"İpək Yolu” V Beynəlxalq Musiqi Festivalının proqramı

Şəki, 1 iyul (AzərTAc, Mustafa Dadaşov). Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq musiqi festivalı iştirakçılarının üzünə açmışdır. AzərTAc xəbər verir ki, iyulun 1-də Şəki şəhərindəki XIX əsrə aid tarixi-memarlıq abidəsi – Aşağı Karvansaray kompleksində “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə çıxış edərək artıq ənənə halını almış “İpək Yolu” Beynəlxalq musiqi festivalının Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qaldığını, dünya musiqi sənətinin parlaq incilərindən ibarət rəngarəng konsert proqramları ilə hamıya xoş bayram ovqatı bəxş etdiyini bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan, Mədəniyyət və Turizm Nazirliyi, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyi və digər qurumların dəstəyi ilə ənənəvi olaraq artıq beşinci dəfədir keçirilən bu festival Şəki şəhərinin mədəni həyatında böyük bir hadisə olmaqla xalqımıza xas zəngin tarixi, mədəni irsi təbliğ etməyə, eləcə də bölgənin turizm potensialını genişləndirməyə yaxşı imkan yaradır. Vurğulanmışdır ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, zəngin ənənələrinin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyəti çox böyükdür. Bildirilmişdir ki, bu gün Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir məkandır. Festivalın konsertlərinin tarixi memarlıq abidələrinin önündə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır. 2013-cü ilin avqustunda Şəkiyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev demişdir: “Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm ki, dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Biz gələcəkdə Şəkidəki beynəlxalq tədbirlərin sayını artırmalıyıq”. Bu mənada, Böyük İpək Yolunun üzərində yerləşən, mühüm sənət və ticarət mərkəzi olan Şəkidə möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının keçirilməsi heç də təsadüfi deyildir, olduqca əhəmiyyətlidir. Bildirilmişdir ki, festivalın builki iştirakçıları arasında Böyük İpək Yolu ölkələrinin, həmçinin türkdilli xalqların folklor, rəqs və musiqi kollektivlərinə üstünlük verilmişdir. Festivalda Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivləri maraqlı konsert proqramları ilə çıxış edəcəklər. “Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının konserti festivalın yeniliyi olacaqdır. Festivalın proqramı çərçivəsində TÜRKSOY-un hazırladığı “Delife” – 11 türkdilli ölkənin milli kostyumlarının müxtəlifliyini, həmçinin musiqi nömrələrini əks etdirən böyük konsert təqdim ediləcəkdir. Bundan əlavə, 7 ölkədən gəlmiş rəssamlar festivalla bağlı təəssüratlarını öz tablolarında canlandıracaqlar. Sonra festivalın rəmzi simvolunun təqdimatı olmuşdur.

Rəsmi hissədən sonra tamaşaçılar Azərbaycan Opera və Balet Teatrının balet truppasının ifasında Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet-tamaşanı izləmişlər. Tamaşanın quruluşçu baletmeysteri Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, quruluşçu rəssam isə Xalq Rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovdur. Baletdə Tomris rolunu Xalq Artisti, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Kamilla Hüseynova, şah rolunu Anar Mikayılov ifa etmişlər. Balet-tamaşada, həmçinin Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar Artist Yelena Skomoroşenko və başqaları oynamışlar. Balet tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Sonda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi – festivalın simvolu təqdim olunmuşdur.

Şəki, 1 iyul (AzərTAc, Mustafa Dadaşov). Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov iyulun 1-də Şəkiyə gəlmişdir.

AzərTAc xəbər verir ki, şəhər icra hakimiyyətində keçirilən görüşdə qonağa iyulun 1-də Şəkidə başlanan “İpək Yolu” V Beynəlxalq musiqi festivalının proqramı barədə məlumat verilmişdir.

Qonağın diqqətinə çatdırılmışdır ki, ötən il 2701 illiyini qeyd edən Şəki şəhəri Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini özündə birləşdirən çox nadir bir yerdir. Şəhərdə 80-dən artıq qədim tarixi-memarlıq abidəsi mövcuddur. Bildirilmişdir ki, artıq beşinci ildir bu qədim şəhərdə çox möhtəşəm musiqi bayramı – “İpək Yolu” Beynəlxalq musiqi festivalı keçirilir. Sevindirici haldır ki, builki festivalda TÜRKSOY-un hazırladığı “Delife” – 11 türkdilli ölkənin milli kostyumlarını, həmçinin musiqi nömrələrini əks etdirən konsert təqdim ediləcəkdir. Bundan əlavə, festivalda türk dünyası rəssamlarının rəsm əsərlərinin sərgisinin açılması da nəzərdə tutulmuşdur.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkidə ilk dəfə olduğunu, belə bir möhtəşəm musiqi bayramında iştirak etməyindən böyük məmnunluq duyduğunu bildirmiş, festivalın işinə uğurlar arzulamışdır.

