"İpək Yolu” V Beynəlxalq Musiqi Festivalının iştirakçıları

1 iyul 21.00
AŞAĞI KARVANSARA

“İPƏK YOLU” V ŞƏKİ BEYNƏLXALQ MUSİQİ FESTİVALININ TƏNTƏNƏLİ AÇILIŞI

“RAST” BALETİ. NİYAZİNİN eyniadlı simfonik muğamı əsasında

Quruluşçu baletmeyster – Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla ŞİRƏLİYEVA
Quruluşçu rəssam – Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İSMAYILOV

İştirakçılar:
Tomris – Xalq artisti,“Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı
Kamilla HÜSEYNOVA
Şah – Anar MİKAYILOV
Banu – Əməkdar Artist Yelena SKOMOROŞENKO
Atr – Xalq artisti Gülağası MİRZƏYEV

“Rast” baleti görkəmli bəstəkar və dirijor Niyazinin eyniadlı simfonik muğamı əsasında səhnələşdirilmişdir. Azərbaycan tarixinin keçmiş səhifələrinə həsr olunmuş bu xoreoqrafik lövhədə əfsanəvi qadın hökmdarı Tomrisin yadelli işğalçılara qarşı qəhrəman mübarizəsi əks olunmuşdur.

Balet janrı tarıxındə ilk dəfə olaraq, buradakı rəqsləri muğam üçlüyünün ifasında səslənən ulu muğamla simfonik musiqinin üzvi vəhdətindən yaranmış qeyri-adi səs palitrası müşayiət edir. “Rast” baleti 2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində tamaşaya qoyulmuş və bir neçə il teatrın repertuarında olmuşdur. Tamaşa 2012-cü ildə yenidən bərpa edilmişdir. Niyazinin ecazkar musiqisi, orijinal xoreoqrafik quruluş, parlaq səhnə tərtibatı bu tamaşanı Azərbaycanın mədəni həyatında yaddaqalan hadisələrdən birinə çevirmişdir.

 

 

2 iyul 12.00
YAY TEATRI

İSTANBUL MODERN FOLK MÜZİK TOPLULUĞUNUN KONSERTİ

İstanbul Dövlət Modern Folk Müzik Topluluğu 1993-cü ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb. Topluluğun əsas məqsədi – qədim Türk musiqi ənənələrini, xalq mahnı və rəqslərini müasir tərzdə, zəngin səs çalarları və yeni aranjimanla geniş xalq kütlələrinə çatdırmaq və təbliğ etməkdən ibarətdir.

Nazirliyin təşəbbüsü və dəstəyi ilə Topluluq Türkiyədə və onun hüdudlarından uzaqlarda çıxış edərək türk musiqi sənətini təmsil edir. Yaranma tarixindən bu günə kimi Topluluq bir çox ölkələrdə – Almaniya, Fransa,İngiltərə, Tunis, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikasında və b. keçirilən Beynəlxalq Musiqi Festivallarında maraqlı konsertlərlə çıxış edib.

 

Topluluğun repertuarına türk xalq mahnı və oyun havaları ilə yanaşı, klassik türk musiqisi və dünya xalqlarının populyar musiqi əsərləri də daxildir

 

2 iyul 21.00
AŞAĞI KARVANSARA

“NRİTYARUPA” HİNDİSTAN MAHNI VƏ RƏQS QRUPUNUN KONSERTİ

Hindistan özünün zəngin mədəniyyəti, rəngarəng incəsənəti və musiqisi ilə İpək yolu məkanında mühüm yerlərdən birini tutmuşdur. Təsadüfi deyil ki, bu ölkədə qədimlərdən istehsal olunan cürbəcür əl işləri, nadir sənətkarlıq nümunələri, qızıl və qiymətli daşlardan düzəldilmiş zinət əşyaları həm Qərb, həm də Şərq tacirlərinin daim böyük marağına səbəb olmuşdur. Azərbaycanda bu ulu məmləkətin maddi və mənəvi dəyərləri hər zaman yüksək qiymətləndirilmişdir. Hindistan və Azərbaycanın ənənəvi musiqi mədəniyyətlərinin ümumi kökləri,onların ümumşərq musiqi mədəniyyəti məcrasında inkişafı Azərbaycan muğamı və Hind raqasında bariz şəkildə özünü göstərir.

