Əziz dostlar!
Bu il artıq 9-ci dəfə Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı öz əsrarəngiz sənət aləmi ilə həmyerlilərimizi və Festivala təşrif buyurmuş turistləri valeh edəcək. Müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim edilərək, musiqisevərlərə xoş bayram ovqatı bəxş edəcək.

2017-ci ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar olaraq bu ilki festivalın proqramında müsəlman ölkələrindən olan iştirakçılara böyük üstünlük verilmişdir. Həmişə olduğu kimi yenə də qardaş Türkiyə və İran musiqi kollektivləri ilə görüşləri səbirsizliklə gözləyirik. Bu dəfə İzmir Dövlət Türk Dünyası Dans, Müzik Topluluğu və Təbriz Rəqs Qrupu maraqlı konsert proqramları ilə tamaşaçıları sevindirəcəklər.  Ətraflı

НАЧАЛАСЬ РЕГИСТРАЦИЯ НА XI МЕЖДУНАРОДНЫЙ МУЗЫКАЛЬНЫЙ ФЕСТИВАЛЬ "ШЕЛКОВЫЙ ПУТЬ"

"Шелковый Путь" X Международный Музыкальный Фестиваль (город Шеки)