“İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)
7 iyul 12.00
B.Vahabzadə adına Mədəniyyət və İstirahat Parkı
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin konserti
Dirijor – Əməkdar incəsənət xadimi mayor Səməd Vəkilov
Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri ilk dəfə 21 iyun 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış etmişdir. Həmin vaxtdan Orkestr Sərhəd Xidmətində, həmçinin ölkəmizdə keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir. Sərhəd Xidmətinin hərbi qulluqçularının döyüş ruhunun yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə tez-tez hərbi hissələrdə sərhədçilər qarşısında çıxış edir.
Orkestrin repertuarını müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi təşkil edir. Vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına, o cümlədən Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, R.Hacıyev, T.Quliyev və digər bəstəkarların əsərlərinə üstünlük verilir.
DSX-nin Nümunəvi-Hərbi Orkestri dəfələrlə ölkəmizin hüdud- larından kənarda keçirilən festivallarda iştirak etmiş, ən yüksək mükafatlara layiq görülmüşdür.
Orkestrin bədii rəhbəri və dirijoru Əməkdar artist, mayor Səməd Vəkilovdur. S.Vəkilov A.Zeynallı adına musiqi kolleci və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.
7 iyul 19.00 YUXARI KARVANSARAY
“Dərviş” qrupunun Konserti
“Dərviş” qrupu 1989-cu ildə Bakı şəhərində yaradılıb.
“Mainz Rock Fest”, “Qızıl Payız”, “Baku Rock Panorama”, “France İnternational Music Day”, “TeknoFest”, “Formula-1” kimi bir neçə musiqi festival və konsertlərdə, mədəni-kütləvi tədbirlərdə iştirak edib.
Qrup müxtəlif musiqi üslublarında çalışır: Pop, Rock, Folkrock, Blues və s.
1989-cu ildən qrupun tərkibi xeyli dəyişərək hal-hazırkı iştirakçıları ilə dinləyicilər qarşısında çıxış edir: Anar Bünyad – gitara, Vüqar Musayev – zərb alətləri, Kənan Ələsgərov – piano, Fərid Məmmədov – gitara/vokal, müğənni – Nərmin Behbudova və qrupun yaradıcılarından olan Zaur Şıxbabayev – bas gitara.
“Dərviş” qrupu daima Bakının konsert məkanlarında canlı ifalarla çıxış edərək şəhərimizin sakinlərinin rəğbətini qazanıb və sevimli po- pulyar musiqi qrupuna çevrilib.
7 iyul 21.00 MARXAL YAY TEATRI
Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının TƏNTƏNƏLİ AÇILIŞI
F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Konserti
Bədii rəhbər və baş dirijor
Xalq artisti Ağaverdi PAŞAYEV
Xormeyster
Əməkdar incəsənət xadimi Fəxrəddin ATAYEV
Baletmeyster
Əməkdar artist Ceyhun QUBADOV Solistlər:
Əməkdar artistlər – Nigar Şahmuradova, Ehtiram Hüseynov, Almaz Orucova,
Rəvanə Qurbanova, Nurlan Əzizbəyli, Orxan Əlizadə
Rəqs qrupu:
Hüseyn Həsənov, Səbinə Məsimova, Rəna Əyyubova, Vüsalə Babyeva
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri və dünya xalq mahnı və rəqsləri ifa olunacaq
F.Əmirov adına Azərbay- can Dövlət Mahnı və Rəqs ansamblı 1938-ci ildə Azərbay- can klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Azərbaycan bəstəkar- larından Səid Rüstəmov, Cahan- gir Cahangirov, Vasif Adıgözəlov,
Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib.
Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. 2000-ci ildən ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Mahnı və Rəqs ansamblının bədii rəhbəri və dirijoru Respublikanın xalq artisti, professor Ağaverdi Paşayevdir.
Ağaverdi Paşayev (*1950) Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1978-ci ildən Ü.Hacıbəyli adına ADK-da pedaqoji fəaliyyət göstərmişdir. 2002- ci ildən Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu” kafedrasının müdiri və professoru vəzifəsində çalışır.
2002-ci ildən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri, həmçinin kollektivin nəzdində
yaradılmış Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijorudur.
İran İslam Respublikasında Beynəlxalq “Qızıl Cəng” mükafatına, “Hümay” milli mükafatına layiq görülmüşdür.
