"İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
Aygün SƏMƏDZADƏNİN
müəllif gecəsi
İştirak edirlər:
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
Bədii rəhbər və dirijor
Xalq artisti
Teymur Göyçayev
Solistlər:
Əməkdar artist Elnur Əhmədov(kamança)
Xalq artisti Ənvər Sadıqov(qarmon)
Proqramda A.Səmədzadənin instrumental pyesləri və mahnıları səslənəcək
Aygün Səmədzadə – musiqişünas, bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakultəsinin Musiqişünaslıq bölməsini bitirmişdir (1990). BMA-nın “Musiqi tarixi” kafedrasının dosenti olmuşdur (1990-2015). Bir sıra elmi məqalə, monoqrafiya və mahnı məcmuəsinin müəllifidir. 100-dən artıq mahnı, romans, instrumental pyeslər, vokal-xoreoqrafik kompozisiyalar, 3 filmə (“Əlavə təsir”, “Axırıncı dayanacaq”, “Sirr”), 5 teatr tamaşasına (“Qatil”, “Yad qadının məktubu”, “Şekspir”, “ƏmirTeymur”, “İblis”) musiqi bəstələmişdir. Müxtəlif elmi və musiqi müsabiqələrinin iştirakçısı və qalibi olmuş, dəfələrlə Bakıda və Azərbaycanın digər bölgələrində geniş konsert proqramları ilə çıxış etmişdir.
Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. Kollektiv 50 ildən artıq davam edən fəaliyyəti zamanı dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. 1998-ci ildən Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevdir.
Teymur Göyçayev – dirijor, violin ifaçısı, pedaqoq, Azərbaycanın xalq artisti, Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatının laureatıdır. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (1981) təhsil alıb. 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı olmuşdur. Violin ifaçısı kimi Azərbaycan Dövlət Simfonik Orkestrində çalışmışdır, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Hazırda T.Göyçayev Bülbül adına orta ixtisas musiqi məktəbinin direktorudur. Bu məktəbdə “TUTTI” Kamera Orkestrini yaratmışdır. 1998-ci ildən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, 2006-ci ildən Dövlət Gənclər Simfonik orkestrinin bədii rəhbəri və baş dirijorudur. Dəfələrlə xarici ölkələrdə – İngiltərə, Fransa, Belçika, İsveç, İsveçrə, Almaniya, Avstriya, Misir, Koreya, Yaponiya, Çin, Türkiyədə qastrol səfərlərində olmuşdur.
Elnur Əhmədov – kamança ifaçısı, pedaqoq, Azərbaycanın əməkdar artisti. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil almışdır (2000). Hazırda Azərbaycan Milli Konservatoriya sının dosentidir. “Qarabağ” muğam üçlüyünün üzvü kimi, Azərbaycanın xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Elçin Həşimovla birlıkdə bir çox ölkələrdə konsert proqramı ilə çıxış etmiş, müxtəlif illərdə Vaşinqton, Amsterdam, Səmərqənd, Kopenhagen, Parisdə keçirilən mötəbər beynəlxalq festival və layihələrin iştirakçısı olmuşdur. Azərbaycan və Latın Amerika musiqiçilərinin “Salam-Hola” (2003), “Simfonik muğam” layihələrində (2007) çıxış edib.
Ənvər Sadıqov – virtuoz qarmon və akkordeon ifaçısı, Azərbaycanın xalq artisti. Azərbaycan Milli Konservatoriyasında təhsil almış, 1990-cı ildən R.Behbudov adına mahnı teatrında professional səhnədə fəaliyyətə başlamışdır. O, dünyanın müxtəlif konsert salonlarında musiqi proqramları ilə çıxış etmiş, dəfələrlə YUNESKO-nun və İSESKO-nun təşkilatçılığı ilə musiqi tədbirlərində iştirak etmişdir. 1996-97-ci illərdə Norveç-Azərbaycan musiqi layihəsinin iştirakçısı olmuşdur. “Take five”, “2000-2010 seçmələri” və s. albomları işıq üzü görüb. 2011-ci ildə – “RENEVER” adlı yeni, üç oktavadan ibarət, geniş registrli qarmon yaratmağa nail olmuşdur. Ə.Sadıqov, eyni zamanda, müxtəlif caz festivallarında da çıxış edir.