Qonağa Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Şəki, 2 iyul (AzərTAc, Mustafa Dadaşov). Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 2-də “Yuxarı Karvansaray” mehmanxana kompleksində TÜRKSOY rəssamlarının sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, tədbirin əvvəlində sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsilmişdir.

Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək uğurla davam edən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirmişdir ki, on yeddi il ərzində türk dünyasının müxtəlif ölkələrinin ev sahibliyi etdiyi XVII “TÜRKSOY- Rəssamlar görüşü” ilk dəfə olaraq Azərbaycanda- Şəki şəhərində gerçəkləşdirilir. Tarixi İpək Yolunun mərkəzlərindən olan Şəki şəhərində türk dünyasının 14 ölkəsini təmsil edən 17 rəssam bir araya gələrək iki həftə ərzində öz yaradıcılıqlarını davam etdirmişlər. Baş katib bildirmişdir ki, bu sərginin bir özəlliyi də ondadır ki, onun açılışı çox əlamətdar bir vaxta – “İpək Yolu” V Beynəlxalq musiqi festivalının keçirildiyi günlərə təsadüf edir.

Qeyd olunmuşdur ki, festival çərçivəsində təşkil edilən bu sərgidə TÜRKSOY rəssamlarının Şəkidə olduqları müddətdə çəkdikləri rəsm əsərləri nümayiş etdirilir. Bu rəsmlərdə Şəkinin təbiət gözəllikləri, tarixi abidələri, sakinləri, sənətkarları, sadə insanları əks olunmuşdur. Bu əsərlərin bir qismi festivalda nümayiş etdirildikdən sonra şəhər icra hakimiyyətinə hədiyyə olunacaq, digər qismi isə TÜRKSOY-un kolleksiyasını zənginləşdirəcəkdir.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olmuşlar.

Bakıdan dəvət olunmuş rəqs qrupunun təqdim etdiyi türk xalqlarının rəqslərindən ibarət konsert proqramı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Tədbirin sonunda sərgidə iştirak edən hər bir rəssama TÜRKSOY-un sertifikatları və şəhər icra hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.

Şəki, 2 iyul (AzərTAc, Mustafa Dadaşov). İyulun 2-də Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində İstanbul Modern Folk Müzik Topluluğunun konserti olmuşdur.

AzərTAc xəbər verir ki, Şəki şəhərindəki yay teatrında keçirilən konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərləri, TÜRKSOY-un təmsilçiləri, Türkiyənin və festivala dəvət olunmuş digər xarici ölkə səfirliklərinin nümayəndələri, musiqisevərlər iştirak etmişlər.

Konsertdən əvvəl məlumat verilmişdir ki, İstanbul Dövlət Modern Folk Müzik Topluluğu 1993-cü ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmışdır. Kollektivin əsas məqsədi qədim türk musiqi ənənələrini, xalq mahnı və rəqslərini müasir tərzdə, zəngin səs çalarları və yeni aranjimanla dinləyicilərə çatdırmaq və təbliğ etməkdir.

Nazirliyin təşəbbüsü və dəstəyi ilə kollektiv Türkiyədə və onun hüdudlarından kənarda uğurla çıxış edərək türk musiqi sənətini layiqincə təmsil edir. Topluluq bir çox ölkələrdə – Almaniya, Fransa, İngiltərə, Tunis, Bosniya və Herseqovina, Şimali Kiprdə və digər ölkələrdə keçirilən beynəlxalq musiqi festivallarında maraqlı konsert proqramları ilə çıxış etmişdir. Kollektivin repertuarına türk xalq mahnı və oyun havaları ilə yanaşı, klassik türk musiqisi və dünya xalqlarının tanınmış musiqi əsərləri də daxil edilmişdir.

Konsert proqramı solistlərin 16 nəfərlik musiqiçi qrupunun müşayiəti ilə yüksək peşəkarlıqla ifa etdikləri Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Ay qız” mahnısı ilə başlanmışdır. Konsertdə ifa olunan türk pop və xalq sənəti musiqisi, həmçinin Azərbaycanın xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanmışdır.