2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2016-cı ildə isə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Şəki şəhərinin fəxri vətəndaşıdır.
8 iyul 13.00 Şəki şəhəri HEYDƏR ƏLİYEV MƏRKƏZİ
“Simurq” muğam ansamblının konsert
“Simurq” ansamblı yenidir, lakin onun bütün ifaçıları Azərbaycanda və onun hüdudlarından kənar ölkələrdə çoxsaylı çıxışları ilə yaxşı tanı- nırlar. Qrupun yaradıcısı – Elnur Mikayılov (kamança ifaçisi) muğamı ifa etməyin yeni yollarını axtarmaq üçün bu qrupu yaradıb. “Simurq” ansamblının əsas məqsədi muğamı inkişaf etdirmək və bütün dünyada təbliğ etməkdir. Musiqiçilərin musiqiyə olan yanaşması qədim muğam ənənəsini davam etdirir və eyni zamanda müasir musiqi ilə vəhdətini özündə əks etdirir. Ansamblın üzvlərini təqdim edirik:
Mirələm Mirələmov (xanəndə) – A.Zeynallı adına Bakı Musiqi Kol- lecini, sonra isə Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsini bitirib. 2011-ci ildə “Televiziya muğam müsabiqəsi”, 2013-cü ildə “Re- spublika muğam müsabiqəsi” və “3-cü Beynəlxalq Muğam Aləmi Festivalı”nın iştirakçısı və qalibidir. 2008-ci ildən bir çox ölkələrdə, o cümlədən Türkiyə, Rusiya, Avstraliya, İtaliya, Özbəkistan, Tacikistan, İsrail, Rumıniya, Almaniya, İsveç, Gürcüstan, İngiltərə və ABŞ-da çıxış edib.
Gülzar Fərəcova 2009-cu ildə Türkiyədə keçirilən Beynəlxalq musiqi Festivalının qalibi olub. Asiya ölkələri arasında keçirilən musiqi yarışmasında 1-ci yerə layiq görülmüşdür. Ölkəmizdə keçirilən bir çox festival və müsabiqələrin laureatı, bir sira Beynəlxalq Festivalların iştirakçısı olmuşdur.
2021-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirib. 2021-ci il noyabrın 13-də Akademik Opera və Balet Teatrında Ü.Hacıbəylinin “Leyli və Məcnun” tamaşasında Leyli rolunu ifa edib.
Ansamblın digər iştirakçıları: Zəki Vəliyev – tar ifaçisi, Rafael Əsgərov – balaban ifaçısı, Kamran Kərimov – nağara ifaçısı, Əməkdar artist.
8 iyul 20.30 YUXARI KARVANSARAY
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100-illiyinə həsr edilir
“SEVİL” operası
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşası
Quruluşçu-rejissor: Əməkdar incəsənət xadimi – Hafiz QULİYEV
Baş dirijor və musiqi rəhbəri: Əməkdar artist – Əyyub QULİYEV
İştirak edirlər:
Əməkdar artist – Ramil Qasımov (Balaş)
Fatimə Cəfərzadə (Sevil) Əməkdar artist – İnarə Babayeva (Dilbər)
Əməkdar artist – Cahangir QURBANOV (Atakişi) Əməkdar artist – Tural Ağasıyev (Əbdüləli bəy) Fəhmin Əhmədli (Məmmədəli bəy)
Əməkdar artist – Səbinə Vahabzadə (Gülüş)
Fikrət Əmirovun “Sevil” operası müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, respublikada opera sənətinin inkişafında mühüm mərhələ oldu və bəstəkarın yeni- likçi fikirlərini bir daha nümayiş etdirdi. Cəfər Cabbarlının eyniadlı pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmış libretto üzərundə bəstəkar 1949-1952 illərdə çalışmışdır. Operanın mərkəzində cəhalətə qarşı üsyan edən, həyatda öz yerini axtarıb tapmağa çalışan Azərbaycan qadınının taleyi durur.
Operanın premyerası 25 dekabr 1953-cü ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. İlk tamaşanın böyük uğur qazanmasında Azərbaycanın görkəmli mədəniyyət xadimləri – quruluşçu-rejissor SSRİ Xalq artisti Mehdi Məmmədovun, dirijor Əməkdar incəsənət xadimi Əfrasiyab Bədəlbəylinin, bədii-tərtibatında Əməkdar incəsənət xadimləri Ənvər Almaszadə və İzzət Seyidovanın, habelə – Vera Abişeva (Sevil), Rəşid Behbudov (Balaş), Ağababa Bünyadzadə (Atakişi), Rəhilə Cabbarova (Gülüş) kimi ifaçıların böyük xidmətləri olmuşdur.
