"İpək Yolu" I Beynəlxalq Musiqi Festivalı (Şəki şəhəri)

27 İYUN
19.00
ŞƏKİ XAN SARAYI
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Konserti
28 İYUN
14.00
KİŞ KƏNDİ. ALBAN MƏBƏDİ
Azərbaycan Bəstəkarlar İttifaqının “Oazis” Simli Kvartetinin təqdimatı və Konserti
19.00 YUXARI KARVANSARAY
Koreya folklor ansamblı
29 İYUN
12.00
ŞƏKİ MUSİQİ KOLLECİ
Musiqi kollecinin tələbələri ilə ustad dərsi. Aparır: Musiqi ifaçılığı üzrə doktor, fəlsəfə doktoru, professor Nikita Yujanin (Finlandiya)
16.00 KİŞ KƏNDİ. ALBAN MƏBƏDİ
“Sarı gəlin” Norvec-Azərbaycan ansamblı
19.00 ŞƏKİ XAN SARAYI
Təntənəli açılış. Çıxışlar: Şəki şəhər İcra Hakimiyyətinin başçısı, cənab Murad Cabbarlı; Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Respublikanın xalq artisti, professor Firəngiz Əlizadə; Kanada “Şərq-Qərb” Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin Prezidenti, Respublikanın əməkdar incəsənət xadimi İsmayıl Hacıyev. Qala-konsert. Şəki və Bakı musiqi kollektivlərinin çıxışı
30 İYUN
12.00
ŞƏKİ MUSİQİ KOLLECİ
Azərbaycan Bəstəkarlar İttifaqı nümayəndə heyətinin Şəki ziyalıları ilə görüşü və Konfrans¬
19.00 YUXARI KARVANSARAY
Azərbaycan Dövlət Opera və Balet Teatrının tamaşaları:
Ü.Hacıbəyli – “Leyli və Məcnun”
M.Maqomayev – “Şah İsmayıl”
1 İYUl
16.00
S.RƏHMAN ADINA ŞƏKİ DÖVLƏT DRAM TEATRI
AzTV xor kollektivinin Konserti
19.00 ŞƏKİ XAN SARAYI
Festivalın təntənəli bağlanışı.
AzTV Simfonik orkestri, Xor və solistlərin iştirakı ilə konsert proqramı