28 iyun
11.00
MARXAL YAY TEATRI
“Va-Lifa” musiqi qrupunun konserti
(Yaponiya)
“Va-Lifa” – Yaponiya ənənəvi mədəniyyətini təmsil edən musiqi qrupudur, prodüser Takaku Terutoşinin rəhbərliyi ilə fəaliyyət göstərir və beynəlxalq miqyaslı konsert layihələri ilə çıxış edir. Repertuarına Yaponiyanın ənənəvi Kabuki və No teatrla rının rəqs səhnələri, vadaiko (yapon barabanları), şamisen (simli musiqi aləti), minyo kimi folklor musiqisi daxildir. Qrup dünyanın müxtəlif ölkələrində 300 dəfədən artıq çıxış edib. 2014-cü ildə, Bakıda “Yaponiyanın Ənənəvi İncəsənəti, Kabuki Rəqs və Musiqi” konsert proqramı ilə çıxışları azərbaycanlı tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Bundan ruhlanan qrup ardıcıl olaraq Azərbaycanda konsertlərlə və təlim proqramları ilə çıxış edir.
“Va-Lifa” ansamblının üzvləri: Yamanaka Nobuto – şamisen ifaçısı. Orta məktəb təhsilini başa vurduqdan sonra 15 yaşında Aomori prefekturasının Hirosaki şəhərinə köçmüş, Tsuqaru şamisen ifaçısı Yamada Satonun şagirdi qis -mində folklor musiqi məkanlarında 4 il ərzində şamisen ifaçılıq sənətinə yiyələnmiş, Yamada məktəbinin ustadına çevrilmişdir. Tsuqaru şamisen üzrə ölkədə keçirilən yarışmada müxtəlif mükafatlara layiq görülmüş və xarici ölkədə çıxış etmişdir. Hazırda solo ifaçı kimi fəaliyyət göstərir, habelə məktəblərdə ifaçılıq sənəti üzrə mühazirələrlə çıxış edir. Senzoku Musiqi kollecində Houqaku milli musiqi növü üzrə müəllim olaraq çalışır.
Sai Hidetoşi – vadaiko ifaçısı. 2005-ci ildə Tokio Universitetində təşkil olunmuş Sai vadaiko(yapon zərb alətləri) qrupunun üzvü olmuşdur. 2013-cü ildən rəsmi şəkildə professional fəaliyyətə başlamış və hazırda Tokionun Katsuşika rayonunda yerləşərək, il ərzində təxminən 200-ə qədər çıxışlar etməklə populyarlıq qazanmışdır. 2016-cı ildə Ekvadorda, Peruda, İranda və digər xarici ölkələrdə konsertlər vermişdir. Gənclər arasında mahir vadaiko ifaçısı kimi şöhrət qazanmışdır.
Takaku Terutoşi – Kabuki ifaçısı. Teatr Birliyində səhnə tərtibatı ilə məşğul olmuş və səhnə incəsənətinin əsaslarını öyrənmişdir. Dünyanın bir çox ölkəsində Yaponiyanın Xarici İşlər Nazirliyi, Yaponiya Fondunun dəstəyi ilə təşkil olunmuş 300-dən çox yapon mədəniyyəti təqdimatı konsertlərinin prodüseri və təşkilatçısı olmuş, bir çox tədbirlərin müasir elektron vasitələrlə tərtibatını təşkil etmişdir.
Yapon musiqi alətləri və musiqi janrları:
Şamisen – baçi adlı mizrab ilə çalınan üçtelli Yapon çalğı alətidir. XVIII əsrdə cənubi Yaponiyada yaranıb. Şamisen müxtəlif formalarda hazırlanır və teatr tamaşalarında istifadə olunur.
