Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayı
Noyabrın 20-22-də Gəncə Şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin plenumu keçirilmişdir. Bəstəkarlar İttifaqının üzvləri əməkdar incəsənət xadimləri Faiq Nağıyev, Aygün Səmədzadə, o cümlədən əməkdar müəllim Natiq Vəliyev plenumda iştirak etmək üçün Gəncə şəhərinə ezam olunmuşlar. Noyabrın 20-də plenumun birinci günü Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin üzvlərinin hazırladıqları geniş konsert proqramı dinlənildi. Konsertdə Gəncə Dövlət Kamera Orkestri, Qəmbər Hüsyenli adına Gəncə Musiqi Kollecinin «Gənc qığılcımlar», Gəncə Musiqi Kollecinin Xor Kollektivi və ayrı-ayrı solo ifaçılar geniş proqramla çıxış ediblər. Plenumun ikinci günü keçirilən konfransda Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü əməkdar incəsənət xadimi Faiq Nağıyev Azərbaycan Bəstəkarlar İttifaqının son 5 ildə həyata keçirdiyi işlərdən bəhs edən məruzə ilə çıxış edib. 14-18 dekabr tarixlərində Azərbaycan musiqi həyatında daha bir yeni əlamətdar dönəm kimi qeydə alındı.
Bu günlər ərzində Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayı həyata keçirildi. Qurultay çərçivəsində müxtəlif tədbirlər — mətbuat konfransı, müxtəlif konsert proqramları, tamaşalar, müzakirələr uğurla baş tutdu. Qurultada Sankt-Peterburq Konservatoriyasının professoru Aleksandr Radviloviç, ÖzbəkiSTAN Bəstəkarlar İttifaqının sədri, Rüstəm Abdullayev, Ukrayna Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Mixail Şved, Gürcüstandan tanınmış musiqişünas Rusudan Çirçumiya, Ankara Universitetinin professoru Əflatun Nemətzadə, Rusiya Bəstəkarlar İttifaqının sədr müavini Rəşid Kalimullin qonaq qismində iştirak edirdilər. Musiqi bayramı kimi qarşılanan qurultayın ilk günü — 14 dekabrda Fəxri Xiyabanın ziyarəti ilə başlayıb , günün ikinci yarısındaAzərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında mətbuat konfransı ilə davam etdirildi. Təntənəli açılış mərasimi MüslümMaqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həyata keçirildi. Azərbaycan Dövlət Simfonik Orkestrinin(dirijor-F.Kərimov)və Azərbaycan Dövlət Xor Kapellasının iştirakı ilə (bədii rəhbər-G.İmanova) konsert proqramı musiqisevərlərə təqdim olundu.Qurultayın hər bir günündə konsert proqramları Azərbaycan musiqi mədəniyyətində müstəsna rol oynamış dahi bəstəkarlarınparlaq əsərləri ilə başlandı. Açılış mərasimində ilk nömrə olaraq Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertura səsləndi.
Azərbaycan musiqi xəzinəsinin gözəl nümunəsinin ardınca bəstəkarlıq məktəbinin nümayəndələri — M.Mirzəyev, A.Dadaşov, C.Abbasov, S.Fərəcov, X.Zeynalova, R.Əliyev, N.Məmmədov, M.Babayevin əsərləri tamaşaçılara təqdim olundu.Proqram Firəngiz Əlizadənin “İntizar” operasından final səhnəsi ilə yekunlaşdırıldı. Dekabrın 15-də qurultayın 2-ci günü biri-birindən maraqlı tədbirlərlə zəngin idi. İlk konsert Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adınakonsert salonunda baş tutdu. Konsert öncəsində Bəstəkarlar İttifaqının sədri,bəstəkar Firəngiz Əlizadə qurultaya xaricidövlətlərdən qatılan qonaqları və tamaşaçıları salamladı. Ardınca Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev özçıxışında qurultayın Azərbaycanın mədəni həyatında, qonşu dövlətlərlə əlaqəsinin möhkəmləndirilməsində əlamətdar olmasını vurğuladı. Musiqili günün davamı olaraq R.Behbudov adına Dövlət Mahnı Teatrında “Mahnı konserti” dinləyicilərdə xoş əhval-ruhiyyə oyatdı. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin “Bakı gecələri” estrada orkestrinin,Azərbaycan Televiziyası və Radiosunun Ə.Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının ifasında müxtəlif mahnı və kompozisiyalar səsləndi. Günün axşam saatlarında daha bir tamaşa qurultay tamaşaçılarını öz ətrafına topladı. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında T.Bakıxanovun “Xeyir və Şər”, E.Dadaşovanın “Sayalı” adlı baletinin premyerası uğurla baş tutdu. Elə həmin saatlarda günün sonuncu tamaşası — Ü.Hacıbəylinin “Ər və arvad” musiqili komediyası Dənizçilərin Mədəniyyət evindənümayiş olunmuşdur. Bununla da Qurultayın 2-ci günü də maraqlı tamaşaları ilə yaddaşlarda xoş təəssüratlar oyatdı. 16 dekabrda Azərbaycan Dövlət Filarmoniyasında A.Paşayevin dirijorluğu ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konserti baş tutdu. Konsert Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasından «Müqəddimə» ilə başlandı. Ardınca S.Rüstəmovun “Bayatı-Kürd” fantaziyası, Əməkdar artist Almaz Orucovanın ifasında Niyazinin “Qaragilə” ,Hacı Xanməmmədovun tar ilə xalq çalğı alətləri orkestri üçün “ 3 saylı konsert ” solist əməkdar artist Sahib Paşazadənin təqdimatında səsləndi. Proqramın ikinci hissəsində Ramiz Zöhrabovun “Uşaq lövhələri”, D.Dadaşovun “Rəqs süitası”, F.Əmirovun “Kor ərəbin mahnısı”, H.Adıgözəlzadənin “Vallah,Adam qocalmaz” mahnısı, K.Əhmədovun “Cəngi”, Y.Xəlilovun “Yallı”, V.Allahverdiyevin “Azərbaycan torpağıyam” kompozisiyası alqışlarla qarşılandı. Musiqi bayramı tamaşalarla — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında F.Əmirovun “Sevil” operası, DənizçilərinMədəniyyət evində Ramiz Mirişlinin “Amerikalı kürəkən” musiqili komediyası ilə davam etdirildi. 17 dekabr — festivalın 4-cü günündə Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda kamera konsertihəyata keçirildi.