27 iyun
saat 19.00

ŞƏKİ XAN SARAYI
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti
Bədii rəhbər və baş dirijor – Respublikanın xalq artisti
Teymur Göyçayev
PROQRAMDA
Üzeyir Hacıbəyli Arazbarı
W.A.Mozart Divertisment. Final
Qara Qarayev “İldırımlı yollarla” baletindən “Ehtiraslı rəqs”
“Yeddi gözəl” baletindən “Ayişənin rəqsi”
Pyotr Çaykovski Simli Serenadadan vals
Aqşin Əlizadə “Cəngi”
Fritz Kreisler “Kiçik Vyana marşı”
Zakir Bağırov “Rapsodiya”
Süleyman Ələsgərov “Şalaxo”
Alexander Anderson “Pline, Plane, plunc”
Musa Mirzəyev Romantik vals-poema
Astor Piazzolla “Tanqo”
Fikrət Əmirov “1001 gecə” baletindən Şəhrizadın şənliyi
Solist – Çinarə Mütəllimova (qanun)
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri. 1964-cü ildə Azərbaycan musiqisinin klassiklərı – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur.
Kollektiv 40 ildən artıq davam edən fəaliyyəti zamanı dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak edib.
1998-ci ildən orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir.
Kollektiv müxtəlif illərdə Böyük Britaniya, Almaniya, İsveçrə, Fransa, Türkiyə, Rusiya və başqa ölkələrdə Azərbaycan musiqi sənətini ləyaqətlə təmsil edib.
Orkestrin repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.Teymur Göyçayev (1958) Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin violino sinfində (müəllim E.S.Barştak) ilk musiqi təhsili almış, 1981-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (professor T.T.Atakişiyevin sinfi) fərqlənmə diplomu ilə, 1986-cı ildə isə aspiranturanı bitirmişdir.
1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı olmuşdur. Böyük pedaqoji təcrübəyə malikdir, bir neçə kamera orkestrləri yaratmışdır. Onlardan daha çox tanınmışı “TUTTİ” – M.Rostropoviç tərəfindən yüksək qiymətləndirilmişdir.
1998-ci ildən Q.Qarayev adına Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olur. 2000-ci ildə “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi”, 2005-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adlarına layiq görülmüşdür. 2006-cı ildən həmçinin, Dövlət Gənclər Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Dəfələrlə xarici ölkələrdə – RF-da, Belarusiyada, İngiltərədə, Fransada, Belçikada, İsveçrədə, Almaniyada, Avstriyada və s. qastrol səfərlərində olmuşdur.
Bu kosertin keçirilməsinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımızı bildiririk.
28 iyun
saat 14.00
KİŞ kəndi. ALBAN MƏBƏDİ
Azərbaycan Bəstəkarlar İttifaqının “Oazis” simli Kvartetinin təqdimatı və konserti
PROQRAMDA
W.A.Mozart Kiçik gecə serenadası
Firəngiz Əlizadə Oazis
Qara Qarayev Kvartet
Ejen İzai Ballada – solo violino üçün
Arnold Şönberq Andante
Dmitri Şostakoviç Yumoreska
Azərbaycan Bəstəkarlar İttifaqının “Oazis” Simli Kvarteti. “Oazis” Simli Kvarteti 2010-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində yaradılıb.
Kvartetin yaradılmasının təşəbbüskarı ABİ-nin sədri professor Firəngiz Əlizadədir.
Kvartet ilk dəfə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında çıxış edəcək.“Oazis” Simli Kvartetinin tərkibi:
Cavad Tağızadə(I violino)
Mustafa Mehmandarov (II violino)
Səbuhi Axundov (viola)
Jalə Əliyeva (cello)
Cavad Tağızadə (1987) Bakı şəhərində anadan olub. 1994-2005-ci illərdə Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin simli alətlər şöbəsində (violino sinfi) ilk musiqi təhsili almışdır. 2009-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirmişdir.
Bir çox Respublika müsabiqələrində uğurla çıxış edib. İtaliya, İngiltərə və ABŞ-da keçirilən Beynəlxalq müsabiqələrin laureatı olmuşdur. Bir sıra xarici ölkələrdə – Türkiyə, Rusiya, Almaniya, Mərakeş, Fransa, İtaliya, İngiltərə, ABŞ-da solo konsertlərlə çıxış etmişdir.