Konsert proqramı başa çatdıqdan sonra Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əhməd Arslan çıxış edərək ölkəsinin musiqi, rəqs və folklor kollektivlərinin Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq musiqi festivalına artıq üçüncü ildir dəvət aldıqlarını və bu musiqi bayramında böyük sevinclə iştirak etdiklərini bildirmiş, festivalın işinə uğurlar arzulamışdır.

Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olunmuşdur.

Şəki, 2 iyul (AzərTAc, Mustafa Dadaşov). Bu il bizim festivalımız öz yubileyini – beş illiyini qeyd edir. Uğurla keçirdiyimiz IV “İpək Yolu” festivalından sonrakı bu bir il hiss olunmadan ötdü və biz yenidən Şəkidə “İpək Yolu” festivalının dinamik, parlaq hadisələrlə zəngin mühitini yaşayırıq.

AzərTAc xəbər verir ki, bu fikirləri Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın açılışı günündə jurnalistlərə müsahibəsində bildirmişdir.

Festivalın bədii rəhbəri demişdir: “Ötən festivalda Qara Qarayevin “Yeddi gözəl” baletinin açıq havada nümayişinin şəkililər və qonaqlar heyranlıqla qarşılanmasından ilhamlanaraq, biz bu dəfə festivalı yeni bir tamaşa – Azərbaycan musiqisinin şedevri olan Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet tamaşası ilə açdıq. Simfonik orkestrin ifası festivalın başlanğıcı və finalı arasında özünəməxsus körpü rolunu oynayır. Builki festivalda ilk dəfə Rusiyanın məşhur kollektivi – Sankt-Peterburqun “Ermitaj” simfonik orkestri klassik musiqi əsərlərinin parlaq ifası ilə dinləyicilərə zövq verəcəkdir.

Festivalın daha bir yeniliyinin Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşasının nümayişi ilə bağlı olduğunu vurğulayan Firəngiz Əlizadə “İpək Yolu”nun marşrutunun bu dəfə Hindistan və Çin kimi ekzotik ölkələrdən keçəcəyini, Azərbaycanın qədim musiqi alətləri ansamblının ecazkar ifalarının, “Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının gənclik təravətli, müasir ritmli çıxışlarının festivalın palitrasını yeni çalarlarla zənginləşdirəcəyini, İstanbulun məşhur ansamblı – Modern Folk Müzik Topluluğunun maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirəcəyini bildirmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqı, Şəki şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə təşkil etdiyi sayca 5-ci Beynəlxalq “İpək yolu” Festivalı bu gün də davam edib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, festival çərçivəsində İstanbul Modern Folk Muzik topluluğunun konserti keçirilib.

İstanbul Modern Folk Muzik topluluğunun konserti Yay Teatrında baş tutub. Tədbirdə rəsmilər, millət vəkilləri, ictimaiyyət nümayəndələri, yerli və xarici qonaqlar iştirak edib. Türkiyəli sənətçilərin ifaları tamaşaçılar təfərindən alqışlarla qarşılanıb. Qardaş ölkənin musiqiçiləri repertuarlarına türk musiqiləri ilə yanaşı, Azərbaycan musiqiləri də qatıblar. Festivalın keçirilməsində məqsəd qədim dövrlərdən Azərbaycanın şəhərlərindən keçən tarixi “İpək yolu”nun əhatə etdiyi Şərq və Qərb dünyasının bir çox xalqlarının arasında musiqi vasitəsilə dialoq qurmaq, qarşılıqlı mədəni əlaqələri genişləndirməkdən ibarətdir. Sonda qonaqlara Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən festivalın rəmzi olan “Simvol” – tut yarpağının sardığı baramalı “Skripka açarı” və üzərində Xan Sarayı təsvir olunmuş qab təqdim olunub.

Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq musiqi festivalı iştirakçılarının üzünə açmışdır.

AzərTAc xəbər verir ki, iyulun 1-də Şəki şəhərindəki XIX əsrə aid tarixi-memarlıq abidəsi – Aşağı Karvansaray kompleksində “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirilmişdir.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə çıxış edərək artıq ənənə halını almış “İpək Yolu” Beynəlxalq musiqi festivalının Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qaldığını, dünya musiqi sənətinin parlaq incilərindən ibarət rəngarəng konsert proqramları ilə hamıya xoş bayram ovqatı bəxş etdiyini bildirmişlər.

Qeyd olunmuşdur ki, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan, Mədəniyyət və Turizm Nazirliyi, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyi və digər qurumların dəstəyi ilə ənənəvi olaraq artıq beşinci dəfədir keçirilən bu festival Şəki şəhərinin mədəni həyatında böyük bir hadisə olmaqla xalqımıza xas zəngin tarixi, mədəni irsi təbliğ etməyə, eləcə də bölgənin turizm potensialını genişləndirməyə yaxşı imkan yaradır.

