"İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalının proqramı

28 iyun

19.00 BAKI. AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI
Ü.Hacıbəyli ad. Konsert salonu “İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalı ərəfəsində “İpək Yolunun sədaları və rəngləri”: Dodekafon sistemi Qərbdə və Şərqdə. Proqramda – A.Şönberq və F.Əlizadənin əsərləri. “Oazis” simli kvartetinin çıxışı və gənc Azərbaycan rəssamlarının sərgisi

21.00 ŞƏKİ şəhəri. AŞAĞI KARVANSARA
MDB ölkələrinin – Rusiya, Moldova, Ukrayna, Tacikistan, Qazaxıstan və Azərbaycan – rəqs ansambllarının birgə konserti

29 iyun

16:00 ŞƏKİ şəhəri. AZADLIQ MEYDANI
“Filligar” rok-qrupun konserti (ABŞ)

21:00 AŞAĞI KARVANSARA
“İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalının RƏSMİ AÇILIŞI QARA QARAYEV. “7 gözəl” baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşası

30 iyun

11:00 ŞƏKİ MUSİQİ KOLLECİ
Xalq artisti, professor Yeganə Axundovanın (piano) ustad dərsi

16:00 YAY TEATRI
Koreyanın qədim musiqi nümunələri Cənubi Koreya solistlərinin ifasında

21:00 AŞAĞI KARVANSARA
Türkiyənin “Axşam səfası” TRT orkestri və solistlərinin konserti

1 iyul

11:00 ŞƏKİ MUSİQİ KOLLECİ
Xalq artisti, professor Zəhra Quliyevanın (violin) ustad dərsi

21:00 YAY TEATRI
Koreyanın qədim musiqi nümunələri Cənubi Koreya solistlərinin ifasında

2 iyul

11:00 ŞƏKİ MUSİQİ KOLLECİ
Şəki Musiqi kolleci kollektivlərinin konserti

21:00 YUXARI KARVANSARA
Şəkinin qardaşlaşmış şəhərləri Türkiyənin Giresun və Konya şəhərləri rəqs ansambllarının konserti

3 iyul

11:00 ŞƏKİ MUSİQİ KOLLECİ
Musiqi kollecinin müəllim və tələbələri ilə Azərbaycan Bəstəkarlar İttifaqı nümayəndələrinin görüşü

21:00 ŞƏKİ XAN SARAYI
Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın konserti

4 iyul

16:00 YAY TEATRI
Əməkdar artist Tünzalə Ağayevanın konserti

21:00 AŞAĞI KARVANSARA
“İpək Yolu” IV Beynəlxalq Musiqi Festivalının BAĞLANIŞI Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı, Şəki Musiqi kolleci xor kollektivinin konserti Bədii rəhbər, xalq artisti Ağaverdi Paşayev