Hal-hazırda “Oazis” Simli Kvartetinə rəhbərlik edir.Mustafa Mehmandarov (1992) Bakı şəhərində anadan olub. 1998-2009-cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində Orta-ixtisas Musiqi Məktəbinin simli alətlər şöbəsində (violino sinfi) ilk musiqi təhsili alıb. 2009-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasının professoru, xalq artisti Zəhra Quliyevanın violino sinfində təhsil alır. Bir çox Respublika müsabiqələrinin laureatıdır. Bolqarıstanda (15 ölkə arasında) keçirilən Beynəlxalq müsabiqədə II yerə layiq görülüb. Rusiya, Fransa, İsveç, Almaniya, İtaliya və bir sıra başqa ölkələrdə uğurla çıxış etmişdir.Səbuhi Axundov (1991) Bakı şəhərində anadan olub. Bülbül adına Orta-İxtisas Musiqi Məktəbinin simli alətlər şöbəsində (violino sinfi) ilk musiqi təhsili aldıqdan sonra 2008-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. Elə həmin ildə Gənclər Simfonik Orkestrində çalışmağa başlamış və həmin orkestr ilə Rusiya Federasiyasında çıxış etmişdir. 2010-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artistidir.Jalə Əliyeva (1989) Rusiya Federasiyasının Qorki şəhərində anadan olub. 1993-cü ildə ailəliklə Bakı şəhərinə köçmüşdür. 1996-2007-ci illərdə Q.Qarayev adına 8 saylı Orta-İxtisas Musiqi Məktəbinin simli alətlər şöbəsində (violonçel sinfi) ilk musiqi təhsili alıb. 2007-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” fakultəsinə, N.Abbaszadənin violonçel sinfinə daxil olub, hazırda III kurs tələbəsidir. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti vəzifəsinə daxil olmuşdur.
Bir çox Respublika müsabiqələrinin laureatı olmuş, M.Rostropoviç adına “Xüsusi təqaüd”ə layiq görülmüşdür. Bir sıra Avropa ölkələrində – Almaniya, İtaliya, Fransa, İsveçrə və s. orkestrlə çıxış etmişdir.
28 iyun
Saat 19.00
YUXARI KARVANSARAY
“Samulnori” Cənubi Koreya folklor ansamblının konserti
“Samulnori” ansamblı hal-hazırda Cənubi Koreyanın ən tanınmış folklor kollektivlərindən biridir. Bu ansamblın iştirakçıları böyük məharətlə şərq alətlərində təbiət çalarlarını səs rəngləri ilə təqlid edirlər. Sa-mool-no-r – Koreya dilində – 4 ənənəvi Koreya alətindən ibarətdir.
Kkwaenggwari (kiçik qonq), Jing (böyük qonq), Janggu (qum saatına bənzər zərb aləti), Buk (zərb aləti). Alətlərdən hər biri sanki müxtəlif hava şəraitini təsvir edir: Janggu – yağışı, Kkwaenggwari – ildırımı, Jing alətinin səsi küləyi, Buk aləti isə buludu təsvir edir. Bütün bunlar ənənəvi Koreya musiqi mədəniyyəti əlamətlərinin göstəriciləridir. Musiqiçilərin milli geyimləri və ifa tərzi onların çıxışlarına qeyri-adi kolorit bəxş edir.Bu konsertin gerçəkləşməsində göstərdiyi dəstəyə görə Cənubi Koreya səfirliyinə, şəxsən Fövqəladə və Səlahiyyətli səfir Li Ji-Ha cənablarına dərin minnətdarlığımızı bildiririk.
29 iyun
saat 12.00
ŞƏKİLİ ƏLƏSGƏR ADINA ŞƏKİ MUSİQİ KOLLECİ
Musiqi kollecinin tələbələri ilə ustad dərsi.
Aparır: musiqi ifaçılığı üzrə doktor, fəlsəfə doktoru, professor
Nikita Yujanin (Finlandiya)
Nikita Yujanin. Nikita Yujanin (Finlandiya) Bakıda anadan olub. Bakı və Leninqrad (Sankt-Peterburq) Konservatoriyalarında fortepiano ixtisası üzrə təhsil alıb. Musiqi ifacılığı üzrə doktor, fəlsəfə doktoru, professor, pianocu N.Yujanin 20 ildən artıq Sankt-Peterburq Konservatoriyasında kafedra müdiri, fortepiano fakültəsinin dekanı olmuşdur. Uzun illər Qnesinlər adına Musiqi Akademiyasında (Moskva), habelə Finlandiyanın, Yaponiyanın (Osaka, Tokio), Almaniyanın konservatoriya və Universitetlərində dərs demişdir. Bir sıra nüfuzlu Beynəlxalq müsbiqələrin münsiflər heyətinin üzvü olmuşdur. Onun tələbələri sırasında 20-dən artıq Beynəlxalq müsabiqə laureatları, ABŞ, Rusiya, Fransa və s. ölkələrin konservatoriya və universitetlərində calışan professor və yüksək fəxri adlara layiq görülən (həmcinin YUNESKO-nun «Sülh naminə inçəsənət xadimi») musiqicilər var.N.Yujanin dünyanın bir sıra ölkələrində, o çümlədən ABŞ, Yaponiya, Rusiya, Almaniya, Finlandiya, İtaliya, Cin, Asiya ölkələri, Şərqi Avropa, Latın Amerikası, Afrikada simfonik orkestrlərlə cıxış edərək solo konsertləri vermiş, ustad dərsləri və simpoziumlar kecirmişdir. O, ABŞ, Yaponiya, Finlandiya, Rusiya, Ekvador, Azərbayçan və b. ölkələrdə Beynəlxalq Festival və müsabiqələr təşkil etmişdir. Həmcinin bir sıra beynəlxalq müsabiqə və festivalların (o çümlədən S.Raçhmaninov International Çompetitions and Festivals USA Los Angeles) Art-direçtor’ udur.
