“İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)
İLHAM ƏLİYEV
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
“Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəz- lərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmış- dır. Şəkinin tarixi mərkəzində
keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, kar- vansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur. UNESCO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm.”
Firəngiz Əlizadə
Festivalın bədii rəhbəri,
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
UNESCO-nun Sülh artisti
Çox şadam ki, Sizləri gözəl Şəkidə yenə də salamlamaq səadəti mənə nəsib oldu. Bildiyiniz kimi, biz artıq 10 Festivalı böyük uğurla keçirmişik və dünyanın 36 ölkəsindən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına məşhur kollektivlər, görkəmli musiqiçilər, musi- qişünas-alimlər təşrif buyurmuşdur.
Müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkan- da yenə də Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət
rəngarəng konsert proqramları təqdim edilərək, musiqisevərlərə xoş bayram ovqatı bəxş edəcək. Lakin builki Festivalın keçirilməsinə qısa zaman ərzində qərar verildiyinə görə, xarici ölkələrdən kollektivlərin dəvət olunması qeyri-mümkün olmuşdur.
2019-cu il 7 iyul tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Şəki Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilmişdir. Ona görə də, simvolik olaraq, bu il XI Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının məhz 7 iyul tarixində başlaması qərara alınmışdır.
2022-ci ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Şuşa ili” elan edilməsi ilə əlaqədar olaraq, builki Festivalın proqramında 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun qazandığı Böyük Zəfəri vəsf edən əsərlərə xüsusi olaraq üstünlük verilmişdir.
Üç gün ərzində davam edəcək Festivalın proqramında Azərbaycan musiqi mədəniyyəti geniş şəkildə təmsil olunmuşdur. Respublikanın aparıcı musiqi kollektivləri – o cümlədən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə, “Simurq” muğam ansamblı, “Dərviş” qrupu və Şəkinin “Zirvə” folklor qrupu zəngin konsert proqramı təqdim edərək, öz çıxışları ilə şəkililərin və Festival iştirakçılarının ruhunu oxşayacaq.
İnanırıq ki, musiqi, dostluq və həmrəylik bayramına çevriləcək XI Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı yenə də insanların qəlbində gözəl duyğular, silinməz təəssüratlar yaradacaq.
Elxan Usubov
Şəki şəhər,
İcra Hakimiyyətinin başçısı
XI Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının açılışı bu il əlamətdar bir hadisəyə təsadüf edir. 2019-cu il iyulun 7-də Bakı Konqress Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycan Respublikasının Birinci vitse- prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə şərq memarlığın nadir incisi olan “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilmişdir və bu münasibətlə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezi- dent Mehriban Əliyeva xalqımızı təbrik etmişlər.
Hər il Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi, şirniyyat və teatr festivalları şəhərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühum rol oynamışdır. Bundan başqa, Şəki şəhəri “Dünya Tarixi Şəhərlər Liqası”nın üzvüdür və heç də təsadüfi deyil ki, şəhərimiz 2017-ci ildə UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nin “sənətkarlıq və xalq yaradıcılığı” mövzusu üzrə siyahısına da daxil edilmişdir.
Şübhəsiz ki, Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Fürsətdən istifadə edərək, xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezidentimiz İlham Əliyeva, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya bütün şəkililər adından xüsusi minnətdarlığımı bildirir, festivalın yüksək səviyyədə keçirilməsində yaxından iştirak edən hər bir kəsə verdiyi dəstəyə görə təşəkkür edirəm.
Hörmətli festival iştirakçıları! İnanıram ki, Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının konsertləri yenə də böyük maraq doğuracaq, şəhər sakinlərinə, çoxsaylı qonaqlara unudulmaz anlar bəxş edəcək və yaddaşımızda xoş xatirə kimi qalacaqdır.
Bütün şəkililər adından Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır və festivalın işinə uğurlar arzulayıram.