Şəki: “İpək yolu” III Beynəlxalq Musiqi Festivalı
Görkəmli alimlər Ə.Salamzadə və K.Məmmədzadənin birgə yazdıqları «Şəki Memarlıq abidələri» adlı dəyərli kitabda göstərirlər ki, «Şəhərə xüsusi memarlıq görünüşü vermək üçün, gözəl təbii imkanlar vardır, elə bu da Şəkini təkrarolunmaz memarlıq quruluşu ilə fərqləndirir». Bu gözəl festivalın keçirilməsində Azərbayjan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbayjan Bəstəkarlar İttifaqı və Şəki şəhər İjra Hakimiyyəti olduqja səmərəli, fəal və yaddaqalan iş görmüşlər. Ümumiyyətlə, III Beynəlxalq Musiqi Festivalına çoxdan hazırlıq başlanmışdır. Bu haqda Azərbayjan Bəstəkarlar İttifaqının sədri, festivalın bədii rəhbəri, xalq artisti, professor, YUNESKO-nun «Sülh naminə injəsənət xadimi» Firəngiz Əlizadə keçirdiyi mətbuat konfransında curnalistlərə açıqlama vermişdir.
Hazırlıq prosesində nəfis tərtibatla Şəkinin keçmişini və bu gününü, ifaçılar, festivalda əsərləri səslənəjək bəstəkarlar haqqında maraqlı məlumatlar və şəkillərlə əks edən buklet qonaqların nəzərini jəlb etmişdir (Bukleti hazırlayanlar: Xanlar Novruzov, Sevda Hüseynova və Maral Həsənova).Festivalın bir nümayəndəsi kimi vurğulamaq istəyirəm ki, bu gözəl, möhtəşəm və daim qəlbimizdə yaşayajaq III Beynəlxalq Musiqi Festivalı təşkilatçılıq baxımından ən yüksək professional, bədii səviyyədə keçirilmişdir. Bayram əhval ruhiyyəsini biz ilk dəqiqələrdən hiss etdik. Bizi sevinjlə, mehribanlıqla və məhəbbətlə qarşıladılar. Bəxtimizdən bayram bayrama qovuşmuşdur. Belə ki, 2012-ji il Azərbayjanın ən zəngin memarlıq abidələrindən biri — Şəki Xan Sarayının 250 illiyidir. Və bu festival günlərində Şəki Xan Sarayının yubileyinin keçirilməsi bizə və bütün qonaqlara (60 ölkənin səfirliyinin nümayəndələri iştirak edirdi) müxtəlif ölkələrdən gələn ifaçılar üçün böyük bir bayram idi. Həmçinin bu bayram günlərində Şəki Xan Sarayının tarixinə, onun möhtəşəm yubileyinə həsr olunmuş Elmi sessiya, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov tərəfindən təşkil olunmuşdur.
Bu gözəl festivalı Azərbayjan Dövlət Akademik Opera və Balet Teatrı açmışdır. İyun ayının 30-da axşam saat 20-də Xan Sarayının fonunda «Arşın malçı İpək yolunda» (Ü.Hacıbəylinin «Arşın mal alan» operettası əsasında) musiqili hekayəti səsləndi. Tanınmış recissor Hafiz Quliyev Ü.Hacıbəylinin dahi əsəri əsasında gözəl kompozisiya yaratmış və bütün aktyor heyəti də yüksək səviyyədə ifa etmişdir. Və musiqinin zirvə nöqtəsində Xan Sarayının eyvanında sevimli qəhrəmanlarımızı seyr etdik.Səhəri gün Jənubi Koreyadan gələn ifaçılar milli alətlərində öz maraqlı musiqi nömrələrini nümayiş etdirdilər. Dörd nəfərdən ibarət olan qrupun nümayəndələri — hər biri öz ustalığını milli alətlərdə göstərdi. Xüsusi olaraq Kim Bo Yanq adlı rəqqasə bizi heyran etdi. Onun hər bir hərəkəti qeyri-adiliyi ilə diqqəti jəlb edir, xüsusi jazibə qüvvəsinə malik idi. Jənubi Koreyanı təmsil edən «Buyoqun Jungnam» ansablı Çələbi xan zalında çıxış etdilər.Həmin zalda Jabbar Qaryağdı adına trio çıxış etdi: Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança) və Mələkxanım Əyyubova (xanəndə). Bir çox xalq injiləri və Azərbayjan bəstəkarlarının mahnıları bu trionun ifasında ən yüksək professional səviyyədə səsləndi və qonaqları məftun etdi. İyul ayının 2-də bizim nümayəndə heyətimiz Şəki Musiqi kollejinə gəldi. Bu səliqəli bina hamımıza gözəl təsir bağışladı. 2010-ju ildən burada Sərdar Şərifov müdir vəzifəsində çalışır, o və onun müavini Mirvari Zeynalova qısa müddət ərzində dəyərli yaradıjılıq işləri görüblər. Gözəl və jəlbediji kollejin zalında olduqja maraqlı konsert təşkil olunmuşdur. Burada Azərbayjan, Qərb, rus və XX əsrin bəstəkarlarının əsərləri tələbələrin və gənj müəllimlərin ifasında səsləndi. Dahi Ü.Hacıbəylinin qəhrəmanlıq, vətənpərvərlik ideyalarını özündə əks etdirən «Koroğlu» operasının uvertürası zalda əyləşənləri heyrətləndirdi. Uvertüra kollejin daxilində yaranmış Xalq çalğı alətləri orkestrinin ifasında səslənmişdir. Orkestrin dirijoru və bədii rəhbəri İsmayıl Əliyev dəyərli çıxışı ilə yadda qaldı. Digər bədii rəhbərin — Elşən Bağırovun da işi xüsusi qeyd olunmalıdır. Açığını deyim, bizim üçün gözlənilməz oldu ki, «Koroğlu» operasından «Çənlibel» xoru səsləndi. Qızların professional, dəqiq, təmiz ifasında biz üçsəsli xor eşitdik. Burada xorun bədii rəhbəri Esmira Mikayılovanın zəhməti və musiqi qabiliyyəti xüsusi alqışlanmalıdır.