29 iyun
saat 16.00
KİŞ kəndi. ALBAN MƏBƏDİ
“Sarı gəlin” Norveç-Azərbaycan ansamblının konserti
PROQRAMDA
1. Solrenning Saele
2. Jeg har en venn / Bayati-Shiraz mugham / Bayati-Isfahan part
3. Skal vi ustridig hist
4. Bayatı – Shiraz mugham
5. Hos Gud er idel glede / Excerpt from Shushtar mugham
6. Syng hjerte
7. Zabul Segah mugham
8. Jeg er na sa glad
9. Und mig Gud et lidet rum
10. So ro snubberusken min / Alagöz
11.Nu hviler mark og enge / Şüştər muğamı: SARI GƏLIN
“RUNESDATTER / MANSUROV” layihəsi
Norvec və Azərbaycan ənənəvi klassik musiqisi
Liv Runesdatter – vokal (Norvec)
Tuva Thomassen Bolstad – skripka
Lelo Nika – akkordeon
Elşən Mansurov – kamança (Azərbaycan)
Ehtiram Hüseynov – vokal
Ələkbər Ələkbərov – tar
“RUNESDATTER / MANSUROV” adlanan, Norvec vokalçısı Liv Runesdatter və Azərbaycan kamança ifaçısı Elşən Mansurovun birgə layihəsi 2006-cı ildən etibarən həyata keçirilir. Ansamblın tərkibi dəyişkən və qeyri-sabit olaraq Azərbaycan muğamı və Norvec xalq mahnılarının ümumi cəhətlərini diqqət mərkəzinə gətirməyi qarşısına məqsəd qoymuşdur. Bu iki ölkənin musiqi mədəniyyəti arasında oxşar cəhət – onlarda improvizə sənətinin mövcudluğundan irəli gəlir. Norvec xalq mahnıları və muğam musiqi quruluşu baxımından müxtəlif olsalar da, ifadə vasitələri və dramaturji keyfiyyət etibarı ilə də yaxındırlar.
“Syng hjerte” özündə Norvecin Vestfold-dan uzaq Rogaland-a qədər olan ənənəvi xalq musiqisini birləşdirir. Layihənin musiqi özəyini maraqlı kəsişmələr: qədim alət səslənmələrı, boğaz tembrləri, təbiət və maqnitofon lent yazıları, xalq musiqisinin toplanması zamanı əldə olunan maraqlı melodiyalar təşkil edir. Burada xalq mahnılarından gələn mənbə aydın olsa da, digər xalqların ənənələri də nəzərə çarpır. Bu qədim mahnılar muğamla birgə dərin hissiyyata malik, poeziya ilə vəhdətdə olan yeni bir sintez yaradır.
İlk dəfə olaraq “RUNESDATTER / MANSUROV” – Norvec və Azərbaycan ənənəvi klassik musiqisi adlı layihəsi 2010-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təqdim olunmuşdur.Bu layihənin reallaşdırılması üçün göstərdiyi dəstəyə görə Norvec səfirliyinə, şəxsən Elmira xanım Mirzəyevaya dərin minnətdarlığımızı bildiririk.Liv Runesdatter Norvecli bəstəkar və vokalçıdır. Vestfold və Rogalandın nadir musiqi ənənəsini davam etdirən azsaylı Norvec ifaçılarındandır. Hal-hazırda unudulmuş olan, 1860-cı ilə aid xalq mahnılarını aşkarlayan Liv Runesdatter 7 il əvvəl yeni tədqiqat və layihənin başlanğıcını qoymuş oldu. 6 il müddətində “Syng hjerte” layihəsi üzərində çalışmış, aşkar etdiyi musiqi parçalarının mənsub olduğu ənənəni araşdırmış və özünəməxsus işləmişdir. Liv Runesdatterin 2008-ci ildə “Syng hjerte” albomu işıq üzü görmüşdür.
Runesdatter CARMA – Müasir incəsənət təşkilatının lideri olub Norvec, Almaniya, İsveçrə, Braziliya, Ukrayna, Hollandiya, Belgiya, Azərbaycan, İran, Rusiya və s. ölkələrin musiqi kollektivləri və tanınmış musiqiçilər ilə əməkdaşlıq etmişdir.
Elşən Mansurov (1962) Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir. 1986-cı ildə Ü.Hacıbəyli adına I Ümumittifaq müsabiqəsində birinci yerə layiq görülmüşdür. Hollandiyada fəaliyyət göstərən Ümumdünya “Atlas” ansamblının üzvüdür. Dünyanın bir çox ölkələrində – İsveç, Yaponiya, Almaniya, Fransa, Rusiya, Türkiyə, Cənubi Koreya, Norvec və s. konsertlərlə çıxış etmişdir. ”Respublikanın əməkdar artisti” fəxri adına layiq görülmüşdür. Bir çox beynəlxalq musiqi layihələrinin təşəbbüskarı və iştirakçısıdır.
29 iyun
saat 19.00
ŞƏKİ XAN SARAYI
Şəki və Bakı kollektivlərinin iştirakı ilə
QALA-KONSERT
PROQRAMDA
Üzeyir Hacıbəyli “Koroğlu” operasından “Uvertüra”
Səid Rüstəmov “Azərbaycan” süitası
