"İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının iştirakçıları

1 iyul 
16.30 ŞƏKİ XAN SARAYI

KAMIQATA SUMIYOŞI KAI ansamblının konserti
(Yaponiya)

Tərkibi:
Katsura Sankin, Hayaşiya Someza, Katsura Utanosuke, Mironi İşimatsu, Şoufukutei Kyousuke, Hayaşiya Aisome (rəqs) ifaçısı,Houraiya Banrivə daikaqura (rəqs) ifaçısı
xanım Hayaşiya Miki şamisen (simli musiqi aləti) ifaçısı

Rakuqo – Edo dövründə yaranmış, 200 illik tarixə malik olan Yaponiyanın ənənəvi incəsənət növüdur. Adətən, oturaq vəziyyətdə ifa olunur və bir nəfər rakuqo ifaçısı bir neçə nəfərin rolunu ifa edir. Rakuqo-nun Edo rakuqo və Kamiqata rakuqo adlanan iki növü mövcuddur. Builki festival proqramında Yaponiyanın sənətçiləri Kamiqata rakuqo sənət növünü nümayiş etdirirlər. Onlar yalnız teatr ilə kifayətlənmir, həmçinin televiziya layihələrində və müxtəlif ölkələrdə çıxış edirlər.

Daikaqura rəqsi əvvəllər tanrıya ithaf olunurdu. Əkinçilik ilə məşğul olan bir xalq kimi yaponlar həmin rəqs vasitəsi ilə bol məhsula görə tanrıya şükr edib arzu-diləklərini bildirirdilər. Kamiyoşi rəqsi əvvəllər Sumiyoşi Taişa Sintoist məbədinin Sinto ritualları üzərində qurulmuş, sonralar isə oturaq şəkildə ifa olunan küçə çıxışlarının bir növü kimi tanınmışdır. Bu dəfə sənətçilər daikaqura (həmçinin Sintoist məbədinə aid sənət növüdur) və nankin tamasudare sənət növlərini uyğunlaşdırıb tamaşaçılara təqdim edəcəklər.

 

Çıxış zamanı musiqiçilər odaiko (iri zərb alətləri), şimedaiko (çubuqlar ilə ifa olunan zərb aləti), qonq, atariqane (ənənəvi yapon zərb aləti), ki (nümayiş olunacaq rəqs və yaxud musiqi parçasının əvvəlini və sonunu bildirən, taxtadan hazırlanmış musiqi aləti), şinobue (nəfəs musiqi aləti), noukan (ənənəvi yapon fleytası) və (simli musiqi aləti) ənənəvi milli musiqi alətlərindən istifadə edirlər.

 

1 iyul
21.30  YAY TEATRI

Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının TƏNTƏNƏLİ AÇILIŞI
Çukurova Dövlət Simfonik Orkestrinin konserti
Dirijor – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Fəxrəddin KƏRİMOV
Solist – Toğrul QƏNİYEV (Proqramda – Dünya və Azərbaycan bəstəkarlarının populyar əsərləri)

Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1988-ci ildə yaradılan
Çukurova Dövlət Simfonik Orkestri Prezident, İstanbul və İzmir simfonik orkestrləri ilə yanaşı, bu ölkənin sayca dorduncu Dövlət Simfonik Orkestridir. Əvvəlcə 17 nəfərdən ibarət çox kiçik bir heyətlə fəaliyyətini başlayan orkestr dirijor Emin Güven Yaşlıcamın rəhbərliyi ilə 1992-ci ildə ilk konsertini Adana şəhərinin düşmənlərdən azad olunduğu günə həsr etmişdir. Sonrakı illərdə orkestrin tərkibi genişlənərək və təkmilləşərək böyük simfonik orkestrə çevrilmiş, Adana və
Türkiyənin bir çox şəhərlərində uğurla çıxış etmişdir.

 CDSO-nun xarici qastrol səfərlərinin coğrafiyası da genişdir. Kipr, Suriya, Almaniya, Yaponiyada orkestrin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış və bu konsertlərin CD yazılışı həyata keçirilmişdir. 2000-2006-cı illərdə Antalya Aspendos açıq hava teatrında yerli və xarici turistlərə müntəzəm olaraq konsertlər vermişdir.

