“İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı - Məqalələr
Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə iyulun 5-dən 7-dək növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq musiqi festivalında bir sıra ölkələrin, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edəcəklər. Üç gün davam edəcək festival çərçivəsində tamaşaçılara Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəkidə festivala hazırlıq işləri artıq başa çatıb, tədbirlərin keçiriləcəyi tarixi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib.
Şəhər icra hakimiyyətindən verilən məlumata görə, Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı iyulun 5-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən gələn bayan ifaçılarının çıxışı ilə başlayacaq. Həmin gün axşam “Marxal” kompleksinin Yay Teatrında Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Rəsmi hissədən sonra İndoneziyanın “Mila Art” rəqs və “Hamdani” musiqi qruplarının konserti təqdim ediləcək.
İyulun 6-da günün birinci yarısında “Yuxarı Karvansaray” mehmanxana kompleksində “Şəhər Günü” bayram tədbiri keçiriləcək. Həmin gün axşam festival iştirakçıları “Az Abrau Muzeyi”i ilə tanış olacaq, şərab zavodunun həyətində qurulmuş səhnədə Hindistandan gələn rəqs qrupunun və yerli musiqiçilərin çıxışına tamaşa edəcəklər. Burada Hindistan və yerli mətbəxin nümunələri təqdim ediləcək, şərab dequstasiyası, həmçinin şəbəkə sənəti üzrə ustad dərsi keçiriləcək.
Festival çərçivəsində iyulun 7-də Şəki Heydər Əliyev Mərkəzində TÜRKSOY-un təşkilatçılığı ilə Türkiyə və Qazaxıstandan gələn kollektivlərin çıxışları olacaq.
Həmin gün axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi keçiriləcək. Mərasimdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.
Azerbaycan Bestekarlar İttifakı ve Şeki Valiliği iş birliğinde düzenlenen “13. Şeki İpekyolu Uluslararası Müzik Festivali” gerçekleştirilen iki konser ile başladı.
Gerçekleştirildiği ilk yıldan bu yana TÜRKSOY davetlisi ülke ve sanat topluluklarıyla katkı sunulan festivale bu yıl Kazakistan ve Türkiye’den sanatçılar katıldı.
Festivalin ilk konseri Şeki şehrinin tarihi mekanlarından olan Yukarı Kervansaray’da gerçekleştirildi. Tarihi mekanda sahne alan Tataristanlı akordeon (bayan) sanatçısı Aydar Salahov, icra ettiği eserlerle festival katılımcıları ve Azerbaycanlı sanatseverlerin büyük beğenisini kazandı.
Festivalin ikinci konseri “Marhal” Amfitiyatrosunda yapılan açılış töreninin ardından gerçekleşti. Festivalin açılış konuşmaları Şeki Valisi Elhan Usubov, Azerbaycan Bestekarlar İttifakı Başkanı Firengiz Alizade ve Azerbaycan’ın TÜRKSOY Ülke Temsilcisi Elçin Gafarlı tarafından yapıldı.
Şeki Valisi Elhan Usubov konuşmasında bu yıl 13’üncüsü düzenlenen festivalin 2700 yıllık tarihe malik Şeki’nin kültür hayatına yaptığı önemli katkılara değindi.
Azerbaycan Bestekarlar İttifakı Başkanı Firengiz Alizade ise sadece pandemi döneminde 2 yıl ara verilen festivalin birçok başarıya imza attığını ve kısa süre içerisinde 36 farklı ülkenin sanat topluluklarını Azerbaycanlı sanatseverlerle buluşturduğunu kaydetti.
Konuşmasında TÜRKSOY Genel Sekreteri Sultan Raev’in selamlarını ileten Azerbaycan’ın TÜRKSOY Ülke Temsilcisi Elçin Gafarlı, festivalin Türk Dünyası kültür ve sanat insanlarının buluşma yerine ve kardeş halkların kendi müzik sanatlarını sergiledikleri önemli bir arenaya dönüştüğünü vurguladı.
Açılış konuşmalarının ardından sahne alan Endonezyalı “Mila Art” dans topluluğu ve “Hamdani” müzik grubu ülkelerinin müzik ve dans örneklerini sergilediler. Rengarenk sahne kostümü, aksesuar ve maskelerle yapılan danslar, otantik müzik aletleriyle yapılan müzikler sonrasında izleyiciler uzun süre sanatçıları ayakta alkışladı.
Festivalin ikinci günü Şeki müzik okulları sanatçıları ve Hindistan’ın “Bhangra” dans topluluğunun konserleriyle devam edecek.
“Marxal” istirahət kompleksinin Yay Teatrında Şəki İpək Yolu XIII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, üç gün davam edən və İndoneziya, Hindistan, Türkiyə, Qazaxıstan, Rusiya, Azərbaycan musiqiçilərinin parlaq konsert nümunələri ilə müşayiət edilən festival şəhər sakinlərində və turistlərdə unudulmaz təəssürat yaradıb.
Final gecəsində Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, həmçinin Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin üzvləri çıxış ediblər.