Müxtəlif illərdə, böyük zaman kəsiyində “Sevil” operası bir neçə dəfə bəstəkar tərəfindən redaktə olunmuş yekdil, tamamlanmış və di- namik bir səhnə əsərinə çevrilmişdir.
1970-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən “Sevil” filmi ekranlaşdırıldı. Film-operanın musiqisi F.Əmirovun operasının motivləri əsasında yazılmışdı. Geniş auditoriyaya malik olan kino sənəti bəstəkarın şah əsəri olan “Sevil” operasının musiqisinə yeni ekran həyatı vermiş, daha da onu populaşdırmışdır.
Builki Şəki “İpək Yolu” festivalında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı F.Əmirovun anadan olmasının 100-illiyinə həsr edərək “Sevil” operasını yeni, yığcam səhnə formasında tamaşaçılara təqdim edəcək.
Hafiz Quliyev 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsini bitirmişdir. Dövlət Akademik Opera və Balet Teatrınında rejissor assistenti kimi başlamış, 1996-cı ildən baş rejissor vəzifəsində çalışır. Əməkdar incəsənət xadimi H.Quliyev Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Əsli və Kərəm”, Z.Hacıbəyovun “Aşıq Qərib”, F.Əmirovun “Sevil”,
Ş.Axundovanın “Gəlin qayası”, S.Ələsgərovun “Solğun çiçəklər”, R.Mustafayevin “Vaqif ”, F.Əlizadənin “İntizar”, C.Cahangirovun “Xanəndənin taleyi”operalarının və operettalarının
quruluşçu-rejissorudur. Tamaşalar bir çox ölkələrdə, o cümlədən Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Ankarada, Sam- sun, Moskva, Minsk, habelə “Leyli və Məcnun” Pekin teatrlarında re- jissor tərəfindən səhnələşdirilib.
Əyyub Quliyev ilk musiqi təhsilini ailəsində, atası məşhur ustad-tarzən Ramiz Quliyev tərəfindən almışdır. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirmişdir. 2005- 2007-ci illərdə N.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası- nın aspiranturasında opera-simfonik di- rijorluğu ixtisası üzrə, daha sonra 2008-ci ildə Vyana Dövlət Musiqi və İncəsənət
Universitetində təhsilini davam etdirmişdir.
Beynəlxalq müsabiqələr laureatı Ə.Quliyev bir çox festivalların iştirakçısıdır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və bədii rəhbəri, Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının dosenti, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru (2013-cü ildən), həmçinin Kunming Beynəlxalq Filarmoniya Orkestrinin (Çin), Mariinski Teatrının, Musa Cəlil adına Tatarstan Dövlət Opera və Balet Teatrının (Rusiya), Belarus Dövlət Opera və Balet Teatrının (Böyük Teatr) və Boqdan Varhal adına Slovak Kamera Orkestrinin də dəvətli dirijorudur. 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Azərbaycanın klassik vokal sənətinin tanınmış nümayəndəsi, Ramil Qasımov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisasları üzrə bitirmişdir. Daha sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasında vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni za- manda, ikinci təhsil olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakul- təsini “Siyasi idarəetmə” ixtisası üzrə bitirmişdir.
Professional səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət
Akademik Musiqili Teatrında aparıcı solist kimi başlayaraq, 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyə- tinin C.Cahangirov adına xorunun solisti kimi fəaliyyətə başlayıb.
İlk opera tamaşasında iştirakı 2010-cu ildə F.Əlizadənin “İntizar” operasına təsadüf edir. 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Ü.Hacıbəylinin “Koroğlu” operasında baş qəhrəman Koroğlu rolunu müvəffəqiyyətlə ifa etmişdir. Opera teatrının aparıcı solisti kimi Azərbaycan və Avropa klassik bəstəkarlarının əsərlərində uğurla çıxış etmiş, yadda qalan obrazlar yaratmışdır.