Orkestr bir çox klassik və müasir bəstəkarların əsərlərinin mahir ifaçısıdır, həmçinin dünyada və Türkiyədə onların ilk səsləndirilməsini həyata keçirmişdir.

Çukurova Dövlət Simfonik Orkestri Atatürkün “Türkiyə Cumhuriyyətinin təməli mədəniyyətdir” fikrinə əsaslanaraq konsertlərini davam etdirir.

 

Fəxrəddin Kərimov Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə P.İ.Caykovski adına Moskva Dövlət Konservatoriyasını (violin) və N.A.Rimski Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasını (opera ve simfonik orkestri dirijoru) bitirmişdir. 1991-2004-cü illərdə Türkiyədə İstanbul Böyük şəhər Bələdiyyəsi Opera və Simfonik Orkestrinin qurucusu və baş dirijoru, İzmir Dövlət Opera və Balet Teatrında baş dirijor, İstanbul MSU Dövlət Konservatoriyasında simfonik orkestrin dirijoru olmuşdur. Rusiya, Ukrayna, Belarusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkiyə, Yunanıstan, Polşa, Ruminiya, Almaniya, Hollandiya, Fransa, İsveçrə, Kuveyt, Yaponiyada opera və balet tamaşalarını, simfonik konsertləri idarə etmişdir.

2004-cü ildən Ü.Hacıbəyli adına Simfonik Orkestrin dirijoru, Bakı Musiqi Akademiysı və Azərbaycan Milli Konservatoriyasının professorudur. F.Kərimov bir çox müasir, həmçinin gənc Azərbaycan bəstəkarlarının əsərlərinin mahir interpretatoru, Əməkdar incəsənət xadimi, Prezident mükafatçısıdır.

Toğrul Qəniyev beş yaşından musiqi ilə məşğul olmağa başlamışdır, onun ilk müəllimi Azərbaycanın görkəmli violin ifaçısı, professor Sərvər Qəniyev olmuşdur. Sonradan o, musiqi təhsilini Bülbül adına Orta-ixtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirmişdir. 6 yaşından
səhnədə çıxış edən T.Qəniyev artıq 10 yaşında Respublika və 14 yaşında Zaqafqaziya Beynəlxalq musiqi müsabiqələrinin laureatı olmuşdur. 1993-cü ildə konservatoriyanı uğurla bitirərək, solo ifaçılıq fəaliyyətini davam etdirir. T.Qəniyev İtaliya, Almaniya, İspaniya, Misir, Tunis, Belçika, Bolqarıstan, Yuqoslaviya, MDB ölkələrinin məşhur salonlarında konsertlərlə çıxış edib. O, 1993-cü ildən Türkiyənin Bilkənd Simfonik Orkestrinin aparıcı solisti və konsertmeysteridir. Eyni zamanda Bilkənd Universitetinin musiqi fakültəsində səhnə sənəti və simli alətlər kafedrasının müəllimidir.

 

2 iyul
11.00 ŞƏKİ MUSİQİ KOLLECİ

Toğrul QƏNİYEVİN ustad dərsi
Şəki Musiqi Kollecinin tələbələrinin çıxışı

 

2 iyul
20.00 KİŞ ALBAN MƏBƏDİ

AcCello Duo instrumental duetin konserti
(Polşa)
 
“AcCello Duo” instrumental dueti akkordeon ifaçısı Konrad Merta və vio loncel ifaçısı Pyotr Qah tərəfindən 2011-ci ildə yaranıb. Duet bir çox mötəbər Beynəlxalq müsabiqə və festivalların iştirakçısı və qalibidir. “AcCello Duo”nun layihələri arasında 2013-cü ildə CD təqdimatını , 2014 cü ildə isə simli orkestr ilə unudulmaz konsertini qeyd etmək lazımdır.

