Musiqidə Şərqlə Qərb ənənələrinin sintezi
Bəşəri sivilizasiyanın tarixində ölkələr arası mədəni əlaqələrin elə parlaq nümunələri vardır ki, minilliklərdən bəri öz əhəmiyyətini qoruyub saxlamış və öz labüdlüyünü təsdiq etmişdir. Belə nümunələrdən biri də dünya tarixində silinməz iz qoymuş, iki ümman arası məsafəni özünə tabe etmiş və iki qütb arasında mədəni- iqtisadi körpü yaratmış «Böyük İpək yolu»dur.
Avropa və Asiyadan çarpaz şəkildə keçən şəbəkə mədəniyyətin qarşılıqlı təsirinə və zənginləşməsinə bəyük töhvələr vermiş, mədəni ənənələrin mübadiləsinə səbəb olmuşdur. Belə bir ünsiyyətin nətijəsi kimi həm tijarət, həm memarlıq, həm musiqi və injəsənət özünün daxili rəngarəngliyi ilə, hətta dini əlaqələr belə inkişaf edir. Məhz «Böyük İpək Yolu»nun nailiyyətidir ki, Şərqlə Qərdin bir-birinə olan ehtiyajı təmin olunmuşdur.
Tarixən çox enişli və yoxuşlu yol keçmiş, tənəzzülə uğrayaraq X əsrdə öz mövjudluğuna son qoymuş “Böyük İpək yolu” ümummilli lider Heydər Əliyevin səyləri nətijəsində bərpa olunmuşdur. Sonradan bu siyasi-iqtisadi ənənələr mübadiləsi «İpək yolu» Beynəlxalq Musiqi Festivalında öz təjəssümünü tapır. 2010-ju ildə müasir bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbayjan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, UNESJO-nun «Sülh naminə injəsənət xadimi» Firəngiz Əlizadənin təşəbbüsü və böyük əməyi sayəsində qədim Şəki şəhərində əsası qoyulan festival dünyanın musiqi ijtimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Bu səbəbdən festivalın ənənəvi şəkildə hər il keçirilməsilə bağlı qərarın qəbul edilməsi məqsədəuyğun və alqışlanmalı addımdır.
Yüz illər boyu qədim ipəkçilik sənətinin mərkəzlərindən olan Şəki şəhərində bu festivalın təşkil olunması heç də təsadüfi deyildir. Festivalın xariji qonaqları Böyük İpək Yolunun mərkəzində dayanan Şəki şəhərinin tarixi məkanlarında Qərblə Şərq mədəniyyətinin ortaq məxrəjdə təzahürünü seyr etdilər.
İkinji festival 2011-ci il iyunun 28-dən iyulun 1-dək Azərbayjanın digər qədim məkanı olan paytaxtımız Bakıda keçirildi. Məhz festivalın Bakıda keçirilməsi bir daha Azərbayjanın əzəldən Böyük İpək yolunda vajib bir məntəqə olmasını təsdiq etdi.
Bu il keçirilən növbəti «İpək yolu» III beynəlxalq musiqi festivalı yenədə Şəki şəhərində, onun tarixi məkanlarında bərqərar oldu. Festival çərçivəsində nəzərdə tutulan tədbirlərin qədim tarixi məkanlarda keçirilməsi müasir dünya ilə tarixin birgə atmosferini yaratmaqla insanlarda nostalci hissləri əmələ gətirir. Hətta festival daxilində Şəki Xan Sarayının 250-illik yubileyinə həsr olunmuş bayram tədbirlərinin keçirilməsi belə festivalın ümumi ovqatına rəng qatdı.
Festivalın proqramı ənənəvi «İpək yolu» konsepsiyası əsasında qurularaq, Şərq və Qərb ənənələrinin qarşıdurması və ya təjəssümü prinsipinə əsaslanır. Lakin bu ənənələrlə yanaşı Şərq mədəniyyətinin daxilən təzadlığının qabarıq şəkildə təcəssümü də təqdirəlayiqdir. Əvvəlki festivallarda olduğu kimi bu festivalda da Azərbayjanın məşhur ifaçıları ilə yanaşı dünyanın dörd bir tərəfindən gəlmiş kollektivlər iştirak etdilər.
Xan Sarayında düzənlənən festivalın açılış mərasimində, açıq səma altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin iştirakı ilə nümayiş etdirilən dahi bəstəkarımız Ü.Hajıbəylinin «Arşın mal alan» operettası əsasında qoyulmuş «Arşın malçı İpək yolunda» musiqili hekayəti tamaşaçıların zövqünü oxşadı. Tamaşaçılar sanki rəngarəng personacların oyununu, Arşin malçının öz yarına qovuşmaq yolunda əl atdığı hiylələrini seyr edərək belə bir təmiz, sadəlövh məhəbbət əfsanəsini janlı izlədilər. Ü.Hacıbəylinin ölməz əsərinin «Arşın mal alan» musiqili kamediyasının 100-illiyi ərəfəsində «Arşın malçı İpək yolunda» musiqili hekayəti gözəl bir töhfədir. Tarixi məkan, dahi Üzeyir bəyin milli musiqimizə söykənən notları gözəl bir harmoniya yaratmışdı.