 

 

 

Hazırkı yubiley festivalında hind raqası Quru Madhub Mudqalın rəhbərliyi altında ansamblın maraqlı konsert proqramında təqdim olunacaq. Bu ansamblın tərkibinə vokalçılar və hind fleytası, tabla, sitar, tampur və fisqarmon alətlərinin ifaçıları daxildir. İlk dəfə olaraq, burada çox nadir hallarda ifa edilən ənənəvi hind aləti – esrac səsləndiriləcək.

Ansamblın tərkibi:
Şri Kaylaş Çand Şarma (fleyta), Şri Şambuxanat Bxattaçardci və Şri Xarak Sinqx Bişti (tabla), Şri Arşad Xan (esrac), Şri Dxruv Bedi(sitar), xanım Savani Mudqal (tempura və vokal), Şri Arindam Muxopadxay (fisqarmon).

 

Hindistanın zəngin musiqi sənəti həmçinin Nrityarupa rəqs qrupu ilə təmsil olunmuşdur. Altı rəqs formasında tamaşaçılara hind rəqsinin əlvan libaslı rəqs mozaikası təqdim edilir. Bu –bxaratanatyam (Tamil-Nadu ştatı və Cənubi Hindistanın bir hissəsi), katxak (Şımali hind rəqsi), odissi (Şərqi Hindistanda Odişa ştatı), manipuri (Manipura, Hindistanın şimal-şərqi ştatı), katxakali (Kerala ştatı, Hind yarımadasının cənubu) və cxay (Hindistanın şərq ştatları).

Bxaratanatyam – tarixi sənədlərdə yaşı 5000 ildən artıq olan teatr rəqsinin ən qədim növüdür. Məbəd rəqqasələrı – devadasi tərəfindən ifa olunurdu. Rəqs kompozisiyalarının süjetlərini – şərəfinə məbəd ucaldılmış ilahilərin iblislərlə mübarizədə qöstərdiyi şücaətlər haqqında əfsanələr təşkil etmişdir.

Катха́к — klassik hind rəqs üslub larından biridir. Hindistanın Şimalında Uttar-Pradeş əyalətində meydana gəlib.

Onun ilk ifaçıları məbəd rəvayətçiləri olmuş, jestlər və rəqs dili ilə qədim mifoloji süjetləri təsvir etmişlər. Böyük Moğollar dövründə katxak saray rəqsinə çevrilərək yeni elementlərlə, o cümlədən mürəkkəb ritmlərlə zənginləşdi. Nəticədə, katxak özündə hinduist məbəd ənənələri ilə müsəlman saray ənənələrini birləşdirmişdir.

Odissi — hind rəqsinin səkkiz klassik üslublarından biridir. B.e.ə I əsrə aid arxeoloji sübütlara əsasən bu rəqsi indi mövcud olan rəqslərin ən qədim növü hesab etmək olar. Bu rəqs ənənəsinin fəal inkişafı və bərpası Hindistanın ingilis hökmranlığından xilas olub istiqlaliyyət əldə etməsindən sonra başlamışdır. Odissi rəqsində,başqa hind rəqslərindən fərqli olaraq, Tribhangi (hərfi mənada üçqat əyilmə), Cauka və ya Coka adlanan kvadratı xatırladan hərəkətlər (Cahannatxa Tanrısının rəmzidir) böyük əhəmiyyət kəsb edir.

Manipuri – klassik hind rəqslərindən biri olub, Krişna və onun sevgilisinin şərəfinə ifa edilir. Bu zərif və nikbin rəqs Hindistanda çox sevilir.

Katxakali – XVII əsrdə yaranmış ənənəvi dramatik rəqs sənətidir. Katxakalinin mənşəyi – keral kəndlilərinin ifa etdiyi xalq dramı və rəqsləridir. Adəti üzrə rəqslərin süjetləri, qədim hind eposları olan “Maxabxarata” və “Ramayana”dan götürülmüşdür.

Cxau – mənşəyini hərb sənətindən almış hihd rəqs üslubudur.

Çxau sanskrit sözü çxayya”dan (kölgə) əmələ gəlmişdir ki, bu da rəqqasların istifadə etdiyi maskaların adı ilə əlaqədardır. Bu, əsas etibarilə hərbi rəqsdir ki,rəqqasların geyindiyi maskalar qəhrəmanlarınəsas mahiyyətini açır, onun bədəni isə hiss və duyğuları əks etdirir.