Konrad Merta (1989) – akkordeoncu, aranjimançı və bəstəkar, Katovitse Musiqi Akademiyasının məzunudur. İfaçılıq fəaliyyətini həm solist, həm də müxtəlif ansamblların tərkibində davam etdirir. 2007-ci ildən son zamanlara qədər Polşada və xarici ölkələrdə keçirilən bir çox nüfuzlu Beynəlxalq müsabiqələrin və musiqi festivallarının qalibidir. “Gənc Polşa” proqramı çərçivəsində Milli İrs və Mədəniyyət Nazirliyinin təqaüdünə layiq görülmüşdür. O, dəfələrlə Macarıstan, Litva, Slovakiya, Almaniya, İsveçrə, Fransa və Qətərdə konsert proqramları ilə, habelə Belsko-Byala POSM Simfonik Orkestri, Belsk Festival Orkestri, “Divertismento” simli kvinteti, “Silesian Ensemble” Tələbə Simfonik Orkestri kimi müxtəlif musiqi kollektivləri ilə çıxış etmişdir. Onun solo repertuarına klassik və müasir bəstəkarların əsərləri və müəllif kompozisiyaları daxildir.

Pyotr Qah (1986) – violonçel ifaçısı, erkən yaşlarından musiqi ilə məşğul olub, məktəb və gimnaziyada oxuduğu zaman musiqi müsabiqələrinin laureatı olub. Solo ifaçı və instrumental ansamblların (trio, kvartet) üzvü kimi festival və müsabiqələrdə iştirak edib. Təhsilini əvvəlcə Ümumtəhsil Musiqi Məktəbində, sonradan isə Londondakı Guildhall School of Music and Drama ali təhsil məktəbində almışdır. Hal-hazırda P.Şimanovski adına Katovitse Musiqi Akademiyasında təhsilini davam etdirir. Fransanın Fete musicale de la Foret festivalı ilə əməkdaşlıq edir. Polşanın Sopot Filarmoniyasının Kamera Orkestri, Slupsk Filarmoniyası,
həmçinin Elblonq Kamera Orkestri ilə çıxış edir.

 

3 iyul
16.30 YUXARI KARVANSARAY

Azərbaycanda yaşayan azsaylı xalqlardan ibarət xor, mahnı və rəqs kollektivlərinin konserti

Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Burada əhalinin 90%-dən çoxunu təşkil edən azərbaycanlılarla yanaşı, ruslar, talışlar, ləzgilər, gürcülər,avarlar, saxurlar, udinlər, yəhudilər, tatarlar və digər milli və etnik azlıqlar yaşayırlar. Qədim Odlar yurdunda İslam, xristianlıq və iudaizm dinlərinə sitayiş edən 30-dan cox xalq və etnos tarixən uzunmüddətli birgə yaşayış şəraitində özlərinəməxsus mədəni və folklor ənənələrini uğurla qoruyub saxlamışdır. Azsaylı xalqların əlvan musiqi folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Bu xalqların əsrlər boyu ölkəmizdə yaşayıb-yaratmaları, öz mədəni irslərini qoruyub və inkişaf etdirmələri Azərbaycanda tolerantlığın və multikulturalizmin mövcud olduğunun bariz sübutudur.

Ləzgilər – Azərbaycanın qafqazdilli etnosları arasında mühüm yer tutur. Bu etnos Azərbaycanın müasir inzibati-ərazi bölgüsünə görə, əsasən, Qusar, Xaçmaz, Güyçay, Qəbələ, Oğuz, İsmayıllı rayonları ərazilərində yaşayır. Etnos özünü “lezgiyar” adlandırır. Tarixi mənbələrə görə,ləzgilərin əcdadları leq adlı qədim alban tayfaları olmuş, onlar Qudyal və Samur çayları hövzələrində məskunlaşmışlar (müasir Dağıstanın ərazisində). Ləzgi dili Küre, Axtı və Quba olmaqla üç dialektə malikdir.

“Suvar” ləzgi mahnı və rəqs ansamblı yazıçı, jurnalist və bəstəkar, Əməkdar mədəniyyət işçisi Sədaqət Kərimova tərəfindən 1996-cı ildə Bakıda yaradılmışdır. “Suvar” respublika və Beynəlxalq festivalların laureatıdır. Orijinal rəqsləri, yüksək səviyyəli mahnı ifaları ilə seçilən bu kollektiv 2009-cu ildə “Xalq kollektivi” fəxri adına layiq görülmüşdür.