Tsuqaru şamisen – Tsuqaru bölgəsində (Yaponiyanın şimalında yerləşən Aomori Prefekturasının qərb hissəsi) yaranmış musiqi növüdür. Əsas xüsusiyyəti mizrab ilə zərb aləti üslubunda ifa olunması və ifa olunan musiqinin yüksək tempə malik olmasıdır.
Minyo qədim zamanlardan bəri qorunub saxlanan ənənəvi mahnılara verilən ümumi addır. Yapon dilinin səslənmə sistemi qafiyədən yaranaraq, Yaponiyanın özünə məxsus musiqisinin əsasını təşkil edir. Hazırda mövcud olan minyo musiqisi təxminən 58 min mahnı parçasından ibarətdir.
Vadaiko yapon barabanları üçün istifadə olunan ümumi addır. Ağacdan hazırlanmış gövdəyə dəri çəkilir və daha sonar vibrasiya nəticəsində musiqi səsi alınır. Baçi (çubuq) ilə ifa olunan zərb aləti taiko, əl ilə ifa olunan alət isə tsuzumi adlanır.
28 iyun
20.00
ŞƏKİ XAN SARAYI
Ania Broda (Polşa) və Guessous Mesi Trio qrupun (Macarıstan) konserti
Ania Broda – müğənni, sinc ifaçısı, bəstəkar, prodüser. Polyak musiq isəhnəsində unikal simalardan biridir. Etno, caz, xalq, pop üsubunda, həmçinin, uşaqlar üçün musiqi əsərlərinin müəllifidir. “Ağ” oxuma texnika sından istifadə edir. Səsinin dərin tonu, sözün gücü, melodiyanın əsrarəngiz təsiri ilə dinləyicini valeh edir. Çoxsaylı konsertlərin iştirakçısıdır. O, həmçinin, Vilensk sincləri, Asiyadan bizə çatmış zərbli simli musiqi alətlərində ifa edir. 2011-ci ildən solo ifaçı kimi fəaliyyət göstərir. Dörd solo albomun müəllifidir. Xalq ənənələrindən və müasir yaradıcılıqdan ilham alır. Müxtəlif ölkədaxili və xarici festivallarda iştrak edir. Polşa Radiosu, H.Modjeyevski adına Dövlət Teatrı, Olştın Kukla Teatrı, Teatr İnstitutu, Şedlcedə Mədəniyyət Mərkəzi Teatrı ilə əməkdaşlıq edir. Milli Mədəniyyət Mərkəzinin Varşava Müasir İncəsənət Mərkəzində keçirilən Master Manole Dariuş Blaşçık tamaşasında iştrak edib. Mədəniyyət və Milli İrs Nazirliyinin və Olştındaki Marşalkovski Aparatının təqaüdçüsüdür. 2016-cı ildə Polşa musiqi mədəniyyətinin təbliğinə görə Olştın şəhərinin Prezident mükafatına layiq görülmüşdür.
Guessous Mesi Trio – Musiqi qrupu macar və türk xalq mahnılarının qovuşmasından yaranan kompozisiyalarını ifa edir, həmçinin, qrupun solisti Mesinin ifasında Mərakeş musiqi ənənələri də özünü göstərir. Mesi bu qrupla Macarıstanda, eləcə də İspaniya, ABŞ, Kanada, Türkiyə, Bəhreyn və s. xarici ölkələrdə konsertlər vermişdir. Onların konsertləri Türkiyədə və yerli türk icması tərəfindən çox sevilir, onlar Türkiyə KİV-ləri ilə sıx əməkdaşlıq edirlər. Qrup mütəmadi olaraq Budapeştdə Yunus Emre adına Türk Mədəniyyət mərkəzində macar və xarici tamaşaçı kütləsi qarşısında iki milləti birləşdirən musiqi proqramı ilə çıxış edir, onlar dəfələrlə mühüm diplomatik tədbirlərin iştirakçısı olmuşlar.