Konsert Azərbaycan musiqi sənətinin görkəmli xadimləri, bəstəkarlar Süleyman Ələsgərovun və Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr edilib.
Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi orkestrin üzvləri Azərbaycan bəstəkarlarının əsərlərini və xalq mahnılarını ifa ediblər.
Solistlər Əməkdar artistlər Almaz Orucova (xanəndə), Xəyyam Məmmədov (kamança), Çinarə Heydərova (qanun), həmçinin Vəfa Vəzirova, Nurlana Abdullayeva, Taleh Yəhyayev, Səbinə Ərəbli, Sərxan Bünyadzadə və Zabitə Əliyeva olub.
Konsert tamaşaçıların sürəkli alqışları ilə başa çatıb.
Məlumat üçün qeyd edək ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, festivalın bədii rəhbəri, UNESCO-nun “Sülh uğrunda artisti”, bəstəkar Firəngiz Əlizadə, TÜRKSOY-un Azərbaycandakı daimi nümayəndəsi Elçin Qafarlı, eləcə də yerli sakinlər və turistlər iştirak ediblər.
Əlavə edək ki, festival Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan musiqi festivalında Rusiya, İndoneziya, Hindistan, TÜRKSOY ölkələrindən gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, eləcə də Azərbaycanın tanınmış musiqi kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər.
Festivalın təntənəli açılış mərasimi “Marxal” kompleksinin Yay Teatrında keçirilib.
Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhərinin beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün unikal bir məkan olduğunu diqqətə çatdırıb. Şəkinin artıq Azərbaycanda festivallar şəhəri kimi tanındığını vurğulayan icra hakimiyyətinin başçısı deyib: “Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramlarının yer aldığı, gözəl ifaçıların qatıldığı Şəki “İpək Yolu“ Beynəlxalq Musiqi Festivalı şəhərimizin mədəni həyatında böyük bir hadisədir. Bu festivalın yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir”.
Qeyd olunub ki, Şəkinin çox zəngin tarixi, mədəniyyəti var. Şəki gözəl təbiəti, tarixi memarlıq abidələri, özünəməxsus adət-ənənələri, nadir sənətkarlıq növləri, dadlı mətbəxi, eyni zamanda, sakinlərinin qonaqpərvərliyi ilə seçilir. Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı”, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. 2019-cu ildə isə Azərbaycanın və Şəkinin həyatında çox əlamətdar hadisə baş verib – Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq on üçüncü dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.
İndiyədək keçirilən festivallarda dünyanın 35 ölkəsindən tanınmış musiqi kollektivlərinin iştirak etdiyini xatırladan Bəstəkarlar İttifaqının sədri builki festivalın da proqramının zəngin olduğunu, festivala İndoneziya, Hindistan, Rusiya, Türkiyə, Özbəkistan və Qazaxıstanın musiqi kollektivlərinin dəvət olunduğunu bildirib. Firəngiz Əlizadə Şəki “İpək Yolu” Beynəlxalq Musiqi festivallarının Bəstəkarlar İttifaqının fəaliyyətində mühüm yer tutduğunu vurğulayıb.
Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının da ən yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib, festivalın işinə uğurlar arzulayıb.
Rəsmi hissədən sonra İndoneziyanın “Mila Art” rəqs və “Hamdani” musiqi qrupları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Məlumat verilib ki, “Mila Art Dance “2012-ci ildə Mila Rozinta Totoatmojo tərəfindən yaradılmış qadın artistlərdən ibarət rəqs qrupudur. Bu qrup bütün üzvlərin eyni görkəmi ilə seçilən birgə sənət, yaradıcılıq və təcrübə məktəbidir. Yarandığı vaxt 8 üzvdən ibarət olan “Mila Art” hazırda 22 sənətçi ilə İndoneziyanın musiqi mədəniyyətini təmsil edir. Tamaşaların və seminarların təşkilində fəal olmaqla yanaşı, bu qrup, həm də həvəskarların istedad və yaradıcılıqlarının inkişafı üçün təhsil ocağı olan “Mila Art Dance School” məktəbini də yaradıb. “Mila Art” ölkəsinin milli incəsənət, musiqi mədəniyyətinin nümunələri ilə yanaşı, eyni zamanda, əyləncə proqramları ilə konsertlərdə fəal çıxış edir.
Qeyd olunub ki, “Hamdani” musiqi qrupunun əsas xüsusiyyəti İndoneziyanın milli musiqi alətlərindən istifadə edərək, bu ölkənin musiqisini ifa etmək və bəstələməkdir. Qrupun musiqisi həm ənənəvi, həm də müasir İndoneziya musiqi elementlərini özündə birləşdirir. “Hamdani” musiqi qrupu 2022-ci ildə İndoneziyanın Azərbaycandakı səfirliyi tərəfindən Bakıda təşkil olunmuş mədəni tədbirlərin iştirakçısı olub.
Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın simvolu təqdim olunub.
İyulun 6-da günün birinci yarısında “Yuxarı Karvansaray” mehmanxana kompleksində “Şəhər Günü” bayram tədbiri keçiriləcək.