Süleyman Ələsgərov “Gözlə məni”
Rəşid Əfəndiyev “Gənclik” rəqsi
Georq Hendel “Andante”
Qara Qarayev “Sülh” mahnısı
Azərbaycan xalq rəqsi “Çobanlar”
Cahangir Cahangirov Rəqs – “Bulaq başında”
Vasif Adıgözəlov “Qarabağ şikəstəsi” Oratoriyasının finalı
Üzeyir Hacıbəyli “Cəngi”
İfaçılar:
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblıBədii rəhbər və baş dirijor – Respublikanın xalq artisti, professor
Ağaverdi PaşayevŞəki Musiqi Kollecinin xoru və xalq çalğı alətləri orkestriŞəki 4 saylı Uşaq Musiqi Məktəbinin kamera orkestri
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə dahi Ü.Hacıbəyli ilə yanaşı azərbaycanın tanınmış bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliya Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib.
Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. 2000-ci ilin yanvar ayından ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı alətləri Orkestri fəaliyyət göstərir. Mahnı və rəqs ansamblının bədii rəhbəri və dirijoru Respublikanın xalq artisti, professor Ağaverdi Paşayevdir. O, xalq mahnılarının, rəqslərin qorunmasının və tədqiqinin yorulmaz təbliğatçısıdır.
Ağaverdi Paşayev (1950) 1971-1976-cı illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1978-ci ildən Ü.Hacıbəyli adına ADK-da müəllim, 1992-ci ildən dosent, 1999-cu ildən professor kimi fəaliyyət göstərmişdir. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətlərinin orkestrləşdirilməsi və dirijorluğu” kafedrasının müdiri vəzifəsində çalışır.
2002-ci ildən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri, həmçinin kollektivin nəzdində yaradılmış Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijorudur.
2003-2004-cü illərdə İran İslam Respublikasında Beynəlxalq “Qızıl Cəng” mükafatına, 2008-ci ildə “Humay” milli mükafatına layiq görülmüşdür.2008-ci ildən Respublikanın xalq artistidir.
30 iyun
saat 12.00
ŞƏKİ MUSİQİ KOLLECİ
Azərbaycan Bəstəkarlar İttifaqı nümayəndə heyətinin
Şəki ziyalıları ilə görüşü və Konfrans
30 iyun
saat 19.00
YUXARI KARVANSARAY
M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşaları
Üzeyir Hacıbəyli “Leyli və Məcnun”operası
Müslüm Maqomayev “Şah İsmayıl” operası
İştirak edirlər:M.F.Axundov adına Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının xoru və solistləriQuruluşçu-rejissor – Respublikanın əməkdar incəsənət xadimi Hafiz Quliyevdirijor və xormeyster
Əməkdar incəsənət xadimi – Sevil Hacıyevasolistlər:Respublikanın xalq artisti – Şahlar QuliyevRespublikanın əməkdar artisti – Təyyar Bayramov
İlkin Əhmədov,Vüsalə Musayeva, Arzu Əliyeva, İlahə ƏfəndiyevaKonsertmeysterlər:
Respublikanın əməkdar artisti – Məlahət İsmayılova (piano)
Respublikanın əməkdar artisti – Elxan Mansurov (tar)
1-ci Beynelxalq Musigi Festivalın Proqramı (ardı)
M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Opera və Balet teatrı qocaman mədəniyyət ocaqlarından biridir. Uzun illər ərzində respublikanın mədəni həyatı bu teatrda mərkəzləşmişdir. Yüz ildən artıq tarixi olan milli opera sənətinin təşəkkülü və inkişafı Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.
Dahi bəstəkarın ənənələrini davam etdirən Azərbaycan bəstəkarlarının musiqili səhnə əsərləri opera və balet teatrında öz layiqli təcəssümünü tapmışdır. Teatrın repertuarında Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı Avropa bəstəkarlarının klassik sənət nümunələri xüsusi yer tutur.
M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı 1959-cu ildən akademik teatr statusu daşıyır. Bu yaradıcı kollektivin Rusiya, Fransa, Monako, Türkiyə, İran, İraq, Lüksemburq, Almaniya və s. ölkələrdə keçən qastrol tamaşaları rəğbətlə qarşılanmışdır.Hafiz Quliyev (1960)