Rəqs qrupunun tərkibi:
Kalamandalam M. Amalcit (Katxakali)
Kalamandalam Sunil Kumar (Catti)
Arun Sankar (Bxaratanatyam), Radjamalli B. (Bxaratanatyam)
T.Parul Devi (Manipuri), Qauri Divakar (Katxak),
Svati Sinxa (Katxak), Şaqun Butani (Odissi),
Moumita Qxoş (Odissi), Santoş Nair (Cxau)

 

3 iyul 18.30
XAN SARAYI

QƏDİM MUSİQİ ALƏTLƏRİ DÖVLƏT ANSAMBLININ KONSERTİ

Bədii rəhbər – Aməkdar artist Munis Şərifov
Solistlər – Aməkdar artist Nuriyyə Hüseynova
Aməkdar artist Teyyub Aslanov

Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. Ansamblın yaradılmasının təşəbbüskarı, yaradıcısı və ömrünün sonuna qədər bədii rəhbəri Xalq artisti, professor Məcnun Kərim olub (1945-2013). Ansamblın bənzərsiz cəhəti onun tərkibinə daxil olan musiqi alətlərinin orta əsrlərdə Azərbaycanda istifadə olunmuş və sonralar tamamilə unudulmuş qədim musiqi alətlərindən – çəng,çəqanə, bərbət, səntur, rud, rübab, Şirvan tənburu,çoğur, qanun, qopuz, nüshə, dümbək, neydən ibarət olmasıdır.

 

 

 

 

 

 

 

 

Bu musiqi alətlərində musiqiçilər XIV əsr musiqisini, Azərbaycan xalq və bəstəkar mahnılarını ifa edirlər. Ansambl 14 nəfərdən ibarətdir və o dövrə aid milli geyimlərdə çıxış edirlər. Ansambl Azərbaycanın musiqi mədəniyyətini ölkə daxilində və beynəlxalq səviyyədə layiqincə təmsil edir. 1997-ci ildə Edinburqda (Şotlandiya) beynəlxalq simpoziumda, 1998-ci ildə Melburn şəhərində (Avstraliya) və Parisdə keçirilən konfranslarda,2002-ci ildə Fransada Voix et Route Romane (orta əsr musiqisinə həsr olunmuş) festivalda, həmin ildə Strasburqda, Parisdə UNESCO-nun iqamətgahında (2006-cı ildə L.Kərimovun 100-illik yubiley tədbirində), 2003-cü ildə Alma-Atada konfransda, 2005-ci ildə İstanbul şəhərində (Türkiyə) “İslam ölkələr inin mədəniyyət həftəsi” çərçivəsində keçirilən tədbirdə, həmin ildə Düşənbədə “Qəlblərin səsi” beynəlxalq festivalda, 2006-ci ildə Küveytdə keçirilən 13-cü Əl-Qureyn mədəniyət festivalında habelə Qətar, İordaniya, Ərəb Əmirlikləri, ABŞ, Almaniya, Avstriya, Macarıstan və Rusiyada konsert proqramları ilə çıxış etmiş, diplomlara layiq görülmüşdür. Azərbaycan Respublikasının Əməkdar artisti Munis Şərifov (1962) – kamanca,çəqanə, ney kaman alətlərinin ifaçısı,1985-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının “Xalq çalğı alətləri” fakultəsini (kamança sinfi üzrə) bitirmişdir. 1982-ci ildən başlayaraq instrumental ansamblarda peşəkar solist və müşayiətçi kimi fəaliyyət göstərib. 1990-cı ildən bu günə qədər Bakı Musiqi Akademiyasında qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyasında baş elmi işçi və Azərbaycan Milli Konservatoriyasının dosenti vəzifəsində çalışır. Qədim Musiqi Alətləri Dövlət Ansamblının yaranma günündən M.Şərifov çəqanə ifaçısı, solist, ansamblın konsertmeysteri, 2013-cü ildən isə bu ansamblın bədii rəhbəridir. Munis Şərifov dünya ölkələrinin konfrans, festival və kon sertlərdə dəfələrlə iştirak etmişdir.