Keçən festivallarda tamaşaçıya Setar alətində Hind raqalarını, ilk dəfə olaraq Hindistanın qədim aləti olan Sarodun və zərb aləti olan Tabla alətinin kvartet şəklində səslənməsini dinləmək nəsib olmuşdur. «İpək yolu» III Beynəlxalq Musiqi Festivalında yadda qalan tədbirlərdən iyulun 1-də Cənnət bağında baş tutan «Buyoqun Junqnam» Koreyanın milli alətləri orkestrinin konserti oldu. Bu festivalda ilk dəfə olaraq dinləyici beş və ya 4 tonlu sistemə əsaslanan Koreya musiqisini, qədim alətlərinin səslənməsini dinləmək və onu müşaiyət edən rəqsi seyr etmək musiqi ijtimaiyyətinin hüzuruna buraxıldı. Burada Koreya milli musiqisinin mənası və ən qiymətli dəyərləri əks olunmuşdur. Akustik təkmilləşmiş alətlər həm sürəkli səsləri həm də, natamam tez səslənən musiqi frazalarını təjəssüm etməyə qadirdir. Belə qeyri-adi ifa üslubu və fərqli tembr dinləyijilərin qəlbini riqqətə gətirdi. Bu səslənmə Qərbin 12 tonlu sistemindən tam fərqli olaraq Şərqə məxsus fəlsəfi ideyaları özündə ehtiva edərək dinləyicini yeni dir aləmə qərq etdi və Şərqə məxsus olan fərqli bir musiqi bəxş etdi.
Bu konsert Şərqin daxilən şaxələnməsini, mürəkkəb tembr rəngarəngliyini, dərin fəlsəfəyə və böyük potensiala malik olmasını bir daha təsdiq etdi.
Həmin gün Yuxarı Karvansarayda C.Qaryağdı ad. muğam üçlüyünün (M.Əyyubova, M.Müslümov, F.Dadaşov) konserti, festivalın üçüncü günü Cənnət bağında Türkiyənin «əl-Kindi» instrumental ansamblı və Yuxarı Karvansarayda isə «Acəmlər» İran ansamblının çıxışı oldu.
Festival daxilində Azərbaycan, Türk, İran musiqisinin səslənməsi Şərqin zənginliyini bir daha vurğuladı. Bu ansambıllar müəyyən dərəcədə unudulmuş lakin, gözəl və mürəkkəb musiqini özünəməxsus tərzdə ifa edərək, müasir dünyaya təqdim etmək əzmindədir.Burada bir arada səntur, bendir, tar, ud, setar, ney, kamança, rebab kimi alətlərin fərqli səslənməsi və əsrlər boyu qayğı ilə qoruyub saxladığı musiqi ruhumuzu oxşadı. Belə tam əks qütblərin musiqisinin səslənməsi dinləyicidə Şərqlə Qərbin bir nöqtədə çarpazlaşması təəsuratını yaratdı.
Festivalın sonuncu günü Azərbaycan Televiziya və Radiosunun Niyazi ad. Simfonik orkestrinin konserti oldu. Konsertdə Ü.Hacıbəylinin «Koroğlu» operasından Uvertüra, F.Əmirovun — «Azərbaycan kapriççiosu», Q.Qarayevin «Leyli və Məcnun» simfonik poeması, Niyazinin «Qaytağı» əsəri səsləndi. Festivalın Azərbaycan klassik musiqisi ilə başlanması və tamamlanması da təsadüfi deyildir. Çünki klassik azərbaycan musiqisi şərqin bir hissəsi olaraq həm Şərqə həm də, Qərbə məxsus ənənələri özündə ehtiva edir.
Tamaşaçı çox maraqlı konsert proqramını dinlədi və bu səslənən musiqi qəlbinə yol taparaq, dinləyijini dərindən düşünməyə vadar etdi. Doğrudanda, Şərq öz qənaətbəxş köklərinə əsaslanaraq inkişaf edir, Qərb isə inkişafı ilə yanaşı Şərq mədəniyyətini təbliğ edərək öz Qərbliyini yaradır.
Belə artfestivalların keçirilməsi yalnız hər hansı bir tədbirin icrasına istiqamətlənməklə yekunlaşmır, həm də iştirakçı ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə münbit zəmin yaradır. Qeyd etmək lazımdır ki, injəsənətin müxtəlif növləri ilə bağlı çoxsaylı tədbirlərin dolğun şəkildə ərsəyə gətirilməsində xüsusi xidmətləri ilə seçilən görkəmli bəstəkar, milli musiqimizin dünyada tanıdılmasında müstəsna rolu olan Firəngiz Əlizadə haqqında söhbət açdığımız festivalın gerçəkləşməsinə də öz layiqli töhfəsini vermişdir.
Lətifəxanım Əliyeva
sənətşünaslıq üzrə fəlsəfə doktoru