Naxçıvan Bəstəkarlar Təşkilatının 40 illik yubileyi

2008-ci ilin iyul ayında Azərbaycan Bəstəkarlar İttifaqı nümayəndə heyətinin qədim Naxçıvan diyarına növbəti səfəri Muxtar Respublikanın mədəni həyatında çox əlamətdar, bayram ovqatlı bir hadisə ilə bağlı oldu. Naxçıvan Bəstəkarlar Təşkilatı yaranmasının 30 illiyini böyük təntənə ilə qeyd etdi. Bu münasibətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında yüksək dövlət rəsmilərinin və Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndə heyətinin iştirakı ilə Naxçıvan  bəstəkarlarının əsərlərindən ibarət böyük tədbir keçirildi. Onjə isə Naxçıvanın musiqi ijtimaiyyəti və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti — Respublikanın xalq artsiti, sənətşünaslıq doktoru, professor, Bəstəkarlar İttifaqının Katibi Ramiz Zöhrabov və İttifaqın məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova ulu öndər Heydər Əliyevin muzeyini ziyarət edib, onun abidəsi önünə gül dəstəsi qoydular.

Naxçıvan Muxtar Respublikası Ali Məjlisinin sədri, jənab Vasif Talıbovla görüş zamanı Naxçıvanın mədəni həyatı, musiqi sahəsində gedən proseslərlə bağlı fikir mübadiləsi yürüdüldü, musiqi sənətinin inkişafı ilə bağlı görülən işlərdən danışıldı. Qeyd olundu ki, zəngin mədəniyyət və injəsənət ənənələrinə malik olan Naxçıvanda Bəstəkarlar İttifaqının ilk bölgə təşkilatlarından birinin açılması təsadüfi deyildi. Yaşı tarixin ən dərin qatlarına gedib çıxan Naxçıvanın öznüməxsus və rəngarəng musiqi mədəniyyəti buna tam hüquqla əsas vermişdi. Eramızdan əvvəl V minilliyə aid olan Şərur yallılarının, XVIII əsrdə yaşayıb-yaratmış və Türkiyə Sultanı IV Muradın saray musiqiçisi kimi şöhrət tapmış ifaçı-bəstəkar Muradağa Naxçıvanlının, şərurlu saz-söz ustadı Ağ Aşıq Allahverdi Kosajanlının bu gunumuzə qədər gəlib çatan mənbələri Naxçıvan musiqisinin möhkəm sütunlarından xəbər verir. Yalnız Naxçıvana aid olan 100 artıq yallı növü, neçə-neçə aşıq havaları, Şərur bölgəsində Arpaçayın yaxınlığındakı ərazilərdən birində yaranan «Apardı sellər Saranı» kimi xalq mahnıları bu diyarın zəngin musiqisinin təkrarsız nümunələrindəndir. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın milli-mədəni intibahında Naxçıvanın xüsusi və böyük rolu olmuşdur. Məhz bu dövrdə Naxçıvanda dramatik və musiqili teatr yaranmış, açıq konsertlər təşkil edilmişdir. Ü.Hacıbəylinin «Leyli və Məjnun», «Şah Abbas və Xurşudbanu» muğam-operaları, «Arşın mal alan», «Ər və arvad», habelə Z.Hajıbəyovun «50 yaşında javan», «Evli ikən subay» musiqili komediyaları tamaşaya qoyulmuşdur. Şərq konsertlərinin təşkili, nəfəs alətləri ansambllarının, xalq çalğı alətləri ansambllarının çıxışları tez bir zamanda ənənəyə çevrilmişdir. Bütün bu işlərdə o vaxtlar Naxçıvanda yaşayıb-işləmiş bəstəkar Zülfüqar Hajıbəyovun böyük əməyi olmuşdur.

1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Ü.Hacıbəylinin təşəbbüsü ilə Naxçıvanda musiqi məktəbi açılmış və dahi bəstəkar buraya çoxlu not kitabları və «Berlin» markalı piano hədiyyə etmişdir. Xatırladaq ki, məhz həmin ildə dahi bəstəkar Naxçıvandan ilk dəfə SSRİ Ali Sovetinə deputat seçilmiş və ömrünün sonuna kimi bu şərəfli işi layiqinjə yerinə yetirərək, Naxçıvan musiqi mədəniyyətinin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Naxçıvan musiqi məktəbinin istedadlı yetirmələri — Nəriman Məmmədov, Ramiz Mirişli, Rəşid Məmmədov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsillərini davam etdirmiş, respublikanın musiqi xəzinəsinə layiqli töhfələr vermişlər. 1958-ci ildə Naxçıvanda Dövlət Mahnı və Rəqs Ansamblının fəaliyyətə başlaması bəstəkarlar üçün böyük stimul olmuş, bu kollektiv üçün çoxlu sayda maraqlı əsərlər yaranmışdır.

Ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə Bəstəkarlar İttifaqının bölgə təşkilatlarının yaradılması məsələsi çox jiddi şəkildə gündəmə gəldi və onun həlli yollarında bir sıra addımlar atıldı. 1976-jı ildə Naxçıvanda Bəstəkarlar Təşkilatının yaradılması ilə əlaqədar SSRİ xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Rauf Hajıyev Naxçıvana gələrək, burada yerli bəstəkarların əsərlərindən ibarət konsertdə iştirak etmişdir. 18 musiqi nömrəsindən ibarət böyük konserti dinlədikdən sonra o, bəstəkarlarla görüşüb əsərlər haqqında müsbət rəy söyləmiş, gələjəkdə bir neçəsini konservatoriyanın bəstəkarlıq şöbəsinə təhsillərini davam etdirmək üçün Bakıya dəvət etmişdir. Beləliklə, 70-ci illərin sonundan başlayaraq, hazırkı Bakı Musiqi Akademiyasına Muxtar Respublikadan müsabiqədənkənar tələbə qəbul edilməyə başlanmışdı. 1978-ci ilin sentyabr ayında isə Naxçıvanda Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçirildi və burada İttifaqın bölgə qurumu yaradıldı. Görkəmli bəstəkar Ramiz Mirişli qurumun sədri, Məmməd Ələkbərov məsul katibi seçildilər. Bu işlərin davamı kimi 1983-jü ildə Naxçıvan Dövlət Filarmoniyası işə başlamışdır və hazırda burada Kamera Orkestri, Xalq Çalğı Alətləri Orkestri, rəqs kollektivi fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, keçən əsrin 80-ci illərindən etibarən Bəstəkarlar İttifaqının Naxçıvan bölməsinə Azərbaycan Dövlət Konservatoriyasının ixtisaslı bəstəkar və musiqişünas məzunları qəbul olunur: Yaşar Xəlilov, Əqidə Ələkbərova, Kamal Əhmədov təşkilatın işinə fəal qatılırlar. 90-jı illərin gərgin ijtimai-siyasi durumuna baxmayaraq, artıq blokada şəraitində yaşayan Naxçıvanla Bəstəkarlar İttifaqının əlaqəsi kəsilmir. 1995-ci ildə İttifaqın Sədri Tofiq Quliyev və Katibi Ramiz Zöhrabov, Naxçıvan Bölməsinin rəhbəri Ramiz Mirişli və müğənni Yaşar Səfərov bölgə təşkilatının işi ilə yaxından tanış olmaq üçün buraya səfər edirlər. Təşkilatın işini dirçəltmək məqsədilə İttifaqa yeni üzvlər qəbul olunur. 1998-2000-ci illərdə Naxçıvan bölməsinə bəstəkar Nazim Quliyev rəhbərlik edir. 2000-ci ildən etibarən isə Naxçıvan Muxtar Respublikası Ali Məjlisinin Sədri Vasif Talıbovun xüsusi diqqət və qayğısı nətijəsində bölgə təşkilatının işi yeni səviyyəyə qaldırılır. Belə ki, onun sərənjamı ilə Naxçıvan Bəstəkarlar Təşkilatına J.Məmmədquluzadə adına Musiqili Dram Teatrının binasında təmir olunmuş, inventar və avadanlıqlarla təjhiz edilmiş iki otaq ayrılır, habelə 3 nəfərdən ibarət və əmək haqqı yerli büdjədən maliyyələşdirilən ştat jədvəvi təsdiq olunur.

Hal-hazırda Naxçıvan Bəstəkarlar Təşkilatı Azərbaycan Bəstəkarlar İttifaqının digər bölgə təşkilatları arasında möhkəm-maddi texniki bazaya malik, ən qabaqjıl bir qurumudur. Təşkilata bəstəkar, Naxçıvan MR-nın əməkdar injəsənət xadimi Şəmsəddin Qasımov başçılıq edir. Təşkilatın 3 üzvü fəxri ada və Prezident mükafatına layiq görülmüşlər. Hər il Naxçıvan bəstəkarları geniş ijtimaiyyət qarşısında yeni əsərlərdən ibarət hesabat konserti ilə çıxış edir və bu tədbirlərdə ənənəvi olaraq Azərbaycan Bəstəkarlar İttifaqının katibliyi, görkəmli bəstəkar və musiqişünaslar iştirak edib, təşkil olunan müzakirələrdə öz tövsiyə və fikirlərini bildirirlər.

Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov “Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəaliyyəti” mövzusunda çıxış edərək qeyd edib ki, təşkilat muxtar respublikanın musiqi mədəniyyətinin inkişafı və zənginləşdirilməsi yolunda uğurlu fəaliyyət göstərir. Təşkilatın ötən illərdəki hesabat konsertlərindən söhbət açan Yaşar Xəlilov bildirib ki, naxçıvanlı bəstəkarların müxtəlif janrlarda yazdıqları yeni əsərlər musiqisevərlərin marağına səbəb olub. Naxçıvanlı bəstəkarların əsərləri, simfonik və kamera musiqisi dəfələrlə böyük konsert salonlarında səslənib. Təşkilat üçün yüksək iş şəraitinin yaradılması və göstərilən dövlət qayğısı onların yaradıcılıq imkanlarını daha da genişləndirib, yeni əsərlər yaratmağa ruhlandırıb.

Sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konserti olub.

Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Şəmsəddin Qasımovun “Sönməyən Günəşim” əsəri ilə başlayan hesabat konsertində ayrı-ayrı janrlarda bəstələnmiş mahnı və musiqi nömrələri səsləndirilib.