Tatarlar – Rusiyada yaşayan sayına görə ən böyük türkdilli xalqdır. Tatarların müxtəlif
etnik qrupları formalaşmışdır: Kazan tatarları, Həştərxan tatarları, Krım tatarları və s. Hal-hazırda tatarlar Azərbaycanın bir çox şəhər və rayonlarında yaşayırlar. Qədim dövrlərdən ərazilərdə məskunlaşmış müxtəlif türk tayfalarının törəmələridir: Krım tatarları, Kazan tatarları isə həmin dil qrupunun qıpçaq qoluna aiddir. 

“Tuqan Tel” mədəniyyət mərkəzinin ansamblı Bakıda, Gulcan Masoutova
tərəfindən 1996-cı ildə yaradılıb. Ansambl Azərbaycanda və Rusiyada qeyd olunan bayramlarla əlaqədar kecirilən tədbirlərdə və gorkəmli tatar şairləri M.Cəlil,
Q.Tukayla bağlı xatirə gecələrində cıxış etmiş, diplom və mukafatlara layiq
gorulmuşdur. Kollektivin repertuarını tatar mahnı və rəqsləri, el mərasimlərindən
səhnələr təşkil edir.

Tatlar – Azərbaycanda yaşayan irandilli etnoslardan biri olub, əsasən, Abşeron yarımadasında, Bakı şəhərində, Quba, Göyçay və Şamaxı rayonlarında məskunlaşmışlar. Azərbaycan tatları arasında başlıca fərq onların dillərində özünü göstərir. Abşeron, Şamaxı tatları ilə Quba, Xızı tatlarının dillərində müəyyən dialekt və ləhcə fərqlərinə görə tat dili üç qrupa – şimal ləhcəsi (Quba, Şabran), mərkəz (Xızı) və cənub (Abşeron, Lahıc, Şamaxı) ləhcəsi qruplarına bölünür. Azərbaycan tatlarının bir qolu da dağ yəhudiləridir. Dinlərinə görə bu etnos yəhudi sayılır və əsasən, Quba rayonundakı Qırmızı qəsəbədə məskunlaşmışlar.

“Xınayaxdı” folklor xalq kollektivi Şabran rayonu, Dağbilici kənd mədəniyyət evinin nəzdində yaranıb fəaliyyət göstərir. Repertuarını bir çox xalq və əmək mahnıları və el mərasimləri təşkil edir.

Ahısqa türkləri – Azərbaycan Respublikasında, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, Rusiya Federasiyasında, Türkiyədə bəzən kompakt halda, digər yerlərdə dağınıq şəkildə yaşayan türk xalqlarından biridir. Tarix boyu etnik yaşayış yerləri Gürcüstanın Məhsəti bölgəsi olduğu ücün çox zaman onları Məhsəti türkləri də adlandırırlar. Onlar Stalin repressiyasına məruz qalmış, kütləvi şəkildə öz doğma yerlərindən deportasiya olunmuşlar. Dilləri Azərbaycan dilinə çox yaxındır.

Kürdlər – Azərbaycanda yaşayan irandilli etnoslardan biridir. Özlərini “kurmanc” adlandıran bu etnos Laçın, Qubadlı, Zəngilan və Kəlbəcər rayonlarında, Yevlax, Goranboy, Xanlar, Samux rayonunda, Naxçıvan, Ordubad, Dərələyəz ərazilərində məskunlaşmışdır. Zaqafqaziya kürdləri vahid dilə mənsub olmaqla yanaşı, ökəmizdə Azərbaycan dilinə yiyələnərək, onu faktiki olaraq, özlərinin əsas dilinə çevirmişlər.

“Shero” qrupu 2008-ci ildə yaranıb. Ölkəmizin folklor bayramlarının və el şənliklərinin fəal
iştirakçısıdır.

Ruslar Azərbaycan ərazisində XVIII–XIX əsrlərdə məskunlaşıblar. Ölkəmizin müxtəlif rayonlarında yerləşən İvanovka, Nikolayevka, Novo dmitrovka, Maryevka, Vladimirovka və bir çox kəndlərində rus əhalisi kompakt halda yaşayır. Ruslar yerli əhali ilə sıx təmasda olmuş, Azərbaycan dilini ünsiyyət dili kimi mənimsəmiş, təsərrüfat və mədəniyyət sahəsində qarşılıqlı əlaqələr yaranmış və zənginləşmişdir. Hal-hazırda ruslar Azərbaycanın həm böyük şəhərlərində, həm də kəndlərdə yaşayır, onlar öz adət-ənənələrini, dini
inamlarını, dillərini və mədəniyyətlərini qoruyub saxlamışlar.

