“İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)
3 iyul
20.00
MARXAL YAY TEATRI
FİRƏNGİZ ƏLİZADƏ
“İNTİZAR” operası
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşası
Quruluşçu-rejissor
Əməkdar incəsənət xadimi – Hafiz QULİYEV
Baş dirijor və musiqi rəhbəri
Əməkdar artist – Əyyub QULİYEV
Xormeyster:
Əməkdar incəsənət xadimi – Sevil HACIYEVA İştirak edirlər:
Əməkdar artist – İnarə Babayeva (Mələk) Əməkdar artist – Ramil Qasımov (Arif) Xalq artisti – Əkrəm Poladov (Seyid kişi) Əməkdar artist – Səbinə Vahabzadə (Əsli)
Əməkdar artist – Taleh Yahyayev (Yad adam)
Fəhmin Əhmədli (İtkin)
Əməkdar artist – İlahə Əfəndiyeva (1-ci gəlin)
Aysel İbrahimova (2-ci gəlin) Əməkdar artist – Tural Ağasıyev (Yaralı kəndli)
Azərbaycan Respublikasının Xalq artisti, YUNESKO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadənin “İntizar” operası bəstəkarın yaradıcılığında zirvə əsərlərindən biridir. Dahi musiqiçi, həmvətən- limiz Mstislav Rostropoviçin təşəbbüsü ilə Firəngiz xanım və operanın libretto müəllifi, akademik Nərgiz Paşayeva tərəfindən yazılan bu səhnə əsəri yarandığı gündən Azərbaycan musiqi həyatında böyük hadisəyə çevrilmişdir.
“İntizar” operasında Azərbaycanın yaxın tarixi keçmişində baş vermiş faciəvi hadisələr fonunda, Xeyirlə Şərin əbədi qarşı- durması ümumbəşəri möv- zu kontekstində cərəyan edir. Qonaqpərvər torpağa xəyanətkar və hiylə ilə basqın edən yadellilər, şər qüvvələr onu viran qoyur,
insanları amansızcasına qətlə yetirir, sakinləri öz doğma yurdlarından didərgin salırlar. Bu dəhşətli hadisələrin əks- sədası bir ailənin taleyinin timsalında izlənir. Operada bəstəkar hadisələrin dramını mürəkkəb musiqili-səhnə jan- rına aid olan bütün vasitələrlə
– solo ariyalar, ansambl, xor, orkestr partiyaları, habelə video görüntülər və elektron səslər vasitəsilə böyük məha- rət və peşəkarlıqla çatdırır. Eyni zamanda, operada müəlli- fin gələcəyə nikbin baxışı, azadlığın, qələbəyə inamı əsərin sonunda uzaqdan gələn Ağ Atlı oğlanın video insta- lyasiyada təcəssüm olunur.
“İntizar” operası ilk dəfə (“Qarabağnamə” adı ilə) 2007-ci ildə M.Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalı çərçivəsində Xalq artisti Cənnət Səlimovanın quruluşunda və dünya şöhrətli dirijor Arkadi Şteynluxtun idarəsi ilə nümayiş olunub.
2009-cu ildə əsər Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş beynəlxalq festival günlərində Heydər Əliyev Sarayının səhnəsində tanınmış dirijor, Xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi orkestrin konsert ifasında səsləndirilib.
Növbəti il opera Heydər Əliyev Fondunun təşəbbüsü və Nərgiz Paşayevanın prodüser layihəsi əsasında hazırlanaraq, Heydər Əliyev Sarayında göstərilib. Bu dəfə müasir musiqili teatr rejissurası prinsiplərinə əsaslanan operanın quruluşçu rejissoru Moskva “Helikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Dmitri Bertman, dirijoru Vladimir Ponkin, xoreoqrafı Edvald Smirnov olub.