Vurğulanmışdır ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, zəngin ənənələrinin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyəti çox böyükdür.

Bildirilmişdir ki, bu gün Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir məkandır. Festivalın konsertlərinin tarixi memarlıq abidələrinin önündə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır.

2013-cü ilin avqustunda Şəkiyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev demişdir: “Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Şəki Azərbaycanda və deyə bilərəm ki, dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Biz gələcəkdə Şəkidəki beynəlxalq tədbirlərin sayını artırmalıyıq”.

Bu mənada, Böyük İpək Yolunun üzərində yerləşən, mühüm sənət və ticarət mərkəzi olan Şəkidə möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının keçirilməsi heç də təsadüfi deyildir, olduqca əhəmiyyətlidir.

Bildirilmişdir ki, festivalın builki iştirakçıları arasında Böyük İpək Yolu ölkələrinin, həmçinin türkdilli xalqların folklor, rəqs və musiqi kollektivlərinə üstünlük verilmişdir. Festivalda Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivləri maraqlı konsert proqramları ilə çıxış edəcəklər. “Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının konserti festivalın yeniliyi olacaqdır.

Festivalın proqramı çərçivəsində TÜRKSOY-un hazırladığı “Delife” – 11 türkdilli ölkənin milli kostyumlarının müxtəlifliyini, həmçinin musiqi nömrələrini əks etdirən böyük konsert təqdim ediləcəkdir. Bundan əlavə, 7 ölkədən gəlmiş rəssamlar festivalla bağlı təəssüratlarını öz tablolarında canlandıracaqlar.

Sonra festivalın rəmzi simvolunun təqdimatı olmuşdur.

Rəsmi hissədən sonra tamaşaçılar Azərbaycan Opera və Balet Teatrının balet truppasının ifasında Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet-tamaşanı izləmişlər.

Tamaşanın quruluşçu baletmeysteri Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, quruluşçu rəssam isə Xalq Rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovdur.

Baletdə Tomris rolunu Xalq Artisti, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Kamilla Hüseynova, şah rolunu Anar Mikayılov ifa etmişlər. Balet-tamaşada, həmçinin Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar Artist Yelena Skomoroşenko və başqaları oynamışlar.

Balet tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Sonda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi – festivalın simvolu təqdim olunmuşdur.

Şəkidə uğurla davam edən “İpək Yolu” V Beynəlxalq musiqi festivalının ikinci günü axşam “Aşağı Karvansaray” kompleksində tamaşaçılara Hindistanın mahnı və rəqs qrupunun ifasında qədim musiqi nümunələri və rəqslərdən ibarət maraqlı konsert proqramı təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, TÜRKSOY-un təmsilçilərinin, xarici ölkələrin səfirliklərinin nnümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertin birinci hissəsində tamaşaçılar hind raqası Quru Madhub Mudqalın rəhbərlik etdiyi ansamblın çıxışını izləmişlər.

Azərbaycan və Hindistan ənənəvi musiqi mədəniyyətlərinin ümumi kökləri, onların ümumşərq musiqi mədəniyyəti məcrasında inkişafı Azərbaycan muğamı və hind raqasında bariz şəkildə özünü göstərir. Ansamblın tərkibinə vokalçılar və hind fleytası, tabla, sitar, tampur və fişqarmon alətlərinin ifaçıları daxildir. Konsertdə ilk dəfə olaraq çox nadir hallarda ifa edilən ənənəvi hind aləti – esrac səsləndirilmişdir.

Konsertin ikinci hissəsində tamaşaçılara Hindistanın “Nrityarupa” rəqs qrupunun ifasında hind rəqsinin əlvan libaslı rəqs mozaikası – “baxaratanatyam”, “katxak”, “odissi”, “manipuri”, “katxakali” və “çxau” rəqsləri təqdim olunmuşdur. “Bxaratanatyam” tarixi sənədlərdə yaşı 5 min ildən artıq olan teatr rəqsinin ən qədim növüdür. “Katxak” klassik hind rəqs üslublarından biridir. Bu rəqsin ilk ifaçıları məbəd rəvayətçiləri olmuşlar. Onlar rəqs dili ilə qədim mifoloji süjetləri təsvir etmişlər. “Odissi” hind rəqsinin səkkiz klassik üslubundan biridir. “Manipuri” klassik hind rəqslərindən biri olaraq Krişna və onun sevgilisinin şərəfinə ifa edilir. Bu zərif və nikbin rəqs Hindistanda çox sevilir. “Katxakali” XVII əsrdə yaranmış ənənəvi dramatik rəqs sənətidir. Rəqslərin süşetləri qədim hind eposlarından götürülmüşdür. “Çxau” mənşəyini hərb sənətindən almış rəqs üslubudur.