Qessu Mayda Mariya (Mesi) – müğənni. Junior Prima Macarıstan – Mərakeş müsabiqəsinin qalibi olub. Budapeştdə F.List adına Musiqi Akademiyasının yetirməsidir. Hazırda həmin Akademiyada pedaqoji fəaliyyətlə məşğul olur. Eyni zamanda, MUS-E Multikultural proqramının fəal iştirakçısıdır. Macarıstanda və xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. 2015-2016-cı illərdə ABŞ, Türkiyə, Mərakeş, Hindistan və Qazaxıstanda konsertlər verib. 2009-cu ildə Türkiyənin İstanbul şəhərində Memar Sinan Universitetində Erasmus təqaüdü əsasında təhsil almış, Erdal Ərzincanın saz məktəbində, Mərcan Ərzincanın sinfində instrumental ifaçılıq qabiliyyətini təkmilləşdirmişdir. Bir çox beynəlxalq festivalların iştirakçısıdır: Mərakeşdə “Beynəlxalq Müqəddəs Musiqi Festivalı”, Hindistanda “İİT erkən inkişaf Festivalı”, “Dehli Beynəlxalq İncəsənət Festivalı”, “Maysur Dasara Festivalı”, İspaniyada “Qranadada musiqi və rəqs beynəlxalq festivalı”nda çıxış etmişdir.
İvan Barviç– Macarıstanın tanınmış musiqiçisi, 1980-cı illərdə Balkan musiqisinin təbliğatçısı olan “Közərən ocaqlar” qrupunun üzvü olmuşdur. Həmin vaxtdan 40 albomun yaradılmasında iştirak etmişdir. O, həmçinin bir neçə musiqi qruplarına dəvət olunmuşdur: “Yashko Argirov”, “Robert Man-del”, “KMB” və “Balkan Fanatic” . 1990-cı illər ərzində İrlandiyanın “River-dance” şou-qrupunun tərkibində bütün dünya üzrə qastrol səfərlərində olmuşdur, o cümlədən, 2000-ci ildə Brodveydə konsert vermişdir. 2006-cı ildə Macar Dövlət Xalq Ansamblının quruluşunda “Pannon Fresco” musiqi kompozisiyasına görə “Artisjus” mükafatına layiq görülmüşdür. “Xalq jurnalı”nda nəşr olunan etnoqrafiya üzrə məqalələrin müəllifidir.
David Qerjon Boroş – tanınmış musiqiçi.9 yaşından musiqi ifaçısı kimi fəaliyyət göstərir, klarnet, piano və zərb alətlərində ifa edir. O, bir sıra xalqların zərb alətləri ilə maraqlanaraq, türk, hind və mərakeş ritmlərini səsləndirir. Onun rəhbərlik etdiyi “Guessous Mesi Trio” qrupu macar, türk və ərəb musiqi aləmi ilə bağlıdır, “Meshinda” qrupu isə macar və hind musiqi ənənələrinə əsaslanır. Onun şöhrəti Macarıstanın sərhədlərini aşaraq, Qranada, İstanbul, Ankara, Nyu-York, Los-Anjeles, Toronto, Dehli, Manama və Bakıda məşhurlaşmışdır.
29 iyun
12.00
ŞƏKİ MUSİQİ KOLLECİ
Görkəmli Aərbaycan bəstəkarı, ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor
CÖVDƏT HAÇIYEVİN
anadan olmasının 100 illiyinə həsr olunmuş konsert
İştirak edirlər: Azərbaycan Televiziya və Radiosunun C.Cahangirov adına Xoru
Bədii rəhbər və baş dirijor Şəhla Ələkbərova
Beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev (bariton)
Dilarə Kərimova(piano)
Beynəlxalq müsabiqə laureatı, BMA-nın II kurs tələbəsi
Mədinə Ağayeva(piano)
Proqramda Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin,Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənəcək
Azərbaycan Televiziya və Radiosunun xoru 1936-cı ildə dahi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olub. 1948-ci ildən isə Respublikanın xalq artisti Ramiz Mustafayev bədii rəhbərlik edib. Xor fəaliyyətə başladığı illərdən Azərbaycanın bir çox tanınmış müğənniləri bu kollektiv ilə əməkdaşlıq edib. Bunlardan SSRİ xalq artistləri Zeynəb Xanlarova, Lütfiyar İmanov, Firəngiz Əhmədova, Respublikanın xalq artistləri Gülağa Məmmədov, Mobil Əhmədov, Əməkdar artistlər Firudin Mehdiyev, Faiq Mustafayev, Yaşar Səfərov, İdris Mehdiyev, Anatolu Qəniyev, Nərminə Məmmədova kimi sənətçilərin adlarını sadalamaq olar.