Əməkdar artisti Nuriyyə Hüseynova (1969) Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında muğam ixtisası üzrə təhsil almışdır. Qədim Musiqi Alətləri Dövlət Ansamblının solisti kimi bir çox ölkələrdə konsertlərdə, beynəlxalq festivallarda – Düşənbədə “Qəlblərin səsi” (2005) festivalında, İstanbulda “İslam ölkələrinin mədəniyyət həftəsi” çərçivəsində təşkil edilmiş mədəni proqramlarda, Almaniyada Azərbaycan ilinin konsert proqramlarında, Paris və Strasburq şəhərlərində UNESCO tədbirlərində çıxış etmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur.

 

 

 

 

 

 

Əməkdar artist Teyyub Aslanov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu ixtisası üzrə bitirmişdir. 1994-1998-ci illərdə müxtəlif dövlət ansambllarında çalışmışdır. 1999-cu ildən xanəndəlik üzrə musiqi məktəbində müəllim kimi çalışır. 2001-ci ildən Qədim Musiqi Alətləri Dövlət Ansamblının solistidir. Xarici ölkələr də keçirilən dövlət tədbirləri və festivalların iştirakçısıdır. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.

Ansamblın tərkibi:
Əməkdar artist Munis Şərifov (cəqanə) – bədii rəhbər,
Əməkdar artist Nuriyyə Hьseynova (solist, xanəndə),
Əməkdar artist Teyyub Aslanov (solist, xanəndə),
Əməkdar artist Təranə Əliyeva (qanun),
Fəzilə Rəhimova (cəng), Ramin Əsədullayev (coğur),
Natiq Əliyev (tənbur), Fuad Cəfər (bərbəd),
Teymur Abdullayev (ney), İlkin Həsənov (rud),
İslam İslamov (qopuz), Daud Abdullayev (rubab),
Əkbər Məmmədov (dumbək)

 

3 iyul 20.00
YAY TEATRI

DEFİLE. TÜRKDİLLİ XALQLARIN GEYİM VƏ MUSİQİSİ

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı ilə nümayiş etdir ilən türk xalqlarının geyimlərindən ibarət defile Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,Rusiya Federasi yasının Altay,Saxa-Yakutiya, Xakasiya, Tuva,Başqırdıstan, Kalmıkiya respublikalarının təmsilçiləri – modelyer dizaynerlər və musiqiçilər tərə findən təqdim olunur.

Layihənin məqsədi türk dünyası ölkələri arasında mədəni birliyin önəmini vurğulamaqdan, dizaynerlərin hazırladıqları milli geyim nümunələrini təbliğ etməkdən və türk dünyası ölkələrində modadu rumunu sərgiləməkdən ibarətdir. Moda nümayişində mədəni irsin qorunması önə çəkilərək, türk dünyasının tanınmış di zaynerlərinin əl işləri, etnik dizayn model ləri və xüsusi geyimlər yer almışdır.

 

 

 

 

  

 

4 iyul 17.00
S.RƏHMAN ADINA ŞƏKİ DÖVLƏT DRAM TEATRI

“ARŞIN MAL ALAN”. BAKI MARİONET TEATRININ TAMAŞASI

Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası milli musiqi mədəniyyətimizin incisidir, bir əsrdən artıqdır ki, tama şaçıların marağını cəlb edir, zövqünü oxşayır.

70-dən çox dillərə tərcümə edilmiş və 90-dan çox dünya səhnələrində nümayiş olunmuş bu əsər səhnədə və kino sənətində müxtəlif janr interpretasiyalarında yaşayır. Bu ilki “İpək Yolu” festivalında “Arşın mal alan” tamaşası Bakı Marionet Teatrının marionet-kuklaları ilə canlandırılacaq.

 

 

 

 

Bakı Marionet teatrı 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranmışdır. “Arşın mal alan” musiqili komediyasının seçil məsi teatrın gələcək simasını müəy yənləşdirmişdir. Bu ölməz əsər marionet tamaşası kimi ilk dəfə 1990-cı ildə Fransanın Karpantra şəhərində göstərildi. İlk Bakı premyerası isə 2011-ci ildə oldu. Tamaşa dünyanın müxtəlif ölkələrində – Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya, İsveçrə və b. – uğurla nümayiş etdirilmişdir.

Hal-hazırda Bakı Marionet Teatrı “İçəriŞəhər” Dövlət tarixi-memarlıq qoruğu nəzdin də fəaliyyət göstərir və yeni tamaşalar üzərində çalışır.