Qrupun üzvlərinin ifa etdikləri bir-birindən maraqlı hind rəqsləri tamaşaçılarən böyük marağına səbəb olmuşdur.

Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi təqdim edilmişdir.

Şəki, 3 iyul (AzərTAc, Mustafa Dadaşov). Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı artıq üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı və rəngarəng konsert proqramları ilə sevindirir.

AzərTAc xəbər verir ki, iyulun 3-də Azərbaycan memarlığının nadir incisi, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblı maraqlı konsert proqramı ilə çıxış etmişdir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində 1996-cı ildən fəaliyyət göstərən bu ansamblın yaradılmasının təşəbbüskarı, yaradıcısı və ömrünün sonunadək bədii rəhbəri Xalq Artisti, professor Məcnun Kərim olmuşdur. Ansamblın bənzərsiz cəhəti onun tərkibinə daxil olan musiqi alətlərinin orta əsrlərdə Azərbaycanda istifadə olunan və sonralar tamamilə unudulan qədim musiqi alətlərindən – çəng, çəqanə, bərbət, səntur, rud, rübab, Şirvan tənburu, çoğur, qanun, qopuz, nüshə, dümbək, neydən ibarət olmasıdır. Bu alətlərdə musiqiçilər XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq və bəstəkar mahnılarını ifa edirlər. Ansamblın 14 nəfərdən ibarət üzvləri o dövrə aid milli geyimlərdə çıxış edirlər.

Qədim musiqi alətləri ansamblı uzun illərdir Azərbaycanın musiqi mədəniyyətini ölkə daxilində, eləcə də beynəlxalq səviyyədə layiqincə təmsil edir. Ansambl 1997-ci ildə Şotlandiyanın Edinburq şəhərində keçirilən beynəlxalq simpoziumda, 1998-ci ildə Melburn (Avstraliya) və Parisdə keçirilən konfranslarda, 2002-ci ildə Fransada orta əsr musiqisinə həsr olunmuş festivalda, həmin ildə Strasburqda, UNESCO-nun Parisdəki iqamətgahında keçirilən tədbirlərdə iştirak etmişdir. Bundan əlavə, ansambl 2005-ci ildə Düşənbədə keçirilən “Qəlblərin səsi” Beynəlxalq festivalda, Qazaxıstan, Türkiyə, Küveyt, Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Almaniya, Avstriya, Macarıstan və Rusiyada keçirilən konfrans, festival və konsertlərdə iştirak etmiş, diplomlara layiq görülmüşdür.

Ansamblın bədii rəhbəri, Əməkdar Artist Munis Şərifov həm də kamança, çəqanə, ney, kaman alətlərinin mahir ifaçısı kimi tanınır.

Ansamblın solistləri, əməkdar artistlər Nuriyyə Hüseynova və Teyyub Aslanovun, gənc xanəndə Samir Əliyevin ifa etdikləri qədim musiqilər, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Konsertin sonunda şəhər icra hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilmişdir.

Bakı, 3 iyul (AzərTAc). “DəmirBank” sosial yönümlü fəaliyyətinə uyğun olaraq Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalına sponsorluq edir.

Bankdan AzərTAc-a bildirmişlər ki, festival Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının, Şəki Şəhər İcra Hakimiyyətinin və “TÜRKSOY”-un birgə təşkilatçılığı ilə 2010-cu ildən keçirilir. Bu beynəlxalq musiqi bayramına dünyanın müxtəlif ölkələrindən mədəniyyət xadimləri qatılır.

Azərbaycanın tanıdılması və təbliği baxımından mühüm əhəmiyyətə malik olan festival iyulun 5-dək davam edəcəkdir.

“DəmirBank” 25 illik fəaliyyəti ərzində mədəniyyətin inkişafı, tarixi irsin qorunması və təbliği istiqamətdə müxtəlif layihələr həyata keçirmiş, həmçinin bu qəbildən olan bir sıra tədbirlərə maliyyə dəstəyi göstərmişdir.

Şəki, 2 iyul (AzərTAc, Mustafa Dadaşov). İstanbul Modern Folk Müzik Topluluğumuz Azərbaycana ilk dəfədir gəlir. Ölkənizdə ilk konsertimizi də məhz Şəki şəhərində həyata keçiririk. İyulun 1-də festivalın açılışında da iştirak etdik. Açılış mərasimi hamımızın xoşuna gəldi. Festivalda iştirakımızdan çox məmnunuq.