 

3 iyul
21.30 YAY TEATRI

Şəki “Zirvə” ansamblının konserti

Respublikamızın tanınmış musiqi kollektivlərindən biri olan Şəkinin “Zirvə” xalq instrumental ansamblı 1972-ci ildə M.F.Axundov adına Mərkəzi Mədəniyyət Evi nəzdində yaradılmışdır. Müxtəlif illərin kəsiyində hələ 70-ci illərdən başlayaraq kollektiv bir çox umumrespublika və həmçinin keçmiş sovet ölkələrinin şəhərlərində konsertlərlə çıxış etmiş, nüfuzlu festivalların iştirakçısı olmuşdur.Televiziya və xalq yaradıcılığına həsr olunmuş müsabiqələrin laureatı “Zirvə” ansamblı 1996-cı ildə Türkiyənin Eşmə şəhərində keçirilən “Sənət və kilim” festivalında respublikamızı ləyaqətlə təmsil etmişdir.
 
 Kollektiv ədəbiyyat və incəsənət xadimləri, tanınmış musiqiçi və müğənnilərinin iştirakı ilə müxtəlif yaradıcı tədbirlərdə çıxış etmişdir.

“Zirvə” xalq instrumental ansamblı öz yaradıcılıq dəst-xətti və ifaçılıq mədəniyyəti ilə ümumxalq məhəbbəti qazanmışdır.

 

4 iyul
16.30 YUXARI KARVANSARAY

Azərbaycanda yaşayan azsaylı xalqlardan ibarət xor, mahnı və rəqs kollektivlərinin konserti

 Talışlar – Azərbaycanın irandilli etnosları arasında mühüm yer tutur. Talış dili Hind-Avropa dilləri ailəsinin İran qrupunun şimal-qərb qoluna aid edilir. Bu etnos Azərbaycanın aborigenlərindən sayılıb, müasir dövrdə Azərbaycanın Lerik, Masallı, Yardımlı, Lənkəran və Astara rayonlarında məskunlaşmışlar. Özlərinin məişət və mədəniyyətlərinə görə onlar azərbaycanlılara çox yaxındır.

Astara rayonu Kakalos kənd mədəniyyət evinin “Əvəsоr” folklor xalq kollektivi Fərbiyə Şabanovanın təşəbbüsu ilə 1965-ci ildə yaradılıb, 40 nəfərdən çox üzvü var. Respublikada və
xarici ölkələrdə keçirilən festivallarda və tədbirlərdə fəal iştirak edir. Kollektivin repertuarında
“Talış toyu” kompozisiyası, “Biçində”, “Qardaş, toyun mübarək”, “Naz etmə” rəqsləri, “Lay-Lay”, “Çəltik əkinində”, “Xınayaxdı”, “Dili-Dili”, “Novruz mübarək” və sair folklore nümunələri vardır.

Avarlar – ləzgi dil qrupuna daxil olan xalqlardan biridir. Özlərini “maarulal” – yəni dağlı adlandıran avarlar, başlıca olaraq Dağıstanda (dağ rayonlarında), qismən də Azərbaycanın Balakən, Zaqatala rayonları ərazisində kompakt halda yaşayırlar. “Avar” sözü “auar” türk sözündən yaranaraq, “narahat”, “qızğın” mənasını verir. Avarlar İslam dininə etiqad edir.

Udilər – Azərbaycanın köklu, aborigen azsaylı xalqlarından biridir və udi adlı etnos kimi bu gün, əsasən, Azərbaycan ərazisində mövcuddur. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşmışdır. Müasir dövrdə başlıca olaraq Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayon mərkəzində yaşayırlar. Dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsusdur, tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinlərini saxlamışlar.

İngiloylar – tarixən Azərbaycanın Zaqatala, Balakən və Qax rayonları ərazisində məskunlaşmışlar. Qafqaz dilləri ailəsinə mənsub olan bu etnos hələ XIX əsrdə bu ərazilərdə yaşamış və bəzi lokal xüsusiyyətlərinə görə yerli əhalidən seçilmişdir. İngiloylar islamlaşdırılmış müsəlman gürcüləridir və gürcü dilinin 17 dialektindən birində danışan subetnik qrupdur. Onlara bu ad İslamı qəbul etdikləri üçün qonşuları azərbaycanlılar tərəfindən verilmişdir. İngiloy – dini inamda yengi – “yeni yol seçənlər”deməkdir. İndi yalnız Azərbaycan torpağında yaşadıqları məlumdur, bilavasitə bu ölkənin tarixinə aiddirlər.