Xorun ümumi görünüşü, geyimləri, səhnədə onların yerləşməsi olduqja baxımlı və diqqətəlayiq idi.Ü.Hacıbəylinin «Ey Vətən» əsəri bu professional xorun və orkestrin müşayiəti ilə səsləndi. Himn xarakterli çağırış, deklomasiya intonasiyalarından toxunmuş bu kompozisiya qələbəmizin yaxında olajağından sanki mücdə gətirirdi. Daha sonra orkestrin ifasında Ü.Hacıbəylinin «Cəngi» və I Fantaziyasının Birinji hissəsi səsləndi. Həmin konsertdə Həsənağa Rzayevin «Çahargah» rapsodiyası (ifaçılar — Leyla Əliheydərli, Gülnaz Yunusova, müəllim — Kamil Çələbiyev); Tofiq Bakıxanovun populyar əsərlərindən biri olan «Elegiya»nı (ifaçılar — G.Ağamirzəyeva, E.Qafarova, müəllim — A.Jəfərov); kollejin III kurs tələbəsi T.Məmmədli fortepianoda Tofiq Quliyevin məşhur və texniki baxımdan çətin əsərini çox böyük şövqlə ifa etdi (müəllim — M.Jəfərova). Hamının diqqətini III kurs tələbəsi U.Səfərli jəlb etdi. (G.Rzayevanın sinifi). O, royalda Ferens Listin 10 saylı rapsodiyasını ifa etdi. Ü.Hacıbəylinin «Arazbarı» əsəri kamera ansamblının ifasında musiqi proqramını tamamladı (bədii rəhbər — Flora Hajıyeva). Bu maraqlı tədbirin sonunda kollejin qızlardan ibarət rəqs qrupu səhnədə «Yallı» xalq rəqsi əsasında gözəl kompozisiya yaratdılar (xoreoqraf — Çingiz Novruzəliyev).Bu bayramın, belə deyək, — birinji hissəsi idi. Sonra isə M.Müslümov və F.Dadaşov olduqja maraqlı və hamının yaddaşında qalan ustad dərsləri verdilər. Tələbələrin suallarına onlar javab verdilər, milli alətlərdə bəstəkar əsərlərindən, muğamlardan nümunələr çaldılar. Ustad dərsində Mələkxanım Əyyubova iştirak edərkən öz tövsiyə və təkliflərini gənj xanəndələrlə paylaşdı. Həmin gün Türkiyənin «Əl Kindi» vokal-instrumental ansamblına qulaq asdıq. Böyük alim-mütəfəkkir, ərəb-müsəlman musiqisinin elmi nəzəriyyəsinin banisi olan Əl Kindinin adını daşıyan bu ansamblın tərkibində 5 ifaçı var. Onun bədii rəhbəri Cülyen Bernard Vayss Fransanın vətəndaşıdır. O, islam dinini qəbul edəndən sonra Jəlaləddin adını almışdır. Cülyen Bernard Jəlaləddin Vayssın rəhbərliyi altında «Əl-Kindi» ansamblı 1990-jı ildən müxtəlif ölkələrdən olan bir çox tanınmış müğənnilərlə birlikdə dini və dünyəvi mövzularda bir sıra musiqi layihələrin — ərəb, türk dillərində vokal-instrumental musiqili kompozisiyalar hazırlayır. Ansamblın tərkibi ənənəvi Şərq Taxt Şarki quruluşuna malik olub, qanun, ud, ney, riqqa (tamburin) musiqi alətlərindən ibarətdir. Ansamblın çıxışların zikr mühüm ifa elementi olub, ifaçının gözəl, mənəvi kamillik səviyyəsinin qalxmasını təjəssüm edir. Sufi rəqqasların (dərvişlərin) ritual ilə əlaqədar olan bu element Şərqin mistik musiqi ənənələri ilə bilavasitə sıx bağlılığını nümayiş etdirir. Bu ansamblın çıxışı Yuxarı Karvan Sarayda oldu. Maraqlıdır ki, həmin gün Qiresun şəhərindən gənj rəqs qrupu da uğurla çıxış etdi. İyul ayının 3-də Azərbayjan Televiziya və Radiosunun J.Jahangirov adına Xorun konserti oldu. Xorun bədii rəhbəri və diricoru Şəhla Ələkbərovadır.