AzərTAc xəbər verir ki, bu sözləri Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalının iştirakçısı, İstanbul Modern Folk Müzik Topluluğunun bədii rəhbəri Mehmet Mutlu jurnalistlərə müsahibəsində bildirmişdir.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1993-cü ildə yaradılan bu kollektivin hazırda 30 nəfər üzvü olduğunu, festivalda 4 solistlə iştirak etdiklərini bildirən Mehmet Mutlu demişdir: “Kollektivimiz əsasən türk xalq musiqisini təbliğ edir. Repertuarda Azərbaycan mahnılarına da geniş yer ayrılmışdır. Şəki şəhərində ilk dəfədir oluruq. Qədim şəhərdir, çox xoşumuza gəlir. Qonaqpərvərliyiniz də çox yüksəkdir. Biz onsuz da, Azərbaycanı öz vətənimizdən ayrı düşünmürük. Burada özümüzü çox rahat, Türkiyədəki kimi hiss edirik. Festivalın işinə uğurlar arzulayırıq”.

Şəki, 3 iyul (AzərTAc, Mustafa Dadaşov). Şəkidə olmağımdan çox şadam. Bu şəhər barədə çox eşitmişdim. Ancaq ilk dəfədir ki, bu gözəl məkandayam. TÜRKSOY olaraq biz hər il keçirilən bu festivalda artıq üçüncü dəfədir iştirak edirik. Qeyd etmək istəyirəm ki, Şəki beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün ideal məkandır.

AzərTAc xəbər verir ki, bu sözləri Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalında iştirak edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə müsahibəsində demişdir.

Baş katib bildirmişdir ki, festivalda iştirak edən türkdilli ölkələri təmsil edən, TÜRKSOY-un üzvü olan rəssamlar Şəkinin qədim və zəngin tarixindən, bənzəri olmayan memarlıq abidələrindən, əsrarəngiz təbiətindən, qonaqpərvərliyindən ağız dolusu danışırlar. Rəssamların dediklərinə görə, bütün bu gözəlliklər yaradıcı insanlara üçün əlavə ilham verir, onların yaşamaq və yaratmaq həvəsini daha da artırır.

Şəki, 5 iyul (AzərTAc). Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 4-də axşam “Aşağı Karvansaray” kompleksində Çin mahnı və rəqs ansamblının konserti olmuşdur.

AzərTAc xəbər verir ki, festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, xarici ölkə səfirliklərinin nümayəndələrinin, musiqisevərlərin iştirak etdiyi konsertdə çinli ifaçılar tamaşaçılara “Çin – müxtəlif rənglər işığında” adlı proqram təqdim etmişlər.

Konsertin əvvəlində kollektivin rəhbəri Jan Ya Fonq çıxış edərək bu gözəl musiqi festivalına dəvət aldıqlarına görə təşkilatçılara təşəkkür etmiş, belə bir gözəl ölkəyə gəlmələrindən böyük şərəf duyduqlarını bildirmişdir.

Qeyd edək ki, Çin opera teatrı özündə musiqi, dialoq, oxuma sənəti, rəqs, akrobatika və hərb sənəti elementlərini üzvi şəkildə birləşdirir. İfaçılar ənənəvi qayda-qanunlara ciddi surətdə riayət etməlidirlər. Çin operasında vaxt və məkan məhdudiyyəti qoyulmur, şərtiliklər və rəmzlərdən geniş tərzdə istifadə olunur. Əksər hallarda müəyyən bölgənin musiqisi və dialektinə istinad edilir. Bu sənət özünün yetkinlik və kamillik zirvəsinə orta əsrlərdə çatmış və bir çox görkəmli aktyor nəsillərinin məharəti hesabına bu günədək inkişaf etmişdir. Bu teatr indi də cilalanmış xüsusi vokal, rəqs və hərb sənəti elementləri ilə məşhurdur.

Ansamblın tərkibinə Çin opera və balet teatrının solistləri, instrumental ifaçılar, xor kollektivinin üzvləri və rəqqaslar daxildir. Vokal və rəqsləri əsas zərb aləti olan qonq və müxtəlif ölçülü barabanlar müşayiət edir. Əsas simli alət “tsinxu” (Pekin violinosu) adlanır. Ona “erxu” adlı ikinci violino avaz verir. Nəfəsli alətlər arasında çin fleytası və “şen” adlanan dodaq qarmonikasını qeyd etmək olar.