1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsini bitirmişdir. Dövlət Akademik Opera və Balet Teatrının baş rejissorudur. Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu”, “O olmasın, bu olsun”, Z.Hacıbəyovun “Aşıq Qərib”, F.Əmirovun “Sevil”, Ş.Axundovanın “Qəlin qayası”, S.Ələsgərovun “Solğun çiçəklər”operalarının və s. quruluşçu-rejissorudur. Tamaşalar bir çox ölkələrdə, o cümlədən Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Ankara, Samsun, Moskva teatrlarında rejissor tərəfindən səhnələşdirilib.
Respublikanın əməkdar incəsənət xadimidir.Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operası.
“Leyli və Məcnun” Üzeyir Hacıbəylinin ilk operasıdır. 1907-ci ildə yazılmış, 1908-ci il yanvarın 12-də Tağıyev teatrında ilk tamaşası olmuşdur. “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılmış, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulmuşdur. Opera dahi Azərbaycan şairi Məhəmməd Füzulinin (XVI əsr) eyniadlı poemasının motivləri əsasında yazılmışdır.Librettonun müəllifi Ü.Hacıbəylidir.
”Leyli və Məcnun” əsəri muğam ilə Avropa operasının üzvi vəhdətindən yaranmış yeni opera janrının – muğam operasının ilk nümunəsidir. Klassik opera formaları ilə yanaşı, geniş istifadə olunan muğamlar operanın əsas musiqi materialını təşkil edir və ənənəvi formalar – ariya, ariozo, reçitativ, vokal ansamblları (duet, trio və s.) ilə növbələşir.
“Leyli və Məcnun”un ilk tamaşasının rejissoru H.Ərəblinski, dirijoru Ə.Haqverdiyev olmuşdur. Rollarda: H.Sarabski (Məcnun), Ə.Fərəcov (Leyli), C.Dağıstani (İbn Salam), M.Kazımovski (Məcnunun anası), Mirzə Muxtar (Məcnunun atası), İ.Qasımov (Leylinin atası), C.Vəzirov (Leylinin anası) çıxış etmişlər.Operada Leyli və Qeys adlı iki gəncin nakam məhəbbətindən bəhs olunur. Eşqə düçar olub “Məcnun” çağırılan Qeys Leylinin valideynlərindən rədd cavabı aldıqdan sonra səhralara düşür. Dərdə düşən Leyli isə Məcnunla son görüşündə onun “Sən o Leyli deyilsən” tənəsinə tab gətirməyərək vəfat edir. Məcnun da Leylinin məzarı önündə dünyasını dəyişir.
“İpək Yolu” I Beynəlxalq Musiqi Fesitvalında “Leyli və Məcnun” operası ilk dəfə açıq səma altında və qədim tarixi bir məkanda – Yuxarı Karvansarayda orijinal quruluşda təqdim olunur.Vüsalə Musayeva (1986)
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin məzunudur.
”Muğam 2005” televiziya müsabiqəsinin diplomantıdır.İlkin Əhmədov (1984)
2006-cı ildə Azərbaycan Milli Konservatoriyasını bitirmişdir.
”Muğam 2005” televiziya müsabiqəsinin laureatı,
Birinci Respublika muğam müsabiqəsinin (2009) diplomantıdır.
Prezident təqaüdçüsüdür.Müslüm Maqomayevin “Şah İsmayıl” operası
Müslüm Maqomayevin ilk iri həcmli əsəri olan “Şah İsmayıl” operası 1919-cu ildə opera teatrının səhnəsində tamaşaya qoyulmuş, böyük uğur qazanmışdır. Buna baxmayaraq, bəstəkar əsər üzərində yenidən işləyərək onu bir neçə redaksiyada hazırlamışdır.
“Şah İsmayıl”ın son redaksiyası tarixi-əfsanəvi opera nümunəsidir. Burada bir çox mənalı, cəlbedici və dramatik səhnələr vardır. Bəstəkar əsərdə klassik operanın bütün əsas elementlərindən (ariya, ansambl, reçitativ, çoxsəsli xor və s.) istifadə etməyə çalışmışdır. Müəllif operada improvizasiya nömrələrini saxlamaqla onlara orijinal ruh vermişdir.
Zəmanəmizin böyük bəstəkarı Qara Qarayev əsərin tamaşaya qoyulmuş yeni redaksiyasını hazırlamışdır. “İpək Yolu” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk dəfə operanın konsert ifası təqdim olunur.”Şah İsmayıl” operasında Xətai təxəllüsü ilə tanınan məşhur sərkərdə və şair Şah İsmayıl haqqında xalq arasında yayılmış rəvayətdən danışılır. Bu rəvayətə əsasən Şah İsmayıl öz atası Aslan Şahla taxt-tac üstündə mübarizə aparmışdır.
Hadisələr əvvəlcə Aslan şahın sarayında cərəyan edir. Onun məşhur ariyası səslənir və burada o, oğlundan şübhələndiyini bildirir. Məkrli vəzirin və əyanların məsləhəti ilə Aslan şah oğlunu uzaq səfərə – yeni torpaqlar zəbt etməyə göndərir. Lakin bu səfərlərdən sevgilisi Gülzarı və sadiq dostu Ərəbzəngini tapmış Şah İsmayıl tezliklə vətənə qayıdır. Bundan qəzəblənən atası onu edam etmək fikrinə düşür, lakin özü zəhərlənib ölür. Şah İsmayıl taxta sahib olur.