2014-cü ildə opera Azərbaycan Opera və Balet Teatrının səhnəsində yeni quruluşda tamaşaçılara təqdim olundu. Tamaşanı bu dəfə hazırlayan rejissor, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və dirijor Əməkdar artist Əyyub Quliyev musiqisevərlərə mükəmməl bir səhnə əsəri təqdim etmişdirlər.
Hafiz Quliyev 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsini bitirmişdir. Dövlət Akademik Opera və Balet Teatrında rejissor assistenti kimi başlamış, 1996-cı ildən baş rejissor vəzifəsində çalışır. Əməkdar incəsənət xadimi H.Quliyev Ü.Hacıbəyli- nin “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Əsli və Kərəm”, Z.Hacıbəyovun “Aşıq Qərib”, F.Əmirovun “Sevil”, Ş.Axundovanın “Gəlin qayası”, S.Ələsgərovun “Solğun çiçəklər”,
R.Mustafayevin “Vaqif ”, F.Əlizadənin “İntizar”, C.Cahangirovun “Xanəndənin taleyi”operalarının və operettalarının quruluşçu-rejis- sorudur. Tamaşalar bir çox ölkələrdə, o cümlədən Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Ankarada, Samsun, Moskva, Minsk, habelə “Leyli və Məcnun” Pekin teatrlarında rejissor tərəfindən səhnələşdirilib.
Əyyub Quliyev ilk musiqi təhsilini ailəsində, atası məşhur ustad- tarzən Ramiz Quliyev tərəfindən almışdır. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirmişdir. 2005-2007- ci illərdə N.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservato- riyasının aspiranturasında opera- simfonik dirijorluğu ixtisası üzrə, daha
sonra 2008-ci ildə Vyana Dövlət Musiqi və İncəsənət Universitetində təhsilini davam etdirmişdir.
Beynəlxalq müsabiqələr laureatı Ə.Quliyev bir çox festivalların iştirakçısıdır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və bədii rəhbəri, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının dosenti, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru (2013-cü ildən), həmçinin Kunming Beynəlxalq Filarmoniya Orkestrinin (Çin), Mariinski Teatrının, Musa Cəlil adına Tatarstan Dövlət Opera və Balet Teatrının (Rusiya), Belarus Dövlət Opera və Balet Teatrının (Böyük Teatr) və Boqdan Varhal adına Slovak Kamera Orkestrinin də dəvətli dirijorudur. 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Sevil Hacıyeva 1999-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının xor dirijorluğu fakültəsini bitirmişdir. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş xormeyster, 2006-cı ildən isə həmçinin ilk qadın opera dirijoru kimi çalışır. Azərbaycanın bir sıra klassik opera tamaşalarına respublikada və xarici ölkələrdə uğurla dirijorluq edib.
Dirijorluq sənəti ilə yanaşı Bakı Musiqi Akademiyasında xor dirijorluğu kafedrasında
pedaqoji fəaliyyətlə çalışır. 2005-ci ildə S.Hacıyeva “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüşdür.
İnarə Babayeva – 2002-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “solo oxuma” fakültəsində təhsil almış və daha sonra 2005-ci ildə magistratura pilləsi üzrə Akademiyanı opera və kamera ifaçısı, vokal müəllimi ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. 1999-cu ildən Azərbaycan Akademik Musiqili Teatrın aparıcı solisti, 2002-ci ildən isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti kimi fəaliyyət göstərir. O, Musiqili Teatrın və Opera və Balet Teatrının tamaşalarında milli və klassik dünya bəstəkarlarının səhnə əsərlərində əsas partiyaları və rolları özünəməxsus yüksək professionallıqla ifa edir.
İ.Babayeva 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal müasir estrada ifaçılığı fakültəsinin
müəllimi, 2019-cu ildən dosenti kimi çalışır. 2014-2018-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində ikinci “rejissor” ixtisası üzrə təhsil almışdır. Bir sıra səhnə və musiqi tamaşalarının quruluşunu təşkil edib. 2016 cı ildən Azərbaycan Tele- viziya və Radiosunun solistidir.