Saxurlar – Azərbaycanın, əsasən, Zaqatala və Qax rayonlarının bir neçə kəndində məskunlaşmışlar. Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxildir. VII-XII əsrlərdə, İslam dinini
qəbul edən saxurlar tarixən Dağıstanda məskunlaşmış, daha sonralar isə Azərbaycan ərazisinə köç etmişlər. Keçmişdə Zaqatalanın Sarıbaş, İlisu, Ambarçay, Əmircanlı kəndlərinin əhalisi saxur dilində danışırmış, lakin saxurlar azərbaycanlılarla qaynayıb-qarışmış, Azərbaycan dilinə, mədəniyyətinə yiyələnmişlər. Saxur dili, əsasən, yaşlı nəslin nümayəndələri tərəfindən, daha dağlıq ərazilərdə yaşayan kəndlərin əhalisi arasında qorunub
saxlanmışdır.

“Ceyranım” folklor xalq kollektivi (rəhbəri – Qədir Qurbanov) 1973-cü ildə
Zaqatalanın Suvagil kənd mədəniyyət evinin nəzdində yaranıb. Azərbaycan, avar,
saxur, rus xalqlarının rəqsləri ilə çıxış edir.

“Alazan” rəqs qrupu (rəhbəri – Mohuma Siracov) 2008-ci ildə Danacı kənd mədəniyyət evi nəzdində yaranıb, repertuarında Azərbaycan, avar və türk xalqlarının rəqsləri əsas yer tutur.

“Əliabadım” rəqs qrupu (rəhbəri – Hava Əhmədova) 2000-ci ildə Əliabad qəsəbə mədəniyyət evinin nəzdində yaranıb avar və ingiloy rəqslərini və bu xalqlara xas olan el mərasimlərindən səhnələri ifa edir.

Bu kollektivlər Zaqatala rayonunun və Ümumrespublika bayram və folklore tədbirlərinin fəal iştirakçısıdırlar.

 

4 iyul
21.00 YAY TEATRI

“İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycanın Xalq artisti Firəngiz Əlizadə ilə görüş və sənədli filmin nümayişi

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, görkəmli bəstəkar, UNESCO-nun Sülh artisti, Azərbaycan Respublikasının Xalq artisti, professor Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır.

F.Əlizadə bir bəstəkar, pianoçu, dirijor, musiqişunas, pedaqoq, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. O öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir. Onun böyük mənəvi və əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən əsərləri mötəbər konsert səhnələrində böyük triumfla səslənir, dünyanın ən adlı-sanlı musiqi ifaçılarının repertuarını bəzəyir. F.Əlizadə bir sıra xarici ölkələrdə “composer in residence” (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülmüşdür. Minlərlə ən müxtəlif millətlərdən olan insanların qəlbini fəth edən F.Əlizadənin əsərləri, sözün əsl mənasında, dünya musiqi xəzinəsinin sərvətinə çevrilmişdir.
F.Əlizadə geniş mövzü dairəsini əhatə edən, müxtəlif janrlarda və rəngarəng ifaçılıq tərkibi üçün yazılmış əsərlərin müəllifidir: “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, “Silkroad” Konserti, “Mərsiyə” – violoncel və orkestr üçün Konsert, böyük simfonik orkestr üçün “İthaf” və s.

Firəngiz xanım Əlizadə “İpək yolu” Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri olmaqla, dünyanın müxtəlif xalqlarının nümayəndələrini, mədəniyyət və incəsənət xadimlərini qədim Şəki torpağına toplayaraq, buradan Azərbaycanın sorağını bütün dünyaya çatdırmaqda mühüm rol oynayır.