R.Qasımov dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq musiqi festifallarında Azərbaycanı layiqincə təmsil etmiş, müxtəlif Beynəlxalq müsabiqələrin laureatıdır. İfaçının repertuarında xalq və bəstəkar mahnıları, romanslar yer alır.
R.Qasımov ölkənin ictimai-siyasi, mədəni həyatında da fəal iştrak edir. O, 2011-ci ildə Azərbaycan Televiziyasının Musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildə Səsyazma Evinin direktoru, 2015-ci ildən isə Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru, 2020- ci ildə Heydər Əliyev sarayının direktoru vəzifəsində çalışmışdır. “Mədəniyyət” kanalında çalışdığı müddətdə bir çox layihə, festival, telemüsabiqələrin, yaradıcılıq gecələrinin, musiqili tele və səhnə tamaşalarının təşəbbüskarı və ideya müəllifidir.
2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
İnarə Babayeva – 2002-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “solo oxuma” fakültəsində təhsil almış və daha sonra 2005-ci ildə magistratura pilləsi üzrə Akademiyanı opera və kamera ifaçısı, vokal müəllimi ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. 1999-cu ildən Azərbaycan Akademik Musiqili Teatrın aparıcı solisti, 2002-ci ildən isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti kimi fəaliyyət göstərir. O, Musiqili Teatrın və Opera və Balet Teatrının tamaşalarında milli və
klassik dünya bəstəkarlarının səhnə əsərlərində əsas partiyaları və rolları özünəməxsus yüksək professionallıqla ifa edir.
İ.Babayeva 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal müasir estrada ifaçılığı fakültəsinin müəllimi, 2019-cu ildən dosenti kimi çalışır. 2014-2018-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə ikinci
“rejissor” ixtisası üzrə təhsil almışdır. Bir sıra səhnə və musiqi tamaşaların quruluşunu təşkil edib. 2016 cı ildən Azərbaycan Tele- viziya və Radiosunun solistidir.
İ.Babaeva Azərbaycan mədəniyyətini təmsil edərək, xarici ölkələrdə bir sıra müsabiqə və festivallarda iştirak etmiş, laureat və diplomant adına layiq görülmüşdür.
2005-ci ildən, Yaponiya, Çin, İngiltərə, Fransa, İtaliya, Almaniya, Gürcüstan, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Serbiya, Mərakeşdə keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir.
Azərbaycan Respublikanın Əməkdar artisti (2009), ”Tərəqqı” medalının laureatı (2021)., Prezident mükafatçıdır.
Fatimə Cəfərzadə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 2013-2017-ci illərdə bakalavr, 2017-2019-cu illərdə magistr pilləsini “Solo oxuma” sinfini və “Opera” sinfini fərqlənmə diplomları ilə bitirmişdir. Türkiyə, İtaliya, Almaniya, Çin Respublikası, Qazaxstan, Çexiya, Rusiyada dövlət tədbirlərində Azərbaycanı təmsil etmişdir. 2004-cü ildə ÜNS yaradıcılıq səhnəsinin solisti, 2015-2018-ci illərdə Türkdilli ölkələrin birləşdiyi “Türksoy Beynəlxalq Gənclik
xoru”nun Azərbaycan təmsilçisi olmuşdur. 2019-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən “Gənclər Mükafatı”na layiq görülmüşdür. 2020-ci ildən Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrının 2021-ci ildən isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. F.Əmirovun “Sevil” operasında Sevil, Ü.Hacıbəylinin “Arşın mal alan” operettasında Gülçöhrə “O olmasın bu olsun” musiqili komediyasında Gülnaz obrazları yaratmış, C.Puççininin “Bogema” operasında Mimi obrazında debut çıxışları olmuşdur. 2022-ci il may ayında Beynəlxalq Muğam Mərkəzində “Bahar rapsodiyası”adlı ilk solo konserti ilə çıxış etmişdir.
9 iyul 12.00 MARXAL YAY TEATRI
Şəki “Zirvə” Fokllor Ansamblının konserti
Şəki Folklor Ansamblı 2017-ci ildə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun təşəbbüsü ilə yaranıb. Ansamblın içtirakçıları müxtəlif qədim milli xalq çalğı alətlərində – tar, ud, çəqanə, kamança, qopuz, bas tar, qanun, nağara, balaban və s. ifa edirlər. Ansambl ilk dəfə 2018-ci ildə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbirdə təqdim olunub. Daha sonra ansamblın tərkibi daha da genişlənərək Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 80 illiyinə həsr olunmuş tədbirdə, həmçinin bir çox dövlət əhəmiyyətli tədbirlərdə böyük uğurla çıxış etmişdir.