İ.Babayeva Azərbaycan mədəniyyətini təmsil edərək, xarici ölkələrdə bir sıra müsabiqə və festivallarda iştirak etmiş, laureat və diplomant adına layiq görülmüşdür.
2005-ci ildən, Yaponiya, Çin, İngiltərə, Fransa, İtaliya, Almaniya, Gürcüstan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Serbiya, Mərakeşdə keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir.
Müasir vokal estrada ifaçılığına aid məqalələrin, Azərbaycan vokal Nümunələri Soprano səsi üçün “Antloğiya” kitabının müəllifidir.
İ.Babayeva Azərbaycan Respublikanın Əməkdar artisti (2009), “Tərəqqı” medalının laureatı (2021), Prezident mükafatçıdır.
Azərbaycanın klassik vokal sənətinin tanınmış nümayəndəsi, Ramil Qasımov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqi- şünaslıq ixtisasları üzrə bitirmişdir. Daha sonra Gürcüstan Respublikasında Musiqi Akademiya- sında vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ik- inci təhsil olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akade- miyasının Politologiya fakultəsini “Siyasi idarəetmə” ixtisası üzrə bitirmişdir.
Professional səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında aparıcı solist kimi başlayaraq, 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyə- tinin C.Cahangirov adına xorunun solisti kimi fəaliyyətə başlayıb.
İlk opera tamaşasında iştirakı 2010-cu ildə F.Əlizadənin “İntizar” operasına təsadüf edir. 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Ü.Hacıbəylinin “Koroğlu” operasında baş qəhrəman Koroğlu rolunu müvəffəqiyyətlə ifa etmişdir. Opera teatrının aparıcı solisti kimi Azərbaycan və Avropa klassik bəstəkarlarının əsərlərində uğurla çıxış etmiş, yadda qalan obrazlar yaratmışdır.
R.Qasımov dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq musiqi festivallarında Azərbaycanı layiqincə təmsil etmiş, müxtəlif
Beynəlxalq müsabiqələrin laureatıdır. İfaçının repertuarında xalq və bəstəkar mahnıları, romanslar yer alır.
R.Qasımov ölkənin ictimai-siyasi, mədəni həyatında da fəal iştrak edir. O, 2011-ci ildə Azərbaycan Televiziyasının Musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildə Səsyazma Evinin direktoru, 2015-ci ildən isə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru, 2020- ci ildə Heydər Əliyev sarayının direktoru vəzifəsində çalışmışdır. “Mədəniyyət” kanalında çalışdığı müddətdə bir çox layihə, festival, telemüsabiqələrin, yaradıcılıq gecələrinin, musiqili tele və səhnə tamaşalarının təşəbbüskarı və ideya müəllifidir.
2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Əkrəm Poladov Bakı Musiqi Akademiyası və İtaliyanın Ozimo şəhərindəki Opera Akademiyasını bitirmişdir. İtaliyada keçirilən beynəlxalq vokal müsabiqəsinin diplomantıdır. 1988-ci ildə Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrında xor artisti kimi fəaliyyətə başlayan Ə.Poladov 1991-ci ildə solist vəzifəsinə keçirilmişdir. Hazırda teatrın
yüksək dərəcəli solistidir.
Milli və klassik opera tamaşalarında çox maraqlı və yadda qalan obrazların yaradıcısıdır.
Əkrəm Poladov həmçinin Azərbaycan Dövlət Xor kapellasında solist kimi fəaliyyət göztərir. Qərb və rus bəstəkarlarının operalarından ariya və romanslardan ibarət konsert proqramları ilə uğurla çıxış edir.
2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2018- ci ildə isə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.