Konsert proqramı A.Zeynallının “Muğamsayağı” əsəri ilə başlayıb, G.Mirzəyeva, R.Xəlilov, F.Nağıyev, İ.Zeynalov, T.Əkbərin, A.Məlikovun əsərləri ilə davam etdi. Silsilə tədbirlərin davamı olaraq axşam Kamera və Orqan musiqi zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kameraorkestrinin konserti baş tutdu. Teymur Göyçayevin bədii rəhbərliyi və dirijorluğu ilə Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin -A.Əlizadə, R.Ramazanov, M.Cəfərov, S.İbrahimova, D.Dadaşov, S.Əliyev, G.Abdullayeva, A.Yusifova,R.Xəlilov, N.Şəfiyevanın əsərləri səsləndi. Konsertin 2-ci hissəsində Aqşin Əlizadəyə həsr olunmuş yeni kitabın təqdimatı keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayının sonuncu günü Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında müzakirə ilə başlandı. Axşam saatlarında isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında IX Qurultayın yekun konserti həyata keçirildi. Konsertdə Əməkdar İncəsənət xadimi Azad Əliyevin bədii rəhbər və dirijorluğu ilə AzərbaycanTeleviziyası və Radiosunun Niyazi adına Simfonik orkestrinin ifasında C.Zülfüqarov, O.Rəcəbov, Ə.Rəhmətova, Y.İmanov, M.Umudov, A.Mirzəyev, L.Cəfərova, Y.Mirişlinin əsərləri səsləndi. Yekun konsert proqramı dahi bəstəkar Qara Qarayevin yaradıcılıq irsindən “İldırımlı yollarla” baletindən Süita ilə sona çatdı. Qurultayın hər bir konsert proqramına Azərbaycanın musiqi mədəniyyəti tarixində dərin izlər qoymuş bəstəkarın əsəri ilə başlanması və yekun konsertin də böyük bəstəkarın əsəri ilə bitirilməsiAzərbaycan bəstəkarlıq məktəbinin əvəzolunmaz simalarına olan ehtiram və minnətdarlıq hisslərinin göstəricisidir. Dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) IX qurultayının yekunu çərçivəsində qurumun rəhbər orqanlarına seçkilər keçirilmişdir.
Tədbirdə qurumun son beş ildəki fəaliyyətinə həsr edilmiş videomaterial nümayiş etdirilmişdir. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən ABİ-nin sədri Firəngiz Əlizadə bəstəkarlarımızın son illərdə qazandıqları uğurlardan, həyata keçirilmiş layihələrdən, gənc istedadlara göstərilən dövlət qayğısından danışmışdır. Məruzə ətrafında çıxışlarda xalq artistləri Sevda İbrahimova, Faiq Sücəddinov, Nəriman Məmmədov, Əməkdar İncəsənət Xadim Cəlal Abbasov, Əməkdar Müəllim Oqtay Rəcəbov və başqaları hesabat dövründə ittifaqın fəaliyyətini yüksək qiymətləndirmişlər. Tədbirdə təşkilati məsələlərin həllinə, musiqi mədəniyyəti sahəsində problemlərə də xüsusi diqqət yetirilmişdir. Sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilmişdir. Təkliflər əsasında açıq səsvermə keçirilmiş və Firəngiz Əlizadə növbəti 5 illik müddətə ABİ-nin sədri seçilmiş, həmçinin 25 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası müəyyənləşmişdir. Dekabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilmişdir. İdarə Heyətinin qeyd olunan üzvləri yekdilliklə Azərbaycan Bəstəkarlar İttifaqının katibləri seçildilərr: Sərdar Fərəcov — Bəstəkar, əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru; Zemfira Qafarova — Musiqişünas, əməkdar incəsənət xadimi, Baki Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru; Cəlal Abbasov — Bəstəkar, əməkdar incəsənət xadimi, Milli Konservatoriyanın dosenti; Aliyə Məmmədova — Bəstəkar, Bakı Musiqi Akademiyasının baş müəəllimi