“Vətənpərvərlik mövzusunda xor əsərlərinin ən yaxşı ifası” üzrə Respublika onlayn Müsabiqə

 Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində vətənpərvərlik mövzusundayazılmış əsərlər mühüm ter tutur. İkinci Qarabağ müharibəsi dövründə — uzun illərdoğma torpaqlarımızı işğal altında saxlayan erməni silahlı qüvvələrinə qarşıaparılan mübarizədə Azərbaycanın Müzəffər Ordusunun parlaq Qələbə qazanmasınəticəsində bu mövzu xüsusilə aktuallıq kəsb edir. Bu möhtəşəm Qələbə bizisevindirib fərəhləndirməklə yanaşı, həmçinin bəstəkarlarımızın doğma Vətənimizi,onun rəşadətli döyüşçülərini, bənzərsiz təbiətini, milli dəyərlərimizi vəsf edənəsərlərinin təbliğ edilməsinə yönələn yeni yaradıcılıq layihələrinə sövq edir.

Bu məqsədlə, Azərbaycan Bəstəkarlar İttifaqı “Vətənpərvərlik mövzusunda xor əsərlərinin ən yaxşı ifası” üzrə Respublika onlayn Müsabiqə-Festival elan edir.Müsabiqənin musiqi əsasını bəstəkar, Azərbaycanın Xalq artisti, professor AzərDadaşovun xor kollektivləri üçün yazılmış əsərləri təşkil edir. Azər Dadaşovmüxtəlif musiqi janrlarında yazılmış çoxlu sayda əsərlərin müəllifidir. Onunyaradıcılığında vətənpərvərlik məzmunlu xor musiqisi, həmçinin Vətənimizi, onunşanlı oğullarını, Qələbə qazanan igid əsgərləri vəsf edən xor mahnıları əhəmiyyətliyer tutur.

Müsabiqə 2021-ci il 22-26 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək vəbəstəkarın 75 illik yubileyinə həsr olunmuşdur. Müsabiqədə Respublikanın ali vəorta-ixtisas təhsili müəssisələrinin, həmçinin musiqi və ümumtəhsil məktəblərininxor kollektivləri iştirak edə bilərlər.

Müsabiqənin münsiflər heyətinə tanınmış musiqi xadimləri, AzərbaycanBəstəkarlar İttifaqı İdarə Heyətinin üzvləri, xormeysterlər daxil ediləcəklər.

Müsabiqə 2 turda keçiriləcək. Birinci turun proqramına A.Dadaşovunistənilən 3 xor mahnısı daxil edilə bilər, ikinci turun proqramında isə bəstəkarın ikixor mahnısı – “Vətənim var” və “Qızıl dan” mütləq şəkildə ifa edilməlidir

2021-ci il noyabrın 1-dək Müsabiqədə iştirak etmək istəyən xor kollektivləriyalnız onlayn şəkildə qeydiyyatdan keçərək, ifa ediləcək xor əsərlərinin DVD lentyazısını, kollektivin yaradıcılığı haqqında məlumatı, foto şəkili AzərbaycanBəstəkarlar İttifaqının azcomposersunion@gmail.com e-mail ünvanına təqdimetməlidirlər. Qeydiyyat forması tam doldurulmadığı halda, həmin ərizənin qəbuluprosesi dayandırıla bilər

Müsabiqənin qalibləri və iştirakçıları üçün pul mükafatları, diplomlar, xüsusihədiyyələr nəzərdə tutulur.
Müsabiqənin mükafat fondu beş min manat təşkil edir.Məlumat üçün Azərbaycan Bəstəkarlar İttifaqının aşağıdakı əlaqə nömrələrinəmüraciət edə bilərsiniz: Tel.: (012) 598 08 86; (012) 598 08 84