Qara Qarayev, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Emin Sabitoğlu, Şəfiqə Axun dova, Hacı Xanməmmədov, Ramiz Mirişli, Fikrət Əmirov, Firəngiz Əlizadə, Oqtay Rəcəbov, Musa Mirzəyev, Aqşin Əlizadə və digər bəstəkarların oratoriyaları, kantataları, vokal-simfonik poemaları və əsərləri xor kollektivi tərəfindən yüksək məharətlə ifa olunaraq gələcək nəsillərə ötürülüb.
Böyük yaradıcı yolu keçmiş xor kollektivi qərbi Avropa bəstəkarlarının, habelə gənc bəstəkarların əsərlərinə müraciət edir. Hal-hazırda Xorun bədii rəhbəri və baş dirijoru Cahangir Cahangirovun tələbəsi Şəhla Ələkbərovadır.
Şəhla Ələkbərova 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1978-1982-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsində (professor C.Cahangirovun sinfi) ali musiqi təhsili almışdır.
1983-cü ildən A.Zeynallı adına Bakı Musiqi Texnikumunda əmək fəaliyyətinə başlamış, xor dirijorluğu şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Dəfələrlə Respublika Təhsil Nazirliyi tərəfindən pedaqoji fəaliyyətinə görə fəxri fərmanlarla təltif edilmişdir.
2008-ci ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin C.Cahangirov adına Xorunun bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərir.
Taleh Yahyayev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (Sevda Məmmədovanın sinfi) vokal təhsilini almış, SSRİ və Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımovalar, Y.Silvasti, V.Luçia, T.Kraus, L.Stuçevskayanın ustad dərslərinin iştirakçısı olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının, Dövlət Filarmoniyasının və Azərbayan Televiziyasının solistidir. Bir çox Avropa və Azərbaycanın klassik bəstəkarların opera tamaşalarında (Ü.hacıbəyli, M.Maqomayev, C.Verdi, C.Puççini, P.Maskanyi) ifa etmişdir. Bir sıra Beynəlxalq müsabiqələrin laureatı və beynəlxalq festivalların daimi iştirakçısıdır. Almaniya, İtaliya, Çexiya, Yunanıstan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və s. ölkələrdə konsert proqramları ilə tanınmış dirijorlarla çıxış etmişdir. 2016-cı ildə ən gənc opera ifaçısı kimi Heydər Əliyev fondunun xüsusi mükafatına layiq görülmüşdür.
Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin Azərbaycanda ilk ifaçısıdır.
29 iyun
20.00
MARXAL YAY TEATRI
Təbriz rəqs qrupunun konserti
(İran İslan Respublikası)
Festivalda iştirak edən Təbriz Rəqs qrupu İran İslam Respublikasının müxtəlif bölgələrində uğurla çıxış edir. Uzun müddət rəqs qrupu tanınmış xanəndə Ramin Gəznəvinin rəhbərliyi ilə çıxış edir. Rəqqaslar, solist lər və instrumental heyətlə birgə bir çox ölkələrdə – İsveç, Almaniya, Danimarka, Türkiyədə konsertlərlə çıxış etmişdir. Ramin Gəznəvi İranda keçirilən bir çox festivalların və müsabiqələrin laureatıdır.
30 iyun
12.00
ŞƏKİ XAN SARAYI
“İzmir Devlet Türk Dünyası Dans ve Müzik Topluluğu” n konserti
Topluluq 2008-ci ildə Cəlal Vuralı rəhbərliyi ilə fəaliyyətə başlamışdır, 2011-ci ildən Mehmet Alinin rəhbərliyi ilə fəaliyyətini davam etdirir.
