham 6. Syng hjerte 7. Zabul Segah mugham 8. Jeg er na sa glad 9. Und mig Gud et lidet rum 10. So ro snubberusken min / Alagöz 11.Nu hviler mark og enge / Şüştər muğamı: SARI GƏLIN |
|
“RUNESDATTER / MANSUROV” layihəsi Norvec və Azərbaycan ənənəvi klassik musiqisi |
Liv Runesdatter – vokal (Norvec) Tuva Thomassen Bolstad – skripka Lelo Nika – akkordeon Elşən Mansurov – kamança (Azərbaycan) Ehtiram Hüseynov – vokal Ələkbər Ələkbərov – tar |
“RUNESDATTER / MANSUROV” adlanan, Norvec vokalçısı Liv Runesdatter və Azərbaycan kamança ifaçısı Elşən Mansurovun birgə layihəsi 2006-cı ildən etibarən həyata keçirilir. Ansamblın tərkibi dəyişkən və qeyri-sabit olaraq Azərbaycan muğamı və Norvec xalq mahnılarının ümumi cəhətlərini diqqət mərkəzinə gətirməyi qarşısına məqsəd qoymuşdur. Bu iki ölkənin musiqi mədəniyyəti arasında oxşar cəhət – onlarda improvizə sənətinin mövcudluğundan irəli gəlir. Norvec xalq mahnıları və muğam musiqi quruluşu baxımından müxtəlif olsalar da, ifadə vasitələri və dramaturji keyfiyyət etibarı ilə də yaxındırlar. “Syng hjerte” özündə Norvecin Vestfold-dan uzaq Rogaland-a qədər olan ənənəvi xalq musiqisini birləşdirir. Layihənin musiqi özəyini maraqlı kəsişmələr: qədim alət səslənmələrı, boğaz tembrləri, təbiət və maqnitofon lent yazıları, xalq musiqisinin toplanması zamanı əldə olunan maraqlı melodiyalar təşkil edir. Burada xalq mahnılarından gələn mənbə aydın olsa da, digər xalqların ənənələri də nəzərə çarpır. Bu qədim mahnılar muğamla birgə dərin hissiyyata malik, poeziya ilə vəhdətdə olan yeni bir sintez yaradır. İlk dəfə olaraq “RUNESDATTER / MANSUROV” – Norvec və Azərbaycan ənənəvi klassik musiqisi adlı layihəsi 2010-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təqdim olunmuşdur.Bu layihənin reallaşdırılması üçün göstərdiyi dəstəyə görə Norvec səfirliyinə, şəxsən Elmira xanım Mirzəyevaya dərin minnətdarlığımızı bildiririk.Liv Runesdatter Norvecli bəstəkar və vokalçıdır. Vestfold və Rogalandın nadir musiqi ənənəsini davam etdirən azsaylı Norvec ifaçılarındandır. Hal-hazırda unudulmuş olan, 1860-cı ilə aid xalq mahnılarını aşkarlayan Liv Runesdatter 7 il əvvəl yeni tədqiqat və layihənin başlanğıcını qoymuş oldu. 6 il müddətində “Syng hjerte” layihəsi üzərində çalışmış, aşkar etdiyi musiqi parçalarının mənsub olduğu ənənəni araşdırmış və özünəməxsus işləmişdir. Liv Runesdatterin 2008-ci ildə “Syng hjerte” albomu işıq üzü görmüşdür. Runesdatter CARMA – Müasir incəsənət təşkilatının lideri olub Norvec, Almaniya, İsveçrə, Braziliya, Ukrayna, Hollandiya, Belgiya, Azərbaycan, İran, Rusiya və s. ölkələrin musiqi kollektivləri və tanınmış musiqiçilər ilə əməkdaşlıq etmişdir. Elşən Mansurov (1962) Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir. 1986-cı ildə Ü.Hacıbəyli adına I Ümumittifaq müsabiqəsində birinci yerə layiq görülmüşdür. Hollandiyada fəaliyyət göstərən Ümumdünya “Atlas” ansamblının üzvüdür. Dünyanın bir çox ölkələrində – İsveç, Yaponiya, Almaniya, Fransa, Rusiya, Türkiyə, Cənubi Koreya, Norvec və s. konsertlərlə çıxış etmişdir. ”Respublikanın əməkdar artisti” fəxri adına layiq görülmüşdür. Bir çox beynəlxalq musiqi layihələrinin təşəbbüskarı və iştirakçısıdır. |