9 iyul 20.30 MARXAL YAY TEATRI
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının xalq artisti
Fəxrəddin KƏRİMOV
Solistlər:
Azərbaycan Respublikasının əməkdar artisti
İnarə BABAYEVA (soprano) Azərbaycan Respublikasının əməkdar artisti
Ramil QASIMOV (tenor)
Beynəlxalq müsabiqələr laureatı
Ümidə ABBASOVA (violin)
Proqramda Azərbaycan, Avropa və Rus bəstəkarlarının əsərləri səslənəcək
Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. Kollektiv 50 ildən artıq davam edən fəaliyyəti zamanı dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda, xarici ölkələrdə keçirilən dövlət tədbirlərində iştirak edərək, Azərbaycanın musiqi mədəniyyətini təbliğ və təmsil etmişdir. 2007-ci ildə Azərbaycan klassik musiqisinin dünyada təbliğinə görə “Humay” Milli Mükafatına layiq görülmüşdür.
Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir. Respublikanın mədəniyyət ilə bağlı layihələri çərçivəsində Kamera orkestri ilə bir çox xarici dirijorlar əməkdaşlıq etmişdir.
2018-ci ildən Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı Fəxrəddin Kərimovdur.
Fəxrəddin Kərimov 1978-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını “violin” ixtisası, 1988- ci ildə N.A.Rimski-Korsakov adına Lenin- qrad (indiki Sankt-Peterburq) Dövlət Konservatoriyasını “opera və simfonik orkestr dirijoru” ixtisası üzrə bitirmişdir. 1989-1991-ci illərdə Mariinski Akademik Opera və Balet Teatrında dirijor kimi (bədii rəhbər – V.Gergiyev) təcrübə keçmişdir.
1991-2004-cü illərdə Türkiyədə işləmiş, Rusiya, Belarus, Gürcüstan, Polşa, Rumıniya, Türkiyə, Almaniya, Yaponiya, Hollandiya, Fransa, İsveçrədə opera və balet tamaşaları, simfonik konsertləri idarə etmişdir. Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsi Opera və Simfonik orkestrinin, İzmir Dövlət Opera və Balet teatrının, İstanbul MSÜ Dövlət Konservatoriyasının Simfonik orkestrinin baş dirijoru olmuşdur.
2011-сi ildən Sankt-Peterburg “Mixaylovski” Dövlət Opera və Balet teatrında və eyni zamanda Lvov Dövlət Filarmoniyasının Akademik Simfonik orkestrində dəvətli baş dirijor vəzifələrini icra etmişdir.
2004-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorudur. Bakı Musiqi Akademiyasının nəzdində Ş.Məmmədova adına Opera studiyasının bədii rəhbəri və baş dirijorudur. Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısıdır.
Ümidə Abbasova 2011-ci ildə Bakı Musiqi Akademiyasının violin sinfi üzrə bakalavr pilləsini fərglənmə ilə bitirmişdir. Həmin ildə magistratu- raya qəbul olunub və hal-hazırda dok- toranturada təhsilini davam edir. Bakı Musiqi Akademiyasının Gənclər kam- era orkestrinin konsertmeysteridir. Hər il müxtəlif konsert proqramları ilə çıxış edir.
2008, 2009, 2010-cu illərdə MDB ölkələrarası gənclər simfonik orkes- trin tərkibində qastrol səfərlərində
olmuşdur. Dünya şöhrətli musiqiçilər – Spivakov, Simonov və Gorenşteyn rəhbərliyi altında çıxış etmişdir.
2011-ci ildə İtaliyada, Castellana Grotte şəhərində keçirilən “Don Vincenzo Vitti” adina 10-cu Beynəlxalq müsabiqədə birinci yer qazanmışdır. Dəfələrlə Qəbələ Beynəlxalq Musiqi Festivalında uğurla çıxış etmişdir.
2013-cü ildə Ü.Abbasova Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı laureatı” adına layiq görülmüşdür.
2017-ci ildə yeni Münhen gənclər orkestrinin konsertmeysteri olaraq, Almaniya və Azərbaycanda çıxışlarında böyük uğur qazanmışdır.