Çin opera teatrı dövlət teatrıdır və Mədəniyyət Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. Teatrda, həmçinin milli geyimlər, dekorasiya və digər ənənəvi səhnə atributlarını istehsal edən yaradıcı studiyalar fəaliyyət göstərir. Teatr uzun illər ərzində həm ölkə daxilində, həm də xaricdə böyük mədəni layihələrdə iştirak etmişdir. Teatrın aktyorlarının əksəriyyəti milli və beynəlxalq müsabiqələrin qalibidir. Kollektiv ABŞ, Almaniya, İsveçrə, Rusiya, Yaponiya, Avstraliya və digər ölkələrdə çıxış etmişdir.

Azərbaycanda ilk dəfə çıxış edən ansamblın təqdim etdiyi proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.

Şəki, 4 iyul (AzərTAc, Mustafa Dadaşov). Uğurla davam edən “İpək Yolu” V Beynəlxalq musiqi festivalının dördüncü günündə Sabit Rəhman adına Şəki Dövlət Dram teatrında tamaşaçılara Bakı Marionet Teatrının Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşa təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, builki yubiley festivalı janr müxtəlifliyi baxımından da əvvəlkilərdən fərqlənir. Tamaşaçılar və festivala dəvət olunmuş qonaqlar əvvəlki günlərdə Azərbaycan musiqisinin şedevri olan Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet tamaşasına baxmış, TÜRKSOY rəssamlarının sərgisi ilə tanış olmuş, Hindistanın mahnı və rəqs qrupunun, İstanbul Modern Folk Müzik Topluluğunun və Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblının ecazkar ifalarını izləmişlər. TÜRKSOY-un hazırladığı türkdilli ölkələrin milli geyimlərindən ibarət defilə festival iştirakçılarına xüsusilə böyük zövq vermişdir.

Tamaşaçılara təqdim olunan “Arşın mal alan” tamaşası Bakı Marionet Teatrının marionet-kuklaları ilə canlandırılmışdır. Tamaşaya başlamazdan əvvəl teatrın fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, teatr 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranmışdır. “Arşın mal alan” musiqili komediyasının seçilməsi teatrın gələcək simasını müəyyənləşdirmişdir. Bu ölməz əsər marionet tamaşası kimi ilk dəfə 1990-cı ildə Fransanın Karpantra şəhərində göstərilmişdir. Tamaşanın ilk Bakı premyerası isə 2011-ci ildə gerçəkləşmişdir. Ötən müddətdə bu tamaşa dünyanın müxtəlif ölkələrində – Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya, İsveçrə və digər ölkələrdə uğurla nümayiş etdirilmişdir.

Bildirilmişdir ki, Bakı Marionet Teatrı hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun nəzdində fəaliyyət göstərir.

Uğurla başa çatan tamaşanın sonunda kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olunmuşdur.

Şəki, 4 iyul (AzərTAc, Mustafa Dadaşov). Kollektivimiz üçün çox əlamətdar bir gündür. Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalında iştirak etməyimizdən şərəf, qürur duyuruq. Ansamblımızı bu mötəbər musiqi bayramına dəvət etdiklərinə görə təşkilatçılara minnətdarlığımızı bildiririk.

AzərTAc xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblının bədii rəhbəri, Əməkdar Artist Munis Şərifov jurnalistlərə müsahibəsində bildirmişdir.

Ansamblın rəhbəri demişdir: “Ən önəmlisi odur ki, biz xalqımızın qədim tarixi irsi olan Şəki xanları sarayının önündə çıxış edirik. Biz orta əsrlərdə ifa olunan qədim musiqi alətləri ilə çıxış edirik. Bu mənada, qədim musiqi alətlərimizlə bu saray tam vəhdət təşkil edir. Qürur hissi keçiririk ki, Azərbaycan memarlığının nadir incisi olan Şəki xanları sarayının önündə çıxış etmək bizə də nəsib olmuşdur. Bu, hər bir musiqiçi üçün böyük şərəfdir”.

Şəki, 4 iyul (AzərTAc, Mustafa Dadaşov). Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 3-də axşam “Yuxarı Karvansaray” mehmanxana kompleksində türkdilli ölkələrin milli geyimləri və musiqisindən ibarət defilə nümayiş etdirilmişdir.

AzərTAc xəbər verir ki, TÜRKSOY-un hazırladığı defilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyasının Altay, Saxa-Yakutiya, Xakasiya, Tuva, Başqırdıstan, Kalmıkiya respublikalarının təmsilçiləri – tanınmış modelyer-dizaynerlər və musiqiçilər tərəfindən təqdim olunmuşdur.