 

5 iyul
16.30 ŞƏKİ XAN SARAYI MUĞAM KONSERTİ

İştirak edirlər:
Arzu ƏLİYEVA (xanəndə),
Azərbaycan Respublikasının Əməkdar artisti Sahib PAŞAZADƏ (tar),Toğrul
ƏSƏDULLAYEV (kamança)Mehman NURİYEV (balaban)Emin CƏBRAYILOV (nağara)

Arzu Əliyeva Azərbaycan Milli Konservatoriyasında təhsil almışdır. “Muğam-2005” televiziya müsabiqəsinin və 2009-cu il Birinci Respublika Muğam müsabiqəsinin diplomantıdır. 2007-ci ildə Səmərqənd şəhərində “Şərq təranələri” Beynəlxalq Festivalındakı çıxışına görə UNESCO-nun diplomuna layiq görülmuşdur. “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalı çərçivəsində Beynəlxalq Muğam müsabiqəsinin diplomantıdır. Hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Sahib Paşazadə Bakı şəhərində anadan olmuş, 2005-ci ildə Azərbaycan Milli Konservatoriyasını bitirmişdir. Bir çox Respublika və Beynəlxalq müsabiqələr laureatıdır. Heydər Əliyev Fondunun təşkil etdiyi “Muğam-2007, 2011, 2013, 2015” televiziya müsabiqələrində çıxış edən instrumental qrupun rəhbəri olmuşdur. ABŞ, Yaponiya, Çin, Kanada, Meksika, Mərakeş, Almaniya, Fransa, Norvec, Macarıstan, Rumıniya, Yunanıstan, İngiltərə, İsveçdə solo, simfonik orkestrlərlə və muşayiətçi kimi uğurla çıxış etmişdir.

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteridir. Azərbaycan Res publikasının Əməkdar artisti, Milli Konservatoriyanın dosenti, Prezident mükafatçısıdır.

Toğrul Əsədullayev Bakı şəhərində anadan olmuş, 2009-cu ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. “Qönçə-94”, “II Bakı müsabiqəsi”, “Qönçə-96”, “VII Respublika müsabiqəsi”nin qalibi, “Muğam-98” festivalının laureatı, “Muğam-99”, “Muğam-2000” və “Xalqlararası Şərq təranələri” (Səmərqənd), “Niaqara kamera musiqisi” (Kanada) festivalında muğam üçlüyü tərkibində qalib olmuşdur. Heydər Əliyev Fondunun təşkil etdiyi “Muğam-2007, 2011, 2013, 2015” televiziya müsabiqələrində çıxış edən instrumental qrupun ifaçısı olmuşdur. Meksika, Kanada, İspaniya, İngiltərə, Almaniya, Avstriya, Norveç, Litva, Polşa, Cin, Ukrayna, Gürcüstan, Türkiyə, İran, Rusiyada Azərbaycan milli musiqisini təmsil etmişdir.Milli Konservatoriyanın müəllimidir.

Mehman Nuriyev 2002-2006-cı illərdə A.Zeynallı adına Bakı Musiqi Kollecində balaban ixtisası üzrə təhsil alıb. 2009-cu ildən etibarən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində çalışır. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bir çox ölkələrdə (Ukrayna, İran İslam Respublikası, Mərakeş, Fransa, İtaliya, Çin, İsveç, İsveçrə, Norveç) keçirilən mədəniyyət günlərində iştirak etmişdir.

Emin Cəbrayılov Bakıda anadan olub. 1994-2002-ci illərdə F.Əmirov adına Musiqi Məktəbinin zərb alətləri sinfində, sonra isə 2003-2007-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında zərb alətləri ixtisası üzrə təhsilinə davam edib. Həmin illərdən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrində çalışmağa başlayıb. Bir çox dövlət tədbirlərində, xarici ölkələrdə mədəniyyət günlərində Azərbaycan musiqisini təmsil edib. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Muğam 2011”, “Muğam 2013”, “Muğam 2015” layihələrində ansamblın tərkibində musiqiçi kimi iştirak edib.