Səbinə Vahabzadə musiqi təhsilini ilk olaraq Uşaq Musiqi Məktəbində violin ifaçısı kimi, daha sonra 1992-ci ildən başlayaraq A.Zeynallı adına Bakı Musiqi Texnikumunda vi- olin və vokal ixtisası üzrə davam etdirmişdir. 1996-2003-cü illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “solo oxuma” fakültə- sində bakalavr və magistratura pilləsini, 2003- cü ildə isə akademiyanın aspiranturasını bitirmişdir.
2004-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının solistidir. Opera səhnəsində milli klassik operalarında və həmçinin Avropa klassik bəstəkarlarının tamaşalarında yadda qalan obrazları canlandırmışdır.
H.Əliyevin 90 illiyi münasibəti ilə Milli Opera və Balet teatrının solisti kimi 2013-cü ildə Fəxri fərman ilə təltif edilmişdir. S.Vahabzadə Azərbaycan Respublikasının Əməkdar artistidir.
Taleh Yahyayev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vokal təhsilini almış, SSRİ və Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımovalar, Y.Silvasti, V.Luçia, T.Kraus, L.Stuçevskayanın ustad dərslərinin iştirakçısı olmuşdur. 2014-cü ildən Azərbay- can Dövlət Akademik Opera və Balet teatrının, Dövlət filarmoniyasının və Azərbayan Televiziyasının solistidir. Bir çox Avropa və Azərbaycan bəstəkarlarının operalarında (Ü.Hacıbəyli, M.Maqomayev,
C.Verdi, C.Puççini, P.Maskanyi) müxtəlif səhnə obrazları canlandırmışdır. Bir sıra Beynəlxalq müsabiqələrin laureatı və beynəlxalq festivalların daimi iştirakçısıdır. Almaniya, İtaliya, Çexiya, Yunanıstan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan və s. ölkələrdə kon- sert proqramları ilə tanınmış dirijorlarla çıxış etmişdir. 2016-cı ildə ən gənc opera ifaçısı kimi Heydər Əliyev fondunun xüsusi mükafatına layiq görülmüşdür.
T.Yahyayev Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğuldur. Prezident mükafatçısıdır.
İlahə Əfəndiyeva 2005-ci ildən teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsa- biqələri və festivalların iştirakçısı olub. Mədəniyyət Nazirliyinin xətti ilə Moskvada Qalina Vişnevskaya adına Opera mərkəzində ixtisas artırma kurslarını bitirib. Peşəkar səhnəyə “Koroğlu”nun Nigarı kimi addım atıb. Daha sonra Azərbaycan və Avropa bəstəkar- larının operalarında baş qəhrəmanları canlandırıb. Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Prezident mükafatçısıdır.
Aysel İbrahimova 2016-cı ildən Azərbaycan Dövlet Akademik Opera və Balet teatrında xor artisti kimi çalışır. Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Asiya, J.Massnenin “Manon Lesko” operasında tələbə, N.Əliverdibəyovun “Cirtdan” operasında Merdeli obrazlarını canlandırmışdır.
Tural Ağasiyev 1999-2011-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “solo oxuma” fakültəsində bakalavr və magis- tratura pilləsində təhsil almış, daha sonra aspiranturasını bitirmişdir.
2003-cü ildən Azərbaycan Dövlət Opera və Balet teatrının solisti kimi fəaliyyət göstərir. Azərbaycan və Avropa bəstəkarlarının klassik opera tamaşalarında yadda qalan obrazları canlandırıb.
2008-ci ildən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi
Orkestrinin solistidir. Qazaxıstan, Gürcüstan, Rusiya, Fransada Azərbaycan musiqi mədəniyyətini layiqincə təmsil edib.
T.Ağasiyev Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısıdır.
Fəhmin Əhmədli Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. Azərbaycan Dövlət Opera və Balet teatrının solisti kimi bir çox klassik Avropa və Azərbaycan bəstəkarları- nın opera əsərlərində çıxış edib, yadda qalan obrazlar yaradıb.