21.00 4 iyul
AŞAĞI KARVANSARA

ÇİN MAHNI VƏ RƏQS ANSAMBLININ KONSERTİ

“Çin – müxtəlif rənglər işığında” – hazırkı festivalın çinli iştirakçıları öz proqramlarını məhz belə adlandırmışlar.

Onların arasında Çin opera və balet teatrının solistləri, instrumental ifaçıları, rəqqasları və xor kollektivinin nümayəndələri vardır. Çin opera teatrı özündə musiqi, dialoq, oxuma sənəti, rəqs, akrobatika və hərb sənəti elementlərini üzvi şəkildə birləşdirir. İfaçılar ənənəvi qayda-qanunlara ciddi surətdə riayət etmə lidirlər. Çin operasında vaxt və məkan məhdudiyyəti qoyulmur; şərtiliklər və rəmzlərdən geniş tərzdə istifadə olunur, əksər hallarda müəyyən bölgənin musiqisi və dialektinə istinad edilir. Bu sənət özünün yetkinlik və kamillik zirvəsinə orta əsrlərdən çatmışdır və bir çox görkəmli aktyor nəsillərinin məharəti hesabına bu günə qədər inkişaf etmişdir. İndi də bu teatr cilalanmış məxsusi vokal, rəqs və hərb sənəti üsulları ilə məşhurdur.

 

 

 

Vokal və rəqsləri müşayiət edən əsas zərb alətləri olan qonq və müxtəlif ölçülü və növlü barabanlardır. Əsas simli alət – tsinxu adlanır (Pekin violinosu). Ona erxu adlı ikinci violino avaz verir. Nəfəsli alətlər arasında çin fleytası və şen adlanan dodaq qarmoni kası nı qeyd etmək olar.

Çin Opera teatrı dövlət teatrıdır və Mədəniyyət Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. Teatrda ən yaxşı qüvvələr cəmlənmişdir. Burada həmçinin milli geyimlər, dekorasiya və digər ənənəvi səhnə atributlarını istehsal edən yaradıcı studiyalar fəaliyyət göstərir. Uzun illər ərzində teatr istər ölkə daxilində, istərsə də xaricdə iri mədəni layihələrdə iştirak edir. Bir çox görkəmli aktyorlar beynəlxalq və milli müsabiqələrin qalibləridir və Amerika, Almaniya, İsveçrə, Rusiya, Yaponiya, Avstraliya və bir çox digər ölkələrdə çıxış edirlər.

 

5 iyul 19.00
YAY TEATRI

“EUROVİSİON” MAHNI MÜSABİQƏSİ QALİBLƏRİNİN QALA KONSERTİ

İştirak edirlər:

Eldar Qasımov, Nigar Camal,
Samir Cavadzadə, Səbinə Babayeva,
Fərid Məmmədov, Dilarə Kazımova,
Azad Şabanov, Xana Həsənova, Erkin Osmanlı

 

Eldar Qasımov – Bakı Slavyan Universitetinin və Bakı Dövlət Universitetinin məzunudur. Almaniyada vokal və aktyor ustalığı üzrə təhsil almışdır. Eldar Qasımov İctimai Televiziyanın keçirdiyi Eurovision Azərbaycan milli seçim turunun qalibi olmuşdur. Seçim turunun digər qalibi Nigar Camal ilə birlikdə Ell & Nikki təxəllüsü altında “Running Scared” mahnısı ilə çıxış edərək, Almaniyanın Düsseldorf şəhərində keçirilən Eurovision-2011 Mahnı Müsabiqəsinin
qalibləri olmuşlar.

 

 

Nigar Camal (Mutəllibzadə) – Xəzər Universitetinin məzunudur. 1988-1996-cı illərdə “Pöhrə” Respublika mahnı müsabiqəsində iştirak etmişdir. Eurovision-2011 Mahnı Müsabiqəsində Nigar Camal Eldar Qasımovla birgə Ell&Nikki dueti ilə birinci yerə layiq görülmüşdür. Nigar Camal Eldar Qasımovla bir sıra ölkələrdə konsertlər vermiş, kliplərə çəkilmişdir. Onların adına Azərbaycanda və Almaniyada poçt markaları çap olunub. Soul, Pop və R&B janrlarında mahnıları ifa edirlər.