 

5 iyul
21.30 YAY TEATRI

Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının TƏNTƏNƏLİ BAĞLANIŞI “Baku Sinfonietta” Orkestrinin konserti

Dirijor – Beynəlxal müsabiqələr laureatı
Cavad TAĞIZADƏ
Solistlər:
Azərbaycan Respublikasının Əməkdar artisti
Sahib PAŞAZADƏ (tar)
Gülşən EYVAZOVA-NƏSİBOVA (qanun)
Samir ƏSƏDOV (violin), İsrafil RƏSULOV (truba)
Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Sinfonietta” orkestri 2014-cü ildə ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə və Cavad Tağızadənin təşəbbüsü ilə yaradılmışdır. Orkestrin formalaşmasında Xalq artisti, professor Zəhra Quliyevanın və professor Nəzmiyyə Abbaszadənin xüsusi əməyi olmuşdur. Əsasını Beynəlxalq müsabiqələr laureatları təşkil edən kollektiv yarandığı qısa müddətə baxmayaraq, bir neçə uğurlu konsertlər vermiş və musiqi ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. Dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət geniş repertuara malik “Baku Sinfonietta” orkestrinin bədii rəhbəri və baş dirijoru Beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.

Cavad Tağızadə 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirmişdir. 2005-2009-cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil almışdır. 2005-2006-cı illərdə “Con tempo” ansamblının solisti olmuşdur. “Oazis” simli kvartetin və “Ad libitum” müasir antrepriz ansamblının yaradıcısıdır. ABŞ, İngiltərə, Fransa, İtaliya, Almaniya, Rusiyada çıxış etmişdir. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dirijorluq ixtisası üzrə təhsili alır.

Samir Əsədov 1987-ci ildə Ağstafa şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi
Akademiyasında təhsil almışdır. 2007-2013-cü illərdə “Con tempo” müasir musiqi ansamblının konsertmeysteri, 2008-2011-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında orkestr artisti kimi çalışmışdır. 2011-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti və artistidir. Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, Fransa, Almaniya, Avstriya, Kuveytdə festivallarda çıxış etmişdir. Hazırda Azərbaycan Bəstəkarlar ittifaqının “Oazis” simli kvartetinin üzvü, “Baku-Simfonietta” orkestrinin konsertmeysteri və direktorudur.

Gülşən Eyvazova-Nəsibova Ağdam şəhərində anadan olub. 2009-cu ildə A.Zeynallı adına Musiqi Kollecinin qarmon sinfini bitirmiş, eyni zamanda qanun aləti ixtisası üzrə təhsil almışdır. 2010-cu ildə Şuşa Musiqi Kollecində pedaqoji fəaliyyətə başlamışdır. Bir sıra instrumental ansamblların tərkibində “Humayun”, “Odlar yurdu”, Baba Mahmudoğlu adına xalq çalğı alətləri ansamblı, “İrs” folklor ansamblı, “Dan ulduzu” ansamblı və Beynəlxalq muğam festival çərçivəsində Baku Sinfonietta Orkestri ilə birlikdə çıxış etmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında təhsilini davam etdirir.

İsrafil Rəsulov 1994-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə M.Rastropovic adına 21 saylı musiqi məktəbini truba ixtisası üzrə bitirmişdir. 2003-cu ildən respublikamızda və Bakıda keçirilən müsabiqələrin laureatı olmuşdur. Bir çox Beynəlxalq müsabiqələrin qalibidir: Bolqarıstan, Stara zaqora şəh. Gran prix mukafatı (2008); Belarusiya, Minsk şəh. 5-ci Beynəlxalq delfi oyunları, Qızıl medal; Polşa, Lublin şəh. 1-ci yer; İslam Ölkələri Beynəlxalq müsabiqəsi (Azərbaycan) 1-ci yer. Rusiya, Almaniya, Yaponiya, Türkiyə, ABŞ, Polşa, Litva, Estoniya, Sloveniya, Fransa və s. ölkələrdə konsertlərlə çıxış etmişdir.
Hal-hazırda Prezident təqaüdcüsü, M.Rastropovic, D.Şostakoviç kimi fondların təqaüdcusudur.

Fərid Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssam-dizayner
fakültəsində (1998) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vocal fakültəsində (2002) təhsil almış, 2004-cü ildə BMA-nın magistr pilləsini opera sinfi üzrə bitirmişdir. 2000-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının və Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərir. Bir sıra Respublika və Beynəlxalq əhəmiyyətli müsabiqələrin laureatıdır.

2010-cu ildə V.A.Kuroçkin adına Beynəlxalq operettamu sabiqəsində birinci mükafata layiq görülmüşdür.