Türkdilli ölkələrin musiqisini ifa edən Topluluğun əsas məqsədi həmin ölkələrin səs, saz, rəqs sənətlərinin təbliğindən ibarətdir. Kollektiv bu məqsədlə Anadolu, Mosul, Kərkük, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Tatarıstan, Krım, Başqırdıstan, Qaraçay, Balkar, Xakasiya, Tuva, Sahə, Yakutistan, Gagauzya, Uyğur, Bosniya və Balkanlar kimi qardaş qohum və birliklərin ənənəvi musiqi və rəqslərini, tarixi baxımdan araşdıraraq, zaman-zaman toplayaraq edərək notaya almışdır. Mütəmadi olaraq konsertlər, televiziya və radio proqramları, daxili və xarici konsert və turnelərlə ictimaiyyətə təqdim etməklə, Türk Dünyasının zəngin musiqi və rəqslərini, həm ölkəmizdə, həm də fərqli coğrafiyalarda yaşayan Türk birliklərinə və dünyaya tanıdır.
30 iyun
20.00
YUXARI KARVANSARAY
“Tolige” uşaq xoreoqrafik ansamblın konserti
(Gürcüstan)
“Tolige” xoreoqrafik ansamblı 2012-ci ildə, Diana Bliadze və David Pridonişvilinin rəhbərliyi altında “Event hall”da yaradılmışdır. Ansamblın tərkibi 12-15 yaşlı uşaqlardan ibarətdir. Kollektiv bir neçə dəfə Bolqarıstanda və Türkiyədə qastrol səfərlərində olmuş, burada keçirilən Beynəlxalq Musiqi Festivallarında Qran-pri mükafatına layiq görülmüşdür. Gürcüstanda keçirilən tədbirlərdə və müsabiqələrdə ansambl tez-tez iştirak edir. 2016-cı ildə ansambl Suxişvili adına mükafatla təltif olunmuşdur.
1 iyul
12.00
MARXAL YAY TEATRI
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
Nümunəvi-Hərbi Orkestrinin konserti
Dirijor – Səməd Vəkilov
Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestri ilk dəfə 21 iyun 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış etmişdir. Həmin vaxtdan Orkestr Sərhəd Xidmətində, həmçinin ölkəmizdə keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir. Sərhəd Xidmətinin hərbi qulluqçularının döyüş ruhunun yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə tez-tez hərbi hissələrdə sərhədçilər qarşısında çıxış edir.
Orkestrin repertuarını müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi təşkil edir. Vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkarlar mahnılarına, o cümlədən Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, R.Hacıyev, T Quliyev və digər bəstəkarların əsərlərinə üstünlük verilir.
DSX-nin Nümunəvi-Hərbi Orkestri dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak etmiş, ən yüksək mükafatlara layiq görülmüşdür.
Orkestrin bədii rəhbəri və dirijoru kapitan Səməd Vəkilovdur.
S.Vəkilov A.Zeynallı adına musiqi kolleci və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.
1 iyul
20.00
MARXAL YAY TEATRI
Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının bağlanışı
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
Qədim Musiqi Alətləri Ansamblının konserti
Bədii rəhbər Xalq artisti Munis Şərifov
Solistlər: Əməkdar artist Teyyub Aslanov
Əməkdar artist Nuriyyə Hüseynova
Hüseyn Məlikov
Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildən Ümummillilider Heydər Əliyevin göstərişi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sərəncamına əsasən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. 15 ifaçılardan ibarət ansamblın bәnzәrsiz cәhәti ondadır ki, musiqiçilәr Orta әsrlәrdә istifadә olunmus, tәdricәn unudulmus, sonralar ansamblın yaradıcısı – mərhum professor Məcnun Kәrim tәrәfindәnbәrpa olunmuş musiqi alәtlәrindә XIV әsr musiqisini, Azәrbaycan muğamlarını və xalq mahnılarını ifa edirlәr.
Böyük ustalıqla ilk dəfə olaraq bərpa edilmiş cəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu, rubab, qopuz, nüzhə kimi musiqi alətlərini Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasında görmək və onların ifasını ansamblın məşqlərində, konsertlərində dinləmək mümkündür.