TÜRKSOY-un təşkilatçılığı ilə dünyanın bir sıra ölkələrində düzənlənən moda defiləsi türk dünyası ölkələri arasında mədəni birliyin əhəmiyyətini önə çəkmək, dizaynerlərin hazırladıqları milli geyim nümunələrini təbliğ etmək, türk dünyası ölkələrinin moda durumunu sərgiləmək məqsədi daşıyır. Moda nümayişində türk dünyasının tanınmış dizaynerlərinin əl işləri, etnik dizayn modelləri və xüsusi geyimlər yer almışdır. Milli musiqilərin müşayiəti ilə keçirilən defilədə 11 türkdilli ölkənin 60-a yaxın milli geyimi nümayiş etdirilmişdir.

Azərbaycan modelyer-dizaynerləri TÜRKSOY-un hazırladığı bu defilədə ilk dəfə iştirak etmişlər. Qarabağ, İrəvan, Şəki, Quba, Bakı və Azərbaycanın digər xanlıqlarına aid milli geyimlərin yeni dizaynda təqdimatı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbirin sonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək “İpək Yolu” festivalı çərçivəsində reallaşan defilənin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Bəstakarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

TÜRKSOY-un baş katibinə xatirə hədiyyəsi – festivalın rəmzi simvolu təqdim edilmişdir.

Şəki, 4 iyul (AzərTAc, Mustafa Dadaşov). Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 3-də axşam “Yuxarı Karvansaray” mehmanxana kompleksində türkdilli ölkələrin milli geyimləri və musiqisindən ibarət defilə nümayiş etdirilmişdir.

AzərTAc xəbər verir ki, TÜRKSOY-un hazırladığı defilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyasının Altay, Saxa-Yakutiya, Xakasiya, Tuva, Başqırdıstan, Kalmıkiya respublikalarının təmsilçiləri – tanınmış modelyer-dizaynerlər və musiqiçilər tərəfindən təqdim olunmuşdur.

TÜRKSOY-un təşkilatçılığı ilə dünyanın bir sıra ölkələrində düzənlənən moda defiləsi türk dünyası ölkələri arasında mədəni birliyin əhəmiyyətini önə çəkmək, dizaynerlərin hazırladıqları milli geyim nümunələrini təbliğ etmək, türk dünyası ölkələrinin moda durumunu sərgiləmək məqsədi daşıyır. Moda nümayişində türk dünyasının tanınmış dizaynerlərinin əl işləri, etnik dizayn modelləri və xüsusi geyimlər yer almışdır. Milli musiqilərin müşayiəti ilə keçirilən defilədə 11 türkdilli ölkənin 60-a yaxın milli geyimi nümayiş etdirilmişdir.

Azərbaycan modelyer-dizaynerləri TÜRKSOY-un hazırladığı bu defilədə ilk dəfə iştirak etmişlər. Qarabağ, İrəvan, Şəki, Quba, Bakı və Azərbaycanın digər xanlıqlarına aid milli geyimlərin yeni dizaynda təqdimatı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbirin sonunda TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək “İpək Yolu” festivalı çərçivəsində reallaşan defilənin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Bəstakarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

TÜRKSOY-un baş katibinə xatirə hədiyyəsi – festivalın rəmzi simvolu təqdim edilmişdir.

Şəki, 5 iyul (AzərTAc). Şəkidə davam edən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 5-də yay teatrında “Eurovision” mahnı müsabiqəsi qaliblərinin və iştirakçılarının qala-konserti olmuşdur.

AzərTAc xəbər verir ki, konsertin əvvəlində aparıcılar – “Eurovision” mahnı müsabiqələrində Azərbaycan nümayəndə heyətinin rəhbəri və əlaqələndiricisi olmuş Hüsniyyə Məhərrəmova və Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı müsabiqəsində Nigar Camalla birgə bu mötəbər yarışın qalibi olmuş Eldar Qasımov çıxış edərək Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalında iştiraklarından qürur duyduqlarını bildirmişlər.

Tamaşaçılar müxtəlif illərdə “Eurovision” mahnı müsabiqələrində çıxış etmiş Erkin Osmanlı, Xana Həsənova, Dilarə Kazımova, Fərid Məmmədov və digər ifaçıların çıxışlarını böyük maraqla izləmişlər.

“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımovla Nigar Camalın ifa etdikləri məşhur “Runninq Scared” mahnısı isə tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.

Konsertin sonunda “Eurovision” mahnı müsabiqəsinin qaliblərinə və iştirakçılarına festivalla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.