Konsertdə Ü.Hacıbəylinin, A.Zeynallının, S.Rüstəmovun, A.Əlizadənin və digər bəstəkarların əsərlərini, ən geniş yayılmış xalq mahnılarını konsertdə dinlədik. Həmçinin xorun ifasında yeni nəsil bəstəkarlarımızın əsərləri səsləndi: Jəlal Abbasovun — hoboy, zərb alətləri və qarışıq xor üçün «Bahar» kantatası; Məmməd Jəfərovun — xor, solist və orkestr üçün 3 saylı kantatası səsləndi.Səhəri gün İran İslam Respublikasından vətənimizə təşrif buyurmuş «Ajəmlər» ansamblının konserti oldu. Yaxşı yadımdadır, bu ansamblın rəhbəri Araş Moxavez Bakıda keçirilən «Muğam aləmi» II Beynəlxalq Muğam Simpoziumunun iştirakçısı olmuş və həmin simpoziumda məruzə ilə çıxış etmişdir. Həmin gün axşam, Aşağı Karvan Sarayda Gürjüstan Respublikasının Akademik mahnı və rəqs ansamblının möhtəşəm çıxışı oldu. Konsertdə Azərbayjan Respublikasının mədəniyyət və turizm naziri jənab Əbülfəs Qarayev və onun birinji müavini Vaqif Əliyev iştirak etmişdilər. Bizə məlum oldu ki, Şəki şəhər İjra Hakimiyyətinin başçısı Elxan Usubovun rəhbərliyi altında Aşağı Karvan Sarayda əsaslı və jiddi rekonstruksiya olub. Və gözəl, qeyri-adi, açıq səma altında konsert zalı (sahəsi 300 kv.m təşkil edir) yaradılıb. Həmin gün bayram atəşfəşanlığı oldu, əsl bayram əhval-ruhiyyəsini yaşadıq. Bu möhtəşəm festivalın keçirilməsində digər şəxslərin də zəhməti, işgüzarlığı xüsusi vurğulanmalıdır. İlk növbədə Şəki şəhər İjra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Javadova festivalın ilk günündən sonunju gününə qədər daim bizimlə birgə idi. Həmçinin Şəki şəhər Mədəniyyət və turizm şöbəsinin müdiri Aydın İbrahimxəlilovun da zəhmətini qeyd etməliyik.
İyulun 4-ü festivalın sonunju günü — qeyri-adi tədbirləri — ilə teatrlaşdırılmış səhnəjikləri ilə tamaşaçıları heyran etmiş, pəhlivanlar at üstündə qonaqları qarşıladılar. Bizə elə gəlirdi ki, bu gözəl mənzərə Şəkinin birinji Xanı Hajı Çələbinin dövrünə apardı. Bildiqimiz kimi, o, 1743-1755-ji illərdə Şəkinin xanı olmuşdur. Həmin gün hər yerdə Şəki ustalarının əl işləri, milli suvenirlər, xalçalar, kəlağayılar qədim Şəkinin əsrarəngiz gözəlliyini təjəssüm edirdi.Festivalın sonunju günündə Azərbayjan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri çıxış etdi. Orkestri bədii rəhbəri və baş diricoru Azad Əliyevin rəhbərliyi altında Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun, Niyazinin, S.Rüstəmovun və M.Mirzəyevin əsərləri səsləndi. Həmin konsertdə bizim tanınmış vokalçılarımız Gülnaz İsmayılova və İlahə Əfəndiyeva iştirak etdilər. Bütün konsertlərin əvvəlində aparıjı ilk növbədə Azərbayjan Televiziyasına dərin təşəkürünü bildirirdi. Xüsusi olaraq recissor Rövnəq Həsənzadənin və onun komandasının zəhmətini qeyd etməliyik.»Mədəniyyət» kanalının rəhbərliyinə xüsusi təşəkkürümüzü bildiririk ki, festivalın bütün tədbirlərini yüksək səviyyədə, peşəkarjasına təbliğ edirdi.»İpək yolu» III Beynəlxalq Musiqi Festivalı ən yüksək səviyyədə keçdi və arzu edərdik ki, bu festivalın da ömrü ipək yolu kimi uzun olsun.
İmruz Əfəndiyeva