Şahlar Quliyev
(1946) Cəlilabad rayonunda anadan olub.1969-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu,
1973-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini bitirmişdir.
1975-ci ildən M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
Dünya və Azərbaycan opera repertuarından 32 tamaşada müxtəlif partiyalarda çıxış etmişdir.
1991-ci ildə “Azərbaycan Respublikasının əməkdar artisti”, 2005-ci ildə isə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adlarına layiq görülmüşdür.

Təyyar Bayramov
(1984) Azərbaycan Milli Konservatoriyasında təhsil alır.
“Muğam 2005” televiziya müsabiqəsinin,
Birinci Respublika muğam müsabiqəsinin, habelə I Beynəlxalq Muğam müsabiqəsinin (2009) qalibidir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Respublikanın əməkdar artistidir.

İlahə Əfəndiyeva
(1982) Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal fakultəsində təhsil almışdır
2004-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
“Koroğlu” operasında Nigar, “Şah İsmayıl”da Gülzar, “Riqoletto” tamaşasında Cilda, “Traviata” operasında Violetta partiyalarını uğurla ifa etmişdir.
2007-ci ildə Moskvada Qalina Vişnevskayanın Opera İfaçılıq Mərkəzində stajkeçmə kurslarında təhsil almışdır.
2005 və 2007-ci illərdə Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqələrində iştirak etmişdir.

Arzu Əliyeva
(1991) Azərbaycan Milli Konservatoriyasında təhsil alır.
”Muğam 2005” televiziya müsabiqəsinin, Birinci Respublika muğam müsabiqəsinin (2009) diplomantıdır.
“Şərq təranələri” Beynəlxalq Festivalındakı (Səmərqənd, 2007) çıxışına görə YUNESKO-nun diplomuna layiq görülmüşdür.

1 iyul
saat 16.00
SABİT RƏHMAN ADINA ŞƏKİ DÖVLƏT DRAM TEATRI
Azərbaycan Televiziyası və Radiosu C.Cahangirov adına Xor kollektivininK O N S E R T İ

Bədii rəhbər və dirijor
Şəhla Ələkbərova

PROQRAMDA

Musa Mirzəyev “Salam azadlıq”
Azərbaycan xalq mahnıları “Bağa girdim”, “Kəklik”, “Nə baxırsan”
İohann Ştraus “Vals”
Nazim Əliverdibəyov “Bayatı-Şiraz”
Ramiz Mustafayev Mahnı
Gürcü xalq mahnısı “Çonquri”
Azərbaycan xalq mahnısı “Güləbatın”
Arçibald Coys “Payız röyası”
Fikrət Əmirov “Odlar diyarı”
Cahangir Cahangirov “Xəzər”
Üzeyir Hacıbəyli “Ey, Vətən”
Solistlər:Ramil Qasımov

Mehman Hacıbəyli

Konsertmeysterlər:

Aytən Babayeva

Fidan Manafova

Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına Xoru
Kollektiv 1940-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən Azərbaycan Dövlət Radio Komitəsi nəzdində yaradılmışdır. Kollektivin ilkin tərkibi 36 nəfərdən ibarət idi. İlk dirijoru və bədii rəhbəri Ü.Hacıbəylinin tələbəsi, görkəmli bəstəkar, xalq artisti, professor Cahangir Cahangirov olmuşdur. İlk dövrlərdə kollektivin repertuarı xalq mahnılarının xor üçün işləmələrindən ibarət idi. C.Cahangirov Azərbaycan bəstəkarlarının əsərlərini 4-5 səsli xor üçün işləyərək ifa etmişdir.
Uzun illər xorun bədii rəhbəri və baş dirijoru görkəmli bəstəkar, xalq artisti, professor Ramiz Mustafayev olmuşdur. 2002-ci ildən bu kollektivə Şəhla Ələkbərova rəhbərlik edir. Hazırda xorun repertuarına həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərləri daxildir.Şəhla Ələkbərova Quba şəhərində anadan olub. 1978-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1978-1982-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsində (professor C.Cahangirovun sinfi) ali musiqi təhsili almışdır.
1983-cü ildən A.Zeynallı adına Bakı Musiqi Texnikumunda əmək fəaliyyətinə başlamış, xor dirijorluğu şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Dəfələrlə Respublika Təhsil Nazirliyi tərəfindən pedaqoji fəaliyyətinə görə fəxri fərmanlarla təltif edilmişdir.
2008-ci ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin C.Cahangirov adına Xorunun bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərir.
Bu layihənin gercəkləşməsində göstərdiyi dəstəyə görə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə dərin minnətdarlığımızı bildiririk.
1 iyul
saat 19.00
ŞƏKİ XAN SARAYI
“İpək yolu” I Beynəlxalq Musiqi FestivalınınTƏNTƏNƏLİ BAĞLANIŞI

PROQRAMDA

Cövdət Hacıyev “Sülh uğrunda” Simfonik poeması
Aqşin Əlizadə “Ana torpaq” Odası
Niyazi “Arzu” Romansı
Jorj Bize “Karmen” operasından”Qaraçı mahnısı”
Firəngiz Əlizadə “İntizar” operasından Duet
Azərbaycan xalq mahnısı “Qaragilə”
Cahangir Cahangirov “Füzuli” Kantatası (II hissə)
İohannes Brams “Macar rəqsi”
Qara Qarayev “Yeddi gözəl” baletindən “Vals”
Üzeyir Hacıbəyli “Koroğlu” operasından “Çənlibel xoru”
İştirak edirlər:
Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri
Bədii rəhbər və baş dirijor – Respublikanın əməkdar incəsənət xadimi
Azad ƏliyevAzərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına Xoru
Bədii rəhbər və dirijor
Şəhla ƏləkbərovaŞəkili Ələsgər adına Şəki Musiqi Kollecinin xoruSolistlər:
Respublikanın əməkdar artisti – Gülnaz İsmayılova
Səbinə Əsədova
Respublika muğam müsabiqəsinin laureatı – Güllü Muradova
Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri
1932-ci ildə Azərbaycan Dövlət Radio Komitəsinin təşəbbüsü ilə yaradılmış kollektivin ərsəyə gəlməsində Üzeyir Hacıbəylinin böyük xidmətləri olmuşdur. Bu orkestr yarandığı gündən radio vasitəsilə müxtəlif səpkili proqramlarla çıxış edib, Avropa və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib.
Kollektivə uzun müddət Əşrəf Həsənov dirijorluq edib. Həmçinin qısa müddət ərzində məşhur dirijor S.Ştrasser bu kollektivlə yaradıcılıq əməkdaşlığı etmişdir. Lakin müxtəlif səbəblərdən kollektiv dağılmış, nəhayət, 1971-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Qara Qarayevin təşəbbüsü ilə yenidən bərpa olunmuşdur. Həmin dövrdən 1991-ci ilə qədər kollektivə Ramiz Məlikaslanov dirijorluq etmişdir. Sonrakı dövrlərdə orkestrlə Yaşar İmanov, İsmayıl Hacıyev işləmişlər. Hal-hazırda kollektiv Respublikanın əməkdar incəsənət xadimi Azad Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərir.Azad Əliyev (1951) Bakıda görkəmli musiqiçi-violonçel çalan Sabir Əliyevin ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas üzrə (fortepiano, vokal) bitirmişdir. Müxtəlif illərdə o, A.Zeynallı adına Orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1992-ci ildən Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının direktoru, eyni zamanda BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının dosentidir. Dirijorluq fəaliyyətinə tələbə Kamera orkestri ilə çoxsaylı çıxışlarla başlamışdır. 1992-ci ildən Opera Studiyasında dirijor kimi bir çox opera tamaşalarını – “Aida”, “Traviata”, “Gizli nigah”, “Sevil”, “Arşın mal alan” və s. hazırlamışdır. 2002-ci ildən Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış etmişdir. 2006-cı ildən Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır. A.Əliyevin dirijor kimi repertuarı rəngarəngdir. O, Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərini özünəməxsus ustalıqla təfsir edir. Xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. Respublikanın əməkdar incəsənət xadimidir.