Ansambl musiqi mədəniyyətimizi ölkəmizdə və beynəlxalq səviyyədə layiqincə təmsıl və təbliğ edir. Dəfələrlə beynəlxalq festival və müsabiqələrdə iştirak etmiş və uğurlar qazanmışdır. Ansambl Rusiya Federasiyası, Özbəkistan, Tacikistan, Macarıstan, Türkiyə, Almaniya, Fransa, İsveçrə, İordaniya, Hindistan, BƏƏ, Küveyt, Qətər dövləti vəs.xarici ölkələrdə səfərlərdə olmuşdur.
Ansamblın bədii rəhbəri – Azərbaycan Respublikasının Xalq artisti Munis Şərifov, solistlər – Əməkdar artistlər Nuriyyə İsmayılova, Təranə Əliyeva və Teyyub Aslanovdur və gənc xanəndə Hüseyn Məlikovdur.
Munis Məmməd İsmayıl oğlu Şərifov – Azərbaycanın xalq artisti, kamança ifaçısı, pedaqoq, qədim çəqanə musiqi alətinin dünyada yeganə ifaçısıdır. 1962-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1996-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim Musiqi Alətləri Ansamblında konsertmeyster kimi fəaliyyət göstərir, 2013-cü ildən ansamblın bədii rəhbəridir. Azərbaycan Milli Konservatoriyasının dosentidir. Mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlərdə, dövlət konsertlərində iştirak edir, bir çox ölkələrdə: ABŞ, Kanada, İngiltərə, İrlandiya, Şotlandiya, Almaniya, Fransa, İsveçrə, Çexiya, Rumıniya, Macarıstan, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Gürcüstan, Türkiyə, İran, Hindistan, Cənubi Koreya, Şri-Lanka, BƏƏ, Küveyt, Qətər, İordaniya və s. qastrol səfərlərində olmuşdur.
Teyyub Şüeyib oğlu Aslanov – Azərbaycanın əməkdar artisti, xanəndə, pedaqoq. 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindətəhsil alıb (1994). 1995-ci ildən muğam üçlüyü ilə dünyanın bir çox ölkələrində konsert və festivallarda iştirak etmişdir. Bay-burt şəhərində “Dədə Qorqud” festivalında (1996), Vyanada “Qarabağ uşaqlarının göz yaşları” (2000), “Orta əsrlər Romana kilsələri mədəniyyəti” festivalında (2001), Düşənbədə “Qəlblərin səsi” festivalında, Macarıstanda Türkdilli xalqların iştirakı ilə “Hun-Türk” festiva lında (2010, 2012), Azərbaycanın müstəqilliyinin gününə həsr olunmuş silsilə konsertlərlə UN-ESCO-da (2006), ABŞ-ın bir sıra şəhərlərində (2011) iştirak etmişdir. 1999-cu ildən pedaqoji fəaliyyətlə məşğul olur, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dirijorluq ixtisası üzrə təhsili alır.
Nuriyyə İsmayıl qızı Hüseynova – Azərbaycanın əməkdar artisti, xanəndə, pedaqoq. 1969-cu ildə, Ordubadda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının da təhsil alıb. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir. AMEA-nın Folklor İnstitutunda “Qurqud” ansamblının rəhbəridir. Bir sıra beynəlxalq müsabiqə və festivalların iştirakçısı və qalibidir, o cümlədən, 1983-cü ildə Səmərqənd Beynəlxalq Simpoziumunun qalibi olub.
Hüseyn Aqil oğlu Məlikov – xanəndə. 1981-ci ildə Bakıda anadan olmuşdur. Bakı Qafqaz İslam Universitetinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 2015-ci ildə Respublika Muğam müsabiqəsinin laureatı olub (II yer). Muğam konsertlərinin və rəsmitədbirlərin fəal iştirakçısıdır. Eyni zamanda, müəlllimlik fəaliyyətilə məşğuldur. Repertuarı Azərbaycan muğamları və təsniflərindən ibarətdir.İfa etdiyi bir neçə muğam dəstgahının səsyazısı Azərbaycan Televiziyası və Radiosunun Fonduna daxildir.