29 iyun saat 19.00 |
ŞƏKİ XAN SARAYI |
|
Şəki və Bakı kollektivlərinin iştirakı ilə QALA-KONSERT PROQRAMDA |
Üzeyir Hacıbəyli |
– |
“Koroğlu” operasından “Uvertüra” |
Səid Rüstəmov |
– |
“Azərbaycan” süitası |
Süleyman Ələsgərov |
– |
“Gözlə məni” |
Rəşid Əfəndiyev |
– |
“Gənclik” rəqsi |
Georq Hendel |
– |
“Andante” |
Qara Qarayev |
– |
“Sülh” mahnısı |
Azərbaycan xalq rəqsi |
– |
“Çobanlar” |
Cahangir Cahangirov |
– |
Rəqs – “Bulaq başında” |
Vasif Adıgözəlov |
– |
“Qarabağ şikəstəsi” Oratoriyasının finalı |
Üzeyir Hacıbəyli |
– |
“Cəngi” |
|
İfaçılar: Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblıBədii rəhbər və baş dirijor – Respublikanın xalq artisti, professor Ağaverdi PaşayevŞəki Musiqi Kollecinin xoru və xalq çalğı alətləri orkestriŞəki 4 saylı Uşaq Musiqi Məktəbinin kamera orkestri |
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə dahi Ü.Hacıbəyli ilə yanaşı azərbaycanın tanınmış bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliya Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib. Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. 2000-ci ilin yanvar ayından ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı alətləri Orkestri fəaliyyət göstərir. Mahnı və rəqs ansamblının bədii rəhbəri və dirijoru Respublikanın xalq artisti, professor Ağaverdi Paşayevdir. O, xalq mahnılarının, rəqslərin qorunmasının və tədqiqinin yorulmaz təbliğatçısıdır. Ağaverdi Paşayev (1950) 1971-1976-cı illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1978-ci ildən Ü.Hacıbəyli adına ADK-da müəllim, 1992-ci ildən dosent, 1999-cu ildən professor kimi fəaliyyət göstərmişdir. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu” kafedrasının müdiri vəzifəsində çalışır. 2002-ci ildən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri, həmçinin kollektivin nəzdində yaradılmış Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijorudur. 2003-2004-cü illərdə İran İslam Respublikasında Beynəlxalq “Qızıl Cəng” mükafatına, 2008-ci ildə “Humay” milli mükafatına layiq görülmüşdür.2008-ci ildən Respublikanın xalq artistidir. |
30 iyun saat 12.00 |
ŞƏKİ MUSİQİ KOLLECİ |
|
Azərbaycan Bəstəkarlar İttifaqı nümayəndə heyətinin Şəki ziyalıları ilə görüşü və Konfrans |
30 iyun saat 19.00 |
YUXARI KARVANSARAY |
|
|
M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşaları |
Üzeyir Hacıbəyli |
– |
“Leyli və Məcnun”operası |
Müslüm Maqomayev |
– |
“Şah İsmayıl” operası |
|
İştirak edirlər:M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xoru və solistləriQuruluşçu-rejissor – Respublikanın əməkdar incəsənət xadimi Hafiz Quliyevdirijor və xormeyster Əməkdar incəsənət xadimi – Sevil Hacıyevasolistlər:Respublikanın xalq artisti – Şahlar QuliyevRespublikanın əməkdar artisti – Təyyar Bayramov İlkin Əhmədov,Vüsalə Musayeva, Arzu Əliyeva, İlahə ƏfəndiyevaKonsertmeysterlər: Respublikanın əməkdar artisti – Məlahət İsmayılova (piano) Respublikanın əməkdar artisti – Elxan Mansurov (tar) |
|