 

 

 

 

Samir Cavadzadə – Bakı Biznes Universitetinin məzunudur. Musiqi məktəbində muğam sənəti üzrə dərs almışdır. Müğənni kimi fəaliyyət göstərir, “Şeron” qrupunun üzvü olub. 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsinin milli seçim turunda iştirak etmişdir. Samir Cavadzadə Elnur Hüseynovla birlikdə Serbiyanın Belqrad şəhərində keçirilən Eurovision- 2008 Mahnı Müsabiqəsində Azərbaycanı ilk dəfə “DayAfter Day” mahnısı ilə təmsil etmişlər.

Fərid Məmmədov – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. “Bülbüllər” qrupunun üzvü olub. 2003-cü ildə Ukraynada keçirilən “Slavyan bazarı” müsabiqəsinin qalibi, bir çox beynəlxalq festivalların diplomantıdır. Fərid Məmmədov Eurovision-2013 Mahnı Müsabiqəsində Azərbaycanı “Hold Me” mahnısı ilə təmsil edərək ikinci yeri qazanmışdır.

 

 

 

Dilarə Kazımova – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur. “Milk and Kisses” qrupunun üzvü olub, müğənni və aktrisa kimi fəaliyyət göstərir. 2008-ci və 2010-cu illərdə Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının iştirakçısı, 2014-cü ildə Böyük Səhnə layihəsinin qalibi olub. Dilarə Kazımova Eurovision-2014 Mahnı Müsabiqəsində Azərbaycanı “Start a Fire” mahnısı ilə təmsil etmişdir.

 

 

Xana Həsənova – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir. 2013-cü ildə Novosibirskdə Delfi oyunlarında Azərbaycanı təmsil edərək 4-cü yeri qazanmışdır. 2011-2013-cü illərdə Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının iştirakçısı olmuşdur.

 

 

 

 

Erkin Osmanlı – Bakı Dövlət Universitetinin məzunudur. Rəqs müsabiqələrində iştirak edib. Bir sıra mahnı və şeirlərin müəllifidir. Eurovision-2011 Mahnı Müsabiqəsinin milli seçim turunun iştirakçısı olub.

 

 

 

Hüsniyyə Məhərrəmova – İctimai Televiziyanın keçirdiyi Evrovizion Mahnı Müsabiqəsinin milli seçim turlarının aparıcısı, Evrovizion-2009 Mahnı Müsabiqəsinin mətbuat katibi və Azərbaycan nümayəndə heyətinin başçısı və koordinatorudur (2012, 2013, 2014).

 

5 iyul 21.00
AŞAĞI KARVANSARA

“İPƏK YOLU” V ŞƏKİ BEYNƏLXALQ MUSİQİ FESTİVALININ TƏNTƏNƏLİ BAĞLANIŞI. SANKT-PETERBURQ “ERMİTAJ” DÖVLƏT SİMFONİK ORKESTRİ VƏ AZƏRBAYCAN SOLİSTLƏRİNİN KONSERTİ
Proqramda Avropa və Rus bəstəkarlarının populyar əsərləri səslənəcək

“Ermitaj” Dovlət Simfonik Orkestri
(Sankt-Peterburq, Rusiya) – muzey məkanında bugünkü zamanda daimi fəaliyyət göstərən yeganə simfonik orkestrdir. 1994-cü ildə Rusiyanın gənc lərdən ibarət “Sankt-Peterburq Kamerata”orkestri Döv lət Ermitaj Orekstri statusunu almış və elitar musiqi kollektivinə çevrilərək bu günədək öz konsert fəaliyyətini Peterburqun Qış sarayında və Ermitaj teatrında davam etdirir.

2009-cu ilədək orkestrin bədii rəhbəri və baş dirijoru,bu kollektivin yaradıcısı və əsasını qoyan SSRİ xalq artisti, Dövlət mükafatları laureate Saulüs Sondetskis (Litva-Rusiya) olmuşdur.2009-cu ildən orkestrə Fabio Mastranjello (İtaliya-Rusiya) bədii rəhbərlik və dirijorluq edir.

Yaranma tarixindən başlayaraq, okestr Rusiya və xarici ölkələrin bir çox mötəbər konsert zallarında çıxış edib. Bu yaradıcı kollektiv WINDESTEIN (Almaniya) və COLUMBIA ARTISTS MANAGEMENT (ABŞ) agentlikləri ilə əməkdaşlıq edir.

Dövlət Ermitaj Orkestri dünyanın bir çox görkəmli dirijorlarının – İyequdi Menuxin, Mstislav Rostropoviç, Vladimir Spivakov, Valeriy Gergiyev, Kşiştof Pen deretski, Maksim Şostakoviç və Yudjin Konun rəhbərliyi ilə konsertlər verib.

Orkestr İ.Oystrax, N.Qedda, N.Qutman, İ.Monigetti, V.Kraynev, S.Stadler, Y.Obraztsova, N.Petrov, Z.Bron, L.Kazarnovskaya, B.Bonney, D.Xvorostovski kimi dünya şöhrətli solistləri müşayiət edib.

Dövlət Ermitaj Orkestri Azərbaycanda ilk dəfə olaraq, Şəkidə İpək Yolu V Beynəl xaq Festivalı çərçivəsində dirijor Arkadiy Şteynluxtun rəhbərliyi ilə çıxış edəcək.

ARKADİY ŞTEYNLUXT – dirijor, Rusiyanın əməkdar artisti. Rimski-Korsakov adına Sankt-Peterburq Konser vatoriyasını bitirmişdir. Qlinka adına Kapellada, Perm və Sıktıvkar Opera və Balet Teatrlarında çalışmışdır. “Sankt-Peterburq Motsarteum” kamera orkestri və xorunu təşkil etmiş və yeddi il bu kollektivə rəhbərlik etmişdir. Dünyanın bir çox böyük şəhərlərinin – Sankt-Peterburq, Moskva, Bakı,Alma-Ata, Kazan, Yekaterinburq, Tallin, Riqa, Stokholm,Hamburq, Berlin, Bratislava, Zalsburq, Tokio, Seul və s.konsert səhnələrində çıxış etmişdir. Repertuarına Baxın və Hendelin, XX əsrin klassik bəstəkarlarının – Stravinskinin, Prokofyevin, Şostakoviçin əsərləri,həmçinin müasir bəstəkarların – Petrovun, Slonimskinin, Baneviçin, Korolyovun,Denisovun, Knayfelin, Firəngiz Əlizadənin (onun “Qarabağnamə” operasının Bakı da ilk tamaşasının dirijoru olmuşdur) əsərləri daxildir. Hal-hazırda A.Şteynluxt Sankt-Peterburqun “Zazerkalye” teatrının baş dirijorudur.

 

Azərbaycan Respublikasının Əməkdar artisti Gülnaz İsmayılova Bakı Musiqi Akademiyasının ifaçılıq (fortepiano) və vocal fakültələrinin dosentidir. Musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı (1985) və vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsinin diplomantı (1997) olmuşdur. 2001-ci ildən Azərbaycan Dövlət Aka de mik Opera və Balet teatrının solistidir. Bir sıra milli və klassik opera tamaşalarında parlaq obrazlar: “Aida”da Kahin qadın (Verdi), “Karmen”də Fraskita (Bize), “Sevil”də Sevil, Dilbər (F.Əmirov), “Arşın mal alan”da Gülçöhrə (Ü.Hacıbəyli), “Traviata”da Violetta (Verdi) “Sevilya bərbərin”də Rozina (Rossini) “Bohema”da Muzetta (Puççini), “İntizar”da Mələk (F.Əlizadə), “Sehirli fleyta”da Hökmdar (Motsart) yaratmışdır.

G.İsmayılova dünyanın bir çox konsert salonlarında çıxış edib: “Megaron” Afina Yunanıstan, “Carnegie Hall” Nyu York ABŞ, “Stadshuset” Stockholm İsveç, “UNESCO” Paris, Fransa və s. Həmçinin coxsaylı opera festivallarının diplomantıdır (Ukrayna, Türkiyə, Kipr, İspaniya, Almaniya). 2007-ci ildən Azərbaycan Respublikasının Prezident mükafatçısıdır.

 

Fərid Əliyev Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin rəssam-dizayner fakultəsində (1998) və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal fakultəsində (2002) təhsil almış, 2004-cü ildə BMAnın magistr pilləsini opera simfi üzrə bitirmişdir. 2000-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının və Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərir. Bir sıra Respublika və beynəlxalq əhəmiyyətli müsabiqələrin laureatıdır.

2010-cu ildə V.A.Kuroçkin adına Beynəlxalq operetta müsabiqəsində birinci mükafata layiq görülmüşdür.